Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-489/2021 16.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2 və qeyrilərinə qarşı “mənzilin boşaldılması və istifadə hüququna xitam verilməsi” tələbinə və iddiaçı X1 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları üzrə mülki işlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 və qeyrilərinə qarşı “mənzilin boşaldılması və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, Zığ qəsəbəsi, Zığ yolu, 2 saylı evin 6 saylı mənzilini boşaltmalarını və həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi 21.10.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və e- 2(010)-489/2021 nömrə ilə qeydiyyata alınaraq hakim Təranə Mahmudovanın icraatına verilmişdir. İddiaçı X2 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 38 saylı notariat ofisində onunla İddiaçı arasında ünvan 1 ünvanında yerləşən 5 otaqlı mənzilə dair bağlanmış 14 fevral 2019-cu il tarixli, AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi 14.01.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuş və e-2(006)-1900/2021 nömrə ilə qeydiyyata alınaraq hakim Ramin Xəlilovun icraatına verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1900/2021 nömrəli iş üzrə qəbul etdiyi 15 mart 2021-ci il tarixli qərardadına əsasən icraatda olan iddiaçı Cavabdeh7 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair e- 2(006)-1900/2021 saylı mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızının icraatında olan İddiaçı cavabdeh X2 və qeyrilərinə qarşı “mənzilin boşaldılması və istifadə hüququna xitam verilməsi” tələbinə dair e-2(010)- 489/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınaraq mülki iş Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Hər iki iddia ərizəsi icraata qəbul edilərək, hər iki iş üzrə işə mahiyyəti üzrə baxılması 16 may 2021-ci il tarixə təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Məhkəmə hesab edir ki, hər iki iddiaya tam və obyektiv baxılması üçün hər iki mülki iş 2(010)-2699/2021 iş nömrəsi ilə bir icraatda birləşdirilməli və iddia tələbləri birləşdirildiyindən e-2(010)-489/2021 nömrəli işin icraatına xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1 və 263-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh X2 və qeyrilərinə qarşı “mənzilin boşaldılması və istifadə hüququna xitam verilməsi” tələbinə və iddiaçı X1 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları üzrə hər iki mülki iş 2(010)-2699/2021 iş nömrəsi ilə bir icraatda birləşdirilsin. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №e-2(010)-489/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-489/2021
16.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver