Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-88/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sökülmüş tikilinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sökülmüş tikilinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qeyri-qanuni yerləşdirilmiş darvazanın çıxarılması, onun əvvəlki yerdə quraşdırılmasının, uçurulmuş bir otaqlı yaşayış sahəsinin bərpa olunmasının cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia tələbinin dəlliləri
2. ünvan 1 ünvanda yerləşən beş otaqlı ev onun mülkiyyətindədir. Cavabdeh onun qonşusudur. Məlumat üçün bildirir ki, onun evinin giriş qapısının sağ hissəsində uzunluğu 25-30 m, eni 10.7 m. ölçüdə boş torpaq sahəsi vardır və həmin torpaq sahəsi 1992-ci ildən onun istifadəsində olmuşdur. Təqribən 2 il bundan əvvəl cavabdeh həyətinin giriş qapısını yerindən çıxararaq onun həyətinin giriş qapısının yaxınlığında yerləşdirmiş və bununla da onun, ailəsinin həyətdən, evdən istifadə hüquqlarını məhdudlaşdırmışdir. Bundan başqa cavabdeh göstərilən yerə darvazasını yerləşdirdikdən sonra uzun illər onun istifadəsində olan torpaq sahəsini heç bir hüquqi əsas olmadan zəbt etmiş və həmin sahənin baş hissəsində tərəfindən inşa edilmiş bir otaqlı yaşayış sahəsini uçurmuşdur. O, dəfələrlə cavabdehdən tələb etmişdir ki, o darvazasını onun darvazasının yanından çıxarsın və tərəfindən uçurulmuş yaşayış sahəsini bərpa etsin. Buna baxmayaraq cavabdeh onun tələbini yerinə yetirməmiş və o, məcbur olmuşdur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsin.
Tərəflərin izahatları
3. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, hazırki məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə baxış iclasının növbəti tarixə təyin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Eyni zamanda hazırki iddia tələbi ilə razı olmadığını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
İş materialları
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********63-10302 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi, ev 83/1, Yeni Qaydalarla : AZ1048, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 78.80 kv.m olan torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.
6. xx.xx.1990-cı il tarixli, 30/1245 nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair Pasport”dan görünür ki, ünvan 3 ünvanında yerləşən ev İddiaçı adına qeydiyyata alınmışdır.
7. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 639 nömrəli sərəncamından görünür ki, vətəndaş İddiaçı öz həyətində yararsız vəziyyətə düşmüş tikililərin sökülüb (3x4)+(7x4.5)İ(3x3.5)m ölçüləri ilə üç yaşayış otağının, sahəsi (İ,2x3)m ölçüdə bağlı aynabəndin, tikilinin 2-ci mərtəbəsində sahəsi 12.0 kv.m olan mətbəx və s. tikintisinə icazə verilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7512 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən Cavabdeh məxsus torpaq sahəsinin faktiki ölçülərinin həmin torpaq sahəsinə dair 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Texniki Pasportda qeyd olunan göstəricilər ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. İş üzrə cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə hər hansı müdaxilə aşkar edilməmişdir.
İşin faktiki halları.
9. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəf onun mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən özbaşına olaraq darvaza yerləşdirildiyini bildirir və bu səbəbdən cavabdeh tərəfindən qeyri-qanuni yerləşdirilmiş darvazanın çıxarılması, onun əvvəlki yerdə quraşdırılması və uçurulmuş bir otaqlı yaşayış sahəsinin bərpa olunmasını tələb edir. Cavabdeh tərəf isə bildirir ki, iddia tələbini qəbul etmir və onun tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə hər hansı bir müdaxilə edilməmişdir və darvaza ona məxsus torpaq sahəsində yerləşdirilmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
11. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
14. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
15. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbində iddiaçı cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin zəbt edilərək həmin hissədə cavabdehin öz evinə darvaza qoyduğunu və bununla da cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının pozulduğunu bildirsə də, lakin iş üzrə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/7512 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən Cavabdeh məxsus torpaq sahəsinin faktiki ölçülərinin həmin torpaq sahəsinə dair 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Texniki Pasportda qeyd olunan göstəricilər ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. İş üzrə cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə hər hansı müdaxilə aşkar edilməmişdir.
16. Təqdim edilmiş ekspert rəyindən aydın olur ki, Cavabdeh məxsus torpaq sahəsinin faktiki ölçüləri ona məxsus həmin torpaq sahəsinə dair verilən Texniki Pasportdakı ölçülərə uyğundur və eyni zamanda cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə hər hansı müdaxilə aşkar edilməmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı işdə iddiaçı tələbində qeyd etdiyi halları mötəbər dəlillərlə sübut edə bilməmişdir. Eyni zamanda, iddianın əsaslılığı işin halları ilə də sübuta yetirilmir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddaçının mülkiyyətində olan torpaq sahəsinə iddia tələbində qeyd olunan formada hər hansı müdaxilə halı aşkar edilmədiyindən iddia tələbi təmin edilməməlidir.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti iddiaçı Sərdarov Ramı̇ z Heydərəlı̇ oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Sərdarov Ramı̇ z Heydərəlı̇ oğlunun Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sökülmüş tikilinin bərpası tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti iddiaçı Sərdarov Ramı̇ z Heydərəlı̇ oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Sərdarov Ramı̇ z Heydərəlı̇ oğlunun Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sökülmüş tikilinin bərpası tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti iddiaçı Sərdarov Ramı̇ z Heydərəlı̇ oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov