Məhkəmə qərarları › İş №e-2(010)-5066/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-5066/2022

18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-5066/2022 18.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “podrat müqaviləsi üzrə pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14200 manat əsas məbləğ və 132.6 manat dövlət rüsumu olmaqla, cəmi 14332.6 manat pul vəsaitinin cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi, 14200 manat əsas məbləğ və 132.6 manat dövlət rüsumu olmaqla, cəmi 14332.6 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı xx.xx.2022-ci il tarixdə pul tələbinə dair ərizə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli Podrat Müqaviləsi üzrə ödənilməyən 12800 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəmədə şifahi vəsatət verərək, Suraxanı rayon Məhkəməsinin icraatında olan e-2(010)-4102/2022 və e- 2(010)-5066/2022 saylı mülki işlərin eyni icraatda birləşməsini xahiş etmişdir. İddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil şifahi vəsatətə etiraz etmiş, lakin məsələ üzrə qərar qəbul edilməsi barədə mülki işlərin birləşdirilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)- 4102/2022 saylı qərardadından müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair e-2(010)-4102/2022 saylı mülki işin icraatı ilə iddiaçı Məmmədov İddiaçı Cavabdeh qarşı “podrat müqaviləsi üzrə pul” tələbinə dair e- 2(010)-5066/2022 saylı mülki işin icraatı birləşdirilməsi və qeyd olunan mülki işə e-2(010)- 4102/2022 nömrəsi altında baxılması qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icraatda olan iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair və İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işlərin halları eyni olduğu üçün bir icraatda birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 169.3, 263, 264cü maddəsini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “podrat müqaviləsi üzrə pul” tələbinə dair e-2(010)- 5066/2022 nömrəli mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair e-2(010)-4102/2022 nömrəli mülki işə birləşdirilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan e-2(010)-5066/2022 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar