Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1084/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirlinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 həftə xəbərdarlıq müddətinə görə əməkhaqqının 0,5 mislinin cavabdehdən tutulması, onu tutduğu və ona analoji vəzifəyə bərpa olunaraq, qanunsuz işdən çıxarıldığına görə cavabdehdən onu işdən çıxarıldığı günün sonrakı günündən yəni 10 sentyabr 2024-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı 2011-ci ildən Əmək fəaliyyətinə başlamışdır, 13 ildən artıqdır ki, təchizat zənciri sahəsində təcrübəyə malikdir və 6 ildən artıqdır ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təsisçisi olduğu "xxxx" ASC-də aşağıda göstərilən müxtəlif rəhbər vəzifələrdə çalışmışdır - 09.20xxxx.2021 "xxxx" ASC-də Satınalmalara üzrə şöbə müdiri müavini və müdir əvəzi, - 04.20xxxx.2022 Tikinti və Təsərrüfat şöbəsinin müdir müavini, Təsərrüfat sektor müdiri, - 06. 20xxxx.2024 Təsərrüfat şöbəsinin müdiri vəzifələrində çalışmışdır, fəaliyyəti zamanı bir sıra Sertifikatlarla təltif olunmuşdur, bunlardan: - X8” un Təchizat Zəncirinin idarə edilməsi (Təchizat, Satınalma, Logistika, Anbar idarətməsi) sertifikatı, - “X8”un “Satınalmalarda rüşvətə qarşı mübarizə” seminarında iştirak sertifikatı və s. Həmçinin, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyi - İkinci Qarabağ müharibəsində könüllü yardım kompaniyası təşkil etdiyinə görə Fəxri Fərman ilə təltif olunmuşdur, əldə etdiyi bilikləri daim iş həyatında tətbiq etməyə çalışmış, rəhbərlik etdiyi şöbədə bir sıra yenilikləri, faydalı iş modellərini tətbiq etmişdir, belə ki, "xxxx" ASC-də keçirilən imtahan nəticələrinə görə ilk iki yeri tutan şöbənin rəhbəri və sistem qurucusu olmuşdur, onun Əmək müqaviləsinə xitam verilənə qədər peşakarlıq və vicdanla çalışmışdır, lakin bütün bunlara baxmayaraq, 07 avqust 2024-cü il tarixində "xxxx" ASC-nin Aparatında struktur dəyişikliyinin aparılması səbəbi ilə onun vəzifəsinin ləğv olunması barədə bildiriş ona göndərilmişdir. xx.xx.2024-cü il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi göstərilmişdir. Onun əmək müqaviləsinə xitam verilərkən bir sıra qanunvericiliklə müəyyən edilmiş normaların pozuntusuna yol verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 78.1.-ci maddəsinə əsasən Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Qeyd etməyi zəruri hesab edir ki, rəhbərlik etdiyi şöbədə ilk olaraq onun vəzifəsi ixtisar olunmuşdur. Onun rəhbərlik etdiyi şöbəyə isə onun yerinə başqa şəxs təyin olunmuşdur. Şöbəyə aid fəaliyyət istiqamətlərinin bir hissəsi dəyişdirilmiş lakin, ümumillikdə fəaliyyət istiqamətləri olduğu kimi qalmışdır. Bu isə, onu deməyə əsas verir ki, ştat ixtisarı sadəcə formal olaraq keçirilmiş, əsas məqsəd isə köhnə əməkdaşları yeniləri ilə əvəz etməkdir. Belə ki, çalışdığı bütün müddət ərzində barəsində heç bir intizam tənbeh tədbiri görülməmiş, fəaliyyətinin qiymətləndirilməsi zamanı heç nöqsan aşkar olunmamışdır. Əksinə illər boyunca vəzifədə irəli çəkilmişdir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X3 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin burda da, cavabdeh pozuntulara yol vermişdir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli, məktubundan göstərilir ki, onlar Təsərrüfat şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə etiraz etmirlər. Lakin, ilk öncə qeyd edilməlidir ki, həmin məktubda hər-hansı əsaslandırma yoxdur. Digər tərəfdən isə, işəgötürənim Nazirlik olduğu halda, necə olur ki, "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsi rəy verir? Hesab edir ki, hər iki məqam ciddi qanun pozuntusudur. Göründüyü kimi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərəkən qanunvericiliyin tələbləri pozulmuşdur. Sonda iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirlinin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı qaldırdığı “işə bərpa və məcburi işburaxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi" barədə iddia ərizəsi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir, çünki Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hisəslərindən göründüyü kimi işəgötürən tərəfindən təqdimat işçinin fəaliyyət göstərdiyi müəssisədə müəssisədə fəaliyyət göstərən X3 göndərilməli və həmin müəssədə fəaliyyət göstərən həmkarlar ittifaqı tərəfindən müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsanamənin 18.6-cı bəndinə və “Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 2.9-cu bəndinə əsasən İddiaçı barəsində vəzifəyə təyin və vəzifədən azad etməyə dair əmrlər Kənd təsərrüfatı naziri tərəfindən verilməsinə baxmayaraq şəxsə dair əmrdə və müqavilədə göründüyü kimi şəxsin iş yeri "xxxx" ASC olaraq müəyyən edilmişdir. İddiaçı öz iş yeri üzrə "xxxx" ASC əməkdaşı olaraq bu müəssisədə kollektiv müqavilə əsasında fəaliyyət göstərən “X9 Cəmiyyətinin ilk həmkarlar ittifaqı" həmkarlar təşkilatının üzvü olmuş və sözügedən təşkilat tərəfindən ona qeydiyyat vərəqəsi açılmış, üzvlük bileti verilmişdir. Habelə İddiaçı təşkilatdan çıxmağa dair heç bir zaman müraciət etməmiş, üzvlüyünü mübahisələndirməmiş və təşkilat tərəfindən barəsində əmək şəraitin yaxşılaşdırılması və həvəsləndirilməsinə dair tədbirlərə etiraz etməmişdir. Habelə “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin ikinci hissəsinə əsasən məhs "xxxx" ASC tərəfindən İddiaçı əmək müqaviləsi əsasında ödənilən aylıq əmək haqqından tutmaların 1 (bir) faizi "X9 Cəmiyyətinin ilk həmkarlar ittifaqı”na, 1(bir) faizi isə sahə üzrə həmkarlar təşkilatı olan “X13 X5”nin hesabına köçürülməsi həyata keçirilmişdir (müvafiq arayış əlavə olunur). İddiaçı isə öz növbəsində heç vaxt bu tutulmaları və ya onların istiqamətini mübahisələndirməmişdir, xüsusi olaraq “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin ikinci hissəsində qeyd edilən işə götürən rolunda həmin Qanunun 1-ci maddəsinin ikinci hissəsinin beşinci və altıncı abzasına uyğun olaraq "xxxx" ASC-nin sədri çıxış etmişdir, İddiaçı “X6 ilk həmkarlar ittifaqı" həmkarlar təşkilatının üzvü olmamış və heç bir ödəniş edilməmişdir. Habelə sözügedən hər iki ilk həmkarlar təşkilatının tabe olduğu sahə üzrə həmkarkar təşkilatı olan “X13 X5’nin nizamnaməsinin 3. 1-ci bəndinin ikinci cümləsinə əsasən X4 üzvü eyni zamanda digər X4 üzvü ola bilmədiyindən İddiaçı paralel olaraq “X6 ilk həmkarlar ittifaqı” həmkarlar təşkilatının üzvü ola bilməzdi. İddiaçının ərizədə göstərdiyi struktur bölmənin fəaliyyət istiqamətlərində hər hansı dəyişiklik olmaması ilə bağlı mövqeyi də əsassızdır. Belə ki, struktur bölmənin “Təsərrüfat şöbəsi” ləğv edilmiş, onun fəaliyyət istiqamətlərinə aid olan funksiyalar yeni struktur dəyişikliyində bir neçə struktur bölmə arasında bölüşdürülmüşdür. Məsələn: əvvəlki “Təsərrüfat şöbəsi" funksiyalarının özəyini təşkil edən “anbardar”, hazırda Maliyyə menecmenti şöbəsinin funksiyalarından biri kimi əlavə edilmişdir və s. İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi üçün nəzərdə tutulmuş müddətin gözlənilməməsi ilə bağlı mülahizələr də əsassızdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-79-cu maddələrinin tələblərinin işəgötürən tərəfindən yerinə yetirilmə əsaslarına uyğun olaraq işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl rəsmi xəbərdarlıq işçiyə şəxsən çatdırılmış, əmək müqavilələrinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müddətlər gözlənilmişdir və nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar aşkar edilməmişdir. Qabaqcadan xəbərdarlıq göndərilməklə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin 2024-cü il 2 avqust tarixli 3-22/3-1-684/2024 nömrəli əmrinin icrası ilə bağlı İddiaçı işəgötürənlə bağladığı əmək müqaviləsi əsasında əmək stajının beş ilədək olması səbəbindən azı dörd təqvim həftəsi gözlənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə uyğun olaraq iddiaçının uşağının xəstəliyi ilə bağlı əlilliyi müəyyən edilməmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilməmişdir. Bununla bağlı hər hansı təsdiqedici sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Ümumi təcrübədə işçilərin sayının və ştat tərkibinin ixtisarı dedikdə müəyyən olunmuş vəzifə üzrə bir, yaxud bir neçə ştat vahidinin ləğvi, eləcə də işlərin həcminin azaldılması başa düşülür. Bir qayda olaraq, işçilərin sayının və ştat tərkibinin ixtisarı müəssisədə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədi ilə həyata keçirilir. Beləliklə, yuxarıda göstərilənlər əsasında məlum olur ki, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı qaldırdığı “işə bərpa və məcburi işburaxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia tamamilə əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X12 cavabdehin nümayəndəsinin izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan bir tərəfdən işəgötürən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri X7 şəxsində və digər tərəfdən işçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işçi, "xxxx" ASC-nin Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, əmək müqaviləsi 3 ay müddətinə qüvvədədir, bu Əmək müqaviləsinin müddəti başa matdıqdan sonra 1 həftə ərzində tərəflərdən biri digər tərəfi xəbərdarlıq etməklə pozula bilər, əgər tərəflərdən heç biri bu müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin Əmək müqaviləsinin müddəti 3 ay uzadılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-22/3-1-787/2024 №-li Əmrin surətindən görünür ki, "xxxx" ASC-nin Təsərrüfat şöbəsinin ləğv edildiyini nəzərə alaraq həmin şöbənin müdiri İddiaçı əmək müqaviləsi 2024-cü il 9 sentyabr tarixindən ləğv edilməsi, "xxxx" ASC-nin İddiaçı son haqq-hesabın verilməsi və əmək qanunvericiliyində təsbit edilmiş qaydalarda işdənçıxarma müavinətinin ödənilməsinin təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli elekron məktubdan görünür ki, Nazirliyin Elim, təhsil və insan resursları şöbəsi tərəfindən İddiaçı müraciət ünvanlayaraq bildirilmişdir ki, “qurumun fəaliyyətində səmərəliliyin artırılması və operativliyin təmin edilməsi məqsədilə "xxxx" ASC-nin Aparatında struktur dəyişikliyinin aparılması zərurəti yaranmışdır, aparılacaq struktur dəyişikliyinə uyğun olaraq bəzi vəzifələrin, o cümlədən sizin tutduğu vəzifənin ləğvi nəzərdə tutulmuşdur, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1ci hissəsinə uyğun olaraq müvafiq vəzifənin ləğvi ilə əlaqədar öncədən xəbərdar edilirsiniz”. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-22/2-M-3216/2-1-3390/2024 nömrəli məktubundan görünür ki, İddiaçı bildirilmişdir ki, “Sizin əmək müqavilənizə kənd təsərrüfatı nazirinin 2024-cü il 9 sentyabr tarixli 3-22/3-1-787/2024 nömrəli Əmri ilə xitam verilmişdir. Əmək müqavilənizə xitam verilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunmamışdır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, hal-hazırda Nazirliyin Bakı şəhərindəyerləşən strukturuna daxil olan qurumlarında və strukturuna daxil olmayan tabeliyindəki qurumlarında ixtisasınıza uyğun vakant vəzifə yoxdur”. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək haqqı üzrə hesablama-ödəniş cədvəlindən görünür ki, İddiaçı 2024-cü ilin sentyabr ayı üçün 6948,56 manat ödəniş edilmişdir. İş materiallarında olan Arayışdan görünür ki, İddiaçıla bağlanmış əmək müqaviləsi əsasında 2024-cü il ərzində ödənilən aylıq əmək haqqından tutmaların 1 faizi "xxxx" ASCnin X3, 1 faizi isə X13 X4 hesabına köçürülməsi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00632 №-li “Arayış”dan görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etmiş və lakin prosesin davam etdirilməsinə razılıq verməmiş, İddiaçı mediasiya sessiyasının iştirakı ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin "xxxx" ASC-nin idarə heyətinin sədri Mehman Veysəlova ünvanlanmış xx.xx.2024-cü il tarixli 13 №-li məktubundan görünür ki, 2024-cü il 5 sentyabr tarixli 3-22-13/2-969/2024 nömrəli təqdimata “Aqroservis" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyəti tərəfindən baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, "Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin aparatının, təchizat və satış mərkəzlərinin, regional nümayəndəliklərinin, pambıq məntəqələrinin və X1 strukturlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2024-cü il 2 avqust tarixli 3-22/3-1-604/2 024 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Təsərrüfat şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsəsən ləğv edilməsinə etiraz etmirlər. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" ASCnin Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir, əmək müqaviləsi müddətlidir, müvafiq əmrə əsasən İddiaçı çalışdığı "xxxx" ASC-nin Təsərrüfat şöbəsi ləğv edilmiş, xx.xx.2024-cü il tarixdə həmin şöbənin əməkdaşı olan iddiaçıya, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq tutduğu vəzifənin ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdar edilmiş, onun əmək müqaviləsinə 2024-cü il 9 sentyabr tarixdə xitam verilmiş, ona son haqq-hesabın verilməsi və əmək qanunvericiliyində təsbit edilmiş qaydalarda işdənçıxarma müavinətinin ödənilməsi təmin edilmişdir, həmçinin xx.xx.2024-cü il tarixdə 2024-cü ilin sentyabr ayı üçün 6948,56 manat ödəniş edilmişdir, onunla əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq X2 razılığı alınmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ləğv edilmiş şöbənin yerində qismən az ştatlı şöbə yaradılmış, iddiaçı şöbənin yenidən təşkil olunmasını, əvvəlki şöbədə rəhbər vəzifədə olmasını əsas gətirərək üstünlük hüququnun olmasını, bununla da orada işə qəbul olumasının mümkün olduğunu, üzv olmadığı üçün işdən çıxarılmanın mümkünlük məsələsinə baxmaqda X2 səlahiyyətlərinin olmamasını əsas gətirir, cavabdeh isə iddia tələbini qəbul etmir, bütün ödənilməli olan ödənişlərin həyata keçirildiyini, iddiaçının vəzifəsinin hazırda mövcud olmadığını, buna görə də işə bərpa olunmasının mümkün olmadığını bildirir. Bununla belə, işdən çıxarma barədə əmrin ləğv edilməsinə əsas olan, habelə cavabdeh tərəfindən iddiaçının son haqqhesabına dair borcun olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, qanunvericiliklə işəgötürən tərəfindən əmək müqaviləsinin ləvğ edilməsi əsaslarına daxil olmaqla yanaşı, müvafiq tədbirlərin görülməsi də nəzərdə tutulur: əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçinin işəgötürən tərəfindən əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməsi; müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığının alınması. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarında görünür ki, işəgötürən tərəfindən yuxarıda qeyd edilən qanunvericlik tələbləri gözlənilmiş, həmçinin müvafiq ödəmələr həyata keçirilmişdir, işçinin işdə saxlanmada üstünlük hüququ isə müəyyən deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni deyil və ona görə də təmin oluna bilməz. Məhkəmə, iddiaçının “işdən çıxarılarkən müvafiq həmkarlar ittifaqı tərəfindən razılığın alınmaması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi işçi "xxxx" ASC-də şöbə müdiri vəzifəsinə qəbul edilmiş və "xxxx" ASC-nin X2 üzvü olmuş, həmin həmkarlar ittifaqı tərəfindən də müvafiq təqdimata baxılmış və işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsəsən ləğv edilməsinə etiraz edilməmişdir. Məhkəmə, iddiaçının “tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçi” olması barədə dəlillərinə münasibətd qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə görə, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir, yəni işçinin zəruri peşəkarlıq səviyyəsinin, onun ixtisara düşməyən və ya yeni yaradılacaq ştatlarda işləmək üçün uyğunluğunun müəyyən edilməsi ilə bağlı işəgötürənin mülahizə sərbəstliyi vardır. Başqa cür desək, əmək münasibətləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi əsasında yaranır və qanunvericiliklə əmək müqaviləsi bağlamaq işəgötürənin əsas hüququ olduğundan, həmçinin işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi onun səlahiyyətlərinə aid edildiyindən qanunvericiliyin pozulması halları istisna olmaqla, işəgötürənin hüquq və səlahiyyətlərinə hər hansı bir müdaxilə də yolverilməzdir. Yuxarıdada da qeyd edildiyi kimi, hazırkı iş üzrə əmək qanunvericilyinin pozulması halları məhkəmə tərəfindən müəyyən olunmur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndinə əsasən, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, əsgər və zabitlərin arvadına (ərinə), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə, məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X3 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcələnin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirlinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçı isə hazırki iddia tələbi üzrə dövlət rüsumu ödəməkdən azad olduğundan, dövlət rüsumu Dövlət Büdcəsinə aid edilməldir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2–ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirlinə qarşı “2 həftə xəbərdarlıq müddətinə görə əməkhaqqının 0,5 mislinin cavabdehdən tutulması, onu tutduğu və ona analoji vəzifəyə bərpa olunaraq, qanunsuz işdən çıxarıldığına görə cavabdehdən onu işdən çıxarıldığı günün sonrakı günündən yəni 10 sentyabr 2024-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1084/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1084/2025
23.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver