Məhkəmə qərarları › İş №e-2(010)-6355/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-6355/2025

26.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(010)-6355/2025 26.02.2026 BAKI ŞƏHƏRI SURAXANI RAYON MƏHKƏMƏSI Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Gülarə Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinə və Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı İddiaçı cavabdeh Gülarə Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Gülarə Əliyeva adına 3 N-li Uşaq İncəsənət Məktəbinin Attestasiya komissiyasının ## #### 2025-ci il tarixli qərarının iddiaçıya münasibətdə etibarsız hesab edilməsi, cavabdeh Gülarə Əliyeva adına 3 N-li Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Rəna Əliyevanın 03.**.2025-ci il tarixli *27 saylı əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı Gülarə Əliyeva adına 3 N-li Uşaq İncəsənət Məktəbində tutduğu vəzifəsinə bərpa edilməsi, iddiaçı İddiaçı qanunsuz işdən çıxarıldığı gündən, yəni 03.**.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, iddiaçı İddiaçı ödədiyi 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı 06.0*.2026-cı il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Gülarə Əliyeva adına 3 N-li Uşaq İncəsənət Məktəbinin Attestasiya komissiyasının ## #### 2025-ci il tarixli qərarının iddiaçıya münasibətdə etibarsız hesab edilməsi, cavabdeh Gülarə Əliyeva adına 3 N-li Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Rəna Əliyevanın 03.**.2025-ci il tarixli *27 saylı əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı Gülarə Əliyeva adına 3 N-li Uşaq İncəsənət Məktəbində tutduğu vəzifəsinə bərpa edilməsi, iddiaçı İddiaçı qanunsuz işdən çıxarıldığı gündən, yəni 03.**.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, iddiaçı İddiaçı ödədiyi 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını, habelə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə cavabdeh qismində icraata cəlb edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, - İddiaçı cavabdeh Gülarə Əliyeva adına 3 N-li Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Rəna Əliyevanın 03.**.2025-ci il tarixli *27 saylı əmri ilə 03.**.2025-ci il tarixindən AR Əmək Məcələsinin 70-ci maddəsinin “c” hissəsinə əsasən, tutduğu vəzifədən azad edilmış və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh Gülarə Əliyeva adına 3 N-li Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Rəna Əliyevanın 03.**.2025-ci il tarixli *27 saylı əmrini cavabdeh Gülarə Əliyeva adına 3 N-li Uşaq İncəsənət Məktəbinin Attestasiya komissiyasının ## #### 2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və ##.##.2025-ci il tarixli * nömrəli protokolu ilə əsaslandırmışdır. Cavabdeh Gülarə Əliyeva adına 3 N-li Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Rəna Əliyevanın 03.**.2025-ci il tarixli *27 saylı əmrini qanunsuz və əsassız hesab edir. İddiaçı attestasiya zamanı ona ünvanlanmış 7 sualların əksəriyyətinə cavab verdiyi halda cavablar qərəzli və obyektivlik olmadan dəyərləndirilmişdir. Bu hal onu göstərir ki, attestasiya komissiyasının məqsədi iddiaçının peşəkar fəaliyyətinə obyektiv qiymət vermək, tutduğu vəzifəyə uyğunluğunu ədalətli şəkildə yoxlamaq deyil, məhz qərəzli şəkildə iddiaçının işdən azad olunmağını təmin etmək olmuşdur. İddiaçı İddiaçı ##.##.2009-cu il tarixli, ** nömrəli əmrlə Gülarə Əliyeva adına 3 N-li Uşaq İncəsənət Məktəbində təsviri incəsənət fənnindən müəlim vəzifəsinə qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının Gülarə Əliyeva adına 3 N-li Uşaq İncəsənət Məktəbində təsviri incəsənət fənnindən müəlim vəzifəsində *6 ildən çox iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200*-ci il 23 may tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 2.2.-ci bəndinə əsasən, attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır. Bundan başqa, cavabdeh Gülarə Əliyeva adına 3 N-li Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Rəna Əliyevanın iddiaçı İddiaçı vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə 03.**.2025-ci il tarixli *27 saylı əmrini imzalamaq səlahiyyəti də olmamışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə qız izahat verərək bildirmişdir ki, komissiyadakı bir nəfər həmkardır. Komissiya üzvləri haqqında məlumat əmrdə öz əksini tapıb. 7 sual verilib. Neçə sual verilməli olduğu haqqında məlumat yoxdur. Qərarı məhkəmənin mülahizəsinə buraxır. İş materialları. Bakı ** saylı Mediasiya Təşkilatı tərəfindən 25.**.2025-ci il tarixdə verilmiş MŞB/20/2025- 0*2** nömrəli “İlkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında “əmrin ləğvi, işə bərpa və işdən çıxdığı gündən işə bərpa olunan günə qədər hər gecikdirilmiş gün üçün əmək haqqının verilməsi” barədə mediasiya işi açılmış, 25.**.2025ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Vəkil iştirak etmiş, Gülarə Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbin nümayəndəsi isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya rüsumu və *0 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi (Nümayəndə Tofiq Qızı) - “İşəgötürən”, İddiaçı – “İşçi” olmaqla *2.04.20*8-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinə *650 manat əmək haqqı ilə “rəsm ixtisası üzrə müəllim” vəzifəsində işə qəbul olunmuşdur. Müqavilə müddətsiz bağlanmışdır. 25.**.2025-ci il tarixli “MilliÖn” elektron ödəmə sistemi ilə ödənilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı ** saylı Mediasiya Təşkilatına 60 manat məbləğində mediasiya xərci ödənişi edilmişdir. G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən direktor müavini Rəna Əliyevanın əmək müqaviləsinə xitam verilməsi barədə 03.**.2025ci il tarixli, *27 nömrəli əmrindən görünür ki, G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin rəsm müəllimi İddiaçı 03.**.2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və İddiaçı qanunveriliciyə uyğun olaraq son haqq-hesabının ödənilməsinin təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan 06.0*.*973-cü il təvəllüdlü İddiaçı məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı ##.##.2009-cu il tarixdə G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin rəsm müəllimi vəzifəsinə işə qəbul olunmuş, 03.**.2025ci il tarixdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilmişdir. G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Nümayəndə 0*.02.2025ci il tarixli, ** nömrəli əmrindən görünür ki, G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin ## ###### 2024-cü il tarixli *00 nömrəli əmrinə dəyişikliklərin edilməsi: *.*. əmrin 2-ci hissəsində “fortepiano və musiqi nəzəriyyəsi ixtisasları” sözlərindən sonra “və digər bütün ixtisaslar” sözlərinin əlavə edilməsi; *.2. “2 (iki)” sözlərinin çıxarılması; *.3. “Komissiyası” sözünun “Komissiyaları” sözü ilə, “(* və * nömrəli əlavələr)” sözlərinin “(əlavə olunur)” sözləri ilə əvəz edilməsi; *.4. əmrin 3-cü hissəsinin yeni redaksiyada verilməsi: “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200*-ci il 23 may tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarfna uyğun olaraq G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimləri 2025-ci il fevral ayının 05-dən iyun ayının 05-dək, digər bütün ixtisaslar üzrə müəllimlər isə həmin ilin aprel ayının 0*-dən dekabr ayının 30-dək attestasiyadan keçirilsinlər.” əmr edilmişdir. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş AB-İ seriyalı 0**448 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı *989-cu ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuş və *994-cü ildə Rəsmxətt təsviri və incəsənət və əmək ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 09.07.*994-cü il tarixli qərarı ilə ona Rəsmxətt təsviri və incəsənət və əmək təlimi müəllimi ixtisası verilmişdir. G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Nümayəndə tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli Müəllimlərin attestasiyası haqqında * nömrəli xəbərdarlıq bildirişindən görünür ki, ona məlumat üçün bildirilmişdir ki, G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin 25.*2. 2024-cü il tarixli, *00 nömrəli əmrinə görə müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya Komissiyası yaradılmış və o, attestasiya olunacaq işçilər kateqoriyasına aid edilmişdir. Ona bildirilmişdir ki, attestasiyada iştirak etmədiyi halda attestasiyadan keçirilməmiş hesab olunur. Tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən son 5 (beş) il ərzində peşə hazırlığı səviyyənizin yüksəldilməsi, yeni ixtisasa yiyələnməyi və ixtisasının artırılmasının nəticələri nəzərə alındığı üçün bununla bağlı sənədləri (sertifikat, diplom və s.) Attestasiya Komissiyasına təqdim etməyi xahiş olunmuşdur. Attestasiya zamanı aşağıdakı məsələlərlə əlaqədar suallrın verilməsi nəzərdə tutulur (əlavə *). (Əlavə * iş materiallarında mövcud deyil). G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin İşçilərinin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair ##.##.2025-ci il tarixli * nömrəli protokolundan görünür ki, həmin iclasda işçi İddiaçı vəzifəsinə uyğun hesab edilməsi qərara alınmışdır. ##.##.2025-ci il tarixli Attestasiya vərəqəsindən görünür ki, İddiaçı qrafika, kompezisiya, Rembrand əsəri, L.Davinçinin əsəri ilə bağlı olan sualları cavablandırmış, qrafiklər, Dyrurel əsərləri, rəngli qrafika ilə bağlı olan sualları isə cavablandırmamışdır. G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Nümayəndə 25.*2.2024-cü il tarixli, *00 nömrəli əmrindən görünür ki, G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi, G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin attestasiyasını həyata keçirmək məqsədilə hər biri 5 (beş) nəfərdən ibarət 2 (iki) Attestasiya Komissiyasının yaradılması və tərkiblərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin ‘Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200*-ci il 23 may tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları’na uyğun olaraq 2025- ci il fevralın 5-dən iyunun 5-dək attestasiyadan keçirilməsi, Komissiyaya attestasiya prosesinin aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və Azərbaycan Respublikası əmək qanunvericiliyinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200*-ci il 23 may tarixli ** nömrəli Qərarı ilə təqdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydaları”nın tələblərinə əməl edilməklə aparılması və nəticələrinin rəsmiləşdirilməsi, attestasiyadan keçən işçilərin fəaliyyətinin obyektiv qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsi üçün yalnız işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanı təmin etməsi, attestasiyanın yalnız təqdim olunmuş proqram, habelə müvafiq yaradıcılıq tapşırıqları, və işçinin gördüyü işlər haqqında məlumatlar əsasında keçirilməsinin təmin etməsi, attestasiyadan keçən işçilərə yalnız tutduğu vəzifələrə, əmək funksiyalarına, ixtisaslarına dair, yerinə yetirdikləri işlər və onların nəticələri barədə, habelə əmək müqavilələri ilə müəyyən edilmiş hüquqlar və vəzifələr dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməsini təmin etməsinin tapşırılması və.s əmr edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin 3.**.2025-ci il tarixli, 3-24-5/3-*-m-*35/2025 nömrəli əmrindən görünür ki, G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Nümayəndə ## ###### 2025-ci il tarixindən ## ###### 2025-ci il tarixinədək *9 təqvim günü müddətinə təhsil məzuniyyətinin verilməsi, (təhsil məzuniyyətin başlama tarixi ## ###### 2025-ci il, bitmə tarixi 2* noyabr 2025-ci ildir. Nümayəndə ## ###### 2025-ci il tarixində işə başlamalıdır.) G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin tədris işləri üzrə direktor müavini X6 ## ### 2025ci il tarixindən G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsi üzrə əmək funksiyasının icrasının müvəqqəti həvalə edilməsi və vəzifə maaşı arasındakı fərqin ödənilməsi və.s əmr edilmişdir. İddiaçı tərəfindən G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Nümayəndə ünvanlanmış 03.**.2025-ci il tarixli ərizədən görünür ki, o, yeganə qazanc mənbəyinin işlədiyi təhsil müəssisə olduğunu, onunla birlikdə yaşayan ailə üzvlərininin, o cümlədən də əlilliyi olan nəvəsinin onun öhdəliyində olduğunun nəzərə alınmasını xahiş etmişdir. İşçinin Əmək Məcəlləsinə dair məlumat ərizəsi yazmaqdan imtina etməsi haqqında tədris işləri üzrə direktor müavini X1, şöbə müdiri X4, müəllim X2 tərəfindən tərtin olunmuş 03.**.2025-ci il tarixli aktdan görünür ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin rəsm müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilmiş hallara malik olmadığına dair məlumat verməktən imtina etmişdir. Təqdim olunmuş məlumat daşıyıcıda əks olunan video-görüntüyə məhkəmə tərəfindən araşdırılaraq baxış keçirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. III. Heç kəs zorla işlədilə bilməz. IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 42. Əmək müqaviləsinin tərəfləri *. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri *. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

2. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

3. İşəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla, qərarla) müəyyən edilir.

5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Maddə 67. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi *. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 7*-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər.

5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.

6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları *. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri *. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir..... Maddə *24. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi *24.*. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 2*8. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 2*8.*. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 2*8.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetin 23 may 200*-ci il tarixli Qərarı. 2.2. İşçinin attestasiyası onun işlədiyi struktur bölmə rəhbərlərinin iştirakı ilə də keçirilə bilər. Attestasiya komissiyası attestasiyadan keçənin gördüyü işlər haqqında məlumatı dinləyir və təqdim olunmuş sənədləri nəzərdən keçirir. Attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır. 2.5. Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 3.2. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. 3.6. Attestasiya ilə, o cümlədən attestasiyanın nəticələrinə görə işçinin işdən çıxarılması və ya başqa vəzifəyə (peşəyə) keçirilməsi haqqında mübahisəli məsələlər qanunvericiliyə müvafiq surətdə məhkəmələrdə baxılıb həll edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. .... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - *00 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.*. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar; 9.*.*4. məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr; Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, sübutları hərtərəfli və obyektiv qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh müəssisədə müəllim vəzifəsində işləmiş, 03.**.2025-ci il tarixli *27 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmrin əsasını isə cavabdeh tərəfindən keçirilmiş ##.##.2025-ci il tarixli attestasiya komissiyasının qiymətləndirilməsi təşkil etmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli attestasiya komissiyasının iclas protokolundan görünür ki, iddiaçı həmin qərarla (protokol) tutduğu vəzifəyə uyğun hesab edilmişdir. İddiaçının 06.0*.2026-cı il tarixli ərizəsi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə cavabdeh qismində icraata cəlb olunması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin tələb prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ayrıca ərizə formasında təqdim edilməli olduğu halda iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə şəklində verilmişdir. Bununla belə, iş materiallarından görünür ki, iddiaçının əmək münasibətləri Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə bağlanmış əmək müqaviləsi əsasında yaranmışdır və mübahisəli hüquq münasibəti həmin idarənin hüquq və vəzifələri ilə də bağlıdır. Bu səbəbdən mübahisənin düzgün həlli üçün Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin iş üzrə birgə cavabdeh qismində icraata cəlb edilmişdir. Hazırda iddia tələbi cavabdehlər Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və Gülarə Əliyeva adına 3 N-li Uşaq İncəsənət Məktəbinin Attestasiya komissiyasının ## #### 2025-ci il tarixli qərarının iddiaçıya münasibətdə etibarsız hesab edilməsi, cavabdeh Gülarə Əliyeva adına 3 N-li Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Rəna Əliyevanın 03.**.2025-ci il tarixli *27 saylı əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı Gülarə Əliyeva adına 3 N-li Uşaq İncəsənət Məktəbində tutduğu vəzifəsinə bərpa edilməsi, iddiaçı İddiaçı qanunsuz işdən çıxarıldığı gündən, yəni 03.**.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq cavabdehlər tərəfindən iddiaçıya ödənilməsi, iddiaçı İddiaçı ödədiyi 60 manat mediasiya xərcinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsindən ibarətdir. Məhkəmə ilk növbədə qeyd edir ki, işçilərin attestasiyası formal prosedur olmayıb, işçinin peşəkarlıq səviyyəsinin obyektiv, şəffaf və qərəzsiz qaydada yoxlanılmasına xidmət etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.3, 65.5 və 65.6-cı maddələrinə görə attestasiya komissiyası təcrübəli və qərəzsiz şəxslərdən təşkil edilməli, işçiyə yalnız tutduğu vəzifəyə, əmək funksiyasına və ixtisasına dair suallar verilməli, komissiyanın işi aşkarlıq, obyektivlik və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Eyni tələblər Nazirlər Kabinetinin 23 may 200*-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2.2, 2.4, 2.5 və 2.7-ci bəndlərində də əksini tapmışdır. Həmin bəndlərə əsasən, attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq və obyektivlik şəraitində aparılmalı, suallar yalnız peşə fəaliyyəti ilə bağlı verilməli, qərar səsvermə yolu ilə qəbul edilməli, verilən sualların və cavabların qısa məzmunu attestasiya vərəqəsində öz əksini tapmalıdır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan məlumat daşıyıcısına baxış keçirilərkən attestasiya prosesinin gedişi ətraflı təhlil edilmişdir. Həmin baxış nəticəsində müəyyən olunmuşdur ki, attestasiya komissiyası 5 nəfərdən ibarət olsa da, komissiya üzvlərinin hamısı tərəfindən iddiaçıya suallar verilməmiş, üzvlərdən yalnız bir hissəsi aktiv iştirak etmiş, iki komissiya üzvü isə ümumiyyətlə iddiaçıya hər hansı sual ünvanlamamışdır. Bu hal Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərindən irəli gələn kollegiallıq və obyektiv qiymətləndirmə prinsiplərinə zidd olmaqla attestasiya prosesinin formal xarakter daşıdığını göstərir. Bundan əlavə, iş materiallarında olan ##.##.2025-ci il tarixli attestasiya komissiyasının iclas protokolundan görünür ki, iddiaçı İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilmişdir. Bu hal attestasiya nəticələri ilə sonradan qəbul edilmiş qərarlar arasında ziddiyyətin mövcud olduğunu göstərməklə yanaşı, attestasiya prosesinin nəticələrinin obyektiv qiymətləndirilmədiyini təsdiq edir. Həmçinin, iş materiallarında olan attestasiya vərəqəsindən görünür ki, iddiaçı ona ünvanlanmış sualların bir qismini cavablandırmış, yalnız bəzi suallar üzrə cavab vermədiyi qeyd edilmişdir. Lakin məhkəmə tərəfindən video-görüntülərin təhlili zamanı müəyyən edilmişdir ki, iddiaçı faktiki olaraq həmin suallardan bəzilərinə cavab vermiş, hətta komissiya üzvlərindən biri tərəfindən onun “qrafika” üzrə cavabı nəticədə yüksək qiymətləndirilmişdir. Buna baxmayaraq, attestasiya sənədlərində bu hallar əks etdirilməmiş və iddiaçıya mənfi qiymət verilmişdir ki, bu da qiymətləndirmənin qeyri-obyektiv aparıldığını göstərir. Məhkəmə onu da qeyd edir ki, qanunvericiliyin tələbinə görə attestasiya zamanı işçiyə veriləcək suallar onun əmək funksiyasına uyğun olmaqla yanaşı, bu prosesin şəffaf və ədalətli keçirilməsi məqsədilə işçinin əvvəlcədən məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir. İş materiallarında olan sənəddən görünür ki, cavabdeh tərəf tərəfindən iddiaçının guya attestasiya sualları ilə əvvəlcədən tanış edildiyi göstərilmişdir. Lakin həmin sualların yazılı formada (##.##.2025-ci il tarixli Müəllimlərin attestasiyası haqqında * nömrəli xəbərdarlıq bildirişinə Əlavə *) iddiaçıya təqdim edilməsi faktı iş materialları ilə təsdiq olunmur. Məhkəmə iclasında cavabdehə bu barədə birbaşa sual verildikdə, cavabdeh tərəf sualların təqdim edildiyini bildirmiş, lakin bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutların təqdim edilməsi ilə bağlı müddəalarına əsasən, tərəflər istinad etdikləri halları təsdiq edən sübutları məhz hazırlıq mərhələsində təqdim etməlidirlər. Bu baxımdan cavabdehin həmin ifadəsi sübut olunmamış qalır və sualların əvvəlcədən iddiaçıya təqdim edilməsi müəyyən edilmir. Həmçinin cavabdeh tərəf yalnız məhkəmə baxışı mərhələsində təqdim olunmuş audiovideo material üzrə mütəxəssis cəlb olunmasını tələb etmişdir. Lakin bu tələb də hazırlıq mərhələsində irəli sürülmədiyindən prosessual baxımdan əsaslı hesab edilmir. Bununla yanaşı, məhkəmə hesab edir ki, konkret halda mütəxəssis rəyi tələb olunmur, çünki təqdim olunmuş video-görüntülərdən attestasiya prosesinin gedişi açıq şəkildə görünür və əlavə xüsusi bilik tələb etmədən qiymətləndirilə bilir. Beləliklə, video materialın təhlili nəticəsində məhkəmə tərəfindən aşağıdakı mühüm hallar müəyyən edilmişdir: birincisi, attestasiya komissiyasının bütün üzvləri tərəfindən iddiaçıya suallar verilməmişdir; ikincisi, sualların əvvəlcədən iddiaçıya təqdim olunması faktı sübut edilməmişdir; üçüncüsü, sualların verilməsi zamanı komissiya üzvlərinin davranışında qərəzli yanaşma müşahidə olunmuşdur; dördüncüsü, video-görüntülərdən açıq şəkildə görünür ki, iddiaçı bəzi suallara, o cümlədən qrafika ilə bağlı suala cavab vermiş, hətta komissiya üzvlərindən biri “qrafika” üzrə cavabı yüksək qiymətləndirmişdir. Buna baxmayaraq, attestasiya nəticəsində iddiaçıya həmin suala cavab vermədiyi kimi əsassız mənfi qiymət verilmişdir. Göstərilən hallar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.5 və 65.6-cı maddələrində nəzərdə tutulmuş obyektivlik, qərəzsizlik və şəffaflıq prinsiplərinin pozulduğunu açıq şəkildə təsdiq edir. Belə ki, işçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yalnız real cavablar və faktiki biliklər əsasında aparılmalı olduğu halda, hazırkı iş üzrə attestasiya nəticələrinin əvvəlcədən formalaşdırılmış mövqeyə uyğun şəkildə rəsmiləşdirildiyi qənaətinə gəlinir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi attestasiya qərarının (protokol) iddiaçıya münasibətdə etibarsız hesab olunması və onun əsasında verilmiş əmrin ləğvi hissəsində əsaslıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, attestasiya vərəqəsində iddiaçının bəzi suallara cavab vermədiyi qeyd edilsə də, ##.##.2025-ci il tarixli attestasiya komissiyasının iclas protokoluna əsasən iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilmişdir. Buna baxmayaraq, sonradan həmin nəticəyə zidd olaraq iddiaçının işdən azad edilməsi barədə qərar qəbul edilmişdir ki, bu da attestasiya nəticələri ilə tətbiq edilmiş tədbir arasında aşkar uyğunsuzluğun mövcudluğunu göstərir və qəbul edilmiş qərarın əsassızlığını təsdiq edir. İddia tələbinin işə bərpa hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.*-ci maddəsinə əsasən, işəgötürən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məhkəmə işçinin məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Hazırkı işdə əmək müqaviləsinə xitam verilməsinin əsasını təşkil edən attestasiya qanunvericiliyin tələblərinə uyğun aparılmadığından, işdən azad etmə qanunsuz olmuşdur. Buna görə də iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. İddia tələbinin məcburi işburaxma dövrünə görə orta əmək haqqının ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işçinin qanunsuz olaraq işdən azad edilməsi müəyyən olunduğundan, onun işləmədiyi dövr üçün orta əmək haqqının ödənilməsi də təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.*-ci maddəsi bunu birbaşa nəzərdə tutur. Buna görə, iddiaçının 03.**.2025-ci il tarixdən faktiki işə bərpa olunduğu günədək məcburi işburaxma dövrü üçün orta əmək haqqı cavabdeh tərəfindən hesablanaraq ona ödənilməlidir. İddia tələbinin mediasiya xərcinin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında iddiaçı tərəfindən mediasiya mərhələsi ilə bağlı 60 manat məbləğində xərc çəkilməsi təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Gülarə Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli qərarı iddiaçıya münasibətdə etibarsız hesab edilməli, məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən şəxs tərəfindən verilmiş 03.**.2025-ci il tarixli *27 nömrəli əmr ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı, 03.**.2025-ci il tarixdən faktiki bərpa gününədək məcburi işburaxma dövrü üçün orta əmək haqqı ona ödənilməli, mediasiya xərci cavabdehdən tutulmalıdır. Məhkəmə xərcləri. İddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Həmçinin, yuxarıda qeyd olunan qanunvericiliyə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, dövlət rüsumu ödəməkdən azaddır. Belə olan halda dövlət rüsumunu aid etməyə heç kəsin olmadığı müəyyən olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 233-cü, 357-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Gülarə Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli qərarı iddiaçıya münasibətdə etibarsız hesab edilsin. Gülarə Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən şəxs tərəfindən verilmiş 03.**.2025-ci il tarixli *27 nömrəli əmr ləğv edilsin. İddiaçı İddiaçı Gülarə Əliyeva adına * nömrəli Uşaq İncəsənət Məktəbinin “rəsm müəllimi” vəzifəsinə bərpa edilsin və ona məcburi iş buraxmaya görə əmək haqqı hesablansın və ödənilsin. İddiaçı İddiaçı ödədiyi 60 manat məbləğində mediasiya xərci cavabdehlərdən alınaraq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar