Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-5644/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X1 (bundan sonra mətndə «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ ) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1325.43 manat borcun (abonent kodu **********007) və 33.26 manat dövlət rüsumu üzrə xərclərin tutularaq «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X1 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 13.4.-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 13.5.-ci maddəsinə əsasən belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, Suraxanı rayon məhkəməsinin e-2(010)-5644/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını nəzərə alıb hesab edirəm ki, məhkəmə qərardadı qanuni qüvvəsini almadan ödənilmiş 39.25 manat məbləğində dövlət rüsumunun iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ -yə büdcədən geri qaytarılması mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İM: iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ -yə geri qaytarılsın. Ödənilmiş 39.25 (otuz doqquz manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, **********-li qəbz) dövlət büdcəsindən iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ -yə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-5644/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-5644/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver