Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-504/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X19 qızının katibliyi, iddiaçı-cavabdeh İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1, cavabdeh-iddiaçı Cavabdeh Nərı̇ man oğlunun və vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Nərı̇ man oğluna qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin, iddiaçı Cavabdeh Nərı̇ man oğlunun cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən göndərilmiş: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 (daşınmaz əmlakın ümumi sahəsi 87.0 kv. m, torpaq sahəsinin ölçüsü 0.04 ha) xüsusi mülkiyyət hüququ əsasında X3 adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 1.2. xx.xx.2017-ci il tarixli 4Ə/604 reyestr saylı X5 və X18 (yetkinlik yaşına çatmadıqları üçün atası onun adından Cavabdeh Nərı̇ man oğlu və anası Nümayəndə çıxış etmişdir) arasında rəsmiləşən “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X5 ünvan 1 ünvanında yerləşən və ümumi ölçüsü 0.04 ha olan torpaq sahəsinin 0,018 ha hissəsini X11 bağışlamışdır.
2. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən göndərilmiş: 2.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 (əvvəlki 178 C) (daşınmaz əmlakın ümumi sahəsi 87.0 kv. m, torpaq sahəsinin ölçüsü 0.018 ha) xüsusi mülkiyyət hüququ əsasında X8 adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2.2. xx.xx.2023-cü il tarixli 4Ə/478 reyestr saylı X18 və İddiaçı arasında rəsmiləşən “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X18 ünvan 1 ünvanında yerləşən və ümumi ölçüsü 0.018 ha olan torpaq sahəsini İddiaçı bağışlamışdır. 2.3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 (əvvəlki 178 C) (daşınmaz əmlakın ümumi sahəsi 87.0 kv. m, torpaq sahəsinin ölçüsü 0.018 ha) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. İlkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş və “X16” PHŞ tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Nümayəndə Əlihüseyn qızı xx.xx.2024-cü il tarixində mərkəzə müraciət etmiş və müayinədən keçmişdir. Vətəndaşa G.90.9 (veqetativ avtonom sinir sisteminin dəqiqləşdirilməmiş pozğunluğu) diaqnozu təyin edilmişdir. Hal-hazırda ambulator müalicəsi davam etdirilir.
4. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş İddiaçı adına olan **********00000 №-li abonentin saldosundan görünür ki, ünvan 3 ünvanı üzrə ilkin qaz sayğacı xx.xx.2008-ci il tarixdə, sonuncu sayğac xx.xx.2015-ci il tarixdə quraşdırılmış və 2010-cu ilin iyun ayından başlayaraq qazdan istifadəyə görə borclar hesablanmağa başlamış və ödənişlər edilmişdir.
İşin faktiki halları
5. ünvan 4 ünvanının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilin onun xüsusi mülkiyyətində olması işin mübahisəsiz hallarıdır.
İddia tələbi
6. İddiaçı Cavabdeh Nərı̇ man oğluna qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyəytində olan ünvan 4 saylı evdən Cavabdeh istifadəsinə xitam verilməklə həmin mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh Nərı̇ man oğlu İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 5 ünvanına istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-504/2024 nömrəli iş üzrə qəbul etdiyi 14 fevral 2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır.
Tərəflərin izahatları
9. Məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək bildirdi ki, onlar əvvəldən dayısının evinin 1-ci mərtəbəsində yaşamışlar, sonradan dayısı həyətindən torpaq sahəsini onun balaca qardaşına bağışlamışdır. Dayısıgil orada ev tikmiş və anasının imkanı yaxşı olmadığı üçün evi onun qardaşına bağışlamışdır. 2017-ci ildə atası, anası, qardaşı və o, birlikdə ora köçüb yaşamağa başlamışlar. Sonradan isə qardaşı həmin evi onun toyu olduqdan sonra övladının doğulduğu ərəfələrdə ona bağışlamışdır. Atasının Kürdəmir rayonu Karrar kəndində olan evdə zəhməti var, bu evdə heç bir zəhməti olmayıb. Evdən çıxma səbəbi isə atası olmuşdur, belə ki, atası tez-tez anası ilə mübahisələr edirdi, yoldaşı isə hamilə olduğundan və bu hal ona pis təsir etdiyindən o, atasına vəziyyətin düzələcəyi halda evə geri qayıdacağını bildirib, kirayədə yaşamağa getmişdir. O, evdən çıxdıqdan sonra səhəri gün atası anasını döydüyü üçün anası orada qala bilmədiyini bildirmiş və o da anasını öz yanına gətirmişdir. Saldoya münasibətdə isə bildirdi ki, saldoda qaz sərfiyyatı 100-150-200 manat göstərir. Yaşayış olan evdə 200-250 manat qaz sərf etmək olmaz. Orada yaşayış olmayıb, başqa yerdə yaşayıblar və orada onun və qardaşının balaca olduğunu, bu səbəbdən evin qaz-su sayğaclarının onun dayısının adına olduğunu bildirdi. Onlar həmin vaxt orada yaşamasalar da, hissə-hissə əvvəlcə 1 otaq, sonra digərləri tikilib və qış aylarında divarların suvaqlarının quruması üçün qaz sobası yandırılıb. Qaz sərfiyyatı bununla əlaqəli ola bilər. Evdə adi yaşayış olanda istifadə edilən qazla, usta işləyən, təmir edilən zaman istifadə edilən sərfiyyat fərqli olmalıdır, orada prefarator, drel və s. alətlər işlədilib. Buna görə də saldoda göstərilən məbləğ normaldır. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
10. Məhkəmə iclasında iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək bildirdi ki, evi iddiaçının dayısı iddiaçının balaca qardaşına yetkinlik yaşına çatmadan əvvəl bağışlayıb, balaca qardaşı isə qardaşına - iddiaçıya bağışlayıb. Yəni bu ev bağışlanma əsasında əldə edilib. İddiaçının dayısı öz bacısına, yəni iddiaçının anasına özünə məxsus evinin arxa hissəsini bağışlayıb, qardaşı köməklik edib və ev tikiblər. Onlar bacı-qardaş hamısı hasar qonşusu olublar. Həmin vaxt dayısı evi öz bacısının adına bağışlamayıb, çünki cavabdehin haqq tələb edəcəyini düşünüblər, bu səbəbdən bacısının balaca oğluna bağışlayıb. Hazırda onlar birlikdə yaşaya bilmirlər, cavabdeh həmin evdə, onun həyat yoldaşı, uşaqları və gəlini isə evdən çıxıb kirayədə qalır. Evin mülkiyyətçisi iddiaçıdır, ev onlara dayısı tərəfindən bağışlanaraq verilib, cavabdehin heç bir payı yoxdur. Cavabdehin maddi imkanı daima zəif olub, onlar kirayədə yaşayıblar, cavabdehin güclü iş qabiliyyəti olmayıb. Qeyd etdiklərinə əsasən cavabdehin mənzili tikməsinə dair hər-hansı sübutu yoxdur və onun mənzildən istifadə hüququnun tanınması mümkün deyil. İstifadə hüququnun tanınması Mülki Məcəlləyə uyğun olaraq mülkiyyətçinin razılığı əsasında notarial qaydada qeydiyyat aparılmalıdır. Belə bir hal isə yoxdur. Məhkəmə iclasında izahat vermiş iddiaçının nümayəndəsi Məhluqə xanımın 2017-ci ildən əvvəl də orada yaşaması ilə bağlı bildirdiklərinə münasibətdə qeyd etdi ki, Məhluqə xanım qarşı tərəf ilə uzun illər gərgin həyat şəraitində yaşayıblar və bu səbəbdən əsəb-sinir sistemi pozulub, gərgindir, hətta bununla bağlı “X16” tərəfindən verilmiş ambulator tibbi sənəd də var. Sənədə əsasən Məhluqə xanımda sinir sisteminin dəqiqləşdirilməmiş pozğunluğu mövcuddur, ambulator müalicəsi davam edir. Bu səbəbdən o tarixləri qarışdırıb və 2017-ci il demək əvəvzinə 2007-ci il deyib. Onların 2007-ci ildən orada yaşaması qeyri-mümkündür. İddiaçı tərəf, evi bağışlayan şəxs özləri belə 2017-ci ildən orada yaşadıqlarını bildirir. Ünvanda sayğac quraşdırıla bilər, lakin bu orada yaşayış olması demək deyil, onların yaşadığını sübut edən fakt deyil. Şahid qismində ifadə vermiş iddiaçının dayısı da bildirmişdir ki, mənzildə hissəhissə təmir işləri aparıldığı üçün işıq-su-qaz sayğaclarının quraşdırılması normaldır. Hazırda sənədlərlə, şahidlərin ifadələri ilə Anargilin əvvəl dayısının evində qalması, son illərdə öz evlərinə köçməsi öz təsdiqini tapır. Keçən iclasda gələn şahidlər də onların həyətlərinə girdiyini, əvvəl dayısı evində, son illərdə öz evlərində yaşadıqlarını bildirdilər, şahidlər gördüklərini danışırlar. Sənədlərlə görünür ki, bu evi dayısı tikib, torpağı dayısı bağışlayıb, onların maddi vəziyyəti yaxşı olmadığı üçün dayısı daim köməklik edib. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
11. Məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh Nərı̇ man oğlu qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddianı isə qəbul etməyərək bildirdi ki, həmin torpaq sahəsini oğluna dayısı verib və evi 2006-2007-ci illərdə yoldaşı ilə birlikdə, bəlkə də 10 maşın torpaq daşımaqla əziyyət çəkərək tikmişlər. Onlar ailəvi olaraq bacısıgilin yanında Novxanıda qalırdılar, sonradan yol uzaq olduğu üçün qaynının evinin alt mərtəbəsində qaz-işıq-su xəttini çəkib, şəraitini düzəldib orada yaşamışlar. Həmin vaxtlar qaynı torpaq sahəsini onlara vermişdir. Oğlu onu vurduğu üçün oğlunu evdən çıxartmış, lakin sonradan barışmışlar. O, işdə olan vaxt isə yoldaşı zəng edib evdən çıxıb getdiyini bildirmişdir. Əgər onun niyyəti başqa olsa idi, heç evi oğlunun adına keçirtməzdi. Qaynı, torpağı onun adına keçirtmək istəyirdi, lakin rüsum pulu çox olduğu üçün oğluna bağışlamışdır. Evi də o tikdirmiş, təmir işlərini də 2-3 il olar ki, bitirmişdir. Məhkəmə iclasında şahid kimi ifadə verən Elçin evin qaz, işıq, su xəttini özünün çəkdirdiyini bildirsə də, qeyd etdikləri düzgün deyildir. O, qaz, işıq və suyu özü çəkdirmiş, sənədlər arxasınca özü getmiş və evi də özüm tikdirmişdir. Əvvəllər qaz qaynının adına idi, torpağın sənədi yox idi, su və işıq isə onun adına idi. Sentyabr ayının 10-da Anar evi öz adına keçirdəndən sonra su və işığı da öz adına keçirmişdir. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, qarşılıqlı iddia tələbinin təmin olunması, ilkin iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
12. Məhkəmə iclasında cavabdeh-iddiaçının vəkili və nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddianı isə qəbul etməyərək bildirdi ki, qarşı tərəfin vəkili qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsində həmin evi 2017-ci ildən rəsmiləşdirdiyini və orada yaşadığını qeyd edib. Bu səbəbdən iddiaçının anasına həmin sualı verib bu məsələni dəqiqləşdirdi. Suala verilən cavabdan görünür ki, 2006-cı ildən orada yaşayış olub. İddiaçı tərəf 2006-cı ildən həmin evi tikdiyini və 2017-ci ildə rəsmiləşdirdiyini bildirir. Həmin ev birdən-birə tikilməyib, 2006-cı ildən yaşayış olub və tikilə-tikilə 2017-ci ilədək davam edib, 2017-ci ildə isə rəsmiləşdirilib. Onlar mənzili 2017-ci ildə rəsmiləşdirdikləri üçün münasibətin həmin vaxtdan yarandığını göstərməyə çalışırlar, lakin 2006-cı ildən orada yaşayış olub və münasibət həmin vaxtdan yaranıb. Hesab edir ki, bu məsələyə 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi tətbiq edilməlidir. 2006-cı ildə onlar ailə kimi birlikdə yaşayırdılar və cavabdeh də ailə üzvü olaraq həmin mənzildə yaşayıb, onun da istifadə hüququ tanınmalıdır. Qarşı tərəfin vəkili izahatında iddiaçının anasının sinir sisteminin pozulduğunu və tarixləri qarışdırdığını bildirdi və xanımın başında psixi pozuntu olduğunu əsas gətirib sənəd təqdim etdilər ki, bu da əsassızdır. Təqdim etdikləri abonent saldosundan görünür ki, mənzilin çıxarışı olmayıb, lakin sayğac quraşdırılıb. Sonradan ünvan dəyişsə də, ərazi olaraq eynidir, çıxarış alınanadək başqa ünvanla bilinib, çıxarış alınandan sonra isə başqa ünvan qeyd edilib. Həmin sayğac 2008-ci ildə quraşdırılıb, indi isə evdə olan sayğac 2015-ci ildə quraşdırılıb. 2008-ci ildə torpağın çıxarışı olub, evin isə çıxarışı olmayıb. Bu səbəbdən sayğac iddiaçının dayısı X2 adına quraşdırılıb. Həmin ünvan da hazırda Anarın adına keçirilib. Həmçinin, 2008-2010-cu illər arasında olan sərfiyyat qeyd edilməyib, 2010-cu ildən sonra olan sərfiyyat göstərilib. 2008-2010-cu illərə dair sərfiyyatın olmamasına səbəb 2010-cu ildə Azəriqazın ümumi sisteminin dəyişməsidir. Şahidlərə münasibətdə isə qeyd etdi ki, dindirilən şahidlərdən ikisi dəqiq məlumat verə bilmədi, bir xanım Anarın uşaqlığından evə daxil olduğunu bildirdi, lakin evin dəqiq nə vaxt tikildiyini deyə bilmədi. Yalnız dayısı şahidlik etdi, o da, özünə şahidlik edib torpağı bağışladığını, evi tikdirdiyini bildirdi. Dayısı 2011-ci ildə evi tikməyə başladığını etiraf etdi və qaz sayğacının qardaşının adına, su və işıq sayğaclarının isə cavabdeh Xəyal bəyin adına olduğunu bildirdi. Əgər evin tikilməsində özləri məşğul olubsa, su-işıq sayğacı necə Xəyal bəyin adına ola bilərdi? Qaz sayğacı çıxarış ala bilmədikləri üçün Elçinin öz adına olub. Şahid 2011-ci ildən evi tikməyə başladıqlarını deyir, o, sənədlər vermişdir, 2008-ci ildən qaz sayğacı quraşdırılıb. Nazirlər Kabinetinin “Qazdan istifadə qaydaları”na dair 80 nömrəli Qərarı var. Həmin qərarla sayğaclar quraşdırılır, həmin qaydalara riayət edilir. Qərarda qeyd edilib ki, evin içərisində avadanlıqlar yoxdursa, həmin yerə qaz xətti çəkilə bilməz. Evin 2011-ci ildən tikildiyini deyirlər, 2008-ci ildən başlayaraq qaz evə çəkilib, sayğac quraşdırılıb. Demək ki, 2008-ci ildə ev tikilib və avadanlıq yerləşdirilib ki, qaz sayğacı da quraşdırılıb. İstər praktika da, istərsə də Nazirlər Kabinetinin qərarı ilə ev tikilətikilə qaz xətti quraşdırılmır. Deməli, şahid düzgün ifadə vermir, ev 2008-ci ildən əvvəl tikilib və avadanlıqlar yerləşdirilib, sayğac da 2008-ci ildə quraşdırılıb. Əgər qarşı tərəf kompensasiya verməklə istifadə hüququna xitam verilməsini təklif etsə, ərizələrini düzgün hesab etmək olardı. Lakin onlar heç bir kompensasiya təklif etmədən istifadə hüququna xitam verilməsini tələb edirsə, belə olan halda ərizə düzgün deyil və iddia rədd edilməlidir.
13. 11 mart 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı-cavabdehin nümayəndəsi Nümayəndə bildirmişdir ki, onların ailə vəziyyəti, maddi imkanları yaxşı deyil, hazırda himayələrində körpə uşaq var, kirayədə qalırılar və qardaşları dolanışığıqlarına köməklik edir. O, özü xadimə işləyir, hər ay 400 manat kirayə haqqı vermək çətindir. Qardaşları həmin torpaq sahəsini içərisində ev olmaqla ona bağışlayıb. Evin ətrafında 2 qardaşı və 1 bacısının evləri var, qardaşları onun kirayələrdə qalmamağı üçün evi tikib ona veriblər. Onlar 2003-cü ilədək müxtəlif yerlərdə qalmışlar, ikinci oğlu dünyaya gəldikdən sonra qardaşının alt evində heç bir kirayə haqqı, kommunal ödəniş etmədən qalmışlar. Həmin 3 il ərzində də qardaşları torpaq sahəsində ev tikib, onları həmin evə köçürdüblər. Təxminən, 2006-cı ildən orada yaşamışlar. 2006-cı ildən kiçik sahəli, eni 2 metr, uzunluğu isə 3 metr olmaqla 1 otaqlı yerdə yaşamışdır. Sonradan özü əziyyət çəkərək, torpağı qazaraq ev tikmiş, qardaşları isə köməklik etmişdir.
14. Məhkəmə iclasında iddiaçı-cavabdeh tərəfindən şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, Anarın dayısı, Xəyalın izə yeznəsidir, Xəyal ilə aralarında heç bir düşmənçilik münasibəti yoxdur. Təxminən 8-10 il müddətdə Xəyal öz ailəsi ilə birlikdə onun evində təmannasız yaşamışdır. Qardaşı Əhməd torpağı onlara bağışlayıb. O və qardaşı Əhməd birlikdə həmin torpaq sahəsində evin tikintisini təşkil etmişlər. O, kiçik sahibkardır və müəyyən qazancı var. Xəyal bəy isə “BTE” həyətində “avtostayanşik” işləyirdi, onun aldığı məvacib özünün dərman-iynələrini, həkimlərini ödəyirdi. Əvvəllər tibbi sığorta sistemi olmayıb, son 1-2 ildə tətbiq olunub. Bu səbəbdən evin tikintisi şəxsən o və qardaşı tərəfindən həyata keçirilib. Cavabdehin müəyyən qüsurları, ailədə problemlər olurdu, onlar 24-25 il dözsələr də, nəticədə iş bu yerə gəlib çıxmışdır. Ailənin 5 üzvü həmin evdə qeydiyyatda olduğu halda müəyyən xoşagəlməz hadisələrin qarşısı alınması üçün kirayə evdə qalır, həmin evdə isə qeydiyyatı olmayan Xəyal bəy yaşayır. Ev yaşayayaşaya tikilib. Hətta evin hörgüsünün tikintisi zamanı Neft şirkətinin əməkdaşları gəlib tikintini dayandırmış, o da evin təkrar tikintisi üçün müraciətlər etmişdir. Bunları Xəyal bəy özü də vicdanla təsdiq edə bilər. Evin tikintisi təxminən 5-6 il davam edib. Evə 2017-ci ildə köçüblər və təxminən 2011-ci ildən tikinti işləri başlayıb. 1999-cu ildə torpaq alınıb və hissə-hissə ilk növbədə böyük qardaşının, sonra isə onun evi tikilib. Ailənin lokomotivi o olmuş, hər şeydə o dəstək olmuşdur. Evin kommunallarından qaz birbaşa qardaşı Əhmədin adınadır. Qaz və işıq Əhmədin adına olub, sənəd onun adına olduğu üçün kommunallar da onun adına rəsmiləşdirilib. Sonra Əhməd müraciət edib və Xəyalın adına keçirilib. Ancaq ev təkrar bağışlanılandan sonra avtomatik olaraq Anarın adına keçirilib. Xəyalın adına işıq və su kommunalları olub, qaz isə ilk vaxtlardan Əhmədin adına olub, hazırda da elədir. Sənəd qardaşının adına olduğu üçün kommunal xətlər qardaşı tərəfindən çəkilib.
15. Məhkəmə iclasında iddiaçı-cavabdeh tərəfindən şahid qismində dindirilmiş X7 bildirmişdir ki,onlar Anargillə ailəvi dostdurlar, onun böyük uşağı ilə Anar birlikdə məktəbə gedib, uşaqlıq dostlarıdırlar, onlarla heç bir düşmənçilik münasibəti yoxdur. O, bu məsələnin əvvəlindən məlumatlıdır. Hazırda onların yaşadığı yeri görəndə bir insan kimi vicdanı sızıldayır. Onların yaşadığı ev bərbad vəziyyətdədir, havasızlıqdır, Məhluqə xanım mətbəxdə divanda qalır, Anarın əlləri qabar vəziyyətindədir, əziyyət çəkirlər. Əvvəllər Elçin qardaşın evində qalırdılar, sonradan Məhluqə qardaşının həyətdə balaca ev tikmək sözü verdiyini və ora köçəcəklərini ona bildirdi. Onlar böyük ailədirlər, hamının eyni evdə yaşamağı çətin olurdu. Sonra da Elçin həyətdə balaca ev tikmiş və orada yaşamağa başlamışdır. Onların ailələrinin maddi vəziyyəti yaxşı olmayıb, özlərinə ev, maşın almaq iqtidarında olmayıblar. Uşaqlar hər zaman bir-birlərinin paltarlarını geyinərək böyüyüblər. Məhluqə də evlərdə təmizlik işləri edərək bu uşaqları böyüdüb. Düzdür, Xəyal da o evdə olub, ancaq bildiyi qədəri ilə o, daima müalicədə olub, Məhluqə onu həmişə həkimlərə aparıb, müalicə etdirib. Onlar təxminən 5-6 il olarki ora köçüb orada yaşayırlar, ancaq konkret vaxtı bilmir, xeyli müddət tikinti işləri davam etmiş və ildən çox vaxt sərf edilmişdir.
16. Məhkəmə iclasında iddiaçı-cavabdeh tərəfindən şahid qismində dindirilmiş X15 bildirmişdir ki, Anarı və atasını tanıyır. Anar həm qonşularıdır, həm də dostudur. Anarla münasibəti yaxşıdır, atası ilə də heç bir düşmənçilik münasibəti yoxdur. O, Anarla atasının arasında olan ev məsələsinə görə şahidlik etməyə gəlmişdir. Anargilin yaşadığı ev dayısının olub, əvvəllər ev tam tikilməmişdi orada yaşayırdılar, sonra ev tikildi 5-6 il əvvəldən orada qalmağa başladılar. Əvvəl hazır vəziyyətdə deyildi, sonradan tikildi və köçüb yaşadılar. Onlar əvvəllər Günəşlidə qalırdılar. Anargil bu yaşadıqları evdə çoxdan yaşayırdılar. Ev tam tikilmədiyi üçün alt mərtəbədə aşağıda qalırdılar. O, evə girməmişdir, lakin həyəti görmüşdür.
17. Məhkəmə iclasında iddiaçı-cavabdeh tərəfindən şahid qismində dindirilmiş X12 bildirmişdir ki, Anar uşaqlıq dostudur, atasını da tanıyır, gediş-gəlişləri olmuşdur. Anargil uzun müddət dayısıgillə eyni həyətdə qalıblar, sonra dayısıgil ev tikdi, təxminən 5-6 il olar, onlar da həmin evə köçüblər. O, həyətə daxil olmuş və evləri də görmüş, lakin evdən içəriyə girməmişdir. Bu məsələnin üstündən uzun müddət keçib, onun bildiyi qədəri ilə dayısıgilin evində aşağıda qalırdılar, dayısıgil açarı Anargilə vermişdi. Onlar təxminən 6-7 il qaldılar. Sonra evləri tam tikiləndən sonra evlərinə köçdülər. Lakin köç vaxtı orada olmamışdır. O, evi görəndə ev artıq tikilmişdi, Anar özü köçdüklərini bildirmişdir.
18. Məhkəmə iclasında cavabdeh-iddiaçı tərəfindən şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Xəyal onun qardaşıdır, Anarla düşmənçilik münasibətləri yoxdur, ancaq danışmırlar. Həmin torpağı Anarın dayısıgil verib, həyətin həmin hissəsi daş-qayalıq idi. O, “lapatka” ilə qazaraq köməklik etmiş və qardaşı 1 otaqlı ev tikmişdir. Onlar bu evi tikmədən Bakıya gəliblər və 5 il onun evində qalıblar. Sonradan qayınları bu torpağı vermiş, o da qardaşına kömək etmişdir. Qardaşı təxminən 20 il olar ki, evi tikib. Onun evinə 2003-cü ildə gəlib, 4-5 il onun yanında qaldıqdan sonra hssə-hissə evi tikməyə başlamışdır.
Tətbiq olunan hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarı
Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarı
Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı
Konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir.
25. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolu
Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin “Sporronq və Lonnpot İsveçə qarşı” işi
Mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
28. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir.
29. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış hallarından müəyyən olundu ki, ünvan 4 (əvvəlki 178 C) (daşınmaz əmlakın ümumi sahəsi 87.0 kv. m, torpaq sahəsinin ölçüsü 0.04 ha) xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə bağışlama müqaviləsi əsasında X5 tərəfindən X11 (torpaq sahəsinin 0,018 ha hissəsi) bağışlanmış və xx.xx.2017-ci il tarixdə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X18 isə həmin torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini xx.xx.2023-cü il tarixdə qardaşı İddiaçı bağışlamış və İddiaçı adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
30. Hazırki iş üzrə İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evindən Cavabdeh istifadəsinə xitam verilməklə həmin mənzildən çıxarılmasını, Cavabdeh Nərı̇ man oğlu isə həmin fərdi yaşayış evinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəni həll etmək üçün ilk öncə cavabdehin həmin fərdi yaşayış evinə istifadə hüququnun olub-olmamasını müəyyən etmək lazımdır.
32. Mənzilə istifadə hüququnun yaranması ilə bağlı halları müəyyən etmək üçün isə tərəflər arasındakı hüquq münasibətlərinin hansı tarixdən yarandığını müəyyən etmək lazımdır.
33. Mülki iş materiallarından görünür ki, mübahisəli fərdi yaşayış evi mülkiyyətçi kimi əvvəlcə iddiaçının dayısı X3, sonra qardaşı X8 və nəhayət iddiaçının özünün adına (xx.xx.2023-cü il tarixdə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hər iki tərəf mübahisəli fərdi yaşayış evinin qeydiyyata alınmazdan əvvəl tikilməsini bildirməklə, həmin faktı təsdiq etmək üçün şahidlərini məhkəməyə dəvət etmişlər.
34. Məhkəmə şahid ifadələrinə münasibətdə hesab edir ki, həm iddiaçı tərəfindən şahid qismində dindirilmiş şəxslər - X6, X7, X15 və X12, həm də cavabdeh tərəfindən şahid qismində dindirilmiş X4 hazırki mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iddiaçının dayısına məxsus olduğunu bildirməkdə haqlı olmuşdur. Çünki həmin faktın özü iş materiallarında olan sənədlərdən də aydın görünür və mübahisələndirilmir. Lakin şahid ifadələri arasında bəzi ziddiyyətli məqamlar vardır. Belə ki, şahid X6 evin qardaşı Əhməd tərəfindən tikilməsini və onun da evin tikintisinə kömək etdiyini, həmçinin cavabdehə güvənmədikləri üçün evin öz bacısı oğlu Nura bağışlanmasını bildirsə də, qaz və işıqla bağlı sənədlərin qardaşı Əhmədin müraciəti əsasında sonradan cavabdehin adına keçirilməsi inandırıcı hesab olunmur. Bundan əlavə, digər şahid X7 məsələnin əvvəlindən məlumatlı olduğunu bildirsə də, tərəflərin mübahisəli evə 5-6 il olarki ora köçüb yaşadıqlarını bildirmiş, lakin köçün konkret vaxtı bilmədiyini, digər şahid X15 mübahisəli evə girmədiyini, lakin həyəti gördüyünü, şahid X12 isə köç vaxtı orada olmadığını və evi görəndə evin artıq tikildiyini bildirməklə qeyri-dəqiq ifadələr vermişlər. X1 isə tamamilə fərqli ifadə verərək, evin təxminən 20 il olar ki, tikilməsini və hətta onun da tikintiyə kömək etdiyini, 2007-2008-ci illərdən başlayaraq evin tikilməsini bildirmişdir.
35. Lakin iddiaçının nümayəndəsinin, anası Nümayəndə məhkəmə iclasında verdiyi izahatından müəyyən olunmuşdur ki, əri Cavabdeh Nərı̇ man oğlu, uşaqları X18, İddiaçı və özü bir ailə olaraq 2006-cı ildən qardaşının bağışladığı torpaq sahəsində tikilmiş hazırki mübahisə predmeti olan evdə yaşamışlar. Məhkəmə iclasında iddiaçı tərəfin vəkili iddiaçının anasının tarixləri qarışdırdığını və 2017-ci ildən həmin evdə yaşadıqlarını demək əvəzinə, səhvən 2007-ci ildən yaşadıqlarını dediyini bildirmiş və dediklərini onunla əsaslandırmışdır ki, Məhluqə xanım uzun illər gərgin həyat şəraitində yaşamış və bu səbəbdən əsəb-sinir sisteminin pozulmuşdur. İddiaçı tərəf qeyd olunanları təsdiqləmək üçün “X16” PHŞ tərəfindən verilmiş ambulator tibbi sənəd də təqdim etsə də, məhkəmə hesab edir ki, həmin sənəd inandırıcı hesab olunmur. Belə ki, tibbi sənəddən görünür ki, iddiaçı tərəf məhz 11 mart tarixli məhkəmə iclasından 5 gün sonra, xx.xx.2024-cü il tarixində mərkəzə müraciət etmiş və müayinədən keçmişdir.
36. Bundan əlavə, cavabdeh tərəfindən təqdim edilmiş qazdan istifadəyə dair saldodan görünür ki, ilkin qaz sayğacı xx.xx.2008-ci il tarixdə, sonuncu sayğac isə xx.xx.2015-ci il tarixdə quraşdırılmış və 2010-cu ilin iyun ayından başlayaraq qazdan istifadəyə görə borclar hesablanmağa başlamış və ödənişlər edilmişdir. Göründüyü kimi həmin faktın özü də mübahisə predmeti olan fərdi yaşayış evinin dövlət qeydiyyatına alındığı tarixdən deyil, ən azından sayğacın quraşdırıldığı və yaşayışın olduğu 2008-ci il tarixindən etibarən tikildiyinə əmin olmağa əsas verir.
37. Beləliklə, işin müəyyən edilmiş hallarına əsasən mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdən təqribən 9-10 il əvvəl tikilməklə, ilk öncə özündə bir iqtisadi dəyər formalaşdırıb və mənzil ehtiyacını qarşılayan tikili kimi ailənin bütün üzvləri tərəfindən bərabər qaydada istifadə olunub. 2017-ci ildə isə 2008-ci ildən yaşayış sahəsi kimi istifadə olunan həmin tikili daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi qeydiyyata alınmışdır. Əksi sübut edilmədikcə həmin hallar tərəflərin keçən müddət ərzində ümumi təsərrüfat aparmalarına və bu səbəblə də cavabdehin sözügedən yaşayış sahəsində iddiaçı ilə birgə yaşamaq hüququnun yaranmasına dəlalət edir. Başqa sözlə, cavabdehin faktiki vəziyyətə uyğun olaraq, evdən iddiaçı ilə (eyni zamanda digər ailə üzvləri ilə) birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququnun təmin olunmaması bərabərlik prinsipinin pozulmasına səbəb olardı. Bu baxımdan tərəflərin uzun illər ərzində orada birgə yaşamaqla bağlı formalaşmış maraqları eynidir. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri, yəni ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsaslar, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsasları 2009-cu il oktyabrın 1-dək yarandığı üçün, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən tərəflər arasında olan hazırkı mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsinin müddəaları tətbiq edilməlidir.
38. Belə ki, hazırki mübahisə oğul və ata arasında olan münasibət olduğundan, oğul və ata isə Mülki Məcəllənin 228.5-ci maddəsi baxımından birgə yaşayan ailə üzvləri hesab olunduğundan, cavabdeh yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququna malikdir və bunun üçün mülkiyyətçi ilə bağlanan müqaviləyə ehtiyac yoxdur, çünki onlar arasındakı münasibətlər etibarlı ailə əlaqələri əsasında yaranır.
39. Məhkəmə mübahisəli fərdi yaşayış evinin mülkiyyətçilərinin dəyişməsi ilə bağlı qeyd edir ki, mülki qanunvericiliyin tələbləri baxımdan yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Bu səbəbdən cavabdehin istifadə hüququ mövcuddur və qanunla qorunur. Cavabdehin istifadə hüququ mövcud olduğundan, onun hazırki halda istifadəsinə xitam verməklə mənzildən çıxarılması mümkünsüzdür.
40. Bununla yanaşı, məhkəmə izah edir ki, ilkin iddianın rədd edilməsi iddiaçının cavabdehin istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir.
Məhkəmə xərcləri
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə hesab edir ki, ilkin iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməli, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində pul İddiaçı Cavabdeh Nərı̇ man oğlunun xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
43. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilərək, Cavabdeh Nərı̇ man oğlunun ünvan 5 ünvanına istifadə hüququ tanınmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh Nərı̇ man oğlunun ünvan 5 ünvanına istifadə hüququ tanınsın. İlkin iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində pul İddiaçı Cavabdeh Nərı̇ man oğlunun xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.