Məhkəmə qərarları › İş №e-2(011)-101/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-101/2025

11.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-101/2025 11.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.357,17 manat pul məbləğinin, 50 manat mediasiya xərcinin, 87 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, cavabdeh ekspeditor vəzifəsinə qəbul edilmişdir. Eləcə də, cavabdehlə xx.xx.2021-ci il tarixli “X4 barədə” müqavilə imzalanmışdır. Cavabdehlə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Əmək faəliyyəti müddətində cavabdeh müəssisənin istehsal etdiyi müxtəlif növ süd məhsullarının mağazalarda satışını həyata keçirmişdir. Həmin müddətdə cavabdeh müəssisəyə ümumilikdə 15.357,17 manat ziyan vurmuşdur. Bununla bağlı müəssisənin audit komissiyası tərəfindən 18 yanvar 2023-cü il tarixli 2 nömrəli akt tərtib olunmuşdur. Dəfələrlə şifahi qaydada sözügedən ziyan məbləğinin ödənilməsi tələb olunmasına baxmayaraq cavabdeh pulu ödəməmişdir. İşin mediasiya sessiyasında həlli ilə bağlı tərəflərindən Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, lakin işin mediasiya qaydasında həlli mümkün olmamışdır. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh iddia ərizəsinə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. O bildirmişdir ki, iddiaçının tələb etdiyi məbləğ həqiqətə uyğun deyildir. Onun qardaşına qarşı və digər işçilərə qarşı da belə oxşar iddialar verilib amma məhkəmə təmin etməyib. İddiaçı təşkilat cinayət işi başlamağa cəhd etsə də bu alınmamışdır. Əgər onun tərəfindən ziyan vurulubsa, iddiaçı təşkilat bunu sübut etməlidir. Belə bir hal olmayıb. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətsiz əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də “ekspeditor” vəzifəsinə işə təyin (qəbul) edilmişdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2021-cü il tarixli “X4 haqqında” müqavilənin surətindən görünür ki, “işçi”- Cavabdeh “işəgötürən” - İddiaçı MMC-də “ekspeditor” vəzifəsində işlədiyi müddət ərzində “maddi məsul şəxs” kimi ona “işəgötürən” - İddiaçı MMC tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan 2 saylı, 18 yanvar 2023-cü il tarixli İddiaçı MMC-nin aktından görünür ki, “maddi məsul şəxs”- Cavabdeh tərəfindən 01 yanvar 2022-ci il tarixdən etibarən 31 avqust 2022-ci il tarixədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda şəbəkə marketlər və “AL” marketlər şəbəkəsi ilə həyata keçirilmiş satış, iadə fəaliyyəti zamanı “işəgötürən”-İddiaçı MMC-yə ümumilikdə 15.357,17 manat məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. Həmin aktdan görünür ki, - Al marketlərdə 158 mağazada Cavabdeh S. tərəfindən Logix sistemi üzrə satılan mallar 332113.57 manat olduğu halda, Al market tərəfindən qəbul olunanlar 328389.6 manatı təsdiqləyiblər, nəticədə 6368.62 manat Cavabdeh S.-in kəmi var, eynilə Al marketlərdə mədaxili olan, lakin Cavabdeh S.-un satışı qeydiyyata almadığı 2644.65 manat artıq çıxır, bunu nəzərə alaraq Al marketlər üzrə cəmi kəmi 63xx.xx-2644.65=3723.97 manat təşkil edir. - Al marketlərdən eyni mağazalarda Cavabdeh S. tərəfində Logix sistemi üzrə geri götürülən-iadə 35.854,49 manat olduğu halda, Al market tərəfindən bu rəqəm 37.124,03 manat təsdiqlənilib, nəticədə 1.424,35 manat cəmiyyətə artıq iadə hesablayıb, eyni ilə Al marketdə cox yazılan, 2.693,9 manat, lakin Cavabdeh az olan 1.269,54 manat iadələr 1.424,35 manat artıq çıxır, bunu nəzərə alaraq Al marketlər üzrə artıq iadəsi 2.693,9-1.424,35=1.269,54 yoxdur. - Cavabdeh S. tərəfindən ANC Qrup mağazaları üzrə Logix proqramı ilə 10.942,05 manat satış olduğu halda, ANC Qrup-da bu rəqəm 10.608,31 manat olub. Satış üzrə 110.942,05-10.608,31=333,74 manat kəmi var. - Cavabdeh S. tərəfindən ANC Qrup mağazaları üzrə iadə-mal geri götürmə zamanı Logix proqramı ilə 2.134,82 manat iadə olduğu halda, ANC Qrup mağazalarmin təsdiqlədiyi rəqəm 2.035,13 manat olub. Beləliklə ANC Qrup mağazaları üzrə iadədən 2.134,82-2.035,13=99,69 manat kəmi var. - Cavabdeh S. özbaşına olaraq 7.889,19 manatlıq pay adı ilə cəmiyyətin mallarını güya mağazalara hədiyyə vermək adı ilə ona həvalə edilmiş maşın-anbardan silib. - Cavabdeh S. maşm-anbarin sayımı zamanı cəmi 1.391,04 manatlıq mal kəmi hesablanıb. - Cavabdeh S. İddiaçı MMC-yə məxsus, 650 manatlıq, 1 (bir) ədəd mobil telefon aparatını mənimsəyərək, təhvil verməyib. - Al marketlərdən eyni mağazalarda Abdullayev Ə.S tərəfindən Logix sistemi üzrə geri götürülən iadə 62.229,55 manat olduğu halda, Al market tərəfindən bu rəqəm 68.022,78 manat təsdiqlənilmiş, nəticədə 6.360,44 manat cəmiyyətə artıq iadə hesablayıb, eynilə Al marketdə çox yazılan, lakin Abdullayev Ə.S. az olan iadələr 567,22 manat artıq çıxır, bunu nəzərə alaraq Al marketlər üzrə artıq iadəsi 567,22- 6.360,44=5.793,23 yoxdur. - Abdullayev Ə.S özbaşına olaraq 4.872,11 manatlıq pay adı ilə cəmiyyətin mallarını güya mağazalara hədiyyə vermək adı ilə ona həvalə edilmiş maşın-anbardan silib. - Abdullayev Ə.S. maşın-anbarın sayını zamanı cəmi 1.180,84 manatlıq mal kimi hesablanıb. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, “işəgötürən” - İddiaçı MMC-də “ekspeditor” vəzifəsində işləyən “işçi” - Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) 16 noyabr 2022ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, İddiaçı MMC və Cavabdeh mediasiya prosesində iştirak etmişdirlər. xx.xx.2024-cü il tarixdə iş üzrə kompleks məhkəmə-mühasibatlıq və məhkəmətexniki ekspertizası təyin edilərək ekspertizanın qarşısında aşağıdakı suallar qoyulmuşdur: İş materiallarında olan xx.xx.2023-cü il tarixli akt, ekspeditor H.S. Abdullayevin mağazalarda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “pay” adı ilə yazılmış satışların mənimsəmə cədvəli (əvəzsiz “pay” şəklində hədiyyələrin verilməsi nəzərdə tutulur), həmin tarixlərdə satış üzrə müqayisə cədvəli, həmin tarixlərdə iadə üzrə müqayisə cədvəli, həmin tarixlərdə dövriyyə cədvəli, həmin tarixlərdə satış və iadə üzrə müqayisəli cədvəllər, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli yararsız malların hesabatına dair cədvəllər, İddiaçı MMC və "xxxx" MMC arasında olan xx.xx.2022-xx.xx.2022-ci il tarixlərinə aid satış və iadə üzrə dövriyyəni əks etdirən CD-disk və sair iş materialları tədqiq edilərkən İddiaçı MMC-nin zərərlə işləməsi öz təsdiqini tapdığı halda, həmin zərərin həcmi və yaranma səbəbləri (satış, iadə və “pay”ın verilməsi üzrə göstəricilər ayrı-ayrı göstərilməklə) qeyd edilsin. 2. İddiaçı MMC-nin istifadəsində olan “Logix” proqram təminatındakı dövriyyə göstəricilərinin dəyişdirilməsi məqsədi ilə sahibkarlıq subyektinin məsul şəxsləri tərəfindən proqram təminatının məlumatlarına kənar müdaxilə, məlumatların silinməsi və dəyişdirilməsi texniki cəhətdən mümkündürmü? 3. İddiaçı MMC-nin istifadəsində olan “Logix” proqram təminatına baxış keçirildikdə xx.xx.2023-cü il tarixli akt, ekspeditor H.S. Abdullayevin mağazalarda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “pay” adı ilə yazılmış satışların mənimsəmə cədvəli (əvəzsiz “pay” şəklində hədiyyələrin verilməsi nəzərdə tutulur), həmin tarixlərdə satış üzrə müqayisə cədvəli, həmin tarixlərdə iadə üzrə müqayisə cədvəli, həmin tarixlərdə dövriyyə cədvəli, həmin tarixlərdə satış və iadə üzrə müqayisəli cədvəllər, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli yararsız malların hesabatına dair cədvəllər, İddiaçı MMC və "xxxx" MMC arasında olan xx.xx.2022xx.xx.2022-ci il tarixlərinə aid satış və iadə üzrə dövriyyəni əks etdirən CD-disk və sair iş materialları tədqiq edilərkən İddiaçı MMC-nin zərərlə işləməsi öz təsdiqini tapdığı halda, həmin zərərin həcmi və yaranma səbəbləri (satış, iadə və “pay”ın verilməsi üzrə göstəricilər ayrı-ayrı göstərilməklə) qeyd edilsin.

4. xx.xx.2023-cü il tarixli akt, ekspeditor H.S. Abdullayevin mağazalarda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “pay” adı ilə yazılmış satışların mənimsəmə cədvəli (əvəzsiz “pay” şəklində hədiyyələrin verilməsi nəzərdə tutulur), həmin tarixlərdə satış üzrə müqayisə cədvəli, həmin tarixlərdə iadə üzrə müqayisə cədvəli, həmin tarixlərdə dövriyyə cədvəli, həmin tarixlərdə satış və iadə üzrə müqayisəli cədvəllər, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli yararsız malların hesabatına dair cədvəllər, İddiaçı MMC və "xxxx" MMC arasında olan xx.xx.2022-xx.xx.2022-ci il tarixlərinə aid satış və iadə üzrə dövriyyəni əks etdirən CD-disk və sair iş materialları tədqiq edilərkən qeyd edilmiş məlumatların İddiaçı MMC-nin istifadəsində olan “Logix” proqram təminatının göstəriciləri ilə üst-üstə düşməsi müəyyən edilirmi? Cavab mənfi olduğu halda, ziddiyyət təşkil edən məlumatlar qeyd edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmənin qərardadına əsasən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1. tədqiqat zamanı İddiaçı MMC-yə aid “Logix” proqram təminatına daxil olunaraq ekspeditor “Cavabdeh” məxsus xx.xx.2022xx.xx.2022-ci il zaman intervalında bütün mağazalar və eyni zamanda “AL” marketlərə aparılmış bütün iadələrin, satışların dövriyyəsi, yararsız mallar, “pay” adı ilə yazılmış satışların mənimsənilməsinə dair bütün məlumatlar, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli yararsız malların hesabatına dair cədvəllər əldə olunaraq, bir ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olunub. Məlumat üçün bildirilir ki, “Logix” proqram təminatlarında yalnız admin səlahiyyətli şəxslər tərəfindən hər hansı dəyişiklər edilə bilir və sonuncu dəyişikliklər bütün mağazalar üzrə “Satış" və “PAY” üzrə məlumatların olduğu cədvəlin “Düzəliş edən” və Düzəliş tarixləri adlı sütunlarında öz əksini tapmışdır. Əldə edilmiş məlumatların “Düzəliş edən” və “Düzəliş tarixləri” adlı sütunlarında sonuncu dəfə düzəliş edən istifadəçinin adı və düzəlişin edildiyi tarix/zaman qeyd olunmuşdur. 2. Tədqiq olunan "Logix” proqram təminatına yerində baxış keçirilən zaman xx.xx.2022-xx.xx.2022-ci il zaman intervalına aid istifadəçi tərəfindən icra olunmuş əməliyyatlara dair hər hansı bir “log"lar müəyyən olunmayıb. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixli akt, ekspeditor H.S Abdullayevin mağazalarda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “pay” adı ilə yazılmış satışların mənimsəmə cədvəli (əvəzsiz “pay” şəklində hədiyyələrin verilməsi nəzərdə tutulur), həmin tarixlərdə satış üzrə müqayisə cədvəli, həmin tarixlərdə iadə üzrə müqayisə cədvəli, həmin tarixlərdə dövriyyə cədvəli, həmin tarixlərdə satış və iadə üzrə müqayisəli cədvəllər, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli yararsız malların hesabatına dair cədvəllər, İddiaçı MMC və "xxxx" MMC arasında olan xx.xx.2022-31,08.2022-ci il tarixlərinə aid satış və iadə üzrə dövriyyəni əks etdirən CDdisk və sair iş materialları tədqiq edilərak İddiaçı ММС-də Cavabdeh 15.357,17 manat məbləğində çatışmazlığı aşkar edilmişdir, o cümlədən pay adı ilə mənimsəmə - 7.889,19 manat, anbar sayımı zamanı yaranan fərq qaimə 1 - 981,72 manat, anbar sayımı zamanı yaranan fərq qaimə 2 – 409,32 manat, ANC (Satış fərq + İadə fərq) – 433,43 manat, satışdan yaranan fərq AL (satışdan yaranan fərq) Master Milk MMC (- 6368,62 + 2644,65) – 3.723,97 manat, iadədən yaranan fərq AL (geri qaytarılmadan (iadə) yaranan fərq) – 1269,54 manat, telefon – 650 manat olmaqla, cəmi 15.357,17 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixdə iş üzrə kompleks məhkəmə-mühasibatlıq və məhkəmətexniki ekspertizası təyin edilərək ekspertizanın qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin alqı-satqı əməliyyatları barədə məlumatlarına baxış keçirildikdə xx.xx.2023-cü il tarixli akt, ekspeditor H.S. Abdullayevin mağazalarda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “pay” adı ilə yazılmış satışların mənimsəmə cədvəli (əvəzsiz “pay” şəklində hədiyyələrin verilməsi nəzərdə tutulur), həmin tarixlərdə satış üzrə müqayisə cədvəli, həmin tarixlərdə iadə üzrə müqayisə cədvəli, həmin tarixlərdə dövriyyə cədvəli, həmin tarixlərdə satış və iadə üzrə müqayisəli cədvəllər, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli yararsız malların hesabatına dair cədvəllər, İddiaçı MMC və "xxxx" MMC arasında olan xx.xx.2022-xx.xx.2022-ci il tarixlərinə aid satış və iadə üzrə dövriyyəni əks etdirən CD-disk və sair iş materialları tədqiq edilərkən İddiaçı MMC-nin zərərlə işləməsi öz təsdiqini tapırmı? Cavab müsbət olarsa həmin zərərin həcmi və yaranma səbəbləri (satış, iadə və “pay”ın verilməsi üzrə göstəricilər ayrı-ayrı göstərilsin. 2. xx.xx.2023-cü il tarixli akt, ekspeditor H.S. Abdullayevin mağazalarda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “pay” adı ilə yazılmış satışların mənimsəmə cədvəli (əvəzsiz “pay” şəklində hədiyyələrin verilməsi nəzərdə tutulur), həmin tarixlərdə satış üzrə müqayisə cədvəli, həmin tarixlərdə iadə üzrə müqayisə cədvəli, həmin tarixlərdə dövriyyə cədvəli, həmin tarixlərdə satış və iadə üzrə müqayisəli cədvəllər, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli yararsız malların hesabatına dair cədvəllər, İddiaçı MMC və "xxxx" MMC arasında olan xx.xx.2022-xx.xx.2022-ci il tarixlərinə aid satış və iadə üzrə dövriyyəni əks etdirən CD-disk və sair iş materialları tədqiq edilərkən qeyd edilmiş məlumatların müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin alqı-satqı əməliyyatları barədə məlumatları (İddiaçı MMC-yə aid hissədə) və İddiaçı MMC-nin istifadəsində olan “Logix” proqram təminatının göstəriciləri ilə üst-üstə düşməsi müəyyən edilirmi? Cavab mənfi olduğu halda, ziddiyyət təşkil edən məlumatlar qeyd edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən bildirilir ki, iş materiallarında olan sənədlərin mötəbərliliyinə və həmin sənədlərdə öz əksini tapmış çatışmazlıq məbləğinə məhkəmə tərəfindən qiymət verilməlidir. İş materiallarında olan Xətai rayon prokurorluğunun müstəntiqi Araz Tağıyev tərəfindən qəbul edilmiş 31 may 2023-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 179.2.4cü maddəsində göstərilən cinayət əməlini törətdikdən sonra, zərərçəkmiş hüquqi şəxsin qanuni nümayəndəsi X1 ilə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, həmçinin maddi ziyanı ödəməklə bununla əlaqədar cinayət məsuliyyətindən azad olunmağı üçün qanunla müəyyən edilmiş məbləği Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödədiyindən X2 barəsində cinayət işinə xitam verilmişdir İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1104/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-884/2024 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək xx.xx.2022-ci il tarixli, MM903 saylı əmrə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddiaçı Cavabdeh dəymiş maddi ziyana görə 3782.39 (üç min yeddi yüz səksən iki manat, otuz doqquz qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddiaçı Cavabdeh əmək kitabçası İddiaçı MMCdən alınaraq iddiaçı Cavabdeh təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin “ç” bəndinə görə işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq - əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. 199-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda. 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X4 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 203-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işin halları ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cəmiyyətə ekspeditor vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə cavabdehlə “X4” haqqında müqavilə imzalanmış, xx.xx.2022-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. İddiaçı ilə əmək münasibətlərində olan zaman, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdehin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində Şəbəkə marketlər və All marketlərdə həyata keçirdiyi satış, iadə fəaliyyəti analiz etmək və həmin marketlərlə qarşılıqlı üzləşmə və hesablamalar aparmaq məqsədi ilə iddiaçının əməkdaşlarından ibarət komissiya yaradılmış və həmin komissiya tərəfindən aparılmış araşdırma nəticəsində cavabdehin 15.357,17 manatlıq malları mənimsədiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli, 2 saylı akt tərtib edilərək, komissiyanın üzvləri tərəfindən imzalanmışdır. Hazırda iddiaçı 15.357,17 manat məbləğində malların cavabdeh tərəfindən mənimsənilərək, cəmiyyətə həmin məbləğdə zərər vurduğunu, cəmiyyətlə X4 haqqında müqavilə bağlamış maddi məsul şəxs olaraq onun bu məbləği ödəmək öhdəliyi daşıdığını iddia edir və qeyd edilən məbləğin ondan tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, ona iddia edilən malların təhvil verilmədiyini və bununla bağlı heç bir sübutun mövcud olmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir. İddia tələblərinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətin yaranması üçün ziyanın işçi tərəfindən vurulması faktı iş materialları ilə sübuta yetirilməlidir. İddiaçı cavabdehin mənimsəmə əməlləri ilə əlaqəli iddiaçı təşkilata maddi ziyan vurduğunu qeyd etsə də, bu əməllərin cavabdeh tərəfindən törədildiyini sübut edən materialları məhkəməyə təqdim etməmişdir. Cinayət tərkibi olduğu təqdirdə, həmin əməlin sübuta yetirilməsi mülki mühakimə deyil, ibtidai araşdırma zəruri olmaqla, cinayət mühakimə icraatı çərçivəsində müəyyənləşdirilir və bu halda dəymiş zərərin ödənilməsi tələbləri istisna olunmur. Hazırki işdən isə görünür ki, qeyd olunan hallarla bağlı tərəflərin iştirakı ilə hər hansı cinayət xarakterli hüquqi tədbirlər aparılmamış, cavabdehin mənimsəmə cinayətini törətdiyini sübuta yetirən hüquqi akt qəbul edilməmişdir. Digər tərəfdən, cavabdehin vurduğu maddi ziyanla bağlı tələblərə dair məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi maliyyə (mühasibatlıq) cədvəlləri iddiaçı təşkilatın özü tərəfindən tərtib edilməklə, digər əlaqəli sübutlarla (malların çatışmamazlığını və ya zəruri saydan azlığını təsdiq edən əlaqəli sahibkatlıq subyektlərinin hesabatları və ya üzləşmə akları və s.) əsaslandırılmamışdır. İş üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli ekspertiza rəyində qeyd edilmiş ziyan məbləği (15.357,17 manat) də bütövlüklə iddiaçının təqdim etdiyi məlumatlar əsasında hesablandığından və işdə olan digər əlaqəli sübutlarla (əlaqəli sahibkarlıq subyektləri ilə haqq-hesab zamanı malların çatışmamazlığının müəyyən edildiyini təsdiq edən sənədlər sair) tamamlanmadığından, həmin rəydə göstərilmiş məlumatlar əsas götürülməklə iddia tələbləri təmin edilə bilməz. Məhkəmə vurğulayır ki, ziyanın mövcudluğu halında iddiaçı həmin ziyanın cavabdehin əmək fəaliyyəti dövründə, sonuncunun əmək funksiyalarının pozulması nəticəsində baş verdiyini sübut etmək yükünü daşıyır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı özü tərəfindən tərtib edilmiş hesablama (mühasibatlıq) cədvəlləri ilə kifayətlənərək, cavabdehin təqsiri (əmək funksiyalarını pozması nəticəsində) iddiaçı təşkilata maddi zərərin vurulduğunu sübuta yetirə bilmədiyindən, iddia tələbləri təmin edilməməlidir. Məhkəm həmçinin qeyd edir ki, iş üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmiş dəymiş ziyanın məbləği (15.357,17 manat) əsas götürülsə belə, iddiaçı cavabdehin həmin ziyanın vurulmasına aidliyini müəyyən edən sənədləri təqdim etməmişdir. Belə olduğu halda zərərin vurulması özü-özlüyündə iddianın təmin edilməsi üçün əsas deyildir. Odur ki, İddiaçı MMC-nin Cavabdeh qarşı -Cavabdeh 15.357,17 manat pul məbləğinin tutulması barədə iddia ərizəsi təmin edilməməlidir. İddia təmin edilmədiyindən, dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilməlidir. Ekspertiza xərci təşkil edən 150 manat və 100 manat olmaqla, cəmi 250 manat ekspertiza xərci İddiaçı MMC-dən tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddiaçı MMC-nin Cavabdeh qarşı -Cavabdeh 15.357,17 (on beş min uç yüz əlli yeddi manat on yeddi qəpik) manat pul məbləğinin, 50 (əlli) manat mediasiya xərcinin, 87 (səksən yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nə ödənilməsi tələbi barədə iddia ərizəsi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərci təşkil edən 150 manat və 100 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat ekspertiza xərci İddiaçı MMC-dən tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar