Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-449/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1315.89 manat borcun tutularaq **********000 abonent koduna və 33.15 manat dövlət rüsumu üzrə xərclərin ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi suyun dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq 4 nəfər olmaqla normativ qaydada hesablanmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 1315.89 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehin yaşadığı ünvanda sayğac bu il quraşdırılıb, borc məbləği isə ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq 4 nəfər olmaqla normativ qaydada hesablanmışdır.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbi ilə razı deyildir. O, həmin ünvanda əvvəllər ailəsi ilə birlikdə 4 nəfər olmaqla yaşamış, lakin sonra həyat yoldaşı ilə ailə münasibətləri pozulduğundan həmin ünvanda tək yaşamışdır. İddia tələbində qeyd olunan borc məbləği yüksəkdir və həmin borc məbləğini birdəfəlik ödəməyə maddi imkanı çatmır.
İş materialları.
5. Abonent kartından görünür ki, Cavabdeh adına olan ünvan 1 ünvanında abonent kodu **********000, müqavilə nömrəsi №20938309, tarixi xx.xx.2012, xidmət tipi su və çirkab olan Cavabdeh hesabına su sərfiyatına görə 2023-cü il daxil olmaqla 1315.89 manat borc hesablanmışdır.
6. İş matariallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borc məbləğini 7 iş günü ərzində ödəməsi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları.
7. İddiaçı tərəfindən Cavabdeh yaşadığı ünvana su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi və su sərfiyyatına uyğun olaraq ümumilikdə ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq 4 nəfər olmaqla normativ qaydada 2023-cü il daxil olmaqla “Abonent kartına” əsasən 1315.89 manat borc yazılması işin hallarını təşkil edir. Hazırkı iddia tələbində iddiaçı cavabdehdən borc məbləğinin ödənilməsini tələb edir və iddia tələbini onunla əsaslandırır ki, cavabdeh tərəfindən su sərfiyyatı ilə bağlı yaranmış 1315.89 manat borc məbləğindən ödəniş edilməmişdir. Cavabdeh isə iddia tələbi ilə razı olmadığını bildirir və eyni zamanda qeyd edir ki, tələb edilən borc məbləği çoxdur və birdəfəlik ödəməyə maddi imkanı çatmır.
Tətbiq edilən hüquq.
8. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri 61.1 Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
9. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarı.
8. STKM-in vəzifələri 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim edilməlidir.
10. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1 Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
Məhkəmənin mövqeyi.
11. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
12. Məhkəmə qeyd edir ki, iş materiallarının araşdırılması və tərəflərin izahatı nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı ünvan 1 ünvanına su təchizatı və tullantı sularının axıdılması xidmətləri göstərilmiş və cavabdehin hesabına su sərfiyatına görə 2023-cü il daxil olmaqla 1315.89 manat borc hesablanmışdır. Cavabdeh ona xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh qeyd edilən dövr ərzində istifadə edilmiş suya görə ödəniş etməməsini təqzib etmir. İşə əlavə edilmiş abonent saldosundan da görünür ki, kifayət qədər uzun müddət cavabdeh tərəfindən ödənişlər davamlı olaraq tam edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh onun yaşadığı ünvanda adına açılmış abonent hesabına əsasən su xəttindən istifadə etməsi ilə əlaqədar yaranmış 1315.89 manat borc pul vəsaiti tutularaq **********000 abonent koduna ödənilməlidir. Bu xüsusda məhkəmə cavabdehin iddia tələbinə etirazını əsaslı hesab etmir. Belə ki, cavabdeh iddia tələbinin əksinə dəlalət edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
Məhkəmə xərcləri.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. İddia təmin edildiyi üçün iş üzrə ödənilmiş 33.15 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
16. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1315.89 manat borc pul vəsaiti tutularaq **********000 saylı abonent koduna və iş üzrə ödənilmiş 33.15 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir.
17. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İbrahı̇ mov Vı̇ dadi Emı̇ n oğlundan su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1315.89 manat borc vəsaiti tutularaq **********000 abonent hesabına ödənilsin. İş üzrə ödənilmiş 33.15 manat dövlət rüsumu cavabdeh İbrahı̇ mov Vı̇ dadi Emı̇ n oğlundan tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov