Məhkəmə qərarları › İş №e-2(010)-5044/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-5044/2022

29.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-5044/2022 29.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 2v, 14 saylı mənzilə dair istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 13 aprel 2012-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan övladları olmamışdır. Cavabdehlə əvvəllər münasibəti normal olsa da, sonradan kəskin pisləşmiş, nəticədə aralarında olan rəsmi nikaha Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-709/2022 saylı qətnaməsinə əsasən xitam verilmişdir. Birgə nikah dövründə 02 oktyabr 2020-ci il tarixli, RB/İKNR-147 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəh, Suraxanı ray, Zığ qəsəbəsi küç, Zığ yolu küç, ev.2v, m.14 ünvanında yerləşən daşınmaz əmlakı birgə nikah dövründə ümumi gəlirlər hesabına əldə edilmişdir. Qeyd edilir ki, Bakı şəh, Suraxanı ray, Zığ qəsəbəsi küç, Zığ yolu küç, ev.2v, m.14 ünvanında yerləşən daşınmaz əmlaka dair 02 oktyabr 2020-ci il tarixli, RB/İKNR-147 saylı alqı-satqı və ipoteka müqaviləsi mövcuddur. Həmin daşınmaz əmlaka dair AR DƏDRX tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixdə Çıxarış verilmişdir. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin icraatında olmuş № e-2(010)-3931/2022 saylı mülki iş üzrə barışıq sazişi barədə qərardad qəbul edilmişdir. Qərardada əsasən İddiaçı hazırda Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin icraatında olan №e-2(010)-3931/2022 saylı mülki iş üzrə birgə nikah dövründə əldə edilən ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka dair ödənilmiş 21.000 (iyirmi bir min) manat məbləğində pulu Cavabdeh vermişdir, o şərtlə ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakla bağlı heç bir iddia tələbi və şikayəti olmayacaqdır. Həmin ünvanda qeydiyyatda olan Cavabdeh qeydiyyatdan çıxmaqla bağlı heç bir etirazı yoxdur, gələcəkdə bununla bağlı heç bir iddiası və tələbi olmayacaqdır. Cavabdeh mülkiyyətçi X1 mülkiyyətində olan mənzildə qeydiyyatda olması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüququ məhdudlaşdırılır. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, yaranmış zərurətlə əlaqədar olaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsi və mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 3931/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə tərəflər arasında barışıq sazişi təsdiq edilmiş barışıq sazişinə əsasən, İddiaçır qızı ünvan 2 ünvanında yerləşən əmlaka dair ödənilmiş 21000 manat məbləğində pulu Cavabdeh verir, o şərtlə ki, Cavabdeh həmin ünvanda yerləşən daşınmaz əmlakla bağlı heç bir iddia tələbi və şikayəti olmayacaqdır, həmin mənzildən qeydiyyatdan çıxmaqla bağlı heç bir etirazı yoxdur və gələcəkdə də bununla bağlı heç bir iddiası və şikayəti olmayacaqdır. Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsində qeyd olunan tələblə bağlı mübahisə tərəflər arasında bağlanmış və yuxarıda qeyd olunan qərardadla təsdiq edilmiş barışıq sazişində həll edilmişdir. Azərbaycan Respublikası MPM-nın 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, hazıkı iddia tələbi ilə bağlı mübahisə tərəflər arasında həll edildiyindən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia tələbi ilə məhkəməyə müraciət edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İzah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar