Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-5576/2025 24.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X4 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə və 318 saylı tam orta məktəbə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə və 318 saylı tam orta məktəbə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 318 saylı tam orta məktəbinin xx.xx.2025-ci il tarixli, 514 saylı əmrinin ləğv olunmasını, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə cavabdeh 318 saylı tam orta məktəbində günuzadılmış qrup tərbiyəçisi peşəsinə işə bərpa olunması və iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində ilkin mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2026-cı il tarixli ərizə ilə müraciət edərək, bildirmişdir ki, İddiaçı ilə cavabdehlə, eləcə də, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak edən Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə barişiqla bağlı razılıq əldə edilmişdir. Barişiq Sazişinin layihəsi artıq tərəflər arasında razılaşdırmaqdadır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı barışıq sazişini təqdim etməklə, tərəflər arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə isclasında iştirak edən cavabdehin nümayəndəsi X2 barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddia ərizəsini, xx.xx.2026-cı il tarixli barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi və 318 saylı tam orta məktəb arasında bağlanmış barışıq təsdiq edilməklə, iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişindən görünür ki, İddiaçı (iddiaçı), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi (üçüncü şəxs) və 318 saylı tam orta məktəb (cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1. "İddiaçı" İddiaçı, cavabdeh 318 saylı Tam Orta Ümumtəhsil Məktəbinə qarşı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində qaldırdığı (e- 2(010)-5576/2025 saylı mülki iş) "Əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddiasından imtina edir; 1.2. "Üçüncü Şəxs" olan Təhsil İdarəsi, Sazişin 2.1-ci bəndinə göstərilən müddət ərizində İddiaçı Təhsil İdarəsinin tabeliyində olan ünvan 1 ünvanında yerləşən Mikayıl Müşfiq adına 18 saylı Tam Orta Ümumtəhsil Məktəbində uşaq birliyi rəhbəri vəzifəsinə işə qəbul olunmasını öhdəsinə götürür. 2.1. Hazırki Saziş tərəflər arasında imzalandıqdan və Məhkəmə tərəfindən təsdiq edildikdən sonra "Üçüncü Şəxs" Təhsil İdarəsi "İddiaçı" İddiaçı 15 (on beş) gün müddətində Mikayıl Müşfiq adına 18 saylı Tam Orta Ümumtəhsil uşaq birliyi rəhbəri vəzifəsinə işə qəbul olunması təmin edir. 2.2. "Cavabdeh" tərəfindən "İddiaçı"nın əmək haqqı hesabına işdənçıxma müavinəti kimi xx.xx.2025-ci il tarixində ödənilmiş 1563.8 manat (bir min beş yüz altmış üç manat səksən qəpik) pul vəsaitinin qaytarmaqdan imtina edilir. 2.4. "İddiaçı" tərəfindən "Cavabdeh"dən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbindən imtina edilir. 2.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdə iş üzrə icraata xitam verilir. Məhkəmə tərəfindən iş üzrə icraata xitam verildikdən sonra, Saziş üzrə heç bir tərəfin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 3.1. Tərəflər arasında yaranan mübahisələrin ilk növbədə danışıqlıqlar yolu ilə həll edilməsinə çalışacaq. 3.2. Mübahisə danışıqlar yolu ilə həll edilmədikdə müvafiq məhkəməyə müraciət olunacaq. 4.1. Hazırki Saziş azərbaycan dilində, 3 (üç) bərabər hüquqi qüvvəyə malik nüsxədə tərtib edilir və hər tərəfdə Sazişin bir nüsxəsi saxlanılır. 4.2. Bu Saziş "Tərəflər" arasında bağlandıqda və məhkəmə tərəfindən təsdiq edildikdə AR MPM-nin 152.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa gələcəkdə həmin Məcəllənin 261.0.6-cı maddəsinə əsasən bu məsələnin məhkəmədə yenidən baxılmasını mümkünsüz edir. 4.3. Hazırki Sazişə olan hər hansı olan hər hansı dəyişikliklər və düzəlişlər yazılı qaydada tərtib olunur və Tərəflərin hər biri tərəfindən təsdiq edilir. 4.4. Bu Saziş imzalandığı tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddələrinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında mövcud mübahisə həll edildiyindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur. İddia tələbi yalnız iş üzrə tərəflər olan, prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Bundan başqa, tərəflərin barışıq sazişi tərəflərin arzusuna uyğun olub, onların iradələrini ifadə edir və onların barışıq sazişi hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə və 318 saylı tam orta məktəbə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi və cavabdeh 318 saylı tam orta məktəb arasında aşağıdakı şərtlərlə bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: 1.1. "İddiaçı" İddiaçı, cavabdeh 318 saylı Tam Orta Ümumtəhsil Məktəbinə qarşı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində qaldırdığı (e- 2(010)-5576/2025 saylı mülki iş) "Əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddiasından imtina edir; 1.2. "Üçüncü Şəxs" olan Təhsil İdarəsi, Sazişin 2.1-ci bəndinə göstərilən müddət ərizində İddiaçı Təhsil İdarəsinin tabeliyində olan ünvan 1 ünvanında yerləşən Mikayıl Müşfiq adına 18 saylı Tam Orta Ümumtəhsil Məktəbində uşaq birliyi rəhbəri vəzifəsinə işə qəbul olunmasını öhdəsinə götürür. 2.1. Hazırki Saziş tərəflər arasında imzalandıqdan və Məhkəmə tərəfindən təsdiq edildikdən sonra "Üçüncü Şəxs" Təhsil İdarəsi "İddiaçı" İddiaçı 15 (on beş) gün müddətində Mikayıl Müşfiq adına 18 saylı Tam Orta Ümumtəhsil uşaq birliyi rəhbəri vəzifəsinə işə qəbul olunması təmin edir. 2.2. "Cavabdeh" tərəfindən "İddiaçı"nın əmək haqqı hesabına işdənçıxma müavinəti kimi xx.xx.2025-ci il tarixində ödənilmiş 1563.8 manat (bir min beş yüz altmış üç manat səksən qəpik) pul vəsaitinin qaytarmaqdan imtina edilir. 2.4. "İddiaçı" tərəfindən "Cavabdeh"dən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbindən imtina edilir. 2.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdə iş üzrə icraata xitam verilir. Məhkəmə tərəfindən iş üzrə icraata xitam verildikdən sonra, Saziş üzrə heç bir tərəfin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 3.1. Tərəflər arasında yaranan mübahisələrin ilk növbədə danışıqlıqlar yolu ilə həll edilməsinə çalışacaq. 3.2. Mübahisə danışıqlar yolu ilə həll edilmədikdə müvafiq məhkəməyə müraciət olunacaq. 4.1. Hazırki Saziş azərbaycan dilində, 3 (üç) bərabər hüquqi qüvvəyə malik nüsxədə tərtib edilir və hər tərəfdə Sazişin bir nüsxəsi saxlanılır. 4.2. Bu Saziş "Tərəflər" arasında bağlandıqda və məhkəmə tərəfindən təsdiq edildikdə AR MPM-nin 152.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa gələcəkdə həmin Məcəllənin 261.0.6-cı maddəsinə əsasən bu məsələnin məhkəmədə yenidən baxılmasını mümkünsüz edir. 4.3. Hazırki Sazişə olan hər hansı olan hər hansı dəyişikliklər və düzəlişlər yazılı qaydada tərtib olunur və Tərəflərin hər biri tərəfindən təsdiq edilir. 4.4. Bu Saziş imzalandığı tarixdən qüvvəyə minir.” Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-5576/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-5576/2025
24.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver