Məhkəmə qərarları › İş №e-2(011)-1150/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1150/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1150/2024 22.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və X6 qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia tələbi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı Cavabdeh 22000 manat borc pulun və 14000 manat dəyərində qızıl-zinət əşyalarının (583 əyyarlıağ qızıl dəsti – boyunbağı, klon, sırğa, üzük, qolbağ, 11 cüt sırğa, 7 ədəd üzük, 7 ədəd klon ad yazısı olan boyunbağı ilə birlikdə, 10 ədəd boyunbağı – qaşlı və üzərində “M” hərfi olan boyunbağılar, 11 ədəd qolbağ) alınaraq İddiaçı verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı Cavabdeh 14 ildir ki, tanıyır, onların həmişə yaxşı münasibətlərdə olmuşdur. Bir dəfə Cavabdeh iddiaçıya lombarda batan qızılları çıxarıb satışını həyata keçirdiyini, başqa şəxslərdən aldığı pul vəsaiti hesabına da əlavə pullar verdiyini bildirmişdir. Sonra o iddiaçıya bu işə pul qoymağı və qazanc əldə etməyi təklif etmişdir. İddiaçı bu məqsədlə ilk dəfə 2022-ci ilin dekabr ayında 3 günə qaytarmaq şərti ilə 3500 manat pulu Xətai rayonu ərazisində yerləşən evində Türkanəyə vermiş, 3 gün sonra o, üzərində 200 manat olmaqla iddiaçıya 3700 manat pul qaytardı. İkinci dəfə xx.xx.2023-cü il tarixdə 12000 manat pulu Cavabdeh ünvan 1 ünvanında onun ofisində vermiş, o, həmin pulu götürüb dövriyyə buraxıb həmin puldan geri qaytarılana kimi hər ay 1200 manat verəcəyini dedi. Lakin Türkanə aldığı 12000 manat pulu hazırkı vaxtadək qaytarmayaraq gəlir kimi ödəyəcəyi aylıq 1200 manat puldan da heç bir vəsait ödəməmişdir. Bundan sonra 2022-ci ilin dekabr ayında iddiaçının yaşadığı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 102 nömrəli evin həyətində Türkanəyə 5000 manat pul vermiş, o aldığı 5.000 manat pula görə hər ay 500 manat ödəyəcəyini söyləmiş, lakin hazırki dövrədək ondan aldığı 5.000 manat pulun nə ana məbləğini nə də söz verdiyi aylıq 500 manat gəliri ödəməmişdir. Bundan sonra 2023-cü ilin yanvar ayında iddiaçının rəfiqəsi Leyla onunla Türkanə arasında olan münasibətlərdən xəbərdar olduğu üçün 14000 manat pul vermiş və xahiş etmişdir ki, iddiaçı həmin pulu Türkanəyə versin ki, Türkanə Leylaya da 14.000 manat puldan gəlir versin. Leyladan alındığı 14.000 manat pulu 2023-cü ilin yanvar ayında yaşadığı Xətai rayonu, Sadıqcan küçəsi, 101 saylı evin həyətində Türkanəyə verdmişdir. Türkanə də bildirdi ki, aldığı 14.000 manat puldan aylıq 1.400 manat gəlir kimi ödəyəcəkdir. İddiaçı Türkanəyə həmin pulun rəfiqəsi Leyla məxsus olduğunu demişdir. Lakin Leyla ilə Türkanə bir-birlərini tanımamışlar və heç bir münasibəti olmamışdır. 2023-cü ilin fevral ayının əvvəllərində Leyla iddiaçıya heç bir xeyir istəmədiyini və pulunun geri qaytarılmasını dedi. O, bu barədə Türkanəyə deyəndə, Türkanə pulunun olmadığını bildirmişdir. Bu səbəbdən də iddiaçı 09 fevral 2023-cü il tarixdə 240 qram 585 əyyarlı qızılını (ağ qızıl dəsti – boyunbağı, klon, sırğa, üzük, qolbağ, 11 cüt sırğa, 7 ədəd üzük, 7 ədəd klon ad yazısı olan boyunbağı ilə birlikdə, 10 ədəd boyunbağı – qaşlı və üzərində “M” hərfi olan boyunbağılar, 11 ədəd qolbağ) Türkanənin lombardına girov qoymuşdur. Bunun müqabilində Türkanə iddiaçıya 2023-cü ilin fevral ayında ilk dəfə 12000 manat, sonra isə 2.000 manat olmaqla 14.000 manat pul vermişdir. Həmin pulu da o Leylaya qaytarmışdır. Həmin vaxt Türkanə iddiaçıya söz verdi ki, lombardın pulunu özü ödəyib, qızıllarını girovdan azad edib özümə qaytaracaqdır. Lakin nə vaxt qaytaracağı barədə heç bir məlumat verməmişdir. Halhazırda da qızılları Türkanənin lombardında girovdadır. Bundan sonra əvvəlki pullarının batmaması üçün məcbur qalıb 2023-cü ilin fevral ayında yenidən Türkanənin hazırda xatırlamadığı bankomat kartına Astara rayonundan “Milliön” vasitəsi ilə 5000 manat pul göndərmiş, Türkanə ona aldığı 5.000 manat pula görə hər ay 500 manat ödəyəcəyini və dövriyyə yaxşılaşdıqca əvvəlki borcların qaytaracağını söylədi. Lakin həmin pulun ana məbləğini Türkanə tam ödəməmişdir. Bundan sonra eyni məqsədlərə görə Türkanəyə 2023-cü ilin fevral ayında 5000 manat pul göndərmişdir. Həmin pula görə Türkanə ona 200 manat gəlir pulu ödəmişdir. Bundan sonra Türkanəyə 2023-cü ilin fevral ayında yaşadığı evin həyətində yenidən 5000 manat pul ödəmişdir. Bundan sonra Türkanəyə 2023-cü ilin fevral ayında yaşadığı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 101 nömrəli evin həyətində 10.000 manat pul göndərmiş, Türkanə aldığı 10.000 manat pula görə hər ay 1.000 manat ödəyəcəyini söyləmişdir. Həmin pulun da Türkanə nə ana məbləğini, nə də gəlir məbləğini ödəməmişdir. 2023-cü ilin fevral ayının sonlarında artıq vəziyyətin getdikcə pisləşdiyini görüb Türkanəyə 4.000 manat pul ödəmiş, o aldığı 4.000 manat pula görə hər ay 400 manat ödəyəcəyini söyləmişdir. Həmin pulun da Türkanə nə ana məbləğini nə də gəlir məbləğini ödəməmişdir. 2023-cü ilin mart ayı ərzində Türkanəyə onun lombardının yanında Sabunçu rayonu Bakıxanov qəsəbəsində ilk dəfə aylıq 300 manat gəlir ödəməsişərti ilə bir dəfə 3000 manat, sonra Türkanəyə onun lombardının yanında Sabunçu rayonu Bakıxanov qəsəbəsində aylıq 1000 manat gəlir ödəməsi şərti ilə 10.000 manat, Türkanəyə onun lombardının yanında Sabunçu rayonu Bakıxanov qəsəbəsində aylıq 200 manat gəlir ödəməsi şərti ilə 2000 manat, Türkanəyə onun lombardının yanında Sabunçu rayonu Bakıxanov qəsəbəsində aylıq 500 manat gəlir ödəməsi şərti ilə 5000 manat, Türkanəyə onun lombardının yanında Sabunçu rayonu Bakıxanov qəsəbəsində aylıq 1000 manat gəlir ödəməsi şərti ilə 10.000 manat olmaqla, ümumilikdə Türkanəyə 95.500 manat pul vermiş, o, gəlir olaraq iddiaçıya heç bir pul ödəməmişdir. Lakin ana məbləğdən 59.500 manat pul qaytarmışdır. Hazırda Türkanənin iddiaçıya ödəcəyəyi gəlirləri çıxmaq şərti ilə 22.000 manat nağd pul olaraq borcu vardır. Həmçinin 240 qram 585 əyyarlı qızıl əşyasının onun lombardında girovda olması ilə bağlı 14.000 manat borcu qalmışdır. Belə ki, həmin qızılların pulunu Türkanə özü ödəməli idi. X4 aldığı 95.500 manat pulun 49.500 manatını 2023-cü ilin yanvar ayından 2023-cü ilin may ayının sonunadək “Kapitalbank”ın bank kartına, 10.000 manat isə 2023-cü ilin iyun ayının 15-də isə qohumum Aqilə nağd olaraq vermişdir. Türkanəyə nağd olaraq verdiyim 81500 manat pul özünə məxsus olmuş, qızılını girov qoyub 14.000 manat pul götürüb Leylaya vermişdir. Həmin vaxtlarda Türkanə ona demişdir ki, pulu ödəyib qızıllarını çıxarmasın ki, dövriyyədən pul çıxmasın və daha çox gəlir əldə etsin. Sonradan məlum olmuşdur ki, Türkanə onu aldadaraq pulunu ələ keçirmişdir. Bir neçə şəhid ailəsinə məxsus olan pullarını qaytramasını dəfələrlə Türkanəyə bildirsə də, ona “hara istəyirsən get şikayət et” deyərək, hətta qarşı təhqirlər belə etməyə başlamışdır. Bundan sonra mənə məlum olmuşdur ki, Cavabdeh bu yolla çoxlu sayda vətəndaşı aldadaraq dələduzluq yolu ilə külli miqdarda vəsait əldə etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında ilkin iddianı müdafiə edərək məhkəmədən ilkin iddianın təmin edilməsini xahiş etmişdir. O, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və X6 qarşı cavabdeh İddiaçı 51750 manat, cavabdeh X1 16200 manat və ödənilmiş dövlət rüsumuna görə 273,75 manat məbləğində pulun alınaraq Cavabdeh ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddianın dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh İddiaçı ümumilikdə 51750 manat pul vermişdir. Bundan əlavə Cavabdeh X6 ümumilikdə 16200 manat məbləğində pul vermişdir. Beləliklə, hər iki cavabdeh iddiaçını aldadaraq qeyd edilən pul məbləğlərini faiz məbləğləri kimi iddiaçıdan almışdır. Qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıdan tələb etdikləri və nəticədə iddiaçı tərəfindən ödənildiyi pul məbləğləri sonuncuya qaytarılmamışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ilkin iddiaya etiraz edərək ilkin iddianın rədd edilməsini xahiş etmişdir. O, qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh X5 qarşılıqlı iddiaya dair münasibəti: Qarşılıqlı iddia üzrə iddiaçı X6 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdeh X5 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: Cavabdeh bank hesablarından İddiaçı bank hesablarına ümumilikdə 43233 manat, Akbərov Aqilin bank hesabına isə 6200 manat məbləğində pul köçürülmüşdür. Cavabdeh tərəfindən verilmiş FZB seriyalı 036641 nömrəli girov biletinin sürətindən görünür ki, İddiaçı 240 gram 585 ayar qızılları girov qoyaraq 31 faiz tətbiq edilməklə 14000 manat vəsait almış və üzərinə hər ay 420 manat məbləğində ödəniş etmək öhdəliyini götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyini ifadəsində göstərmişdir ki, İddiaçı yoldaşı ilə onun yoldaşı hərbiçi olublar. Cavabdeh də Mahruxun vasitəsilə tanımışdır. Maxrux xanım pul vermiş, bildirmişdir ki, lombarda batan qızılları satır, pul qazanır. Türkanə bir dəfə zəng etmiş, pul istəmişdir. O, da 10000 manat pul verdi.. 3 ay keçdiyinə baxmayaraq pulları qaytarmamışdır. Daha sonra Aqil müəllim getmiş 10000 manat pulu almış, ona qaytarmışdır. Türkanə ona xeyir verməmişdir. Türkanə bir çox xanımdan pul almış, geri qaytarmamışdır. Mahruhdan da 55000 manat almışdır. Halhazırda 36000 manat borcu qalmışdır. Mahruxun qızılları da ondadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı yoldaşı ilə onun yoldaşı birlikdə xidmət göstərmişdir. Türkanənin də həyat yoldaşı eyni hərbi hissədə qulluq etmişdir. O, da Türkanəyə pul vermişdir. Türkanə demişdir ki, o, batmış qızılları bankdan çıxarır, satır, qazanc verir. Onun da 14000 manat pulu var idi. O, da pullarını Mahruxa vermişdir, Türkanəyə vermək üçün. Sonra onun atası öyrəndi, söhbət düşdü və o, da Mahruxdan pulları istədi. Mahrux pulları Türkanədən istəmiş, sonuncu isə əlində pulların olmadığını, qızılları versin pulları qaytara bilər demişdir. Mahruxda qızılları verdi. Tükrnanə 12000 manat pul verdi, sonra 2000 manatı da verdi. O, sonradan öyrəndi ki, Mahrux Türkanəyə 95000 manat pul verib. Bunu ona Mahrux demişdir. Bildiyinə görə Türkanənin Mahrxua 36000 manat borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçıla onun yoldaşı birlikdə hərbi xidmətdə olublar. Hər ikisi şəhid olub. Cavabdeh üzdən tanımır. Onu İddiaçı vasitəsilə tanımışdır. İddiaçıla Cavabdeh görüntülü danışdığı zamanı şahid olmuşdur. Türkanə bildirmişdir ki, o, lombarda işləyir, qızılları alır, sonra satıb pul alır. O, 5000 manat pul vermişdir Mahruxa. Mahrux da pulları Türkanəyə vermişdir. Türkanə pulları qaytarmamışdır. Pulları ona Mahrux öz pullarında qaytarmışdır. Tətbiq edilən hüquq: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.[ Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ilkin və qarşılıqlı iddialar sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Məhkəmə ilk öncə ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı cavabdehdən 22000 manat borc pulun alınaraq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh 95.500 manat məbləğində pulun verdiyini, sonuncunun isə həmin puldan 59.500 manat məbləğində vəsaiti qaytardlığını bildirsə də, bu halları təsdiq edəcək mötəbər və yetərli sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəblə də iddia bu hissədə sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Məhkəmə ilkin iddiaya 14000 manat dəyərində qızıl-zinət əşyalarının (583 əyarlı ağ qızıl dəsti – boyunbağı, klon, sırğa, üzük, 11 cür sığar, 7ədəd üzük, 7 ədəd kulon ad yazısı olan boyunbağı ilə birlikdə, 10 ədəd boyunbağı – qaşlı və üzərində “M” hərfi olan boyubağlar, 11 ədəd qolbağ) cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilmiş lombard biletinin sürəti və tərəflərin qarşılıqlı izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, iddia tələbində qeyd edilən qızıl-zinət əşyaları İddiaçı tərəfindən lombarda girov qoyulmuşdur. İddiaçı həmin qızılları Cavabdeh tərəfindən ümumi tanışlarından aldıqıarə pul vəsaitin geri qaytarılması üçün girov qoyduğunu və ssuda məbləğinin Cavabdeh tərəfindən ödənilməli olduğunu iddia etsə də, məhkəməyə bu halları təsdiq edəcək yetərli sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və X6 qarşı cavabdeh İddiaçı 51750 manat, cavabdeh X1 16200 manat və ödənilmiş dövlət rüsumuna görə 273,75 manat məbləğində pulun alınaraq Cavabdeh ödənilməsi tələbinə dair qarşılıqlı iddiaya qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia da sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh İddiaçı aldığı borc pula görə cavabdehin onu aldadaraq onun hesabına əsassız olaraq varlandıqlarını, ondan faiz tələb etdiklərinə görə Cavabdeh tərəfindən İddiaçı faizə görə artıq 51750 manat və Əkbərov Aqilə 16200 manat məbləğində pul ödədiyini bildirsə də, mülki işin məhkəmə araşdırması zamanı tərəflər arasında qızılların alqı-satqısı ilə əlaqədar işgüzar münasibətlərin olduğu müəyyən edilmişdir. Belə olan halda, Cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə cavabdehlərin bank hesablarına müəyyən məbləğlərdə pullar köçürüldüyü müəyyən edilsə də, ödənilmiş vəsaitlərin məhz borc vəsaitə görə hesablanmış faiz məbləğlərinin olduğunu təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qarşılıqlı iddia da sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı cavabdehdən 22000 manat borc pulun və 14000 manat dəyərində qızıl-zinət əşyalarının (583 əyarlı ağ qızıl dəsti – boyunbağı, klon, sırğa, üzük, 11 cür sığar, 7ədəd üzük, 7 ədəd kulon ad yazısı olan boyunbağı ilə birlikdə, 10 ədəd boyunbağı – qaşlı və üzərində “M” hərfi olan boyubağlar, 11 ədəd qolbağ) cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinə dair ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və X6 qarşı cavabdeh İddiaçı 51750 manat, cavabdeh X1 16200 manat və ödənilmiş dövlət rüsumuna görə 273,75 manat məbləğində pulun alınaraq Cavabdeh ödənilməsi tələbinə dair qarşılıqlı iddia rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar