Məhkəmə qərarları › İş №e-2(010)-5730/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-5730/2022

09.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-5730/2022 09.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu İddiaçı2 və İddiaçı1 Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı Cavabdeh3, Bakı Şəhər İcra Hakimiyyəti, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhəri 10 Saylı Dövlət Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı2 və İddiaçı1 Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı Cavabdeh3, Bakı Şəhər İcra Hakimiyyəti, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhəri 10 Saylı Dövlət Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin X3 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli 17 nömrəli protokolunun, Bakı şəhəri X3 və İstismarı X1 ilə imzalanmış xx.xx.2006-cı il tarixli 963 nömrəli bağın icarəyə verilməsi müqaviləsinin, X7 adına verilmiş RX Seriyalı ******* №-li ********** nömrəli, xx.xx.2018 qeydiyyat tarixli çıxarışın, Bakı şəhəri, 10 saylı notariat kontorunda təsdiq edilmiş 2V-82 reyestr nömrəli xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, Cavabdeh1 adına verilmiş RX Seriyalı ******* №-li ********** nömrəli, xx.xx.2019 qeydiyyat tarixli çıxarışın, 5 saylı Bakı Cavabdeh3 notariat kontorunda X6 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1132 reyestr nömrəli alqı-satqı müqaviləsinin, Cavabdeh1 adına verilmiş xx.xx.2019-ci il tarixli çıxarışın və Cavabdeh2 adına adına verilmiş xx.xx.2019-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu Mərdəkan Bağ massivində ayrılmış 671 saylı bağ sahəsi üzərində hər birinin 1/3 pay olmaqla iddiaçılar X4, İddiaçı1 və cavabdeh X2 paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu baxımdan sözügedən qərardakı hüquqi mövqelərə görə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların mübahisələndirilməsinə dair işlərə o halda mülki məhkəmə icraatı qaydasında baxıla bilər ki, reyestrdə aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi əqdin (məsələn, alqı-satqı müqaviləsi, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmış olsun. Hazırkı iddiadan isə müəyyən olunan hal ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi akt əsasında deyil, publik hüququn nizamasalma predmetinə aid məsələdir. Bu isə o deməkdir ki, həmin aktın qanunsuzluğunu və onun nəticəsində verilmiş çıxarışı yalnız Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək olar. Belə olan halda iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin X3 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli 17 nömrəli protokolunun, Bakı şəhəri X3 və İstismarı X1 ilə imzalanmış xx.xx.2006-cı il tarixli 963 nömrəli bağın icarəyə verilməsi müqaviləsinin, X7 adına verilmiş RX Seriyalı ******* №-li ********** nömrəli, xx.xx.2018 qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi barədə olan və publik hüquq münasibətlərinə aid edilən tələblərini mülki mühakimə icraat qaydasında baxılmalı olan digər tələbləri ilə vahid iddia formasında birləşdirilmişdir. Bu isə qanunvericilik baxımından yolverilməzdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3.3-cü maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci, 263-264-cü və 347-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı2 və İddiaçı1 qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçi təkrarən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar