Məhkəmə qərarları › İş №e-2(010)-4323/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-4323/2024

02.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4323/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112-dən istifadə hüququnun itirilmiş hesab edilməsi. İddia tələbinin dəlilləri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112 001024 saylı order əsasında atam X11 məxsusdur. X6 14 iyun 2012-ci ildə vəfat etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh. 4042/60, ev 6, mənzil 112-yə dair orderdə atasının, yəni İddiaçı və mərhum anası X2 adı qeyd olunmuşdur. X6 16 noyabr 2006-cı il tarixində Cavabdeh ilə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində nikah qeydiyyatından keçərək, nikaha daxil olmuşlar. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112 hazırki günə qədər özəlləşdirilməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112-nin özəlləşdirilməməsinə səbəb Cavabdeh buna razılıq verməməsi olub. Cavabdeh «mənzilə köçürülmə, mənzilə istifadə qaydasının müəyyən edilməsi, digər otağın isə cavabdehlərin istifadəsinə verilməsi və mənzilin digər ümumi istifadədə olan sahələrdən bərabər və maneəsiz istifadə etmələrinə dair» tələbi ilə iddia qaldırmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7135/14 saylı, 28 noyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının həmin mənzilə köçürülməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7135/14 saylı, 28 noyabr 2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2015-ci il tarixli 2(103)-1843/2015 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7135/14 saylı, 28 noyabr 2014-cü il tarixli qətnaməsi iddiaçı Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2015-ci il tarixli 2(103)-1843/2015 saylı qətnaməsindən kassasiya şikayəti verilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7135/14 saylı, 28 noyabr 2014-cü il tarixli qətnaməsi icraya yönəlmiş, qanuni qüvvəsini almışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7135/14 saylı, 28 noyabr 2014-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alıb, icraya yönəlsə də, hal-hazıra qədər Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112-yə köçməmişdir. Buna da səbəb şəxsən Cavabdeh özünun icranın yerinə yetirilməsinə maneçilik törətməsi olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7135/14 saylı, 28 noyabr 2014-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar iddiaçı şəxsən Suraxanı rayon İcra Şöbəsinin İcra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Rauf Hüseynova müraciət etmişdir. Rauf Hüseynov icra sənədinin qaytarılması haqqında 25 avqust 2017-ci il tarixli qərarın qəbul edildiyini bildirərək, qeyd etmişdir ki, «tələbkar Cavabdeh mənzilə köçürülməsi ilə bağlı məcburi icra tədbiri xx.xx.2015-ci il tarixə təyin olunsa da tələbkar tərəf icra yerində olmadığından icra sənədini icra etmək mümkün olmamışdır», «dəfələrlə tələbkarın ünvanına sözü gedən ünvana gəlməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, təyin edilən vaxtda icra yerinə üzrsüz səbəbdən gəlməmişdir». X3 2020-ci il 03 noyabrda X14 ilə ailə quraraq, nikaha daxil olmuşdur. İddiaçı isə 2016-cı il martın 16-da X19 ilə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 24 oktyabr 2016-cı il təvəllüdlü qızı X24 doğulmuşdur. X3 02 noyabr 2020-ci ildə X14 ilə nikaha daxil olmuşdur, hazırda ailəlidir və iki otaqlı mənzilin bir otağından X3 öz həyat yoldaşı X14 ilə, digər bir otaqdan isə iddiaçı həyat yoldaşı X19 və qızı İbadova Nəzrin ilə istifadə edərək yaşayır. X3 həyat yoldaşı X9, iddiaçı isə həyat yoldaşı X12 və 2016-cı il təvəllüdlü qızı X15 hazırda yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112-yə qeydiyyata aldırmaq istəsə də, Cavabdeh buna razılıq vermədiyindən, hazırki günə qədər ailə qurduğuna baxmayaraq, bu günə qədər öz həyat yoldaşlarını həmin mənzilə qeydiyyata aldıra bilmir. Bu isə iddiaçı qardaşı Eldarın və hər ikisinin həyat yoldaşının hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxarır. iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112-ni özəlləşdirmək istəsə də, Cavabdeh buna qəti olaraq razı olmadığından, hazırki günə qədər mənzili özəlləşdirə bilməmişdir. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112-dən sonuncu dəfə 2014-cü ilin may ayında çıxıb getmiş və hal-hazıra qədər mübahisəli mənzilə geri qayıtmamışdır. Cavabdeh hazırda harada yaşadığı barədə heç bir məlumatı da yoxdur. Cavabdeh 2014-cü il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112-də yaşamasa da, iddiaçı və qardaşı onun əvəzinə kommunal xərclərini ödəyir. Bu isə onların maddi vəziyyətini çətinləşdirir. Hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112-də Cavabdeh qeydiyyatdadır. Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112 ikiotaqlı mənzildən ibarət olduğu üçün iddiaçı, həyat yoldaşı və qızı, qardaşı Eldar və onun həyat yoldaşı həmin mənzildə sıxlıq vəziyyətində yaşayırlar. Bu səbəbdən də iddiaçı qardaşı ilə adı çəkilən evin satılaraq, hərəsinə ayrı-ayrılıqda torpaq alınmasını və orada ev tikdirib yaşamasını qərara almışdır. Lakin mübahisəli mənzil özəlləşdirilmədiyindən həmin mənzili sata bilmir. Əgər Cavabdeh vaxtında mübahisəli mənzili özəlləşdirməyə razılıq versəydi, iddiaçı devalvasiyaya qədər artıq evi satmalı, qardaşı ilə hərəsinin ayrı-ayrılıqda ev məsələsini həll etməli idi. Həmçinin qardaşı ilə aralarında razılq var idi ki, İbadov Eldar torpaq alıb ev tikdirdiyi zaman Cavabdeh də onunla bir evdə yaşamalı idi; iddiaçı isə ipoteka ilə ev götürüb orada yaşamalı idi. Lakin Xatirə onlarla razılaşmadığından, planları baş tutmadı. Hal-hazırda isə torpaqların qiymətinin, tikinti materiallarının və s. bahalaşması (mübahisəli mənzilin vaxtında özəlləşdirilməməsi ucbatından) iddiaçının evlə bağlı planlarını tamamilə alt-üst etmişdir. Cavabdeh məhkəmə qərarlarına hörmətsiz yanaşması, icranın yerinə yetirilməsinə maneə törətməsi, iddiaçının və hazırda iddiaçı ilə bir mənzildə yaşayan qardaşının, həyat yoldaşının hüquqlarının pozulmasına gətirib çıxarır. Əslində Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112-də olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da bu, iddiaçının hüquqlarını pozur. Əvvəla iddiaçı cavabdehin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, cavabdehlə artıq heç bir qohumluq əlaqəsi yoxdur ki, cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112-də qeydiyyatda qalmağa razılaşsın. Üçüncüsü isə Cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçının həmin mənzillə bağlı sahiblik, istifadə və sərəncam və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özəlləşdirmək istəsə də, cavabdehin razılığının alınması iddiaçı üçün əlavə problemlər yaradır, mənzil üzərində məhdudlaşdırır. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə (hansı ki, cavabdeh 10 (on) ilə yaxındır ki, qeydiyyatda olduğu yox, tamamilə başqa yerdə yaşayır) olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini aydınlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa yerdə yaşaması, lakin qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112-də qeydiyyatda olması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112-dən artıq 10 ilə yaxındır ki, istifadə etmr və daimi yaşamaq üçün başqa yerə köçüb yaşayır. Nəticə etibarilə, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112-dən qeydiyyatı ləğv olunmalıdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini və işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinə dair məhkəməyə məlumat verməmiş, eləcə də işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Şahidlərin ifadəsi Məhkəmə iclasında şahid qismində dindirilən X23 ifadəsində göstərdi ki, o, İddiaçı qardaşıdır. Onun atası 2012-ci ildə vəfat etmişdir. Onun anası vəfat etdikdən sonra atası X20 2006-cı ildə Cavabdeh ilə ailə qurmuşdur. 2005-2014-cü ilə kimi cavabdeh onlarla birlikdə həmin evdə yaşayıb. Cavabdeh 2014-cü ildən onların evində yaşamır. Eşitdiyinə görə cavabdeh Hövsan qəsəbəsində yaşayır, həmin evə də Cavabdeh qeydiyyata düşməmişdir. Cavabdeh rəsmi onların yaşadığı evdə pasport qeydiyyatında olduğuna görə Cavabdeh da əvəzindən kommünal xərcləri ödəmək məcburiyyətindədirlər. Dəfələrlə Mənzil İstismar İdarəsinə cavabdehin faktiki olaraq həmin ünvanda yaşamadığını bildirsələrdə də, idarədən onlara Cavabdeh da əvəzində kommunal xərc ödəmədiyi təqdirdə onlara borc yazılacağını bildirmişlər. Bundan başqa, Cavabdeh mənzəldə qeydiyyatda qalması ucbatından o, və qardaşı evi özəlləşdirə bilmirlər, mənzilə ailə digər şəxslərin qeydiyyata alınmasında onlara maneçilik törədirlər. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112 rəsmi iki otaqlı evdir. İcra məmuru tərəfindən Cavabdeh məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olaraq bir neçə dəfə icra yerinə çağırsa da, Cavabdeh icra yerinə gəlməmiş və bununla da Suraxanı Rayon Məhkəməsinin 2(010)-7135/14 saylı qətnaməsi icra etmək mümkün olmamışdır. İcra məmuru həmin icra sənədini icra olunmadan məhkəməyə geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, o, İddiaçı ilə qonşudur. Özü yaşadığı mənzildə 1992-ci ildən yaşayır. O, iddiaçının yaşadığı ev gedibgələndi, Əli və Eldarla dostluq edir. İddiaçının anası Məsumə xanım vəfat edəndən sonra ataları X1 ilə ailə qurmuşdur. Vaqif İbadov 2012-ci ildə vəfat etmişdir. 2014-cü ildən Cavabdeh həmin evi tərk edib getmişdir. İşə qiyabi icraat qaydasında baxılması Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. İş materialları Nizami rayon X22 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 13/1636 saylı sərəncamından görünür ki, X11 (arvadı X8 və oğlu İddiaçı ailə tərkibi kimi göstərilməklə) 4042, 4048, 4050, 4060, ev 6, mənzil 112-ni verilməsinə dair Musabəyov adına zavodun müdiriyyəti və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə 12.01.90-cı il tarixli protokolu əsasında evin ayrılması təsdiq edilmişdir. 001024 saylı xx.xx.1990-cı il tarixli orderdən görünür ki, Serebrovski qəsəbəsi, 4042, 4048,4050, 4060 məhəllə, ev 6 mənzil 112- X11 (özü, arvadı və oğlu ailə tərkibi kimi göstərilməklə) verilmişdir. Asan 4 xidmətinin xx.xx.2024-cü il tarixli «yaşayış yeri üzrə qeydiyyat haqqında» arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112-də qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X8, Cavabdeh və İddiaçıdur. Suraxanı Rayon İcra Şöbəsinin böyük icra məmuru 1 dərəcəli ədliyyə qulluqçusu X4 xx.xx.2017-ci il tarixli «icra sənədinin qaytarılması haqqında» qərarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-7135/2014 saylı icra sənədinə əsasən Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, 6 saylı evin, 112 saylı mənzilinə köçürülməlidir. Cavabdeh İddiaçı və X10 10 manat ödənilmiş dövlət rüsumu tutularaq Cavabdeh verilməlidir. Tələbkar Cavabdeh mənzilə köçürülməsi ilə bağlı məcburi icra tədbiri xx.xx.2015-ci il tarixə təyin olunsada tələbkar təıəf icra yerində olmadığından icra sənədini icra etmək mümkün olmamışdır. Bu barədə tərəfindən akt tərtib edilmişdir. Dəfələrlə tələbkarın ünvanına sözü gedən ünvana gəlməsi ilə bsğlı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, təyin edilən vaxtda icra yerinə üzürsüz səbəbdən gəlməmişdir. Həmin qərarla, Suraxanı Rayon Məhkəməsi tərəfirıdən verilmiş 2(010)-7135/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədi sənədi icra olunmadan Suraxanı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2012-ci ildə ölmüşdür. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X23 ilə X13 arasında nikah xx.xx.2020ci il tarixdə bağlanmışdır. Şaumyan rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə doğulmuş və valideyləri X18 ilə X5r. Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2005-ci ildə ölmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 146.1 Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 146.2 Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. 152.1 Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə isə qüvvədə düşmüşdür) Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarı Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı, hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi 001024 saylı xx.xx.1990-cı il tarixli orderə əsasən məhkəmə müəyyən edir ki, Serebrovski qəsəbəsi, 4042, 4048,4050, 4060 məhəllə, ev 6 mənzil 112 İddiaçı X6na (özü, arvadı və oğlu ailə tərkibi kimi göstərilməklə) verilmişdir. İddiaçı X6 2006-cı ildə Cavabdeh ilə nikaha daxil olmuşdur. İddiaçı X6 2012-ci ildə vəfat etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-7135/2014 saylı qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, 6 saylı evin, 112 saylı mənzilə köçürülməsi qət edilmişdir. Cavabdeh mənzilə köçmədiyindən Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-7135/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi icra olunmadan Suraxanı Rayon Məhkəməsinə geri qaytarılmışdır. Hazırda İddiaçı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh. 4042/60, ev 6, mənzil 112 üzərində istifadə hüququnun itirilmiş hesab edilməsini istəyir. Beləliklə, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2006-ci ildə yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki mübahisənin həlli üçün tərəflər arasında hüquq münasibəti yaranan vaxt qüvvədə olmuş, yəni Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə isə qüvvədə düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Məcəllənin müvafiq normalarından, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əlaqəli qərarından görünür ki, yaşayış sahəsindən müvəqqəti başqa yerə gedənin yaşayış sahəsinin cəmi altı ay saxlanıldığı müəyyən edilmiş, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmək isə icarə müqaviləsinin pozulması, beləliklə, yaşayış sahəsinin itirilməsinin əsası kimi qiymətləndirilmişdir. Lakin bu zaman həlledici məqam həmin Məcəllənin 87-ci maddəsində göstərilmiş “daimi yaşamaq üçün getmək” şərtinin məhkəmə araşdırması nəticəsində müəyyən edilməsidir. Hazırkı iş üzrə iddia tələbinin əsaslandırıcı hissəsindən, eləcə də iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatlardan belə görünür ki, iddiaçı cavabdehin mənzildən istifadə hüququnun itirilməsinə dair tələbini Cavabdeh mənzilə köçürülməsi ilə bağlı 2014cü il tarixli məhkəmə qətnaməsi olmasına baxmayaraq cavabdehin həmin mənzilə köçüb yaşamaq istəməməsi ilə əsaslandırmışdır. İş materiallarında olan şahid ifadələrindən də Cavabdeh 10 ildir ki, mübahisəli mənzildə yaşamadığı təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində müəyyən edilmiş “daimi yaşamaq üçün getmək” şərti hazırki işdə müəyyən edildiyindən Cavabdeh mənzilə olan istifadə hüququnu itirmişdir. Odur ki, iddiaçı cavabdehin həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsin yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin şəxsin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılması üçün əsasdır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə də, məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112-dən istifadə hüququ itirilmiş hesab edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112-dən istifadə hüququ itirilmiş hesab edilsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4042/60, ev 6, mənzil 112-dən qeydiyyatdan çıxarılması üçün əsasdır. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar