Məhkəmə qərarları › İş №e-2(011)-1117/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1117/2025

02.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1117/2025 02.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İlkin İddiaçı, onun vəkili-nümayəndəsi Nümayəndə, ilkin iddia üzrə Cavabdeh2, qarşılıqlı iddiaçı Cavabdeh4 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İlkin İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, "xxxx" MMC-yə qarşı mənzildən çıxarılma və sair tələbinə dair ilkin, Cavabdeh4 cavabdehlər İddiaçı və Cavabdeh5 qarşı müqavilənin etibarsız hesab edilməsi qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, “ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli, mansardlı evin 7-ci mərtəbəsində, ümumi sahəsi 200 kv. Metr olan 36 nömrəli mənzilin, izola olunmuş 4 otaqdan ibarət mənzilə qanunsuz daxil olmuş Cavabdeh2 və Cavabdeh4 həmin mənzildən çıxarılması, qanuni əsaslarla alınmış mənzilin İddiaçı qaytarılması; əgər həmin mənzil hərhansı bir səbəbdən İddiaçı qaytarılması mümkün olmazsa mənzil üçün ödədiyi 220.000 pulun və onun Milli Bankın illik uçot dərəcəsinə əsasən 15.950 manat ziyanın Cavabdeh5 alınıb İddiaçı verilməsi; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi 32A saylı binanın yanındakı ərazidə yerləşən 7 mərtəbəli mansardlı evin 1-ci mərtəbəsində 50 kv/m qeyriyaşayış sahəsini 1 kv/m 2500 manata olmaqla 125.000 manat pulun və onun Milli Bankın illik uçot dərəcəsinə əsasən 9.625 manat ziyanın cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh5 alınıb İddiaçı qaytarılması və 510 ödədiyi dövlət rüsumunun və sonradan ödədiyi 890 manat cəmi 1400 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbirləri üçün ödədiyi 100 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 29 dekabr 2023 - cü ildə Baki şəhəri, ünvan 2 ünvanında yerləşən 10 mərtəbəli, mansarlı evin 7 – ci mərtəbəsində, ümumi sahəsi 200 kv. metr olan, 36 nömrəli mənzilin, izola olunmuş 4 otaqdan ibarət mənzili, müqavilə əsasında, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi bina 8, mənzil 117 – də yaşayan X3 almışdır. Həmin ev, X4 oğlu, X5 adına olmuşdur. Ülvi Zeynalov həmin evi 07 iyul 2021 - ci ildə pulunu tam ödəyib almışdır. Təmsil etdiyi şəxs Anar X1, yəni Zeynalov Ülvinin atası ilə razılaşmış, ona 220000 manat pul ödəyib almışdır. Satın aldığı evi 29 dekabr 2023 - cü ildə sözü gedən çoxmərtəbəli yaşayış binasının icraçı direktoru Cavabdeh5 yaxınlaşıb ona bildirmişdir ki, X6 məxsus olan Baki şəhəri, ünvan 2 ünvanında yerləşən 10 mərtəbəli, mansarlı evin 7 – ci mərtəbəsində, ümumi sahəsi 200 kv. metr olan, 36 nömrəli mənzilin, izola olunmuş 4 otaqdan ibarət mənzilin pulunu tam ödənildiyi üçün həmin evi İddiaçı satmışa və xahiş edir ki, həmin evi onun adına sənədləşdirsin. Çoxmərtəbəli binanın icraçı direktoru Cavabdeh5 sənədləri nəzərdən keçirərək, heç bir qanunsuzluğun olmadığını müəyyən etdikdən sonra X15 bildirmişdir ki, X5 adına 07 iyul 2021 – ci il tarixdə mənzilin alqı – satqısına dair müqavilə vardır və o, həmin mənzilin pulunu tam ödəmişdir. Bundan sonra Cavabdeh5 onunla 29 dekabr 2023 cü il tarixdə yeni alqı – satqı müqaviləsi bağlamış və evin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı vermişdir. Həmin ev İddiaçı Əzizağa oğluna təhvil verilmiş, o həmin evin qapısının kilidini dəyişmiş və evin artıq ona məxsus olmasına tam əmin olmuşdur. Bütün bu müddət ərzində o, aldığı evə getmiş və evin təmiri üçün lazım olan materialları müəyyən etmişdir. 09 noyabr 2024 - cü ildə yenə evə getmiş yenə heç bir şey olmadığını müəyyən etmişdir. 10 noyabr 2024 - cü ildə evə gedərkən görmüşdür ki, ona məxsus evin qapısı sökülmüş və bir kənara atılmışdır, evə yeni qapı qoyulmuşdur. Həmin günü qapının kim tərəfindən söküldüyünü müəyyən etmək istəsədə bunu müəyyən edə bilməmiş, icraçı direktoru axtarmış,lakin tapa bilməmişdir. 11 notyabr 2024 – cü ildə evə gələrkən görmüşdür ki, evdə ustalar təmir işləri görürlər, həmin günü müəyyən etmişdir ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayon sakini X7 həmin evə qanunsuz daxil olmuşdur. Cavabdeh2 evi tikən Cavabdeh1 və icraçı direktor Cavabdeh5 həmyerliləridir. Buna görədə onlar ona şərait yaratmışlar ki, o, onun evinə belə rahat daxil olsun. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə həmçinin qeyd edilmişdir ki, "xxxx" MMC öz müqavilə öhdəliklərini yerinə yetirmir və onun aldığı qeyri-yaşayış sahəsini təhvil vermir, ona görə də o, müqaviləni pozaraq ödədiyi pulu geri tələb edir. İddiaçı həmçinin daha sonra Cavabdeh4 cavabdeh kimi cəlb edilməsini və mübahisəli mənzildən çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 cavabdehlər İddiaçı və Cavabdeh5 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli çoxmənzilli yaşayış binasının alqı-satqı müqaviləsinə əsasən icraçı qismində "xxxx" MMC-nin direktoru Cavabdeh5, payçı qismində ünvan 3 ünvanında yerləşən 11 mərtəbəli binanın 6cı mərtəbəsində yerləşən, ümumi sahəsi 200 kv metr olan, 36 saylı 4 otaqdan ibarət olan mənzili ona verməyi, payçı qismində isə mənzilin dəyərini tam şəkildə ödəməyə dair üzərinə götürdüyü öhdəliyi icra etmiş və mənzilin dəyəri həmin tarixdə 160000 manat olmuş və onun tərəfindən həmin məbləğ ödənilmişdir, bununla bağlı həmin tarixə Maliyyə Arayışı ona verilmişdir. Mənzil faktiki olaraq sahiblik və istifadəsindədir, giriş qapısı qoyulmuş, içərisində isə 30.000 manata yaxın təmir işləri görmüşdür, ona məxsus mənzilin heç bir hüquqi əsası olmayan etibarsız müqavilə əsasında xx.xx.2021-ci il tarixində X6, daha sonra İddiaçı satılması barədə tərtib edilmiş müqavilələr etibarsız hesab edilməli, İddiaçı ünvan 4 ünvanında yerləşən 11 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 200 kv metr olan, 36 saylı 4 otaqdan ibarət olan mənzilin alınmasına dair Cavabdeh5 hər hansı bir məbləğdə pul ödəməmişdir, həmçinin 07 iyul 2021-ci il tarixli müqavilə əsasında da X9 tərəfindən mənzilin alınmasına dair Cavabdeh5 və ya "xxxx" MMC-yə pul ödənilməmiş hər iki müqavilə başqa bir əqdi pərdələmək məqsədilə bağlanmışdır, Ülvi Zeynalovun atası Seyfəddin Zeynalov İddiaçı borca külli miqdarda pul götürmüş, "xxxx" MMC-nin rəhbərliyi ilə arasında olan etibardan sui-istifadə edərək ondan İddiaçı adına mübahisə edilən mənzilin satılması və İddiaçı tərəfindən pulun ödənilməsinə dair maliyyə arayışı yazılmasını xahiş etmiş, İddiaçı borc kimi aldığı pulu "xxxx" MMC-yə ödəməyi vəd etsə də müqavilə tərtib edildikdən sonra Seyfəddin Zeynalov mənzilin pulunu ödəməmiş, vədinə əməl etməmişdir, bunları sonradan bilmişdir, Cavabdeh5 və digərlərinin ona məxsus olan mənzili kiməsə satmağa ixtiyarı yoxdur və onun razılığı olmadan, pərdələnmiş əqd olub-olmamasından asılı olmayaraq etibarsızdır. Məhkəmə iclasında iştirak etmiş ilkin İddiaçı və onun vəkili-nümayəndəsi məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh2 ilkin iddia tələbi üzrə iddianı qəbul etmədiyini, mübahisəli mənzilə dair müqavilə bacısı Cavabdeh4 adına bağlansa da, mənzilin faktiki olaraq onun tərəfindən alınıb təmir edildiyini bildirmiş. Məhkəmədən mübahisəli mənzilə dair hissədə ilkin iddianın rədd qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə Cavabdeh4 İsayıl qızının vəkili-nümayəndəsi qarşılıqlı iddianı müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, məhkəmədən mübahisəli mənzilə dair hissədə ilkin iddianın rədd , qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh5, X16, "xxxx" MMC və üçüncü şəxs X9 məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixdə Cavabdeh5 ilə X9 arasında bağlanmış müqavilənin surətindən görünür ki, icraçı Bakı şəhəri,Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 10 mərtəbəli mansardlı evin 7-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.metrə olan, 36 nömrəli mənzil, izolə edilmiş 4 otaqdan ibarət bir pay kimi “Payçı”ya verməyi öz öhdəsinə götürür, müqavilə üzrə mənzilin dəyəri 1 kv. Metrə sahə üçün 900 manat təşkil edir, sahəsi 200 kv.metrə olan mənzil üçün cəmi 180000 manat ödənilmişdir, müqavilə hər iki şəxs tərəfindən imzalanmışdır. xx.xx.2021-ci il tarixli Maliyyə Arayışından görünür ki, X9 tərəfindən Bakı şəhəri,Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən binanın blok 1, mərtəbə 7, ümumi sahəsi 200 kv.metr olan izolə olunmuş 4 otaqdan ibarət 36 nömrəli mənzilin pay dəyəri olan 180000 manat ödənilmiş, borc qalmamışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh5 ilə İddiaçı arasında bağlanmış müqavilənin surətindən görünür ki, icraçı Bakı şəhəri,Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 10 mərtəbəli mansardlı evin 7-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.metrə olan, 36 nömrəli mənzil, izolə edilmiş 4 otaqdan ibarət bir pay kimi “Payçı”ya verməyi öz öhdəsinə götürür, müqavilə üzrə mənzilin dəyəri 1 kv. metrə sahə üçün 1100 manat təşkil edir, sahəsi 200 kv.metrə olan mənzil üçün cəmi 220000 manat ödənilmişdir, müqavilə hər iki şəxs tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli Maliyyə Arayışından görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri,Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən binanın blok 1, mərtəbə 7, ümumi sahəsi 200 kv.metr olan izolə olunmuş 4 otaqdan ibarət 36 nömrəli mənzilin pay dəyəri olan 220.000 manat ödənilmişdir, borc qalmamışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanmış müqavilədən görünür ki, icraçı ünvan 5 ünvanında yerləşən 11 mərtəbəli mansardlı evin 6-cı mərtəbə, ümumi sahəsi 200 kv.metr olan, 36 nömrəli mənzil, izolə olunmuş 4 otaqdan ibarət bir pay kimi “payçı”ya verməyi öhdəsinə götürür müqavilə üzrə mənzilin dəyəri 1 kv. metrə sahə üçün 800 manat təşkil edir, sahəsi 200 kv.metrə olan mənzil üçün cəmi 160000 manat ödənilmişdir, müqavilə hər iki şəxs tərəfindən imzalanmışdır. xx.xx.2018-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh4 tərəfindən ünvan 5 ünvanında yerləşən yaşayış binasının 6-cı mərtəbə, ümumi sahəsi 200 kv.metr olan, izolə olunmuş 4 otaqdan ibarət 36 nömrəli mənzilin pay dəyəri olan 16000 manat ödənilmişdir, borc qalmamışdır. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2024-cü il tarixli Müqavilənin surətindən görünür ki, “İri şəhərlərin X19 Xidməti” publik hüquqi şəxs ilə İddiaçı (abonent kodu **********360) arasında xidməti ünvan Bakı şəhəri, Neapol küçəsi, ev 7/A, mənzil 36 üzrə müqavilə bağlanmışdır. İstehlakçı İddiaçı və “Azəriqaz” İB arasında bağlanmış müqavilədən görünür ki, Bakı şəhəri, Neapol küçəsi, ev 7/A, mənzil 36 üzrə **********60360 saylı abonent kodu istehlakçı İddiaçı adına verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mübahisəli mənzil onun oğlu Ülvi Zeynalova məxsus olmuş, sonradan həmin mənzili dəyəri ödənilməklə İddiaçı satmışlar. İddiaçı ona mənzilə görə 220000 manat ödəniş etmişdir. Mənzili satdığı üçün sənədləşmə işini Anarın adına həll etmişlər. Cavabdeh4 tərəfindən həmin evin ona məxsus olması ilə bağlı onlara heç vaxt müraciət olunmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/469-5/594 saylı, 05 .06.2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mülki işin 169-170-ci vərəqələrindəki Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanmış 06 noyabr 2018-ci il tarixli müqavilənin birinci vərəqin 1.1 bəndindəki “36” əlyazma rəqəmlərində hər hansı düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə,üstdən düzəlişlər) müəyyən edilməmişdir. Azərbaycan Respublikası “X10” MMC-nin 234 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 8 ünvanda, 11 mərtəbəli manardlı evin 6-cı mərtəbəsində, ümumi sahəsi 200 kv. Metr olan 36 saylı mənzilin Cavabdeh4 verilməsinə dair xx.xx.2018-ci il tarixli müqavilənin (iş vərəqi 169) 1.1-ci bəndindəki mənzilin nömrəsini göstərən “36” əlyazma rəqəmlərində sonradan əlavə müdaxilə, mexaniki və ya kimyəvi təhrifetmə izləri aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mənzil Məcəlləsi: 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, ilkin iddia tələbi Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi 32A saylı binanın yanındakı ərazidə yerləşən 7 mərtəbəli mansardlı evin 1ci mərtəbəsində olan 50 kv/m qeyri-yaşayış sahəsinə aid hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə tərəflərin izahatları, şahid ifadəsi və yerli baxış zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan müqavilələrdə binanın mərtəbə sayı və mənzilin yerləşdiyi mərtəbə fərqli göstərilsə də, İddiaçı və Cavabdeh4 ilə bağlanmış müqavilələrdə qeyd edilən mənzil faktiki olaraq üst-üstə düşür və eyni mənzildir. İşin halları ondan ibarətdir ki, ilkin İddiaçı X6 məxsus mənzilin alqı-satqısına dair öz aralarında razılaşdıqlarını, mənzilin razılaşdırılmış dəyərinin onun tərəfindən ödənildiyini və bundan sonra mənzilə dair müqavilənin onun adına dəyişdirildiyini bildirmiş, lakin sonradan Cavabdeh2 mənzilin onun bacısı Cavabdeh4 məxsus olmasını bildirərək faktiki olaraq mənzilə daxil olduğu üçün Cavabdeh2 və Cavabdeh4 həmin mənzildən çıxarılması, qanuni əsaslarla alınmış mənzilin ona qaytarılması ilə bağlı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh4 mənzilə dair daha əvvəl onunla müqavilə bağlandığı üçün ilkin iddianın mənzildən cavabdehlərin çıxarılması, mənzilin İddiaçı qaytarılması hissəsində rədd edilməsini, eyni zamanda qarşılıqlı iddia ərizəsi verərək İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh2 mənzilə dair daha əvvəl bacısı Cavabdeh4 ilə müqavilə bağlandığını, mənzildə təmir işlərinin isə faktiki olaraq onun tərəfindən başlanıldığını bildirərək, ilkin iddiaya etiraz etmiş, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanmış müqaviləyə münasibətdə qeyd edir ki, müqavilədə onun 06 noyabr 2018-ci il tarixində bağlanması qeyd edilmiş, lakin Cavabdeh5 21 dekabr 2018-ci il tarixində verilmiş şəxsiyyət vəsiqəsinin rekvizitləri göstərilmişdir. Qeyd edilən fakt müqavilənin sonradan geri tarixlə tərtib olunduğunu təsdiq edir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, müqavilənin hansı tarixdə tərtib edilərək imzalandığını müəyyən etmək mümkün olmadığından, onun bağlandığı tarix qeyrimüəyyən hesab edilməlidir. İmzalandığı tarix qeyri-müəyyən olan sadə yazılı formalı müqavilə əhəmiyyətsiz əqddir, çünki belə müqavilənin qüvvəyə minmə anı məlum deyil. Məhkəmə həmçinin diqqətə alır ki, Cavabdeh2 ilk öncə məhkəməyə qeyd edilən müqaviləni təqdim etmiş (məhkəməyə müqavilənin əvvəl surəti, sonra iş vərəqi 169-dakı əsli təqdim edilmişdir), müqavilədə mənzilin 11 mərtəbəli mansardlı evin 6-cı mərtəbəsində yerləşməsi qeyd edilmişdir. İddiaçı ilə bağlanmış müqavilədə mənzilin 10 mərtəbəli masardlı evin 7-ci mərtəbəsində yerləşməsi qeyd olunduğundan, növbəti məhkəmə iclasında o, eyni məzmunlu və tarixli ikinci müqaviləni (iş vərəqi 126) məhkəməyə təqdim etmiş, “bir neçə gün əvvəl müqaviləni köhnə tarixlə yenidən tərtib etdirdiyini, əvvəlki müqavilədə texniki səhv olaraq “11 mərtəbəli mansardlı evin 6-cı mərtəbəsində” sözlərinin düzəldilərək, “10 mərtəbəli mansardlı evin 7-ci mərtəbəsində” sözləri ilə əvəz edildiyini” bildirmişdir. Qeyd edilənlər məhkəmədə belə daxili inam formalaşdırır ki, cavabdehlər mübahisəli mənzilə dair çox daha sonradan geri tarixli müqavilələr tərtib etdirmək imkanına malik olmuşlar. Bundan başqa mübahisəli mənzilə dair Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanmış ilkin müqavilədə (iş vərəqi 169) mənzilin nömrəsini bildirən “36” rəqəmindəki “6” rəqəmi əvvəl “5” olaraq yazılmış, daha sonra düzəliş edilərək “6” kimi göstərilmişdir. Qeyd edilən faktla bağlı iş materiallarında olan hər iki ekspert rəyinin nəticə hissəsində “36” rəqəmində hər hansı düzəlişlər müəyyən edilmədiyi qeyd edilsə də, hər iki rəyin əsaslandırıcı hissəsində “6” rəqəminin böyüdülmüş təsvirinə baxdıqda aydın olur ki, rəqəm əvvəl “5” yazılmış, sonaradan “6”-a düzəliş edilmişdir. Belə olan halda, ekspert rəylərinin əsaslandırıcı və nəticə hissələri bir-birinə uyğun gəlmədiyi üçün məhkəmə həmin rəyləri iş üzrə mötəbər sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, mübahisəli məznilə dair Cavabdeh4 ilə bağlanmış müqavilə geri tarixlə bağlandığından, müqavilənin dəqiq bağlanma tarixi qeyrimüəyyən olduğundan, o cümlədən müqavilədə mənzilin nömrəsini göstərən rəqəm düzəliş edilərək sonradan dəyişdirildiyindən həmin müqavilə etibarlı əqd kimi qəbul edilə bilməz, odur ki, Cavabdeh4 özü ilə bağlanmış müqavilə etibarlı əqd olmadığından, yəni Cavabdeh4 mübahisəli mənzilə hər hansı hüququ olmadığından, onun Cavabdeh5 ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair X9 ilə bağlanmış müqavilə və mənzilin dəyərinin onun tərəfindən tam ödənilməsinə dair maliyyə arayışı olmuş, İddiaçı ilə X9 mənzilin alqı-satqısına dair öz aralarında razılaşmış, razılaşdırılmış 220000 min manat məbləğ İddiaçı tərəfindən ödənilmiş və bundan sonra mənzilə dair müqavilə Cavabdeh5 tərəfindən İddiaçı oğunun adına dəyişdirilmiş, həmçinin, mənzilin dəyərinin tam ödənilməsi və borcun qalmaması barədə İddiaçı maliyyə arayışı verilmişdir. Qeyd edilən hallar məhkəmədə şahid qismində dindirilmiş X5 atası X8 tərəfindən təsdiq edilmişdir. Bundan başqa, X9 üçüncü şəxs qismində mülki işə cəlb edilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, bununla belə, özünə məxsus mənzilin dəyəri ödənilməklə İddiaçı oğuna satılmasına, İddiaçı oğunun mənzilə köçürülmə ilə bağlı iddiasına heç bir etiraz təqdim etməmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 mənzilə dair müqavilələrin qardaşı Cavabdeh5 tərəfindən imzalanmasına və VÖEN-nin onun adına olmasına baxmayaraq, işlərin faktiki olaraq onun tərəfindən aparıldığını, Seyfəddin Zeynalovun şərikləri olduğunu, bu səbəbdən ona (oğluna) maliyyə arayışının verildiyi qeyd etmiş, eləcə də İddiaçı oğu ilə bağlanmış müqavilənin və İddiaçı adına mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayşının Cavabdeh5 tərəfindən imzalanmasını təsdiq etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Mənzi Məcəlləsinin yuxarıda sadalanan 112.1, Mülki Məcəllənin 157.2,157.8-ci maddələrinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 mənzildən çıxarılması və mənzilin ona qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, ilkin iddia qismən edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 10 mərtəbəli mansardlı evin 7-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.metrə olan, 36 nömrəli mənzildən çıxarılmalı və mənzil Cavabdeh2 və Cavabdeh4 tərəfindən ilkin İddiaçı qaytarılmalı, qarşılıqlı iddia təmin edilməməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İlkin iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 10 mərtəbəli mansardlı evin 7-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.metrə olan, 36 nömrəli mənzildən çıxarılsın və mənzil Cavabdeh2 və Cavabdeh4 tərəfindən İddiaçı qaytarılsın. Qarşılıqlı iddia təmin edilməsin. 70 manat ekspertiza xərci bərabər hissələrdə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X2 hesabına ödənilsin. 500 manat ekspertiza xərci bərabər hissələrdə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tutularaq “X12” MMC-yə ödənilsin. 100 manat dövlət rüsumunun əvəzi bərabər hissələrdə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tutularaq İddiaçı ödənilsin. Artıq ödənilmiş dövlət rüsumu kimi 409 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim:Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar