Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-105/2024 23.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmlak və digər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cəmiyyət) arasında xx.xx.2017-ci il tarixli 20 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cəmiyyət ünvan 1 ünvanındayerləşən 2 mərtəbəli 54 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə pilot layihə çərçivəsində yeni yaşayış binasının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada Nigar Bünyətovaya məxsus 4 otaqlı, 89 kv.m ümumi sahəsi olan mənzilin əvəzinə ona ümumi sahəsi 110 kv.m olan iki otaqlı təmirli və ümumi sahəsi 51.5 kv.m olan 1 otaqlı təmirsiz iki mənzil verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Cəmiyyət həmin mənzillərin 24 ay müddətində təhvil verilməsini və həmin müddət ərzində Nigar Bünyətovaya 400 (dörd yüz) manat məbləğində kira haqqı ödəməyi də öhdəsinə götürmüşdür. Lakin Cəmiyyət həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqavilədə nəzərdə tutulan ümumi sahəsi 110 kv.m olan iki otaqlı təmirli mənzili iddiaçıya təhvil verməmiş və kira haqqını lazımınca ödəməmişdir. İddiaçı Cəmiyyətdən öhdəliklərini icra etməsini tələb etdikdə isə, Cəmiyyət əlavə müqavilənin bağlanmasını təklif etmiş və tərəflər arasında “Mənzilin təhvil verilməsi” haqqında xx.xx.2022-ci il tarixli 20A5-M12 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cəmiyyət xx.xx.2017-ci il tarixli 20 nömrəli müqavilədə nəzərdə tutulmuş ümumi səahəsi 110 kv.m olan iki otaqlı təmirli mənzil əvəzinə iddiaçıya yeni tikilən binanın A Blokunun 11-ci mərtəbəsində, ümumi sahəsi 118 kv.m olan, 2 otaqlı, A65 saylı təmirli mənzilin təhvil verilməsini öhdəsinə götürmüşdür. Qeyd olunmalıdır ki, xx.xx.2022-ci il tarixli 20A5-M12 nömrəlimüqavilə üzrə iddiaçıya təhvil verilməli olan və iddiaçıya naturada göstərilən A Blok, 11-ci mərtəbə, A65 saylı mənzil 116.8 kv.m ümumi sahəyə malikdir(mənzilin lisenziyalı memar tərəfindən çəkilmiş layihəsi təqdim edilir). Hazırda Cəmiyyət xx.xx.2022-ci il tarixli 20A5-M12 nömrəli müqavilə üzrə də öhdəliklərini icra etmir və A65 saylı həmin mənzili təhvil verməkdən boyun qaçırır. Bununla yanaşı iddiaçıya təhvil verilməli olan həmin mənzilin mətbəxini və mətbəxə bitişik balkonu (təqdim edilən layihədə “3” rəqəmi ilə göstərilən sahə) binanın layihəsindən kənara çıxaraq arakəsmələrlə mənzildən ayırıb, mətbəxin divarından qapı açmaqla onu qonşu mənzilə birləşdirməyə çalışır. Bu halda mənzilə çəkilmiş qaz xətti və sayğac da mətbəxin balkonunda yerləşdiyindən faktiki olaraq iddiaçıya təhvil verilməli olan mənzildən ayrılır.
İddiaçının tələbi:
2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin təhvil verilməsi, mənzilin təmirinə çəkilmiş xərc üçün pul vəsaitinin və ödənilməmiş kirayə haqqı olan pul vəsaitinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ünvan 1 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A Blokunun 11-ci mərtəbəsində, ümumi sahəsi 118 kv.m olan, A65 saylı təmirli mənzilin İddiaçı təhvil verilməsi və ödənilməmiş kirayə haqqı olan 9600 (doqquz min altı yüz) manat məbləğin "xxxx" MMCdən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən ünvan 1 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A Blokunun 11-ci mərtəbəsində, ümumi sahəsi 118 kv.m olan, A65 saylı mənzilin hazırki vəziyətdə İddiaçı təhvil verilməsi, həmin mənzilin təmir edilməsi üçün zəruri olan pul vəsaitinin və ödənilməmiş kirayə haqqı olan 9600 (doqquz min altı yüz) manat məbləğin "xxxx" MMC-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən ünvan 1 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A Blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzilin hazırki vəziyyətdə, yəni 97.7 kv.m ümumi sahə və yarımçıq təmirli vəziyyətdə İddiaçı təhvil verilməsi, həmin mənzilin ümumi sahəsinin azalması nəticəsində iddiaçıya dəymiş 44660 (qırx dörd min altı yüz altmış) manat məbləğində zərərin, mənzilin təmir edilməsi üçün zəruri olan 15496 (on beş min dörd yüz doxsan altı) manat pul vəsaitinin və ödənilməmiş kirayə haqqı olan 14000 (on dörd min) manat məbləğin, ümumilikdə 74156 (yetmiş dörd min yüz əlli altı) manat pul məbləğinin və ödənilmiş dövlət rüsumu olan 313 (üç yüz on üç) manatın "xxxx" MMC-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddia tələbinə münasibəti:
5. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil2 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatı:
6. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında qeyd etmişdir ki, cavabdeh mənzilin təhvil verildiyini qeyd etsə də mənzil iddiaçıya təhvil verilməmişdir. Mənzildə hal-hazırda heç bir sayğac mövcud deyil, mətbəx qonşu sahəyə birləşdirildiyindən kommunal xəttlər də qonşuya keçmişdir. Kommunal sayğacların mövcud olmadığı mənzilin iddiaçıya təhvil verilməsi mümkün deyil.
7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında qeyd etmişdir ki, Ziyəddinoğlu MMC cavabdeh qismində məhkəmədə iştirak etmişdir və sahəsi cəmi 118 kv.m olan mənzili təmirli vəziyyətdə iddiaçıya təhvil verməli idi, lakin bu günə qədər mənzil təhvil verilməmişdir. Məhkəmənin müvəqqəti təminat tədbiri barədə qərardadla cavabdehin hərəkətlərinə qadağa qoysa da cavabdeh tərəfindən mənzilin mətbəxi qonşu sahəyə birləşdirilmişdir. Hal-hazırda mətbəx qonşuya birləşdirildikdən sonra evin ümumi sahəsi 97.7 kv.m-dir. İddiaçının mövqeyi belədir ki, hazırki vəziyyətdə heç olmazsa, 97.7 kv.m sahədə mənzil iddiaçıya təhvil verilsin, lakin geri qalan hissə ilə bağlı həmin binada mənzillərin kvadrat metri nə qədərdirsə, onun əvəzi olan məbləğ ödənilsin. Həmçinin, cavabdehdən ödənilməmiş kirayə haqqlarının ödənilməsi və mənzilin təmir edilməsi üçün 15.000 manat pulun ödənilməsi tələbi də irəli sürülmüşdür. Yekun olaraq məhkəmədən ünvan 1 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A Blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzilin hazırki vəziyətdə, yəni 97.7 kv.m ümumi sahə və yarımçıq təmirli vəziyyətdə İddiaçı təhvil verilməsi, həmin mənzilin ümumi sahəsinin azalması nəticəsində iddiaçıya dəymiş 44660 (qırx dörd min altı yüz altmış) manat məbləğində zərərin, mənzilin təmir edilməsi üçün zəruri olan 15496 (on beş min dörd yüz doxsan altı) manat pul vəsaitinin və ödənilməmiş kirayə haqqı olan 14000 (on dörd min) manat məbləğin, ümumilikdə 74156 (yetmiş dörd min yüz əlli altı) manat pul məbləğinin və ödənilmiş dövlət rüsumu olan 313 (üç yüz on üç) manatın "xxxx" MMC-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında qeyd etmişdir ki, formalaşmış təcrübə ondan ibarətdir ki, şəhərsalma qaydaları nə qədər ki, dövlət, bələdiyyə və digər təşkilatlar arasında tikintiyə dair texniki normaların müəyyən etdiyi halda onun iki mülki şəxs arasındakı münasibətlərə tətbiq edilməsi yolverilməzdir. Çünki, bu bir tərəfdən iddiaçının vəziyyətini yaxşılaşdırırsa, digər tərəfdən cavabdehin vəziyyətini ağırlaşdırır. Təcrübəyə əsasən, faktiki sahə əsas götürülməlidir. Podratçı onsuz da xərci çəkərək faktiki sahəyə o vəsaiti xərcləyir, bu baxımdan arakəsmələrin və xarici divarların altının nəzərə alınması podratçının hüquqları baxımından da daha məqsədəuyğundur. Rəydə faktiki sahə 110 kv.m qeyd edilmiş, lakin 2017-ci il tarixli müqavilədə cavabdehin öhdəliyi 110 kv.m-lik iki otaqlı yaşayış mənzilini təmirli vəziyyətdə təhvil vermək idi. Təmirlə bağlı müqavilədə cavabdeh öhdəlik götürmüşdür ki, təmirli mənzil təhvil versin. Lakin həmin təmirin əvəzinə pulun ödənilməsi nəzərdə tutulmamışdır, cavabdeh hal-hazırda da mənzilin təmirini başa çatdıraraq iddiaçıya mənzili təhvil verməkdən boyun qaçırmır. Müqavilədə belə bir öhdəlik olduğu halda pul tələbi ilə bağlı əsassızdır. Kirayə haqqı ilə bağlı cavabdehin nümayəndəsi (vəkili) bildirmişdir ki, cavabdeh bu iddia tələbi ilə də razılaşmır, çünki, mənzil 2-3 il bundan əvvəl hazır idi, sadəcə iddiaçı sahə ilə bağlı mübahisə etdiyindən köçərək orada yaşamırdı və ya ümumiyyətlə arakəsmə divarın sökülməsi məsələsi var idi. Bir dəfə həmin divar söküldü, bu səbəblərdən mənzilin təmirini yekunlaşdırmaq mümkün olmadı. Əslində burada iddiaçının da müəyyən mənada təqsiri olduğundan kirayə haqları tələb edilən məbləğdə hesablanmamalıdır. Müqavilədə və ekspert rəyində 110 kv.m qeyd edildiyi üçün iddia tələbi əsassızdır. Təmirlə bağlı cavabdeh öz öhdəliyindən boyun qaçırmır, yekun məhkəmə qərarı çıxdıqdan sonra qısa müddət ərzində təmirli mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürür. Kirayə haqqı ilə bağlı cavabdeh məhkəmədə mülki işin icraatı davam etdiyi dövr istisna olmaqla, qalan kirayə haqqını ödəməyi qəbul edir. Düzdür ki, ödəniş qəbzləri cavabdehdə yoxdur, lakin o, müəyyən müddət üçün kirayə haqqını ödəmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 20 №-li müqaviləyə əsasən, "xxxx" MMC ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli 54 (əlli dörd) mənzilli yaşayış binasmın söküntüsünü və bu sahədə yeni yaşayış binasımın tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan 4 otaqlı mənzilin həmin mərtəbə səviyyəsində dövlət reyestrindən çıxarışda göstərilmiş 89 kv.m. olan ümumi sahəsinə şirkət tərəfindən əlavə güzəşt etməklə ümumi sahəsi 110 kv.m. olan 2 otaqlı təmirli və ümumi sahəsi 51.5 kv.m. olan 1 otaqlı təmirsiz 2 mənzili “Mülkiyyətçi"nin mülkiyyətinə verməyi öhdəsinə götürür. "Mülkiyyətçi" bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MMC-yə təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür.
10. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 20/A5-M12 №-li mənzilin təhvil verilməsi haqqında müqaviləyə əsasən, Hazırkı Müqavilə ilə Payçı, Müqavilənin 1.1 bəndində göstərilənlərə müvafiq olaraq ünvan 3 ünvanında yaşayış binasının tikintisi üçün Payçı hazırkı Müqavilə ilə müəyyən edilən 14 mart 2017-ci il tarixli 20 nömrəli müqavilə əsasında mənzilini (Bakı şəhəri, N.Rəfiyev küçəsi,ev 29 ünvanında yerləşən, dövlət reyestrindən çıxarışda göstərilmiş 89 kv.m. olan ümumi sahəsinə şirkət tərəfindən əlavə güzəşt etməklə 110 kv.m. mənzilin biri 118 kv.m. bu müqavilə üzrə 118 kv.m.) Şirkətə təqdim edir, Şirkət bu mənzilin müqavilində 19 noyabr 2020-ci il tarixli protokoluna müvafiq olaraq, 118 kv.m. və binanın tikintisi və tikinti başa çatdıqdan sonra həmin binanın "A" blokunun 11 - ci mərtəbəsində, ümumi sahəsi layihə üzrə 118 m² təşkil edən, 2 - otaqlı A65 saylı təmirli mənzilin (bundan sonra “Mənzil") Payçıya təqdim edilməsini təmin edir.
11. “X2” MMC tərəfindən verilmiş ünvan 5 ünvanında yerləşən mənzilin planı.
12. xx.xx.2023-cü il tarixli pretenziya məktubuna (xx.xx.2023-cü il tarixli poçt qəbzi) əsasən, 5 gün ərzində ünvan 1 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 118 kvşm olan A65 saylı təmirli mənzilin və ödənilməmiş kira haqqı olan 9600 manat məbləğin İddiaçı verilməsinin təmin olunmasını, əks təqdirdə AR-ın qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət olunacağını bildirmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5452-9/5657 №-li, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, 1-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən, şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 29 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzilin ümumi sahəsinin 97,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. 2-ci sual üzrə: Tədqiq olunan mənzilin ümumi sahəsinin 97,7 kv.metr təşkil etdiyini, eləcə də ayrı-ayrı internet saytlarındakı məlumatlara əsasən yeni mənzillərin orta səviyyəli təmir işlərinin dəyərinin 1 kv.metr üçün orta hesabla 250 manata başa gəldiyini nəzərə aldıqda, ünvan 6 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzil üzrə orta səviyyəli təmir edilməsi üçün təmir işlərinin ümumi dəyəri təqribən 24500,0 manat məbləğində müəyyən edilmişdir. 3-cü sual üzrə: ünvan 7 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzildə yarımçıq təmir işlərinin aparıldığı, belə ki, mənzilin divarlarına divar kağızının vurulduğu, tavanına alçipan təbəqə yığılaraq şpaklyovka çəkildiyi, döşəməsinin sement-qum qarışığı ilə hamarlandığı, hamam və ayaqyolu tikilisinin divar və döşəməsi kafel-metlaqla üzləndiyi, balkon və iki ədəd eyvan tikilisinin döşəməsinə metlaq vurulduğu, mənzilin daxilində elektrik və santexnik işlərinin görüldüyü müəyyən edilmişdir. 4-cü sual üzrə: ünvan 7 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzil üzrə yerinə yetirilmiş yarımçıq təmir işlərinin ümumilikdə dəyəri təqribən 9004,0 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunur ki, yarımçıq təmiri tamamlamaq üçün nə qədər vəsaitin sərf edilməsi istifadə ediləcək materialların orta bazar qiymətlərindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən də bu sualının 2-ci hissəsi üzrə tədqiqat aparılmadı. 5-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İş materiallarında ödənişi təsdiq edən hər hansı bir sənəd yoxdur. Lakin bildirilir ki, təqdim edilmiş iddia ərizəsində göstərilmişdir ki 2017-ci ilin mart ayından mənzil boşaldılmış, həmin tarixdən sonra müəyyən müddət kirayə haqqı ödənilsə də, artıq iki ildir ki kirayə haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Bildirilir ki, təqdim edilmiş iş materiallarında ödənişlərlə bağlı sənədlərin olmaması və iddiaçının iddia ərizəsində (kirayə haqqı ödənişlərilə bağlı) göstərdikləri nəzərə alındıqda ümumilikdə ödənilməmiş kirayə haqqı məbləği 9.600,00 manat (24*400) müəyyən edilir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/9034-9/209 №-li, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, Qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 7 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A blokunun 11- ci mərtəbəsində yerləşən A65 saylı mənzilin azaltma əmsalları nəzərə alınmadan ümumi sahəsi 101.4kv.m. və faktiki sahəsi (arakəsmələrin və şaxtalar altı nəzərə alınmaqla) 110.0 kv.m. və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və 1, Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən mənzilin ümumi sahəsinin 97,7 kv.m, təşkil etdiyi müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Tədqiq olunan mənzilin ümumi sahəsinin 97,7 kv.metr təşkil etdiyini, eləcə də ayrı-ayrı internet saytlarındakı məlumatlara əsasən yeni mənzillərin orta səviyyəli təmir İşlərinin dəyərinin 1 kv.metr üçün orta hesabla 250 manata başa gəldiyini nəzərə aldıqda, ünvan 7 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzil üzrə orta səviyyəli təmir edilməsi üçün təmir işlərinin ümumi dəyəri təqribən 24500 manat məbləğində müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: ünvan 7 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzildə yarımçıq təmir işlərinin aparıldığı, belə ki, mənzilin divarlarına divar kağızının vurulduğu, tavaning alçipan təbəqə yığılaraq şpaklyovka çəkildiyi, döşəməsinin sement-qum qarışığı ilə ayaqyolu tikilisinin divar və döşəməsi kafel metlaqla üzləndiy hamarlandığı, bama eyvan tikilisinin döşəməsinə metlaq vurulduğu, mənzilin daxilində elektrik və santexnik işlərinin görüldüyü müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: ünvan 7 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzil üzrə yerinə yetirilmiş yarımçıq təmir işlərinin ümumilikdə dəyəri təqribən 9004,0 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunur ki, yarımçıq təmiri tamamlamaq üçün nə qədər vəsaitin sərf edilməsi istifadə ediləcək materialların orta bazar qiymətlərindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən də bu sualının 2-ci hissəsi üzrə tədqiqat aparılmadı. Qərardadın beşinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İş materiallarında ödənişi təsdiq edən hər hansı bir sənəd yoxdur. Lakin bildirilir ki, təqdim edilmiş iddia ərizəsində göstərilmişdir ki 2017-ci ilin mart ayından mənzil boşaldılmış, həmin tarixdən sonra müəyyən müddət kirayə haqqı ödənilsə də, artıq iki ildir ki kirayə haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Bildirilir ki, təqdim edilmiş iş materiallarında ödənişlərlə bağlı sənədlərin olmaması və iddiaçının iddia ərizəsində (kirayə haqqı ödənişlərilə bağlı göstərdikləri nəzərə alındıqda ümumilikdə ödənilməmiş kirayə haqqı məbləği 9.600,0 manat (24*400) müəyyən edilir.
15. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən, ünvan 7 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A blokunun 8-ci mərtəbəsində yerləşən A65 saylı mənzilə baxış zamanı müəyyən olunmuşdur ki, mənzilin ümumi sahəsi 97,7 kv.m-dir. Qeyd olunan mənzil yarımçıq təmirlidir. Toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 29, 65 A saylı mənzilin yerləşdiyi binada (və ya ətrafda yerləşən oxşar binalarda) mənzilin bir kvadrat metrinin bazar qiyməti tələblə təklifin qarşılıqlı təklifi nəticəsində 2220 manat müəyyən edilmişdir.
16. Fotoşəkillər.
17. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.
766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
19. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
20. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydaları: 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
23. İddiaçının tələbi ünvan 1 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A Blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzilin hazırki vəziyətdə, yəni 97.7 kv.m ümumi sahə və yarımçıq təmirli vəziyyətdə İddiaçı təhvil verilməsi, həmin mənzilin ümumi sahəsinin azalması nəticəsində iddiaçıya dəymiş 44660 (qırx dörd min altı yüz altmış) manat məbləğində zərərin, mənzilin təmir edilməsi üçün zəruri olan 15496 (on beş min dörd yüz doxsan altı) manat pul vəsaitinin və ödənilməmiş kirayə haqqı olan 14000 (on dörd min) manat məbləğin, ümumilikdə 74156 (yetmiş dörd min yüz əlli altı) manat pul məbləğinin və ödənilmiş dövlət rüsumu olan 313 (üç yüz on üç) manatın "xxxx" MMC-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlıdır. İddia tələbindən də göründüyü kimi iddiaçının tələbi bir neçə hissədən ibarətdir. Məhkəmə iddia tələbinin ünvan 1 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A Blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzilin ümumi sahəsinin azalması nəticəsində iddiaçıya dəymiş 44660 (qırx dörd min altı yüz altmış) manat məbləğində zərərin ödənilməsi hissəsini qismən əsaslı hesab edir.
24. Məhkəmə qeyd edir ki, hazırki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 752.1 və 766-cı maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
25. İddiaçının tələbinin birinci hissəsi ünvan 1 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A Blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzilin hazırki vəziyətdə, yəni 97.7 kv.m ümumi sahə və yarımçıq təmirli vəziyyətdə İddiaçı təhvil verilməsi hissəsində əsaslıdır. Belə ki, həm mülki qanunvericiliyin tələbi və xx.xx.2017-ci il tarixli 20 nömrəli və xx.xx.2022-ci il tarixli 20A5-M12 nömrəli müqavilələrdə mənzilin təhvil verilməsi öhdəliyini cavabdeh "xxxx" MMC öz üzərinə götürmüşdür. Məhkəmə araşdırması zamanı cavabdeh mənzilin təhvil-təslim aktını və ya bu halı təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.
26. Baxılan iş üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi, təmiri) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəf müqavilə üzrə öhdəliyini tam və lazımınca yerinə yetirməmişdir.
27. Belə ki, mülki iş materialları ilə müəyyən edilir ki, tərəflər arasındakı yazılı müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən 118,0 kv.m sahədən ibarət mənzili təhvil verilməli olduğu halda, iddiaçıya sahəsi müqavilədə göstəriləndən az ölçüdə olan mənzil təhvil verilmişdir. Həmin halın aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilərək rəy alınmışdır.
28. Alınmış ekspert rəyi əsasında müəyyən edilmişdir ki, cavabdeh mənzili müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə, öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, ekspert rəyində qeyd edilir ki, ünvan 1 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A Blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzilin azaltma əmsalları nəzərə alınmadan ümumi sahəsi 101.4kv.m və faktiki sahəsi (arakəsmələrin və şaxtalar altı nəzərə alınmaqla) 110.0 kv.m və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və 1, Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən mənzilin ümumi sahəsinin 97,7 kv.m, təşkil etdiyi müəyyən edilmişdir. (§ 14)
29. Məhkəmə hesab edir ki, iddiaçı ölçüsü 118 kv.m olan mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzilin ölçülərinin azaldılması nisbətində iddiaçı əmlakından məhrum olmuşdur. Məhkəmə qeyd edir ki, müqavilə üzrə iddiaçıya ünvan 1 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A Blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzilin Cavabdeh "xxxx" MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A65 saylı mənzilinin faktiki olaraq ümumi sahəsinin müvafiq ekspert rəyində əks olunmuş hallardan irəli gəlmiş nəticəyə əsasən, 110 kv.m olduğu nəzərə alınmaqa, 8 kv.m fərq və hər kvadratmetrinə görə 2200 (iki min iki yüz) manat müəyyən edilməklə 17600 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə cavabdehdən tutulmalı olması qanuni və əsaslı olar. (8x2200=17600 manat)
30. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi ünvan 1 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A Blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzilin ümumi sahəsinin azalması nəticəsində iddiaçıya dəymiş 44660 (qırx dörd min altı yüz altmış) manat məbləğində zərərin ödənilməsi hissəsində 17600 manat məbləğində təmin edilməlidir. 31 . İddia tələbinin ikinci hissəsi mənzilin təmir edilməsi üçün 15496 (on beş min dörd yüz doxsan altı) manat pul vəsaitinin "xxxx" MMC-dən tutularaq İddiaçı verilməsi barədədir. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir.
32. Belə ki, məhkəmə təqdim edilmiç müqavilənin 1.2-ci maddəsində iddiaçıya “təmirli mənzilin” verilməsi qeyd edilmişdir. Alınmış ekspert rəylərinin hər ikisi əsasında müəyyən edilmişdir ünvan 6 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzil üzrə orta səviyyəli təmir edilməsi üçün təmir işlərinin ümumi dəyəri təqribən 24500,0 manat məbləğindədir və mənzil üzrə yerinə yetirilmiş yarımçıq təmir işlərinin ümumilikdə dəyəri təqribən 9004,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlməlidir. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Yəni cababdeh iddiaçıya ən azı orta təmirli mənzil təhvil verməli olduğu halda ona yarımçıq təmirli mənzil vermişdir.
33. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənzilin təmir edilməsi üçün 15496 (on beş min dörd yüz doxsan altı) manat pul vəsaitinin "xxxx" MMCdən tutularaq İddiaçı verilməsi hisssində əsaslıdır və təmin edilməlidir.
34. İddia tələbinin üçüncü hissəsi ödənilməmiş kirayə haqqı olan 14000 (on dörd min) manat məbləğin "xxxx" MMC-dən tutularaq İddiaçı verilməsi barədədir. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir. Belə ki, həm iddiaçı həm də cavabdeh kirayə haqqının 24 ay müddətində ödənilməli olması hissəsini mübahisələndirmirlər. Müqavilə şərtlərinə əsasən kirayə haqqı mənzil təhvil verilənə qədər ödəniləcəyi müəyyənləşdirilir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 20 nömrəli müqavilədə mənzil təhvil verilənə qədər kirayə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. (§9 ) Məhkəmə araşdırması zamanı cavabdeh tərəf mənzilin təhvil verilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir, eyni zamanda iki illik kirayə haqqı üzrə iddiaçıya borclu qaldığını da etiraf etmişdir. Məhkəmə araşdırması davam etdiyi dövr ərzində də mənzil iddiaçıya təhvil verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 14.0000 (35x400) manat kirayə haqqının ödənilməsi hissəsində əsaslıdır.
35. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbini ödənilməmiş kirayə haqqı olan 14000 (on dörd min) manat məbləğin "xxxx" MMC-dən tutularaq İddiaçı verilməsi hissəsində əsaslı hesab edir.
36. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddiaçıya mənzili nə vaxt təhvil verməsi ilə bağlı hər hansı təhvil-təslim aktı, sübut təqdim etməmişdir. Sonuncu müqavilə 2022-ci ilin 6 iyul tarixində bağlanmış, cavabdehə pretenziya məktubu xx.xx.2023-cü ildə göndərilmiş, iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü ildə daxil olmuşdur. MM-nin 776.1ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
37. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı yazılı etiraz ərizəsini əsaslı hesab etmir. 38.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
39. Beləliklə, məhkəmə qeyd edilən qanunvericilik normalarına və işin hallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A Blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzilin ümumi sahəsinin azalması nəticəsində iddiaçıya dəymiş 17600 (on yeddi min altı yüz) manat məbləğində zərərin, mənzilin təmir edilməsi üçün zəruri olan 15496 (on beş min dörd yüz doxsan altı) manat pul vəsaiti və ödənilməmiş kirayə haqqı olan 14.000 manat ümumilikdə 47096 (qırx yeddi min doxsan altı) manat pul məbləği cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu olan 231,29 (iki yüz otuz bir manat iyirmi doqquz qəpik) manatın cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
41. Keçirilmiş qiymətləndirmə xidmətinin dəyəri olan 400 manat pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
42. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat və 100 manat olmaqla cəmi 200 manat cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət nəfinə ödənilməlidir.
43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
1. İddia tələbi qismən təmin edilsin.
2. ünvan 1 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A Blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzil cavabdeh "xxxx" MMC tərəfindən hazırki vəziyyətdə, yəni 97.7 kv.m ümumi sahə və yarımçıq təmirli vəziyyətdə İddiaçı təhvil verilsin.
3. ünvan 1 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A Blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzilin ümumi sahəsinin azalması nəticəsində 17600 (on yeddi min altı yüz) manat məbləğində zərər, mənzilin təmir edilməsi üçün zəruri olan 15496 (on beş min dörd yüz doxsan altı) manat pul vəsaiti və ödənilməmiş kirayə haqqı olan 14000 (on dörd min) manat məbləğ, ümumilikdə 47096 (qırx yeddi min doxsan altı) manat pul məbləği cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı verilsin.
4. Ödənilmiş 231,29 (iki yüz otuz bir manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı verilsin.
5. Keçirilmiş qiymətləndirmə xidmətinin dəyəri olan 400 manat pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-yə (Benefisiarın adı: Hüquqçu MMC; Benefisiarın VÖEN-i **********; Hesab nömrəsi AZ12PAHA40060AZNHC********** Müxbir bank Paşa Bank; SWİFT PAHAAZ22; Bank kodu 505141; Valyuta AZN; Bankın VÖEN-İ **********; Müxbir hesab AZ82NABZ********************) ödənilsin.
6. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat cavabdeh "xxxx" MMC-dən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
7. İddia tələbi qalan hissədə təmin edilməsin.
8. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova