Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-74/2024 15.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı “payların naturada bölünməsi” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin natura ilə bölünməsi və İddiaçı müvafiq hissədə payının (3 otaqdan (37,61 kv.m.) ibarət pay) naturada təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil daha sonra ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 əsl cavabdeh (ünvan 1) ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəzləşdirilmiş və Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı 30 noyabr 2013-cü il tarixli AN-l №0391408 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzili satın almışdır. Sonradan həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmış və İddiaçı 3 (üç) otaqdan (37.61 m2)) ibarət pay və Cavabdeh1 2 (iki) otaqdan (30.33 m2)) ibarət pay müəyyən olunmuşdur. Belə ki, məhkəmə getişatı zamanı Cavabdeh1 öz payını qızı Cavabdeh2 bağışladığını bildirmişdir. Daha sonra isə Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilməsi zərurəti yaranmışdır. Hazırda İddiaçı öz payına düşən əmlaka dair istifadə və sərəncam hüquqlarını maneəsiz bir şəkildə həyata keçirməsi üçün ünvan 2 ünvanında yerləşən mənzilə dair payların naturada bölünməsi zərurəti yaranmışdır. Ona görə də mübahisəli məsələ məhkəmə qaydasında həll olunmalıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli texniki pasportun surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı və Cavabdeh1 adına **********06-05101- 093005 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzili 39500 manat ödəməklə X1 almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X4 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən mənzili mülkiyyət hüququ üzrə xx.xx.2009-cu il tarixdə 2 otaq (2 otaq y/s 30.33 kv.m) hissədə Cavabdeh1 və xx.xx.2013-cü il tarixdə 3 otaq (v/s 37.61 kv.m hissədə İddiaçı adına qeydiyyatdan keçmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4551 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 3 ünvanında yerləşən mənzilin tərəflər arasında faktiki olaraq hər birinin ayrı ayrılıqda sanitar qovşaq, hamam, mətbəx, yaşayış sahələri və giriş-çıxışları olmaqla bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq həmin bölgü qaydasının İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4., bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodunun tələblərinə uyğun olduğu müəyyən olunur. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən mənzili mülkiyyət hüququ üzrə xx.xx.2013-cü il tarixdə 3 otaq (v/s 37.61 kv.m hissədə İddiaçı və xx.xx.2022-ci il tarixdə 2 otaq (2 otaq y/s 30.6 kv.m) hissədə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən: Cavabdeh1 ünvan 3 ünvanında yerləşən mənzilin tam hissə, 30.3 kv/m,2 otaq hissədə olan qızı olan hədiyyə alan: Cavabdeh2 hədiyyə etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 220.1-ci, 220.2-ci və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzili mülkiyyət hüququ üzrə xx.xx.2013-cü il tarixdə 3 otaq (v/s 37.44 kv.m hissədə İddiaçı və xx.xx.2022-ci il tarixdə 2 otaq (2 otaq y/s 30.6 kv.m) hissədə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4551 saylı rəyi məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən mənzilin tərəflər arasında faktiki olaraq hər birinin ayrı ayrılıqda sanitar qovşaq, hamam, mətbəx, yaşayış sahələri və giriş-çıxışları olmaqla bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq həmin bölgü qaydasının İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4., bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodunun tələblərinə uyğun olduğu müəyyən olunmuşdur. Belə olan halda məhkəmə ekspert rəyinə uyğun olaraq qeyd edir ki, hazırda iddiaçının iddiası qismən təmin edilməlidir. Belə ki, İddiaçının paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı məxsus 3 otaq (y/s 37.44 kv.m) hissəsi ekspertiza rəyi nəzərə alınmaqla naturada ayrılması texniki cəhətdən mümkündür. İddia tələbinin həmin mənzilin iddiaçıya naturada təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissə naturada iddiaçının istifadə və sahibliyindədir. Beləliklə məhkəmə təqdim edilmiş və məhkəmə zamanı əldə edilmiş bütün sübutların mötəbərliyini əsas götürərək iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, iddia tələbi qismən təmin edildiyinə görə, aparılmış ekspertiza xərci - 50 manat İddiaçı tutularaq dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən mənzilin İddiaçı məxsus 3 otaq(y/s 37.44 kv.m) hissəsi ekspertiza rəyi nəzərə alınmaqla naturada ayrılsın. İddia qalan hissədə təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat İddiaçı tutularaq dövlət xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-74/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-74/2024
15.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver