Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-5108/2023 26.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 339.7 manat borcun tutularaq **********030 abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin İddiaçıSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi xx.xx.2023-cü il tarixdə CMS- “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işin cavabdeh tərəfindən borcun ödənildiyi üçün baxılmamış saxlanılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək, cavabdeh tərəfindən borc ödənildiyi üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 259. Ərizənin baxılmamış saxlanılmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 250.0.11. İddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə
6. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
7. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumu iddiaçıya tam qaytarılmalıdır.
8. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün məhkəməyə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Fəridə Rzayeva