Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-763/2023 13.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı debitor borcun ödənilməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Azəriqaz İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə ola debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3119,25 (üç min bir yüz on doqquz manat 25 qəpik) manat pulun və 51,20 (əlli bir manat 20 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3170,45 (üç min bir yüz yetmiş manat 45 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi ü z r ə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində AKX-04849xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4T markalı smart tipli qaz sayğacı quraşdırılmışdır. Yuxarıda bəhs edilən müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən qaz sayğaçının göstəricisinə əsasən hesablanmış qazın dəyərini tamam ödəmək istehlakçının vəzifəsidir. Belə ki, Azəriqaz İB-nın əməkdaşları tərəfindənxx.xx.2022-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 47417 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərini ödəmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 3119,25 manat məbləğində qaz sərfi etməsi müəyyən edilmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin GAZREP üzrə ümumi 3119,25 (üç min bir yüz on doqquz manat 25 qəpik) manat təşkil etməkdədir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi X3 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbini qəbul etdiyini qeyd etmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AKX-04849xx/xx-2022 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qazpaylayıcı ilə istehlakçı Cavabdeh arasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qazla təmin edilməsi barədə razılığa gəlinmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh məxsus abonentin saldosundan görünür ki, cavabdehin 2022-ci ilə olan borcu 3119.28 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “İstehlak olunmuş qaz sərfiyyatına görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma protokolu”ndan görünür ki, qazpaylayıcı ilə istehlakçı Cavabdeh qarşılıqlı şəkildə təsdiq etmişdirlər ki, xx.xx.2022-ci il tarixinə istehlakçının təbii qazdan istifadəyə görə yaranmış borcu 3119.28 manat təşkil edir. Abonentin maddi durumu nəzərə alınmaqla tərəflər həmin borcun karta hər ödəmədə 50% hissə-hissə tutularaq ödənilməsi üçün qeyd olunan şərtlərlə razılığa gəlmişdirlər: İstehlakçı bu protokola uyğun olaraq borcunun 3E bazasına (ödəmə kartına) keçirilməsi şərtilə ödənilməsini təmin edir və borcunu ödəmədiyi halda AR “Qaz təchizatı haqqında Qanun”un 13-cü maddəsinin 6-cı bəndinə əsasən, qaz təchizatının dayandırılmasına etiraz etmir. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh iddia tələbini qəbul edərək məhz iddiaçıya qazdan istifadəyə görə borc məbləğinin olduğunu etiraf etmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə imzalanmış, həmin müqavilə əsasında cavabdeh qazla təmin edilmişdir. İddiaçı hazırkı tələbində cavabdeh tərəfindən qazın istehlak olunması nəticəsində yaranmış və ödənilməyən borc məbləğinin ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul edərək borc məbləğinin olduğunu etiraf edir. Məhkəmə Cavabdeh tərəfindən iddia tələbinin etiraf edilməklə qəbul edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməldiir. AR MPM-nin 5.4-cü maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, cavabdehin iddia tələbini qəbul etməsi qanuna zidd deyildir və iddia tələbi bu səbəblə təmin edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 51.20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "AZƏRİQAZ" İB-nin ABB Azəriqaz şöbəsi üzrə hesabına (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SVVİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) debitor borc üzrə 3119.25 manat və 51.20 manat dövlət rüsumu olmaqla ümumilikdə 3170.45 manat pul vəsaiti tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı ApellyBakı Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-763/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-763/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver