Məhkəmə qərarları › İş №e-2(010)-69/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-69/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-69/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X3 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" X3 Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2017-ci il tarixli, **********48417/1 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh mülkiyyət hüququ əsasında məxsus **-BA-*** dövlət qeydiyyat nişanlı, 2016-cı ildə istehsal edilmiş, 2C3CDXHG4GH358613 ban nömrəli, “Dodge” markalı, minik tipli, qara rəngli Charger Rally 3.6 avtomobilinə tutma yönəldilməsi və xx.xx.2017-ci il tarixli **********48417 №-li Kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında 21015.47 (iyirmi bir min on beş manat 47 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borc, 1669.02 (bir min altı yüz altmış doqquz manat 02 qəpik) manat məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, 578.64 (beş yüz yetmiş səkkizmanat 64 qəpik) manat məbləğində penya, 957.56 (doqquz yüz əlli yeddi manat 56 qəpik) məbləğində əldən çıxmış fayda, cəmi 24220.68 (iyirmi dörd min iki yüz iyirmi manat 68 qəpik) manat məbləğində pul vəsaiti və xx.xx.2022-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) dərəcəsi ilə hesablanan əldən çıxmış fayda və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 162.66 (bir yüz altmış iki manat 66 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması, ipoteka predmeti olan və Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan **-BA-*** dövlət qeydiyyat nişanlı, 2016-cı ildə istehsal edilmiş, 2C3CDXHG4GH358613 ban nömrəli, “Dodge” markalı, minik tipli, qara rəngli Charger Rally 3.6 avtomobilin ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2(010)-1978/2022 saylı qərardadı ilə iş üzrə icraatın dayandırılmasına dair iddiaçının nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilmiş, iddiaçı "xxxx" X3 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Daha sonra, iddiaçı "xxxx" Bankı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi üzrə 27000 manat məbləğində ödəniş edilmiş, borcun qalan hissəsinin isə güzəşt edilməsi qərara alınmışdır. Belə olan halda iddia ərizəsinin geri qaytarılması zərurəti yaranmışdır. Odur ki, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bundan sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(010)-1978/2022 saylı qərardadı ilə iş üzrə icraatın dayandırılmasına səbəb olmuş hal – iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsinə zərurət – aradan qalxdığından iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ödəniş etdiyini və iddiaçı ilə razılığa gəldiklərini bildirdi. Odur ki, məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizəni və cavabdehin mövqeyini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin geri qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh də öz növbəsində işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Belə olan halda iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş 160.25 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: İddiaçı "xxxx" X3 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş 160.25 manat (yüz altmış manat iyirmi beş qəpik) məbləğində dövlət rüsumu (qəbzin tarixi: xx.xx.2022, qəbzin nömrəsi: 8********) dövlət büdcəsindən iddiaçı "xxxx" X3 Cəmiyyətinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar