Məhkəmə qərarları › İş №e-2(010)-705/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-705/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-705/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 321.30 manat borcun tutularaq **********001 abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu **********001) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana CSS-20 markalı, 19099372 nömrəli sayğac xx.xx.2023-cü il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-ci il tarixinə 321.30 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.

Tərəflərin izahatları.

3. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi ilə qismən razı olduğunu və məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini bildirmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq, qeyd etdi ki, sonuncu abonent kartından görünür ki, cavabdehin borcu azalaraq 226.80 manat olmuşdur.

İş materialları.

5. xx.xx.2023-cü il tarixli Abonent kartından görünür ki, Cavabdeh adına olan ünvan 1 ünvanında sonuncu xx.xx.2023-cü il tarixdə CSS-20 markalı, 19099372 nömrəli sayğac quraşdırılmış və abonent kodu **********001, müqavilə nömrəsi №46462344, tarixi xx.xx.2022, xidmət tipi su olan Cavabdeh hesabına su sərfiyatına görə 2023-cü il üzrə 321.30 manat borc hesablanmışdır.

6. xx.xx.2024-cü il tarixli Abonent kartından görünür ki, Cavabdeh adına olan ünvan 1 ünvanında sonuncu xx.xx.2023-cü il tarixdə CSS-20 markalı, 19099372 nömrəli sayğac quraşdırılmış və abonent kodu **********001, müqavilə nömrəsi №46462344, tarixi xx.xx.2022, xidmət tipi su olan Cavabdeh hesabına su sərfiyatına görə 2024-cü il daxil olmaqla 226.80 manat borc hesablanmışdır.

7. İş matariallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borc məbləğini 7 iş günü ərzində ödəməsi barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları.

8. İddiaçı tərəfindən Cavabdeh ünvanında su sayğacının quraşdırılması və su sərfiyyatına uyğun olaraq ümumilikdə 2024-cü il daxil olmaqla “Abonent kartına” əsasən 226.80 manat borc yazılması işin hallarını təşkil edir.

Tətbiq edilən hüquq.

9. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri 61.1 Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

10. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarı.

8. STKM-in vəzifələri 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim edilməlidir.

11. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1 Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

13. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir.

14. Məhkəmə qeyd edir ki, iş materiallarının araşdırılması və tərəflərin izahatı nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında su təchizatı və tullantı sularınının axıdılması ilə əlaqədar olaraq sayğac quraşdırılmış və həmin fərdi yaşayış evində istehlak olunan su ilə əlaqədar Cavabdeh adına açılmış abonent kartında 2024-cü il tarixi daxil olmaqla 226.80 manat borc məbləği hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələbində 321.30 manat məbləğində borc vəsaitinin ödənilməsini tələb etsə də, lakin iş materiallarında olan abonent saldosundan görünür ki, cavabdehin 2024-cü il daxil olmaqla su xəttindən istifadə etməsi nəticəsində 226.80 manat məbləğində borcu yaranmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh onun yaşadığı ünvanda adına açılmış abonent hesabına əsasən su xəttindən istifadə etməsi ilə əlaqədar yaranmış 226.80 manat borc pul vəsaiti tutularaq **********001 abonent koduna ödənilməlidir.

Məhkəmə xərcləri.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. İddia qismən təmin edildiyi üçün iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 226.80 manat borc pul vəsaiti tutularaq **********001 saylı abonent koduna və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir.

19. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 226.80 manat borc vəsaiti tutularaq **********001 saylı abonent koduna və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı AZƏRSU" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar