Məhkəmə qərarları › İş №e-2(011)-1023/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1023/2025

07.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1023/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Mənzilin qeydiyyatında yalnız iddiaçı özüdür. Uzun illərdir ki, iddiaçının qayını və onun ailəsi mənzilində yaşayırlar. Hazırda mənzili satmağa ehtiyacı var. İddiaçı dəfələrlə cavabdehlərə mənzili boşaltmaları barədə bildirsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh5 İbrahim qızı, X5, Cavabdeh1, X1 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. O bildirmişdir ki, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 onun ailə üzvləridir. Onlar üzrlü səbəbdən iclaslara gələ bilmirlər. İddiaçı - onun dayısı oğludur. İddiaçı bu mənzili onun ailəsinə, onun oğlu Cavabdeh3 hədiyyə etmişdir. Bunu oğlu Samirin toy-nişan mərasimində də elan etmişdir. Buna görə də Cavabdeh3 evlənərək, həyat yoldaşı Cavabdeh1 da sözügedən mənzilə köçürmüşdür. İddiaçının ailə üzvləri bağışlama müqaviləsinin bağlanılmasına razılıq vermədiyindən, bağışlama müqaviləsini rəsmi bağlamaq mümkün olmamışdır. Mənzildə özü, yoldaşı Cavabdeh5, oğlu Cavabdeh3, gəlini Cavabdeh1, qızı Cavabdeh4 yaşayırlar. O, həmin mənzilin oğluna hədiyyə olunacağını düşünərək, mənzili təmir etmişdir və oğluna toy edib gəlini mənzilə köçürmüşdür. Onların başqa yaşayış yerləri yoxdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəməyə gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən cavabdehlər Cavabdeh4 və Cavabdeh3 soyadları “Hüseynov/Hüseynova” deyil, “Hüseynli” qeyd edilmişdir. Cavabdeh5 ata adı “İbrahim” deyil, “İbrəhim” olaraq qeyd edilmişdir. Buna görə də mətn üzrə onların adları müvafiq qaydada qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2001-ci il tarixli razılıq ərizəsindən görünür ki, X2, iddiaçının uşaqları X3, X4, X6, X7 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsinə razılıq vermişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Beləlikə, məhkəmə araşdırılması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh2 və onun ailə üzvlərinin faktiki sahibliyindədir. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin İddiaçı mülkiyyətində olması nəzərə alınmaqla, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 həmin mənzilin tərk etməkdən imtina etməkə sahədə yaşamağa davam etməklərini əsaslandıran qanuni əsaslar (əmlaka və ya onun payına mülkiyyət, sahiblik və ya istifadə hüququ) müəyyən edilməmişdir. Buna görə də iddia tələbləri təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdırlar. Belə ki, cavabdehlərin mənzil mülkiyyətçisinin iradəsi əleyhinə mənzili tərk etməkdən imtina etməkləri - iddiaçının mükiyyət hüququnu pozmaqla, sonuncuya öz mülahizəsinə görə mübahisəli sahənin üzərində sahiblik, istifadə, sərəncam hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılsınlar. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar