Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4437/2022 15.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Səfərov Elçı̇ n Qərı̇ b oğlu və "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Səfərov Elçı̇ n Qərı̇ b oğlu və "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi 13M ünvanında inşa edilən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 68.6 kv.metr sahəsi olan 277 saylı mənzilə dair "xxxx" MTK ilə Cavabdeh1 arasında yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 09 iyul 2013-cü il tarixli, 29 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 15 noyabr 2022-ci il tarixə, saat 12:30-a təyin edilmişdir. İddiaçı, cavabdeh "xxxx" MTK və üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə cavabdeh, həmin iş üzrə iddiaçı Səfərov Elçı̇ n Qərı̇ b oğlunun iddiası qismən təmin edilərək, xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilərək, iddianın rədd edilməsi qət edilmiş, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxışa qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarlarında göstərilib ki, eyni predmet əsasında və eyni tərəflər arasında əqdlərin etibarsızlığı ilə əlaqədar məhkəmə artıq hüquqi qiymət vermişdirsə, yenidən əqdlərin etibarsızlığının mübahisələndirilməsi yol verilmir. Belə iddia ərizələri icraata götürülməməli, götürüldüyü təqdirdə isə baxılmamış saxlanılmalıdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq, mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfin izahatını dinləyərək hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim A.Qasımov) 15 iyul 2021-ci il tarixli, 2(010)-1879/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X1 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilənin etibarsız hesab edilməsi, iddiaçı Səfərov Elçı̇ n Qərı̇ b oğlunun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, iddiaçı Səfərov Elçı̇ n Qərı̇ b oğlunun həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10887/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışınski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Ş.Məmmədova) apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1879/2021 saylı işi üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsi qismən təmin edilən hissədə ləğv edilmiş və həmin hissədə iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2625/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Səfərov Elçı̇ n Qərı̇ b oğlunun kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10887/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadının 37-ci bəndində göstərilir ki, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin aşağıdakı tələbləri baxımından yolverilməzdir. Həmin Qərardadın 52-ci bəndinə əsasən məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair (etibarsızlığın növündən asılı olmayaraq) verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi MPM-in 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, hakim ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 №-li, 24 dekabr 2021-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göründüyü kimi əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Səfərov Elçı̇ n Qərı̇ b oğlu və "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(010)-4437/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4437/2022
15.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver