Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-6473/2025 21.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı “A-X1 Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul barəsində ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı “A-X1 Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 175 manat məbləğində overdraft borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli “istifadəçi müqaviləsi”ni elektron olaraq (SİMA vasitəsilə) imzalamış və müqavilə əsasında cavabdeh virtual kart əldə etmişdir. Kartın istifadəsi zamanı xx.xx.2025-ci il tarixdə 283 manat vəsait kartdan digər karta köçürmə edərkən (C2C) əməliyyatlar klirinq daxil olmadan balans artmış, sonra yenidən silinməsi ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. İddiaçı ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2024-cü il tarixli “Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında” müqaviləsinə əsasən, "xxxx" MMC özünün əqli mülkiyyəti hesab edilən akart məhsulunun hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını iddiaçıya güzəşt etmişdir. Eyni zamanda tələb hüququnun iddiaçıya keçməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli “istifadəçi müqaviləsi”nin 1-ci yarımbəndinə əsasən, istifadəçinin cihazı serverə bağlandığı zaman şirkət ona qabaqcadan dəyişiklik haqqında məlumat verməklə hazırkı müqavilə şərtlərinə dəyişiklik edə və onu yeniləyə bilər. Hazırkı müqaviləyə edilmiş dəyişikliklərdən sonra müştərinin tətbiqə daxil olmağı və ya ondan istifadə etməyi sözügedən dəyişiklikləri razı olaraq qəbul etməsi və dəyişikliklərə riayət etməyə dair öz üzərinə öhdəlik götürdüyü ifadə edir. Tərəflər arasında bağlanmış “ödəniş xidmətinə dair” müqavilənin “Elektron pula dair şərtlər” adlı 5-ci yarımbaşlığının 5.1.7-ci maddəsinə əsasən, təchizatçı, istifadəçinin hesabına səhvən və ya əsassız olaraq daxil olmuş və ya köçürülmüş və ya sonradan səhvən və ya əsassız olaraq daxil olduğu və ya köçürüldüyü müəyyən edilmiş vəsaitləri akseptsiz qaydada istifadəçinin hesab(lar)ından silə və ya yetərli məbləğdə vəsait olmadıqda overdraft yarada bilər və eyni zamanda həmin müqavilənin 5.1.8-ci maddəsinə əsasən, istifadəçi, hesabında yaranmış overdraftı ödənmədiyi halda təchizatçı bu məbləğə ödənilməmiş borc olaraq faiz və ya cərimə (dəbbə pulu) hesablayaraq istifadəçidən tələb edə bilər. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və cavabdeh öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar "xxxx" MMC (Şirkət) və Cavabdeh (İstifadəçi) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış istifadəçi müqaviləsindən müəyyən olunur ki, “İstifadəçi” bu müqaviləni imzalamaqla “Şirkət” tərəfindən təmin edilən “Kabinetim” mobil tətbiqində olan maliyyə xidmətlərinin istifadəsinə cəhd göstərdiyini, maliyyə xidmətlərindən istifadə etməklə hazırkı müqavilənin bütün şərtlərini diqqətlə oxuduğunu və anladığını bildirmiş, buna dair üzərinə öhdəliklər götürmə barədə öz razılığını imzası ilə təsdiq etmişdir. “İstifadəçi” həmçinin “Kabinetim” mobil tətbiqindən istifadə etməklə və ya tətbiqə daxil olmaqla, hazırkı müqaviləyə istinad etməklə daxil edilmiş və tətbiqin istifadəsi ilə bağlı üçüncü tərəflərin müqavilə şərtlərinə və istənilən digər əlavə qayda, təlimat və şərtlərinə riayət edəcəyinə dair razılıq vermişdir. "xxxx" MMC” və “A-X1 Təşkilatı” MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında 2024-0665 nömrəli müqavilədən müəyyən olunur ki, bu müqavilənin predmetini "xxxx" MMC-nin özünün əqli mülkiyyəti (müəllif hüquqları) hesab edilən akart məhsulunun xx.xx.2024-cü il tarixinədək olan mülkiyyət və müəllif hüquqlarını, həmçinin hazıradək və gələcəkdə həmin məhsul üzrə müştərilərin yaranacaq hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını “A-X1 Təşkilatı” MMC-yə əvəzsiz ötürülməsi (güzəşt edilməsi) təşkil edir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, cavabdehin iddiaçıya 175 manat məbləğində overdraft borcu vardır. “A-X1 Təşkilatı” MMC (Təchizatçı) və Cavabdeh (İstifadəçi) arasında bağlanmış ödəniş xidmətinə dair müqavilədən müəyyən olunur ki, “İstifadəçi” bu müqaviləni imzalamaqla “Təchizatçı” tərəfindən təqdim edilən tətbiq vasitəsilə təqdim olunan ödəniş xidmətlərindən istifadə etməyə başlayır, həmçinin bu müqavilənin şərtlərini qəbul etməklə "xxxx" ASC-nin emissiya etdiyi istifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kart sifariş verdiyini təsdiq edir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 655. Faktorinq müqaviləsi. 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Maddə 656. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsi və ona əlavə edilən sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və iş üzrə cavabdeh arasında elektron qaydada xx.xx.2023-cü il tarixli istifadəçi müqaviləsi bağlanmış, müqavilə nəticəsində cavabdeh virtual kart əldə etmişdir. Həmin müqavilənin “karta dair şərtlər” adlanan 10-cu bölməsində qeyd edilir ki, “kart üzrə texniki overdraft, yəni hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman kart üzrə cərimə faizləri tətbiq oluna bilər. Cərimə faizləri və tətbiq olunma qaydası Şirkətin internet səhifəsində kart məhsuluna dair məlumatlar bölümündə qeyd olunur. Kart üzrə hər hansı məbləğ istifadəçinin hesabına səhvən köçürüldükdə, o, bu barədə dərhal şirkəti məlumatlandırmalı və həmin vəsaitdən istifadə etməməlidir”. Göründüyü kimi, kart üzrə aparılan əməliyyatlarla bağlı texniki overdraft hallarına yol verməmək, bu kimi hallar baş verdikdə müqavilə tərəfini məlumatlandırmaq cavabdehin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Digər tərəfdən, "xxxx" MMC və iddiaçı arasında xx.xx.2024-cü il tarixli, 2024-0665 nömrəli mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında müqavilə bağlanmış, "xxxx" MMC özünün əqli mülkiyyəti hesab edilən “Akart” məhsulunun xx.xx.2024-cü il tarixinədək olan mülkiyyət və müəlliflik hüquqlarını, həmçinin hazıradək və gələcəkdə həmin məhsul üzrə müştərilərin yaranacaq hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını iddiaçıya əvəzsiz qaydada ötürmüşdür (güzəşt etmişdir). Bununla da, iddiaçı "xxxx" MMC-nin cavabdehə qarşı olan tələb hüququnu əldə etmiş və hazırkı iddianı cavabdehə qarşı irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Ardınca tərəflər arasında ödəniş xidmətinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 5.1.7-ci bəndinə əsasən, təchizatçı istifadəçinin hesabına səhvən və ya əsassız olaraq daxil olmuş və ya köçürülmüş və ya sonradan səhvən və ya əsassız olaraq daxil olduğu və ya köçürüldüyü müəyyən edilmiş vəsaitləri akseptsiz qaydada istifadəçinin hesab(lar)ından silə və ya yetərli məbləğdə vəsait olmadıqda overdraft yarada bilər. Həmçinin, istifadəçi hesabında yaranmış overdraftı ödəmədiyi halda, təchizatçı bu məbləğə ödənilməmiş borc olaraq faiz və ya cərimə (dəbbə pulu) hesablayaraq istifadəçidən tələb edə bilər. "xxxx" MMC tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına səbəb olan müvafiq müqavilə üzrə üzərinə müəyyən olunmuş öhdəlikləri, yəni ödəniş xidmətlərini göstərməyi vaxtında və lazımı qaydada yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü texniki overdrafta yol verməmək, overdraft baş verdikdə isə yaranmış məbləği iddiaçıya geri qaytarmaqdan ibarət öhdəliyini vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) yerinə yetirməmiş, bununla da öhdəliklərin icrası zamanı vicdanlılığa riayət etməmişdir. İddiaçı yaranmış overdraft borcunun geri qaytarılması barədə bildirişlə cavabdehə müraciət edərək, mübahisənin məhkəmədən kənar qaydada həlli istiqamətində addımlar atmış, lakin cavabdeh tərəfindən hər hansı ödəniş olunmamışdır. Belə olan halda, cavabdeh müqavilə öhdəliklərinin birtərəfli qaydada pozulması nəticəsində faktiki hesabında olmayan pul vəsaitindən istifadə etmiş və özünə məxsus olmayan pula dair sərəncam verməklə iddiaçıya zərər vurmuşdur. Beləliklə, təqdim edilmiş sübutların hər birini aidlik, mötəbərlik və mümkünlük nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 175 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 175 (yüz yetmiş beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq “A-X1 Təşkilatı” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-6473/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-6473/2025
21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver