Məhkəmə qərarları › İş №e-2(010)-5861/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5861/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5861/2025 17.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. Cavabdeh tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş “Huawei” markalı ruter avadanlığı geri qaytarılmadığı üçün 74 (yetmiş dörd) manat cərimə (dəbbə pulu) məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Uninet’’ Abunəçiyə müqavilədə razılaşdırılmış internet xidmətlərinin göstərilməsini təmin edir, Abunəçi isə öz növbəsində təqdim olunan Xidmətlərdən istifadə edir və Xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 14-cü bəndinə əsasən İddiaçı öz mülahizəsinə əsasən Abunəçini Xidmətlərə qoşulmaq üçün istifadə olunan vasitəçi avadanlıqlar ilə təmin etmişdir. Həmin Müqavilənin 4.3.8-ci bəndinə əsasən Abunəçi Müqavilədə nəzərdə tutulmuş Xidmətlərdən imtina etmək (Müqaviləyə xitam vermək) və ya Xidmətləri müəyyən edilən müddətdən çox olmayaraq müvəqqəti olaraq dayandırmaq istədiyi halda, İddiaçıin rəsmi Müştəri Xidməti Mərkəzində əvvəlcədən rəsmi yazılı qaydada və yaxud İddiaçıin rəsmi Əlaqə Mərkəzinə zəng vasitəsilə müraciət etmək öhdəliyi götürmüşdür. Həmin Müqavilənin 4.4.4-cü bəndinə əsasən Abunəçi Müqavilənin 4.3.8-ci bəndində müəyyən edilmiş qaydada İddiaçıə müraciət etməklə Xidmətlərin göstərilməsinin 4 (dörd) av müddətindən artıq olmavan müddətə dayandırılmasını və evni qaydada müraciət etməklə Xidmətlərin bərpasını tələb etmək hüququna malikdir. Həmin Müqavilənin 4.3.10-cu bəndinə əsasən Abunəçi istifadəsinə verilmiş İddiaçı in mülkiyyətində olan avadanlıqlara onun təqsiri nəticəsində hər hansı zərər vurulduğu, sıradan çıxdığı və geri qaytarılmadığı hallarda, İddiaçıin tələbinə əsasən belə avadanlıqların dəyərini nağd və ya köçürmə yolu ilə İddiaçıə ödəməlidir. Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən Abunəçi bu Müqavilədə qeyd edilən öhdəliklərini pozması nəticəsində İddiaçıə birbaşa və ya dolayı yolla dəymiş zərərin (faktiki zərər, əldə çıxmış fayda, işgüzar nüfuza dəymiş zərər, dəbbə pulu) İddiaçıə ödənilməsinə görə məsuliyyət daşıyır. Həmin Müqavilənin 6.6-cı bəndinə əsasən avadanlıqdan istifadə müddəti Müqavilənin müddəti ilə məhdudlaşır. Həmin Müqavilənin 8.2.4-cü bəndinə əsasən İddiaçı Abunəçi tərəfindən Müqavilənin şərtlərinə uyğun olaraq ödəniş öhdəlikləri yerinə yetirilmədikdə öz mülahizəsi əsasında Müqavilənin icrasını birtəfli qaydada dayandıra və ya ona xitam verə bilər. Həmin Müqavilənin 8.4-cü bəndinə əsasən Müqaviləyə xitam verildikdə İddiaçı tərəfindən Abunəçinin istifadəsinə verilmiş avadanlıqlar İddiaçıin rəsmi internet səhifəsində müəyyən olunan Qaydalara uyğun olaraq Müqaviləyə xitam verilməsi tarixindən sonra 20 (iyirmi) təqvim günündən ibarət müddət bitdikdən sonra 5 (beş) təqvim günü ərzində müəyyən edilmiş məbləğdə Abunəçi tərəfindən İddiaçıə cərimə (dəbbə pulu) ödənilməlidir. Abunəçi bu öhdəliyi icra etmədikdə İddiaçı Abunəçidən cərimə (dəbbə pulu) məbləğinin tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi tədbirlər görmək hüququna malikdir. Həmin Müqavilənin 9.3-cü bəndinə əsasən İddiaçı məhkəməyə müraciət etməzdən öncə Abunəçiyə yazılı və ya şifahi bildiriş, məlumat, pretenziya tədqim etmək öhdəliyi daşımır. Abunəçi xidmətlərin istifadəsindən birtərəfli qaydada imtina etmiş, ödənişləri dayandırmış, lakin Xidmətlərdən imtina və ya onların müvəqqəti dayandırması barədə tələb olunan qaydada İddiaçı MMC-nə məlumat verməmiş xidmətlərin göstərilməsi üçün təqdim edilmiş avadanlıqları geri qaytarmamışdır. Tərəflərindən abunəçiyə təqdim edilmiş “Huawei” markalı ruter avadanlığının geri qaytarılması və ya cərimə məbləğinin ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli bildiriş göndərilmiş, lakin bugünədək avadanlıqlar geri qaytarılmamış və ya müvafiq ödəniş həyata keçirilməmişdir. Tərəflərin izahatları. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb məhkəmə iclasına iştirak edə bilməyəcəyini və iddiaçının təqdim etdiyi sübutlar əsasında məhkəmə baxışını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirməyi və iddianın təmin edilməsi barədə qətnamə qəbul etməyinizi. Məhkəmə işə iclasa gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, “Uninet’’ abunəçiyə müqavilədə razılaşdırılmış internet xidmətlərinin göstərilməsini, abunəçi isə öz növbəsində təqdim olunan Xidmətlərdən istifadə etməyi və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməyi öz öhdəsinə götürür. Tərəflərin birgə tərtib etdiyi aktdan görünür ki, müvafiq abunə müqaviləsinə əsasən İddiaçı MMC-nin xidmətləri abunəçinin ünvanında aktivləşdirilmişdir və abunəçinin bununla əlaqədar hər hansı narazılığı və tələbi yoxdur. İddiaçı MMC və abunəçi arasında abunə müqaviləsinə xitam verildikdə, abunəçiyə təhvil verilmiş avadanlığa görə ödənilməli olan məbləğlər İddiaçı MMC-nin www.citynet.az ünvanlı rəsmi internet səhifəsində müəyyən olunur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 430. Öhdəliyin icrasından imtina 430.1 bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı 442.-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi. mallarda. işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.9 Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə. borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi. Məhkəmə müəyyən edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində müqavilə imzalanmış, həmin müqaviləyə əsasən “Uninet’’ abunəçiyə müqavilədə razılaşdırılmış internet xidmətlərinin göstərilməsini, abunəçi isə öz növbəsində təqdim olunan Xidmətlərdən istifadə etməyi və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 14-cü bəndinə əsasən İddiaçı öz mülahizəsinə əsasən Abunəçini Xidmətlərə qoşulmaq üçün istifadə olunan vasitəçi avadanlıqlar ilə təmin etmişdir. Həmin Müqavilənin 4.3.8-ci bəndinə əsasən Abunəçi Müqavilədə nəzərdə tutulmuş Xidmətlərdən imtina etmək (Müqaviləyə xitam vermək) və ya Xidmətləri müəyyən edilən müddətdən çox olmayaraq müvəqqəti olaraq dayandırmaq istədiyi halda, İddiaçıin rəsmi Müştəri Xidməti Mərkəzində əvvəlcədən rəsmi yazılı qaydada və yaxud İddiaçıin rəsmi Əlaqə Mərkəzinə zəng vasitəsilə müraciət etmək öhdəliyi götürmüşdür. Həmin Müqavilənin 4.4.4-cü bəndinə əsasən Abunəçi Müqavilənin 4.3.8-ci bəndində müəyyən edilmiş qaydada İddiaçıə müraciət etməklə. Xidmətlərin göstərilməsinin 4 (dörd) av müddətindən artıq olmavan müddətə dayandırılmasını və eyni qaydada müraciət etməklə Xidmətlərin bərpasını tələb etmək hüququna malikdir. Həmin Müqavilənin 4.3.10-cu bəndinə əsasən Abunəçi istifadəsinə verilmiş. İddiaçıin mülkiyyətində olan avadanlıqlara onun təqsiri nəticəsində hər hansı zərər vurulduğu, sıradan çıxdığı və geri qaytarılmadığı hallarda İddiaçıin tələbinə əsasən belə avadanlıqların dəyərini nağd və ya köçürmə yolu ilə İddiaçıə ödəməlidir. Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən Abunəçi bu Müqavilədə qeyd edilən öhdəliklərini pozması nəticəsində İddiaçıə birbaşa və ya dolayı yolla dəymiş zərərin (faktiki zərər, əldə çıxmış fayda, işgüzar nüfuza dəymiş zərər, dəbbə pulu) İddiaçıə ödənilməsinə görə məsuliyyət daşıyır. Həmin Müqavilənin 6.6-cı bəndinə əsasən avadanlıqdan istifadə müddəti Müqavilənin müddəti ilə məhdudlaşır. Həmin Müqavilənin 8.4-cü bəndinə əsasən Müqaviləyə xitam verildikdə İddiaçı tərəfindən Abunəçinin istifadəsinə verilmiş avadanlıqlar İddiaçıin rəsmi internet səhifəsində müəyyən olunan Qaydalara uyğun olaraq Müqaviləyə xitam verilməsi tarixindən sonra 20 (iyirmi) təqvim günündən ibarət müddət bitdikdən sonra 5 (beş) təqvim günü ərzində müəyyən edilmiş məbləğdə Abunəçi tərəfindən İddiaçıə cərimə (dəbbə pulu) ödənilməlidir. Abunəçi bu öhdəliyi icra etmədikdə İddiaçı Abunəçidən cərimə (dəbbə pulu) məbləğinin tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi tədbirlər görmək hüququna malikdir. Həmin Müqavilənin 9.3-cü bəndinə əsasən İddiaçı məhkəməyə müraciət etməzdən öncə Abunəçiyə yazılı və ya şifahi bildiriş, məlumat, pretenziya tədqim etmək öhdəliyi daşımır. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Abunəçi xidmətlərin istifadəsindən birtərəfli qaydada imtina etmiş, ödənişləri dayandırmış, lakin Xidmətlərdən imtina və ya onların müvəqqəti dayandırması barədə tələb olunan qaydada İddiaçı MMCyə məlumat verməmiş, xidmətlərin göstərilməsi üçün təqdim edilmiş avadanlıqları geri qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş “Huawei” markalı ruter avadanlığının geri qaytarılması və ya cərimə məbləğinin ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli bildiriş göndərilmiş, lakin avadanlıq geri qaytarılmamış və ya müvafiq ödəniş həyata keçirilməmişdir. Belə olan halda, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq və tərəflər arasında bağlanmış müqavilə şərtlərini əsas götürərək məhkəmə o qənaətə gəlir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və ona cavabdeh tərəfindən vurulmuş zərər ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən vurulmuş zərərə görə 74 (yetmiş dörd) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən vurulmuş zərərə görə 74 (yetmiş dörd) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar