Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-6332/2021 28.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “nikahın etibarsızlığı” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsızlığı” tələbinə dair məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 30.06.2020-ci ildə Lənkəran rayonu, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Balıqçılar qəs.inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 saylı nikah haqqında akt qeydi ilə qeyd edilmiş nikah bağlandığı andan, yəni 30.06.2020-ci il tarixdən etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı 30.06.2020-ci il tarixdə iş üzrə Cavabdeh ilə nikaha daxil olmuşdur. Cavabdeh nikahdan əvvəlki soyadı “Əliyeva” soyadında qalmışdır. Bu nikah Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Balıqçılar qəs.inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30.06.2020-ci il tarixdə, 05 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmiş, bu barədə AZ-İİ № 363077 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir, (nikah haqqında şəhadətnamə işə əlavə olunur). Kağız üzərində nikaha daxil olsa belə, toy olmamışdır, bu halı təsdiq etmək üçün Covid-19 pandemiyasının qarşısının alınması ilə bağlı NazirlərKabinetinin müvafiq qərarlarına nəzər salmaq kifayət edir. Bildirir ki, İddiaçı Cavabdeh ilə nikah rəsmiləşdirildiyi tarixdən bir neçə ay öncə tanış olmuş, ona evlənməyi təklif etmişdir. Cavabdeh təklifə etiraz etməsə də, elçilik və nişan məclisləri barədə hələ tələsilməməsini iddiaçıdan xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı öyrənmişdir ki, o “Greencard” udmuş və yaxın zamanlarda X1 getməyə hazırlaşır.(bu halı təsdiq edən İddiaçılə "ABROAD” MMC ilə bağlanmış müqavilə və həmin MMC-yə 1360 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair qəbz, və növbə üçün qəbz təqdim olunur). Lakin Covid-19 pandemiyası ilə əlaqədar olaraq iddiaçı Cavid Ağayevin X1 getməsi mümkün olmamış, o və digər Greenkard müsabiqəsinin iştirakçılarına ABŞ-a köçməsinə imtina olunmuşdur. Bundan sonra İddiaçı elçi göndərilməsini, yaxın zamanda nişan məclisinin qurulmasını təklif etsə də, cavabdeh bundan yayınmışdır. Sonradan cavabdeh iddiaçı ilə ailə qurmağı niyyəti olmadığını, gəlib cavabdehlə birgə Lənkəran rayonunda yaşamayacağını, onunla yalnız Greencard udduğu, və ABŞ-a getmək üçün nikaha daxil olduğunu, bu səbəbdən elçi göndərilməməsini, İddiaçı bildirmişdir. Hadisələrin axarı zəminində iddiaçıya bəlli olmuş ki, cavabdehin iddiaçı ilə ailə qurmaq, birgə təsərrüfat sürmək niyyəti olmamış, yalnız onu aldadaraq saxta nikaha daxil olub, onunla birgə X1 getmək niyyəti olmuşdur. Bir daha bildirir ki, sənəd üzərində nikaha daxil olunmasına baxmayaraq, iddiaçı və cavabdehin nə nişan məclisi, nə də toy məclisi olmamışdır, bunu təsdiqləyən şahidlər də var. Eyni zamanda qeyd etmək istəyir ki, iddiaçı ilə cavabdeh heç zaman birgə yaşamamış, birgə təsərrüfat sürməmişdirlər. Aralarında heç bir münasibət olmamışdır. Sadalanan səbəblərdən nikahın pozulması üçün deyil, qeyd olunan nikah saxta olduğu səbəbindən nikahın etibarsız sayılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər. İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq nikaha daxil olmaq niyyətindədir və Cavabdeh ilə olduğu bu saxta nikah onun konstitusion hüquqlarını həyata keçirməyə mane olur, onun adına xələl gətirir, bu nikahın müvafiq icra hakimiyyəti orqanında və ya məhkəmə qaydasında pozulması onun hüquqlarının həyata keçirilməsində ciddi problemlər yaradacaq, gələcəkdə ailə quracağı şəxsdə artıq evli olduğu təəssüratı yaradacaq bu isə bir sıra anlaşılmamazlıqlara, onun istədiyi şəxslə nikaha daxil olmağını çətinləşdirəcək və ya mümkünsüz edəcəkdir. Bununla bağlı Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək istəməmişlər, Odur ki, İddiaçı ilə Cavabdeh arasında 30.06.2020ci ildə Lənkəran rayonu, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Balıqçılar qəs.inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 saylı nikah haqqında akt qeydi ilə qeyd edilmiş nikah bağlandığı andan, yəni 30.06.2020-ci il tarixdən etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddiaçı ilə sosial şəbəkə vasitəsilə tanış olduğunu, nikahın olmasını Amerikaya getmək üçün istədiyini, iddiaçının artıq X1 getməsini və toyun Lənkəranda şəhərində olacağını biləndə, nikaha daxil olmaq istəmədiyini, iddiaçı toyun olmağını istədiyini, lakin onun pandemiya ilə əlaqədar olaraq vaxtı uzatdığını bildirmişdir. 07 dekabr 2021-ci il tarixində Cavabdeh tərəfindən verilmiş ərizəyə əsasən, Mülki Prosessual Məcəllənin 512-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçı ona qarşı iddia irəli sürməkdə haqlı olmuş, iddia ərizəsində qeyd edilən məlumatlar həqiqətdir. Kağız üzərində nikaha daxil olsalar belə, nişan və toy olmamışdır. İddiaçılə nikah rəsmiləşdirildiyi tarixdən bir neçə ay öncə tanış olmuşdur. Ona məlum olmuşdur ki, iddiaçı “Greencard” qazanmış və yaxın zamanlarda X1 getməyə hazırlaşır. Ondan xoşu gəldiyini,onunla ailə qurmaq niyyətini iddiaçıya bildirmişdir. İddiaçı ilə nikahı nikahı Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Balıqçılar qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30.06.2020-ci il tarixdə, 05 saylı nikah haqqında akt qeyd ilə rəsmiləşdirilmiş, lakin elçilik və nişan məclisləri barədə hələ tələsməməsini iddiaçıdan xahiş etmişdir. Lakin Covid-19 pandemiya ilə əlaqədar olaraq İddiaçı X1 getməsi mümkün olmamış, o və digər “Greencard” müsabiqəsinin iştirakçılarına ABŞ-a köçməsinə imtina olunmuşdur. Ona imtina olduğuna görə ailə niyyətində olmağını, gəlib cavabdehlə birgə Lənkəran rayonunda yaşamayacağını, onunla yalnız “Greencard” qazandığı və ABŞ-a getmək üçün nikaha daxil olduğunu, bu səbəbdən elçi göndərilməsini İddiaçı bildirmişdir. Bir daha etiraf edir ki, nə nişan məclisləri, nə də toy məclisləri olmamışdır. Cavabdehlə heç bir zaman birgə yaşamamış, birgə təsərrüfat sürməmiş aralarında heç bir yaxınlıq olmamışdır. Odur ki, iddia tələbini etiraf etdiyini, öz növbəsində nikahın etibarsız sayılmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Balıqçılar qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.06 2020-ci il tarixli, AZ-İİ seriyalı 363077 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 30.06.2020-ci ildə 05 saylı qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağayev və arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 01.11.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Qeyd edilən Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olsalar da, onların ailə qurmaq niyyətləri olmamışdır, həmin nikah formal xarakter daşımış, tərəflər nikah bağladıqdan sonra birgə yaşamamış, onlar arasında heç bir ər-arvad münasibətləri olmamış və onlar birgə təsərrüfat aparmamışlar. Məhkəmə cavabdeh tərəfindən iddianın etiraf olunmasını və tərəflərin nikah bağlayarkən ailə qurmaq niyyətlərinin olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin etirafı təsdiq olunmalı və tərəflər arasında bağlanılmış nikah bağlandığı gündən etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 05 nömrəli akt qeydinə əsasən Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Balıqçılar qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 30 iyun 2020-ci il tarixdə bağlanmış nikah bağlandığı gündən etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-6332/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-6332/2021
28.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver