Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-555/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1268,12 manat borcun tutularaq №**********006 saylı abonent koduna və 32,68 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 5481/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən Cavabdeh (abonent kodu: **********006) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana İSS-20M-2 markalı, 22120922 nömrəli sayğac xx.xx.2022-ci il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 1268,12 manat borc yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh hazırda ödəniş etmiş və abonent kartına əsasən onun borcu hal-hazırda 916.12 manat təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. Abonent kartından görünür ki, xx.xx.2014-cü il tarixli, 21241210 saylı müqaviləyə əsasən Cavabdeh suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 916,12 manat borcu vardır.
7. xx.xx.2022-ci il tarixli, 76997/0217618 saylı laboratoriya rəyindən görünür ki, №**********006 saylı abonent kodu üzrə Alfasu AS-20 markalı, Smart DN-20 tipli sayğacın laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığı pozulması, S.C-in elektron platası işləmir, S.C-in qapaqaltı platform hissəsi çatlaqdır. S.C-in quru hesablama mexanizm hissəsinə su yığılmış, nisbi xətanın təyini üçün yararlı olmaması və S.C təmirə və istismara yararsız olması müəyyən olunmuşdur.
8. Azərbaycan Respublikası İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə yaranmış borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
İşin faktiki halları.
9.İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 21241210 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən abonent su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərmişdir.
10. Abonent Cavabdeh yaşadığı mənzilə xx.xx.2022-ci il tarixdə yeni saygac quraşdırılmış və köhnə saygac laboratoriyaya göndərilmiş və xx.xx.2022-ci il tarixli, 76997/0217618 saylı laboratoriya rəyinə əsasən №**********006 saylı abonent kodu üzrə Alfasu AS-20 markalı, Smart DN-20 tipli sayğacın laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığı pozulması, S.C-in elektron platası işləmir, S.C-in qapaqaltı platform hissəsi çatlaqdır. S.C-in quru hesablama mexanizm hissəsinə su yığılmış, nisbi xətanın təyini üçün yararlı olmaması və S.C təmirə və istismara yararsız olması müəyyən olunmuşdur.
11. Abonent kartından müəyyən olunur ki, abonentə sudan istifadəyə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə 183 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 20 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 304 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 169 manat suyun sərfiyyatına görə, cəmi 676 manat pul vəsaiti tələb olunur.
12. Abonent kartından müəyyən olunur ki, abonent aylıq təxminən 15-30 manat aralığında sudan istifadə etmişdir.
13.Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14.Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 30. Verilən suyun həcminin hesablanması Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
15.“Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
6. Suölçən cihazların quraşdırılması və istismarı 6.1. STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində Xidmətin və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. 6.6. Suölçən cihazlar Xidmətin müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq STKM tərəfindən dövlət yoxlamasından keçirilir. 6.7. Suölçən cihazların növbəti dövlət yoxlaması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 6.10. Zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
Məhkəmənin mövqeyi.
18. İşin faktiki hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında müqavilə bağlanmış və müqaviləyə əsasən abonent suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılması xidmətindən istifadə etmişdir. Abonent Cavabdeh yaşadığı mənzilə xx.xx.2022-ci il tarixdə yeni saygac quraşdırılmış və köhnə saygac laboratoriyaya göndərilmişdir. xx.xx.2022-ci il tarixli, 76997/0217618 saylı laboratoriya rəyinə əsasən №**********006 saylı abonent kodu üzrə Alfasu AS-20 markalı, Smart DN-20 tipli sayğacın laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığının pozulması, S.C-in elektron platasının işləməməsi, S.C-in qapaqaltı platform hissəsinin çatlaq olması aşkar olunmuşdur. Həmçinin S.C-in quru hesablama mexanizm hissəsinə su yığılmış, nisbi xətanın təyini üçün yararlı olmaması və S.C təmirə və istismara yararsız olması müəyyən olunmuşdur.
19. Abonent kartından müəyyən olunur ki, abonentdən sudan istifadəyə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə 183 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 20 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 304 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 169 manat, cəmi 4 ay ərzində 676 manat su sərfiyyatına görə pul vəsaiti tələb olunur.
20. Abonent kartından müəyyən olunur ki, abonent yeni saygac quraşdırıldığı vaxtdan öncə və sonra aylıq təxminən 15-30 manat aralığında sudan istifadə etmişdir. Əvvəlki saygacın yararsız olduğu dövrdə isə təxminən 4 ay ərzində saygacın göstərici daha çox hesablama apararaq abonentə 676 manat borc hesablamışdır.
21. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən iddiaçı yararsız sayğacı yenisi ilə əvəz edərək cavabdehin təqsirini sübuta yetirmədən ondan suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılması xidmətindən istifadəyə görə daha çox məbləğ tələb edir.
22. Məhkəmə hesab edir ki, laboratoriya rəyinə əsasən saygac yararsız olduğundan iddia tələbi qismən təmin olunmalı, 2022-ci ilin 4 ayı ərzində(183+20+304+169=676) tələb olunan 676 manat məbləğdən abonentin ay ərzində təxminən 20 manat olmaqla, cəmi 80 manat istifadəsi nəzərə alınmaqla yerdə qalan məbləğ 916.12-596=320.12 manat abonentdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri.
23. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 32.68 manat məbləğində dövlət rüsumu və bank xidməti haqqı ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 10.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur. Lakin hazırkı iş üzrə cavabdeh – Cavabdeh şəhid ailəsinin üzvü olduğundan ödənilmiş dövlət rüsumu İddiaçı ASC-yə aid olmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış 320,12 manat borc tutularaq İddiaçı Acıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ :
İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış 320,12 (üç yüz iyirmi manat, on iki qəpik) manat borc tutularaq İddiaçı Acıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Leyla Talıbova