Məhkəmə qərarları › İş №e-2(010)-4867/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4867/2025

29.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4867/2025 29.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X12 qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat etmiş X5 ilə qohumluq faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X5 18 may 2025-ci il tarixində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2025-ci ilin may ayının 21-ci günündə 432 № ilə qeyd edilmişdir. Moskalyova Tatyana, ölən günədək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 8/6 saylı evin, 58 nömrəli mənzildə yaşamışdır. Sağlamlığı ilə əlaqədar problemi ilə bağlı qulluğa ehtiyacı olduğundan son 10 il müddətində onunla birgə yaşamışdır. Ölən günü də yanında olmuşdur. O, X1 dəfn mərasimlərini təşkil etmiş və dəfn xərclərini qarşılamışdır. Mərhum X5 ana tərəfdən qohumudur. Daha dəqiq o, anasının xalası qızıdır. Lakin bu qohumluq faktını müəyyən edən sənədlərin əldə edilməsi mümkün olmamışdır. Buna da səbəb mərhumun yaxın dairəsində aid qohumları ayrı-ayrı vaxtlarda müxtəlif ölkələrdə anadan olmuş və yaşamışlar. Hazırda da sağ qalanı yoxdur. Mərhumun bir bacısı olmuşdur, o, da ərdə olmamış və övladı yoxdur, çoxdan ölmüşdür. Ona görə də qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək vacibliyi ortaya çıxmışdır. Qeyd edilməlidir ki, onun yaxın dairəli sağ qalan vərəsələri yoxdur. Qohumluq əlaqəsi olan sağ qalan yalnız ərizəçinin özüdür. Qeyd olunanları onları tanıyan və yaxın münasibətdə olduğu şəxslər təsdiqləyə bilərlər. Mərhumla qohumluq əlaqələri, onunla bir mənzildə yaşamağı kimi faktiki halları Şahid3 və Şahid5 tərəfindən 03 iyun 2025-ci il tarixli ərizə, həm də Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş 148 №-li, 04 iyun 2025-ci il tarixli arayışla da təsdiq olunmuşdur. Qohumluq faktının müəyyən edilməsinə səbəb X2 miras qalmış Bakı şəhəri, Əmircan qəsəbəsi, 8/6 saylı evin, 58 nömrəli mənzilinə vərəsəlik qaydasında şəhadətnamənin alınmasına görədir. Miras əmlaka adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətmənin verilməsi ilə bağlı Bakı şəhəri 14 saylı Notariat ofisinə ərizə və vərəsəlik işi üzrə digər sənədlərlə müraciət etmişdir. Lakin müraciətim müsbət həll edilməmiş, vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İmtinaya səbəb 18 may 2025-ci il tarixində vəfat etmiş X5 ilə aralarında qohumluq faktını müəyyən edən sənədlərin əldə edilməsinin mümkün olmamasıdır. Tərəflərin izahatları. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək bildirmişdir ki, məhkəməyə fotoşəkillər təqdim etmişdir. Qohumluq münasibətləri cavan vaxtdan sonuncu günə qədər davam edir. Şahid ifadələri də bunu sübut edir. Ərizəçi mərhum X1 beşinci dərəcədən vərəsəsinə düşür. Ərizənin təmin edilməsini xahiş edir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, mərhumun ana-atası barədə məlumatları əldə etmişdir. Mərhumun atası Viktor ərizəçinin anasının bacısı oğludur. X10 ərizəçinin anasıdır. İş üzrə maraqlı şəxs Baki Şəhəri 14 Saylı Dövlət Notariat Kontorunun nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Şahidlərin ifadələri. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, o, mərhum X1 qonşusu olmuşdur. Ərizəçinin anası ilə mərhumun atası xala uşaqlarıdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin anası ilə mərhum X1 atası xala uşaqlarıdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, ərizəçinin qardaşı qızıdır. Ərizəçinin anası ilə mərhum X1 atası iki doğma bacı uşağıdır. Ulu nənələrinin adı isə Evdokiya olmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin anası ilə mərhum X1 atası xala uşaqlarıdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, o, mərhum X1 qonşusu olmuşdur. Mərhumun nə əri nə də uşağı var idi. Binanın 6-cı blokunda qonşu olublar. Mərhumun ərizəçi ilə uzun illər qohumluq münasibəti olmuşdur. Belə ki, ərizəçi arvadı ilə birlikdə mərhumun ziyarətinə gəlirdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, 1972-ci ildə mərhum X1 qonşusu olmuşdur. Ərizəçinin anası ilə mərhumun atası xala uşaqlarıdır. Mərhumun əri yox idi. Ərizəçi arvadı ilə birlikdə mərhumun yanına gəlirdi. İş materialları. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 511373 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025ci il tarixdə 432 nömrə ilə qeyd edilmişdir. Suraxanı RHİB Əmircan qəsəbəsi nümayəndəliyi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş İV-ЖГ seriyalı 291513 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X4 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 101 nömrə ilə qeyd edilmişdir. Suraxanı RHİB Əmircan qəsəbəsi nümayəndəliyi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş V-ЖГ seriyalı 326762 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X14 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 87 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 384175 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X11 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010cu il tarixdə 549 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 131282 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X15 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005ci il tarixdə 197 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 14 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi barədə qərarına əsasən miras qoyan, X6 ilə aralarında qohumluq faktını müəyyən etmək mümkün olmadığına görə Ərizəçi adına, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Şahid5 və Şahid3 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiqlənmiş 8İ-2824 reyestr nömrəli ərizəsinin surətindən görünür ki, onlar xx.xx.2025-ci il tarixdə vəfat etmiş X3 bütün dəfn xərclərinin Ərizəçi tərəfindən ödənildiyini öz imzaları ilə təsdiq etmişdir. AR Bakı Şəhəri Suraxanı Rayonu Zığ Bələdiyyəsi tərəfindən tərtib olunmuş 148 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum yaxını X6 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında dəfn olunmuş və dəfn xərci Ərizəçi tərəfindən çəkilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, , Ərizəçi və X5 bir yerdə eyni masa arxasında, məişət şəraitində ayrı-ayrı məclislərdə iştirak etmişdirlər. Ordjonikidze (Suraxanı) rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İİ-ЖГ seriyalı 292282 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X10 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1981-ci il tarixdə 118 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən verilmiş İV-ЖГ seriyalı 319611 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X7 16 iyul 1991-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 124 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Moskalyova (Zinina) Tatyana Viktorovnanın anası - X13 xx.xx.1926-cı il tarixdə Rusiya Federasiyası Novosibirsk şəhərində (ölüm haqqında akt qeydinə əsasən) anadan olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.1956-cı il tarixli, 927 nömrəli doğum aktı qeydinin surətindən görünür ki, X9 (atası X14, anası X11) xx.xx.1956-cı ildə doğulmuşdur. AR Milli Arxiv İdarəsinin xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, sorğunu icra etmək imkanları xaricindədir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı. 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

2. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat etmiş X5 ilə qohumluq faktının müəyyən edilməsini tələb etmişdir. Mərhum X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri 14 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ərizəçi ilə miras qoyan, X6 arasında qohumluq faktını müəyyən etmək mümkün olmadığına görə Ərizəçi adına, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Göründüyü kimi, qohumluq faktını müəyyən etmək mümkün olmadığından ərizəçi qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətləri həyata keçirə bilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi qohumluq əlaqəsinin olması faktını təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi anası və X1 atası xala uşaqları olmuşdur. Göstərilən hal məhkəmə iclasında tədiq olunmuş sübutlarla və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi qohumluq dərəcəsini təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir, çünki qohumluğunu təsdiq edən doğum haqqında şəhadətnamələri Azərbaycan Respublikasında verilməmişdir və/və ya Milli Arxivdə müvafiq məlumat tapılmamışdır. Bununla bağlı, məhkəmə iclasında şahidlər dindirilmiş və onlardan hamısı ayrı-ayrılıqda Ərizəçi anasının və X1 atasının öz aralarında xala uşaqların olmasını bəyan etmişdirlər. Eyni zamanda, mərhumun uzun illər qonşusu olan şahid bildirmişdir ki, mərhumun nə əri nə də uşağı var idi. Şahid ifadələrindən aydın olur ki, başqa qohumları yox idi və mərhumum yeganə daimi yanına gələn və qayğısına qalan qohumu Ərizəçi olmuşdur. Göründüyü kimi, ərizəçinin və şahidlərin ifadələri, iş materialları ilə Ərizəçi anası ilə mərhum X1 atası öz aralarında xala uşaqları olması faktı tam sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat etmiş X5 ilə qohumluq faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat etmiş X5 ilə qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar