Məhkəmə qərarları › İş №e-2(010)-770/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-770/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-770/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 487.36 manat borcun tutularaq **********070 abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu **********070) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana CSS-20 markalı, 21106821 nömrəli sayğac xx.xx.2021-ci il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-ci il tarixinə 487.36 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.

Tərəflərin izahatları.

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh su sərfiyyatına görə ümumi borc məbləğindən ödəniş etmiş və hazırda qalıq borcu 244.36 manat təşkil edir.

İş materialları.

5. Abonent kartından görünür ki, Cavabdeh adına olan ünvan 1 ünvanında sonuncu xx.xx.2021-ci il tarixdə CSS-20 markalı, 21106821 nömrəli sayğac quraşdırılmış və abonent kodu **********070, müqavilə nömrəsi №20941821, tarixi xx.xx.2001, xidmət tipi su və çirkab olan Cavabdeh hesabına su sərfiyatına görə 2023-cü il daxil olmaqla 487.36 manat borc hesablanmış və eyni zamanda sonradan abonent tərəfindən borc məbləği ilə bağlı müəyyən ödənişlər edilmiş və nəticədə su sərfiyatına görə 2024-cü il daxil olmaqla qalıq 244.36 manat borc məbləği qalmışdır.

6. İş matariallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdehna borc məbləğini 7 iş günü ərzində ödəməsi barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları.

7. İddiaçı tərəfindən Cavabdeh ünvanında su sayğacının quraşdırılması və su sərfiyyatına uyğun olaraq ümumilikdə 2024-cü il daxil olmaqla “Abonent kartına” əsasən 244.36 manat borc yazılması işin hallarını təşkil edir. Hazırkı iddia tələbində iddiaçı cavabdehdən borc məbləğinin ödənilməsini tələb edir və iddia tələbini onunla əsaslandırır ki, cavabdeh tərəfindən su sərfiyyatı ilə bağlı yaranmış əvvəlki 487.36 manat borc məbləğindən müəyyən ödəniş edilmiş və hazırda qalıq borc vəsaiti olan 244.36 manat qaytarılmamışdır.

Tətbiq edilən hüquq.

8. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri 61.1 Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

9. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarı.

8. STKM-in vəzifələri 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim edilməlidir.

10. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1 Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

Məhkəmənin mövqeyi.

11. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir.

12. Məhkəmə qeyd edir ki, iş materiallarının araşdırılması və tərəfin izahatı nəticəsində müəyyən edilmişdir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D y/s, ev 27, mənzil 207 ünvanında su təchizatı və tullantı sularınının axıdılması ilə əlaqədar olaraq sayğac quraşdırılmış və həmin fərdi yaşayış evində istehlak olunan su ilə əlaqədar Cavabdeh adına açılmış abonent kartında 2023-cü il tarixi daxil olmaqla 487.36 manat borc məbləği hesablanmışdır. Eyni zamanda o da müəyyən edilmişdir ki, cavabdeh su xəttindən istifadə etməsi müqabilində yaranmış borc vəsaitindən müəyyən ödəniş etmiş və 2024-cü ilin müvafiq ayı daxil olmaqla qalıq 244.36 manat borc vəsaitini ödəməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh onun yaşadığı ünvanda adına açılmış abonent hesabına əsasən su xəttindən istifadə etməsi ilə əlaqədar yaranmış 244.36 manat borc pul vəsaiti tutularaq **********070 abonent koduna ödənilməlidir.

Məhkəmə xərcləri.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. İddia qismən təmin edildiyi üçün iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

16. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 244.36 manat borc pul vəsaiti tutularaq **********070 saylı abonent koduna və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir.

17. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Mı̇ rzəyev Fı̇ krət Mustafa oğlundan su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 244.36 manat pul vəsaiti tutularaq **********070 saylı abonent hesabına ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar