Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-6183/2025 28.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyünü araşdıraraq, müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 410 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında iş olduğu üçün iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, iddianın yolverilməzliyinə görə iddia ərizəsi icraata qəbul edilməməlidir. Həmin məcəllənin 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. İstinad edilən ilk prosessual hüquq norması iddia ərizəsinin məhkəmənin icraatına qəbulu zamanı iddianın mümkünlüyü anlayış ilə birbaşa əlaqəli olub eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlərin yenidən məhkəmənin icraatına qəbulunun qarşısını almağa xidmət edir. Həmin normada məhz “başqa məhkəmənin” ifadəsindən istifadə edilsə də, müvafiq ifadə dar mənada başa düşülməməli, müvafiq normanın tətbiqi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisənin eyni məhkəmə daxilində işə baxan “başqa hakimin” icraatında olduğu hallarda da mümkün hesab edilməlidir. Təsadüfi deyil ki, ikinci istinad edilən müvafiq prosessual hüquq norması məhz iddia ərizəsinin icraata qəbulundan sonra müvafiq əsaslar üzrə iddia ərizəsinin həmin və ya digər məhkəmənin icraatında olduğu hallarda baxılmamış saxlama institutunun tətbiqini mümkün hesab edir. Yəni, mülki mühakimə icraatı haqqında qanunvericiliyin bir tərəfdən eyni məhkəmənin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair mülki işin mövcudluğu halında iddia ərizəsinin icraata qəbulu zamanı onunla bağlı müvafiq prosessual hərəkətləri (iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi) qadağan etməsi, digər tərəfdən artıq icraata qəbul edilmiş, lakin sonradan həmin məhkəmənin icraatında eyni əsaslar üzrə işin mövcudluğu halında ərizənin baxılmamış saxlanılma imkanını tanıması prosessual səmərəlilik və prosessual qənaət prinsiplərinin mahiyyəti üzrə uzlaşmır. Məhz bu halda, qanunun analogiyası üzrə oxşar münasibətləri tənzimləyən qanunun norması tətbiq edilməklə məsələ öz həllini tapmalıdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən, iddiaçının cavabdehə qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə e-2(010)-6018/2025 nömrəli mülki iş hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Leyla Talıbova) icraatındadır və iddia ərizəsinin daxil olma tarixi kimi xx.xx.2025-ci il qeyd edilmişdir. Həmçinin o da qeyd edilməlidir ki, hər iki iş üzrə tərəflər müvafiq olaraq İddiaçı MMC və Cavabdehdur. Mübahisənin əsası öhdəlik hüquq münasibətlərinin vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) icra edilməməsi, mübahisənin predmeti isə qeyd edilən qanunazidd hərəkətlər nəticəsində vurulmuş zərərin pul şəklində kompensasiyasından ibarətdir. Hər iki mülki iş üzrə mübahisəli hüquq münasibətləri xx.xx.2020-ci il tarixli, SN nömrəli icarə müqaviləsindən irəli gəlmiş, tələbin əsasını məhz həmin müqavilə təşkil etmişdir. Odur ki, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməlidir. Həmçinin, iddiaçının iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün məhkəməyə ödədiyi 30 manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, **********65 nömrəli mədaxil qəbzi) Azərbaycan Respublikasının MPM-nin 114.1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi icraata qəbul etməkdən imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, **********65 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçınə qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-6183/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-6183/2025
28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver