Məhkəmə qərarları › İş №e-2(011)-1033/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1033/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1033/2024 08.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında, borc verən tərəfindən borc alana tərəflər arasında müəyyən edilmiş borc məbləğinin faizsiz olaraq verilməsini və borc alan tərəfindən borc məbləğinin borc verənə əvvəlcədən müəyyən edilmiş dövr ərzində geri qaytarmalı olduğunu nəzərdə tutan xx.xx.2022-ci il tarixli, №**********02 saylı 12 aylıq ödəmə müddəti ilə borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, müvafiq müqavilə borcun borc verən tərəfindən borc alana verildiyi gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirdiyi günə qədər qüvvədə qalır. Belə ki, hazırki müqavilə üzrə İddiaçı QSC 12 ay müddətinə ödəmə şərti ilə, №**********02 saylı müqaviləyə əsasən 399 manat məbləğində cavabdehə borc vermişdir. Mövcud müqavilə üzrə, ödənilməli olan ödənişlərin ayı, məbləği və ödəniş tarixləri, o cümlədən, müqavilə üzrə borc alanın ümumilikdə 399 manat həcmində borc məbləğini hissələrlə 12 ay müddətində borc verənə ödəməli olduğuna dair müddəalar, müvafiq müqaviləyə əlavə olunan ödəniş qrafikində əks olunmuşdur. Lakin, ödənişlər borc alan tərəfindən ödəniş qrafikinə əsasən həyata keçirilməmiş və buna görə də borc alanın borc verən qarşısında borc öhdəliyi yaranmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli, №1914 saylı maliyyə arayışına əsasən Cavabdeh tərəfindən mövcud borcdan heç bir ödəniş edilməmiş, 399 manat bu arayışın verildiyi günə kimi ödənilməmişdir. Beləliklə, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il rixli, №**********02 saylı müqavilə üzrə götürmüş olduğu 399 manat məbləğində borcdan heç bir ödəniş edilmədiyindən əsas borc məbləği 399 manat təşkil etmişdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslarla çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, borclu şəxs tərəfindən edilmiş ödəniş xx.xx.2022-ci il tarixində edilməli olduğundan, gecikmə üzrə borc məbləği 12 ay əsasında ((399x5%)/12) x12=19.95 manat təşkil edir. Beləliklə, Cavabdeh İddiaçı QSC qarşısında öhdəliyi xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən əsas borc məbləği -399 manat, gecikdirilmiş dövr üçün illik beş faiz əsasında hesablanmış borc məbləği – 19 manat, dövlət rüsumunun ödənilməsi üzrə xərc – 30 manat, məhkəmə xərci (hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən haqq) -150 manat olmaqla, cəmi 598 manat təşkil edir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh 399 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 19 manat, ödənilmiş övlət rüsumunun əvəzi olaraq 30 manat və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 150 manat məbləğin, cəmi 598 manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan borc verən İddiaçı QSC ilə borc alan Cavabdeh arasında bağlanmış 28 iyul 2022-ci il tarixli, **********02 saylı borc müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 12 ay müddətinə, faizsiz olaraq 399 manat borc verməyi, borc alan isə aldığı borcu tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 iyul 2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 28 iyul 2022-ci il tarixli, **********02 saylı borc müqaviləsinə əsasən 399 manat məbləğində pul vəsaitini qəbul etmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh 28 iyul 2022-ci il tarixli, **********02 saylı borc müqaviləsi üzrə 28 iyul 2023-cü il tarixə İddiaçı QSC-yə 399 manat borcu vardır. İş materiallarında olan 26 sentyabr 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən “Sirius” Vəkil Bürosuna 150 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (maddə 445.7) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Həmin qərarda Plenum qeyd etmişdir ki, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə bağladığı 28 iyul 2022-ci il tarixli, **********02 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 399 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 19 manat pul vəsaiti olmaqla, ümumilikdə 418 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 150 manat pul vəsaiti də Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 28 iyul 2022-ci il tarixli müqaviləyə əsasən 399 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 19 manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 150 manat ümumilikdə 568 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar