Məhkəmə qərarları › İş №e-2(011)-114/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-114/2023

06.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-114/2023 06.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “torpaq sahəsinin boşaldılması və hasarın sökülməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh MTK-ya qarşı – Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 41 saylı yaşayış binasının yaxınlığında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 0,6 ha torpaq sahəsinin Cavabdeh MTK tərəfindən boşaldılması və həmin sahəni ətrafdan təcrid edən dam örtüyü materialından çəkilmiş hasarın cavabdehin öz hesabına sökülərək ona məxsus sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, iddianın verilməsi üçün tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamı ilə iddiaçıya, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 41 saylı yaşayış binasının yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün 0,6 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin müvafiq cizgisi (planı) tərtib edilərək verilmişdir. Odur ki, həmin torpaq sahəsini ayrıc cizgisinin sərhədlərinə müvafiq surətdə məftil hasarla ətraf ərazidən təcrid etmiş və orada təyinatı üzrə, yəni fərdi yaşayış evinin tikintisi üçün hazırlıq işləri görməyə başlamışdır. Belə ki, göstərilən sərəncama uyğun olaraq yaşayış evinin layihə-smeta sənədlərinin hazırlanması və müvafiq memarlıq qurumu ilə razılaşdırılması üçün müəyyən addımlar atmış, lakin iddiaçıdan asılı olmayan səbəblərdən həmin işlər uzun müddət ərzində həyata keçirilməmiş və nəticə etibarilə tikinti işlərini başlatdıra bilməmişdir. Nəhayət göstərilən torpaq sahəsində tikiliəcək fərdi yaşayış evinin eskiz layihəsini hazırlatdırmaq məqsədi ilə lisenziyalı mütəxəssisi oraya apardıqda, vaxtilə həmin sahəni ətraf ərazidən təcrid edən iddiaçı tərəfindən çəkilmiş məftil hasarın sökülmüş olduğunu və bütün ətraf ərazinin dəmir dam örtüyü materialları ilə hasara alındığının şahidi olmuşdur. Həmin torpaq sahəsi üzərində hüququnun ləğv edildiyi barədə hər hansı bir səlahiyyətli orqandan heç bir bildiriş almamış, eləcə də bu barədə iddiaçıda hər hansı bir məlumat olmamışdır. Bunun kim tərəfindən edildiyini müəyyən etmək üçün axtarışlar uzun müddət heç bir nəticə vermədiyindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etmiş və iddiaçıya yuxarıda göstərilən qaydada verilmiş torpaq sahəsi ilə bağlı sərəncamın qüvvədə olduğu, həmin torpaq sahəsi üzərində hər hansı digər bir hüququn mövcudluğuna dair məlumat aşkar edilməmişdir. İddiaçı bildirir ki, həmin torpaq sahəsinin Cavabdeh MTK tərəfindən tikinti məqsədləri üçün hasara alındığı barədə məlumat əldə etmiş, oraya gedərək məsələni araşdırmaq istəsə də, heç kim iddiaçını eşitmək istəməmiş, rəhbər kimi ona təqdim edilən Rauf adlı şəxs isə “Torpaq bizimdir, gedin hara şikayət edirsinizsə, edin!” deyərək, iddiaçıya qapını göstərmişdir. Odur ki, bütün göstərilən səbəblərdən məsələnin məhkəmə qaydasında həll edilməsi qərarına gəlmişdir. Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli 331 saylı sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 0,6 ha torpaq sahəsinin müvafiq cizgisi (planı) mövcuddur. Lakin buna baxmayaraq cavabdeh iddiaçıya məxsus sahəni özbaşına tutaraq, zəbt etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələblərini müdafiə edərək, iddia ərizəsinə uyğun olaraq izahat vermiş, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyib, iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 331 saylı xx.xx.1999-cu il tarixli müəmmalı sərəncamında göstərilib ki, Yasamal rayonu Ə.Qasımzadə küçəsi ev 16 mənzil 49-da yaşayan iddiaçıya Xətai Rayonu ərazisində 0,06 ha torpaq sahəsi ayrılıb və fərdi ev tikintisinə icazə verilib və evin tikintisinin 2 il müddətə başa çatdırılması tapşırılıb. Lakin Yasamal rayon sakini olan iddiaçı 2 il ərzində Xətai rayonu ərazisində nə tikinti işlərinə başlayıb, nə də layihə smeta sənədlərini təqdim edib. İddiaçı qeyd edir ki, guya cavabdeh 0,06 ha torpaq sahəsini özbaşına zəbt edib. Lakin cavabdeh həmin ərazini özbaşına zəbt etməmişdir. Dövlət Reyestrindən RX ******* saylı çıxarışdan və plan çizgidən görünür ki, ünvan 1 binanın yaxınlığı /0,25 ha torpaq sahəsi cavabdehin adına icarə əsasında yüklü edilib. 1159 saylı xx.xx.2016-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən istifadədə olan 2405 kv.m. torpaq sahəsi də cavabdehə icarəyə verilib.05 Fevral 2016-cı il tarixdə isə Bakı Şəhər İcra Hakimiyyəti başçısı 37 saylı sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin 22 Dekabr 2015-ci il tarixli 1254 saylı razılıq məktubunu, DƏDRX-in xx.xx.2014-cü il tarixli ******* saylı reyestrdən çıxarışını, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3715/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadını əsas götürərək ünvan 2 ünvanda yerləşən, istifadədə olan 0,2519 ha və ona bitişik icarədə olan 0,2405 ha, ümumilikdə 0,4924 ha torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün cavabdehə icazə vermişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 05 Fevral 2016-cı il tarixli 37 saylı Sərəncamına və təsdiq olunmuş layihəsmeta sənədlərinə əsasən cavabdeh ünvan 2 ünvanda çoxmərtəbəli və çoxmənzilli yaşayış binası tikmişdir. Həmin bina sakinlərlə məskunlaşmışdır. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəfindən mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. İş materiallarında olan: İş materiallarında olan, Xətai Rayonu İcra Hakimiyyətinin başçısının verdiyi “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” 331 nömrəli xx.xx.1999-cu il tarixli Sərəncamı ilə ünvan 3 ünvanında yaşayan vətəndaş İddiaçı Xətai rayonu ərazisində cizgidə göstərilən sahədə 0.06 ha torpaq sahəsi ayrılaraq fərdi ev tikinitisinə icazə verilmiş və vətəndaşa tapşırılmışdır ki, fərdi yaşayış evinin tikintisi 2 il müddətinə başa çatdırılsın. İş materiallarında olan, Xətai rayon , Məhəməd Hadi küçəsi 41 saylı yaşayış binasının yaxınlığında yerləşən torpaq sahəsinin yerləşmə cizgisindən görünür ki, İddiaçı məxsus ayrılmış torpaq sahəsinin ölçüsü 600 m.-dir. İş materiallarında olan, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının verdiyi 37 nömrəli, xx.xx.2016-cı il tarixli “Yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sərəncam ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2016-cı il tarixli, 01 saylı müraciətini, Xəta Rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 1254 saylı razılıq məktubunu, Ekologiya və Təbi Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2014-cü il tarixli, 15/3878 saylı məktubunu Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2(006)-3715/2015 saylı qərardadını və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışını nəzərə alaraq Xətai rayonu. M.Hadi küçəsi, 41 saylı binanın yaxınlığında istifadədə olan 0,2519 ha və ona bitişil icarə əsasında 0,2405 ha, ümumilikdə 0,4924 ha torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir. İş materiallarında olan, xx.xx.2016-cı il tarixli, 1159 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, icarəyəverən qismində Bakı şəhər İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbov tərəfindən icarəçi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 37 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı və xx.xx.2016-cı il tarixli, 16/43 saylı ayrıc aktına əsasən, ünvan 5 ünvanda ayrılmış torpaq sahəsi 49 il müddətinə icarəyə verilmişdir. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən torpaq sahəsi yaşayış binalarının tikintisi üçün verilmiş, göstərilmiş məqsəd üçün sahənin istifadə olunması qətidir və gələcəkdə “istifadə üçün icazə” adlandırılacaqdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 binanın yaxınlığı/ 0.25 ha torpaq sahəsi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 2017-ci il tarixli, 17/141 saylı istifadəyə (icarəyə) verilən torpaq sahəsinin “Ayrıc Aktına” əsasən Cavabdeh MMC-yə ayrılmış 0.4924 ha torpaq sahəsi şimaldan- qaz borusu və 16 mərtəbəli yaşayış binaları ilə, şərqdən- istinad divarı və uşaq bağçasının 2 mərtəbəli bainaları ilə, cənubdan-metal hasar, pilləkan və daş tikili ilə, qərbdən- qaz borusu, daş tikililər və 9 mərtəbəli yaşayış binası ilə əhatə olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilən torpaq sahasənin planı və ölçü cizgisindən görünür ki, hüquqi sahibi Cavabdeh MMC olan, ünvan 5 binanın yaxınlığında yerləşən torpaq sahəsinin sahəsi 0.25 ha-dır. İş materiallarında olan, Ö/004110 saylı “İstismara hazırlıq Aktı”ndan görünür ki, tikinti xx.xx.2016-cı il tarixdə başlanılmış, xx.xx.2018-cu il tarixdə tikinti başa çatdırılmışdır. İş materiallarında olan, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-5084/2022 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2(011)-5084/2022 nömrəli mülki iş üzrə təyin edilmiş tikinti- texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, iş üzrə tərəflər məhkəmə binasına gəlmədiyindən, tədqiq olunan tikililərin yerləşdiyi ünvanın müəyyən edilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/855 nömrəli ekspertiza rəyindən görünür ki, Xətai rayonu İcra Hakimiyyətinin Başçısının 331 saylı, xx.xx.1999-cu il tarixli Sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış, Xətai rayonu, M.Hadi küçəsi 41 saylı yaşayış binasının yaxınlığında yerləşən torpaq sahəsinin (yerləşmə cizgisində göstərilən) 0.06 ha torpaq sahəsinin, Cavabdeh MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icazə verilmiş və Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 37 saylı xx.xx.2016-cı il tarixli “Yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında Sərəncam ilə istifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktına əsasən Xətai rayonu, M.Hadi küçəsi, 41 saylı binanın yaxınlığındakı istifadədə olan 0.2519 ha və ona bitişik icarə əsasında 0.2406 ha, ümumilikdə 0.4924 ha ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Xətai rayonu İcra Hakimiyyətinin Başçısının 331 saylı, xx.xx.1999-cu il tarixli Sərəncamı ilə 06 ha torpaq sahəsi, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 37 saylı xx.xx.2016-cı il yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında" Sərəncam ilə (icarəyə) verilən torpaq sahəsinin X6 rayonu, M.Hadi küçəsi, 41 saylı binanın yaxınlığındakı istifadədə olan 0.2519 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixdə tərtib olunmuş yerli müayinə protokolundan görünür ki, Bakı şəhəri, Xətai rayonu. Məhəmməd Hadi küçəsi. 41 ünvanında yerləşən Cavabdeh MTK ilə İddiaçı məxsus torpaq sahəsinin harda yerləşməsi, onun hüdudları müəyyən edilməmişdir. İş materiallarında olan, Bakı şəhər Xətai rayon Məhkəməsinin e-2(011)-114/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə vəsatəti təmin edilmiş, iş üzrə rəy verilməsi üçün mütəxəssis cəlb edilmiş, tədqiqatın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə tapşırılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, iş üzrə mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 41 saylı yaşayış binasının yaxınlığında (yerləşmə cizgisində göstərilən) torpaq sahəsi dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın hüdudları daxilində yerləşir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə Bakı şəhər Xətai Rayon Məhkəməsinə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin «mülkiyyətidirmi»? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1- ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «X4rşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1- ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən səxslərin izahatlarını və məhkəməyə təqdim edilmiş sənədləri, ekspert rəyini məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamı ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 41 saylı yaşayış binasının yaxınlığında (yerləşmə cizgisində göstərilən 0.06 ha torpaq sahəsi ayrılaraq fərdi ev tikinitisinə icazə verilmiş və vətəndaşa tapşırılmışdır ki, fərdi yaşayış evinin tikintisi 2 il müddətinə başa çatdırılsın. Lakin göstərilən müddət ərzində iddiaçı tərəfində həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edilməmişdir. Eyni zamanda yaşayış binalarının tikilməsi məqsədi ilə Bakı şəhər İcra Hakimiyyəti və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ünvan 5 ünvanda ayrılmış torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli, 1159 nömrəli müqavilə bağlanmış və həmin müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 41 saylı binanın yaxınlığı/0.25 ha torpaq sahəsinə dair cavabdehə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra həmin ərazidə çoxmərtəbəli yaşayış binası tikilərək, istifadəyə verilmişdir. Məhkəmə tərəfindən həmin ünvanda tərəflərin iştirakı ilə keçirilmiş yerli müayinə zamanı qeyd edilən ünvanda inşa edilmiş yaşayış binasında sakinlərin məskunlaşdığı müşahidə edilmişdir. Yerli müayinə zamanı iddiaçının mübahisəsini etdiyi yerin harda yerləşdiyi müəyyən edilməmişdir. Belə ki, iddiaçı tərəf də həmin sahənin harda yerləşdiyini bilməmiş və özlərinə ayrılmış torpaq sahəsinin müəyyən edilməsi üçün mütəxəssisin cəlb edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş ekspert və mütəxəssis rəylərində isə ayrılmış Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 41 saylı yaşayış binasının yaxınlığında (yerləşmə cizgisində göstərilən) torpaq sahəsi dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Göründüyü kimi mütəxəssis və ekspert rəylərində hazırda iddiaçıya ayrılan torpaq sahəsinin cavabdehə məxsus sahədə yerləşdiyi qeyd edilsə də, torpaq sahələrinin koordinatları qeyd edilməmiş və tərəflərə ayrılan torpaq sahələrinin məhz hansı hissədə bir-birlərinin hüdudlar daxilində yerləşdiyi müəyyən edilmədən formal mülahizələr əsasında məhkəməyə rəy təqdim edilmişdir. Buna baxmayaraq məhkəmə hesab edir ki, əgər iddiaçıya ayrılan torpaq sahəsi cavabdehə ayrılan və hazırda onun çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsinin hüdudlarında yerləşsə belə, iddiaçı sərəncamda göstərilən iki il ərzində ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikməmiş, uzun müddət keçməsinə baxmayaraq həmin torpaq sahəsi ilə maraqlanmamış, hətta torpağın yerləşdiyi ərazini müəyyənləşdirə bilməmişdir. Bununla belə məhkəmə qeyd edir ki, həm iddiaçıya, həm də cavabdehə verilmiş müvafiq sərəncamlar qüvvədə ola-ola, iddia təmin edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı iddia tələbində göstərilən dam örtüyü ilə çəkilmiş hasarın məhz Cavabdeh MTK tərəfindən çəkildiyi və yaxud həmin dam örtüyü ilə çəkilmiş hasarın iddiaçı tərəfindən sökülməsinə cavabdehin hər hansı maneə yaratdığı müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmə məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Qeyd olunanlara əsasən iddiaçının iddia ərizəsində göstərdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması, həmin torpaq sahəsində çəkilmiş dəmir hasarın mövcud olub-olmaması, mövcud olduğu təqdirdə hasarın məhz cavabdeh tərəfindən çəkildiyi və ya həmin hasarın sökülməsinə cavabdehin maneə yaratdığı, iddiaçının ona ayrılan torpaq sahəsinin harada yerləşməsi iş üzrə keçirilmiş ekspertiza və mütəxəssis rəyinə əsasən məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, ümumiyyətlə iddiaçı iddia ərizəsində göstərdiyi halları sübuta yetirə bilmədiyindən iddia təmin edilməməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddia rədd edildiyindən özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti də iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “torpaq sahəsinin boşaldılması və hasarın sökülməsi” barədə iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar