Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1150/2025 24.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyasına qarşı işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyasına qarşı cavabdehin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 04 iyul 2022-ci il tarixli 10 saylı əmri və “ Əmək müqaviləsinə xitam verilməsi barədə “(“Əmək və Məşğulluq” altsistemində qeyd edilmiş) 04 iyul 2022-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsiylə bağlı qərarın qəbul edilməsi, iddiaçının qanunsuz işdən çıxarılması müddətindən başlayaraq işə bərpa olunduğu günə qədər olan dövr üçün ona orta aylıq əmək haqqının ödənilməsi, 2021-ci ilin ştat cədvəlinə uyğun olaraq iddiaçıya ödənilməli olan əmək haqqının ödənməmiş hissəsinin ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-2021-ci illərdə Şirvan şəhər Kommunal Kombinat Müəssisəsində baş mühasib vəzifəsində işləmişdir. Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsində işlədiyi dövrdə YAP Şirvan Şəhər Təşkilatına dəvət edilərək YAP Şirvan Şəhər Təşkilatında mühasibə ehtiyac olduğu bildirilmiş və ondan həmin təşkilatda mühasib kimi fəaliyyətə başlamağı xahiş edilmişdir. İddiaçı əvvəlki iş yerinin onu qane etdiyini bildirərək YAP Şirvan Şəhər Təşkilatında mühasib vəzifəsində işləməkdən imtina etmişdir. Bundan təxminən 2 ay keçdikdən sonra Paşa Nəbiyev iddiaçı ilə yenidən əlaqə saxlayaraq YAP Şirvan Şəhər Təşkilatının mühasibinin olmaması səbəbindən təşkilatın işçiləri uzun müddət əmək haqqı ala bilmədiklərini bildirmişdir. İddiaçı razılıq verərək 23 iyun 2021-ci ildə Kommunal Kombinatı Müəssisəsindəki vəzifəsindən öz xahişi ilə işdən azad olunaraq, 16 iyul 2021-ci ildə YAP Şirvan Şəhər Təşkilatında müddətsiz əmək müqaviləsi bağlanmaqla mühasib vəzifəsinə təyin edilmişdir. İddiaçı işçilərin maaşlarının təmin edilməsi üçün rəhbərlik tərəfindən verilən ştat cədvəlində mühasibin əmək haqqının 1400 (min dörd yüz) manat olduğunu bildirmiş və bu barədə sədr X9 Azərbaycan Partiyasının 2022-ci ilin ştat cədvəlinə əsasən mühasiblərin maaşının nə qədər olduğunu soruşduqda o,“yeni ştat cədvəlinə əsasən mühasibin maaşı 1400 (min dörd yüz) manatdır, lakin bu əmək haqqını onlara verməyə icazə vermirlər,çünki stat cədvəli hələ ki gəlməyib cavabını vermişdir. İddiaçı isə cavabında “Mərkəzi aparat rəhbəri tərəfindən təsdiqlənmiş 2022-ci il ştat cədvəlində sizin və digər işçilərin vəzifə maaşları göstərilmişdir, necə olur onların 2500 (ikimin beş yüz) manat əmək haqları yeni stat cədvəlinə əsasən verilir,ancaq iddiaçının təşkilatdan dekabr ayında çıxmış işçilərin və öz vəzifəsni icra etməyinə baxmayaraq köhnə ştat cədvəlinə əsasən 420 manat əmək haqqı alır. 02 iyul 2022-ci il şənbə günü sədr Zahir Qəhrəmanov iddiaçıya zəng vuraraq təşkilata çağırmış və orda həmin gündən bir gün əvvəl, yəni cümə günü iddiaçının tutduğu vəzifədən azad olunmağı barədə əmr verdiyini bildirmişdir. İddiaçı ona heç bir xəbərdarlıq edilmədən əmək müqaviləsinə xitam verilməsinin yolverilməz olduğunu bildirmişdir. 04 iyul 2022-ci ildə sədrlə görüşdə iddiaçının YAP üzvü olmadığı əsas gətirilərək onun işdən çıxarıldığını bildirmişdir. İddiaçı 14 iyul 2022-ci ildə mediasiya prosesinin tətbiqi barədə təklifini göndərsə də, heç bir cavab almamışdır. Bu səbəbdən iddiaçı mediasiya prosesinin tətbiqi üçün Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin iddiaçıya 11 avqust 2022-ci ildə keçirilən prosesdə tərəflər razılaşmadığı üçün prosesin davam etdirilməməsi barədə arayış təqdim edilmişdir. İşəgötürən Əmək Məcəlləsinin 70-cimaddəsinin b) bəndini (“işçilərin sayı və ya ştatlarının ixtisarı”) tətbiq edərkən bu maddə ilə əlaqəli olan Məcəllənin 77-cimaddəsinin (“əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları”) və 80-cı maddəsinin (“əmək müqaviləsinin işəgötürən tərəfindən ləğviz amanı razılaşmalar”) tələblərini pozmuşdur. İşdə cavabdeh işəgötürənin əmrlərindən biri də 04 nömrəli “ştat ixtisarı” əmridir ki, bunun 1-ci bəndində “əmək müqavilələrinə xitam veriləcək” işçilərə ştatların ixtisarı ilə bağlı Əmək Məcəlləsinin 77-cimaddəsinin 1-ci bəndinə uyğun olaraq “rəsmi xəbərdarlıq” əmrin mətnində ştatları ixtisara düşən işçilərin adları göstərilmədən yazılmışdır ki, bu əmək qanunvericiliyinin ciddi pozuntusudur. O, rəsmi qaydada bu əmrlə tanış edilməmişdir. Həm də işəgötürən, mətnində heç bir ad və soyad göstərilməyən “rəsmi xəbərdarlıq” əmrini həmkarlar ittifaqı təşkilatına 08 fevral 2022-ci il tarixli 05/a saylı təqdimatından 6 gün əvvəl qəbul etmişdir. Halbuki,e lementar kargüzarlıq qaydalarına cavab verməyən bu əmr heç bir halda işəgötürənin təqdimatını qabaqlaya bilməzdi. xx.xx.2022-ci il tarixdə xəbərsiz olduğu “rəsmi xəbərdarlıq” Əmək Məcəlləsinin hətta 77-ci maddəsinin 1-ci bəndinin də tələbinin pozuntusu (2 həftəlik müddət və iş axtarmağa imkan yaradılması) ilə aparılmış,cavabdehin “rəsmi xəbərdarlıq” hesab etdiyi əmrdən 5 ay 4 gün ötəndən sonra - xx.xx.2022-ci il tarixli 10 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə “ştat ixtisarı” və “Yeni Azərbaycan Partiyası üzvü olmamağı” səbəbindən xitam verilmişdir. Əmək məcəlləsinin 80-ci maddəsinin tələbinə görə,əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının (daha cavabdehin “rəsmi xəbərdarlıq” hesab etdiyi əmrdən sonra yox) alınması üçün aşağıdakı hallar mövcud olmalıdır: İşçi müvafiq sahə üzrə həmkarlar ittifaqı təşkilatının üzvü olmalıdır. Belə ki, “Həmkarlar ittifaqları haqqında “Qanunun 11-ci maddəsinə əsasən, həmkarlar ittifaqı öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin “b” və “c” bəndlərində göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması üçün işəgötürənin a) əsaslandırılmış yazılı təqdimatı olmalı, təqdimata b) müvafiq əsaslandırma sənədlər iəlavə edilməlidir. Lakin işəgötürənin xx.xx.2022-ci il tarixli 05/a saylı təqdimatında bunların heç biri yoxdur. Həm də ki, bunların olması da qeyri-mümkün idi. Çünki təqdimatdan 5 ay 4 gün ötəndən sonra xx.xx.2022-ci il tarixli 10 saylı əmrlə “ştat ixtisarı” bəhanəsi ilə onu işdən çıxardandan 2 gün sonra bu vəzifəyə X10 təyin edilmişdir. Əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası işəgötürənlə onun arasında əmək müqaviləsinin müddətsiz bağlandığını təsdiqləyir. “Əmək və Məşğulluq altsisteminə xx.xx.2021-ci ildə daxil edilmiş xx.xx.2021-ci ildə müddətsiz bağlanmış əmək müqaviləsi əsasında xxxxxxx000200 nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” də bunu bir daha təsdiqləyir. Lakin işəgötürənin əlyazması ilə məhkəməyə kserosurətini təqdim etdiyi xx.xx.2021-ci il tarixli 08 saylı əmrdə (təşkilatın sabiq sədri P.Nəbiyev imzalamışdır) 01 yanvar 2022-ci ilə qədər mühasib vəzifəsinə qəbul edilməyi göstərilmişdir. X2 barəsində verdiyi xx.xx.2022-ci il tarixli 10 nömrəli əmrə əlavə olaraq “Əmək və Məşğulluq” altsisteminə işlənib, işəgötürənin özəl yazması ilə imzalanmış əmrdə də onun işdən çıxardılma səbəbi “Yeni Azərbaycan Partiyası üzvü olmamamağı” və “ştat ixtisar” göstərilmişdir. İşəgötürənin yol verdiyi çox ciddi bir saxtakarlıq da bundan ibarətdir ki, onu “ştat ixtisarı” bəhanəsi ilə (04 iyul 2022-ci il tarixliəmrlə ) işdən çıxardandan 16 iş saatı keçdikdən sonra işəgötürən onun işlədiyi mühasib vəzifəsinə 06 iyul 2022 tarixli əmrlə X8 qəbul etmişdir. İddiaçı əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)-1463/2022 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddiaçlnln cаvabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatına qarşı оnunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 04 iyul 2022-ci il tarixli 10 saylı əmrin və “əmək müqaviləsinə xitam verilməsi barədə” (Əmək və Məşğulluq” altsistemində qeyd edilmiş 04 iyul 2022-ci il tarixli 10 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxılmasına görə işə bərpa günə qədər əmək haqqının ödənilməsi, 2022-ci ilin ştat cədvəlinə uyğun olaraq əmək haqqının ödənilməmiş hissəsini və 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)-1463/2022 nömrəli qətnaməsindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2023-cü il tarixli 2(106)-481/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2023-cü il tarixli 2(106)-481/2023 saylı qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti ilə müraciət etmiş və Ali Məhkəmənin 23 noyabr 2023-cü il tarixli, 2(102)-3211/2023 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2023-cü il tarixli 2(106)-481/2023 saylı qətnaməsi ləğv edilərək yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin MK-nın (sədrlik edən T.Heydərov) xx.xx.2024-cü il tarixli 2(106)-281l2024 saylı qətnaməsi ilə iddiaçının verdiyi apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(032)-1463/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı X5 cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-2811/2024 saylı qətnaməsində məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinin hüquqi əsasını “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “Yeni Azərbaycan Partiyasının üzvü olmaması əsası ilə ixtisar olunması” ilə bağlı işdən azad edilməsi və “Yeni Azərbaycan Partiyası”nda işçilərin sayının azaldılması və ya ştatların ixtisarının həyata keçirilməsinə zərurətin olmaması, bununla bağlı qərarın olmaması, əmr məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə əsaslandırılmış olsa da, qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl edilməməsi təşkil edir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının dispozitiv şərtlərindən müəyyən olunur ki, vəzifəli şəxsin qanunsuz hərəkətlərindən irəli gələn maddi tələbləri ödəmək cavabdehliyi Yeni Azərbaycan Partiyasının daimi fəaliyyət göstərən rəhbər orqanlarının qərargahının olduğu yerin üzərinə düşür. Yəni bu cür hərəkətlərin və qəbul edilmiş əmrin qanunsuz olması və qanunsuzluğun nəticəsində iddiaçının qanunsuz olaraq işdən azad edilməsi sübut olunsa belə, bu hərkətlərə cavab verməli olan şəxs cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatı ola bilməz. İddia tələbləri konkret halda Yeni Azərbaycan Partiyasına qarşı yönəldilməli idi. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından aydın görünür ki, Siyası partiyanın yerli təşkilatın statusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur. Hüquqi şəxsin filialı isə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərir. Halbuki öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini Plenumunun 22 fevral 2024-cü il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cümaddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cümaddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cümaddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Göründüyü kimi, iş üzrə cavabdeh qismində cəlb edilmiş Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatı öz hüquqi statusuna görə hüquqi şəxsin filialına bərabər tutulduğundan, mülki məcəllənin tələblətinə və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilənmövqeyinə əsasən hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bildiyindən Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatı iddiaya cavab verən şəxs qismində hazırkı iş üzrə tərəf ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən bu hal araşdırılmamış və cavabdehi əsl cavabdehlə əvəz etməyi iddiaçıya təklif edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçıvə ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən prosessual hüquq normasının mənasından da göründüyü kimi, birinci instansiya məhkəməsi ona verilmiş hüququndan istifadə etməməklə, mülki icraatı iddiaya cavab verməli olmayan cavabdehlərin iştirakı ilə davam etdirmiş, nəticədə də iddiaçının məhkəmə müdafiəsi hüququnu pozmaqla əsl cavabdehi işə cəlb etmədən faktiki halları müəyyən etmiş iddia tələblərini rədd etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.4-cü maddəsinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Prosessual hüquq normasının mənasından da göründüyü kimi, qanunverici hətta birinci instansiya məhkəməsində əsl olmayan tərəfin iştirakı olmadan aparılmış hər hansı bir prosessual hərəkətin nəticələrini də tanımadan, əsl tərəf əvəz edildikdən sonra mülki icraatın yenidən başlanmalı olmasını nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyasında əsl cavabdehin əvəz edilməsinin iddiaçıya təklif edilməsi və bu barədə qərar qəbul edilməsi onun birinci instansiya məhkəməsində özünü müdafiə - iddiaya qarşı etiraz vermək, qarşılıqlı iddia vermək, məhkəmə aktını mübahisələndirmək və.s hüququnun pozulması nəticələndiyi üçün qanunsuzdur. Beləliklə məhkəmə kollegiyasının iddiaçının iddia tələbi ilə bağlı yekun hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı tələblərini cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatına yönəltməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi də maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbuletmişdir. Halbuki, məhkəmə iddia ərizəsini öz icraatına qəbul edərkən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçıya cavabadehin əsl cavabdehin əvəz edilməsi təklif etməli idi. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərində qeyd edildiyi kimi maddə və prosessual məcəllənin pozulması ilə çıxarıldığından ləğv edilməli, məhz yuxarıda qeyd edilən əsasa görə - yəni iddia ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyi əsasına görə təmin olunmamalıdır”. İddiaçı bu qətnaməni mübahisələndirmək istədikdə Şirvan Apellyasiya Məhkəməsi prosessual müddətin güya itirildiyi qənaətinə gələrək qerardad qəbul etmişdir, bu qərardaddan verdiyi Kassasiya şikayəti isə təmin edilməyərək Ali Məhkəmənin çıxardığı 18 sentyabr tarixli 2(102)-3220/2024 nömrəli iş (xx.xx.2024 tarixdə Qərar elektron kabinetə yerləşdirilib) üzrə yekun məhkəmə aktı ilə qüvvədə saxlanılmışdır. İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-281/2024 nömrəli qətnaməsini nəzərə alaraq pozulmuş əmək hüquqlarımın məhkəmə qaydasında müdafiə olunması üçün cavabdeh Yeni Azərbaycan Partiyasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdehin etirazının dəlilləri: Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə iıə müraciət edərək iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının xx.xx.2021-ci il tarixli, 08 saylı əmri ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi müddətli müqavilə əsasında Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatına məsləhətçi-mühasib vəzifəsinə işə qəbul edilmişdir. Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının xx.xx.2022-ci il tarixli, 01 saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləşinin müddəti xx.xx.2022-ci il tarixinə kimi uzadılmışdır. Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının xx.xx.2022-ci il, tarixli saylı əmri ilə İddiaçı Maarif oğlu tutduğu məsləhətçi-mühasıb vəzifəsindən azad olunmuşdur, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin ləğv olunması əsası ştatların ixtisarı ilə bağlı olmuşdur. Yeni Azərbaycan Partiyası, sədrinin xx.xx.2021-ci il tarixli, 5 nömrəli Sərəncamına uyğun olaraq YAP yerli təşkilatlarının Aparatının yenidən Formalaşdırılması ilə əlaqədar YAP Şırvan şəhər təşkilatının işçilərinin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "B" bəndinə əsasən ( işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilməsi nəzərdə tutulmuş, bu barədə Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə əsasən altı təqvim həftəsi xəbərdarlıq müddəti müəyyən olunmuş, həmin müddət bitdikdən sonra təşkilatın digər işçiləri ilə bərabər iddiaçı ilə də əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı iddiaçıya və digər işçilərə rəsmi xəbərdarlıq edilmiş, onlara bu barədə adı çəkilən xəbərdarlıq rəsmi qaydada təqdim olunmuşdur. İşdən azad olunduqdan sonra İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatına qarşı 04 iyul 2022-ci il tarixli 10 saylı əmrin ləğv edilməsini, işə bərpa edlməsini, məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsini, 2022-ci ilin ştat cədvəlinə uyğun olaraq ona ödənilməli olan əmək haqqının ödənilməmiş hissəsini tələb etmişdir. Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)-1463/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 281/2024 saylı, 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)1463/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiası təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd edərkən hesab etmişdir ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinin hüquqi əsasını "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən "Yeni Azərbaycan Partiyasının üzvü olmaması əsası ilə ixtisar olunması” ilə bağlı işdən azad edilməsi və Yeni Azərbaycan Partiyasında işçilərin sayının azaldılması və ya ştatların ixtisarının həyata keçirilməsinə zərurətin olmaması, bununla bağlı qərarın olmaması, əmr məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə əsaslandırılmış olsa da, qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl edilməməsi təşkil edir. Belə ki, vəzifəli şəxsin qanunsuz hərəkətlərindən irəli gələn maddi tələbləri ödəmək cavabdehliyi Yeni Azərbaycan Partiyasının daimi fəaliyyət göstərən rəhbər orqanlarının qərargahının olduğu yerin üzərinə düşür. Yəni bu cür hərəkətlərin və qəbul edilmiş əmrin qanunsuz olması və qanunsuzluğun nəticəsində iddiaçının qanunsuz olaraq işdən azad edilməsi sübut olunsa belə, bu hərəkətlərə cavab verməli olan şəxs cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatı ola bilməz. İddia tələbləri konkret halda Yeni Azərbaycan Partiyasına qarşı yönəldilməli idi. Belə ki, Siyasi partiyanın yerli təşkilatın statusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur. Hüquqi şəxsin filialı isə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərir. Halbuki öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur (“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanununun 18.3-cü maddəsinə əsasən Yerli təşkilatın statusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur). İş üzrə cavabdeh qismində cəlb edilmiş Yeni-Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatı öz hüquqi statusuna görə hüquqi şəxsin filialına bərabər tutulduğundan, Mülki Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyinə əsasən hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bildiyindən Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatı iddiaya cavab verən şəxs qismində hazırkı iş üzrə tərəf ola bilməz. Göründüyü kimi Apellyasiya instansiyası məhkəməsi də məhz elə cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının iddiaya cavab verməli olmayan şəxs olması əsası ilə iddianı rədd etmişdir. Hal-hazırda İddiaçı eyni iddia tələbi ilə Xətai Rayon məhkəməyə müraciət etmiş və iddiaya cavab verməli olan şəxs kimi Yeni Azərbaycan Partiyasının Aparatını göstərmişdir. Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatı rəhbəri tərəfindən (işəgötürən kimi səlahiyyəti olmadığı halda) qanunsuz işə götürülmüş İddiaçı Maarif oğlunun işdən çıxarıldıqdan sonra yenidən həmin işə bərpa olunması qanuni sayılmamalıdır. Çünki bu hal Əmək Məcəlləsi ilə müəyyən olunmuş, əmək münasibətlərində tərəflərin, hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, işəgötürən kimi müqavilə tərəfi olmuş Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının ümumiyyətlə belə bir səlahiyyəti olmamışdır. Bu isə onu göstərir ki, işəgötürənin səlahiyyətli şəxs olmaması bağlanmış əmək müqaviləsinin də qanunsuz olmasına gətirib çıxarır. Ona görə də hər nə qədər ki Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının əmək müqaviləsi üzrə işəgötürən kimi müqavilə bağlamaq səlahiyyəti olmamışdır, o zaman işçi qismində İddiaçı Maarif oğlu da qanunsuz olaraq işə qəbul edilmişdir. Bu hal isə iddiaçının hazırkı iddia tələbinin əsasını təşkil edən "işə bərpa‘’nın əsasında dayanan əmək müqaviləsinin məhz elə qanunsuz bağlandığını göstərir və qanunsuz bağlanmış və nəticədə qanunsuz olaraq işə götürülmüş iddiaçının yenidən işə bərpa olunması Konstitusiya və qanunlarla qorunan əmək hüquqlarının pozulmasına gətirib çıxarar. İşin halları Yeni Azərbaycan Partiyasnın Şirvan Şəhər Təşkilatının xx.xx.2021-ci il tarixli 08 nömrəli əmri ilə İddiaçı mühasib vəzifəsinə işə qəbul edilmişdr. Yeni Azərbaycan Partiyasnın Şirvan Şəhər Təşkilatının xx.xx.2022-ci il tarixli 10 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b hissəsinə əsasən xitam verilmişdir. Əmrdə əsas olaraq X6 Yeni Azərbaycan Partiyasıın üzvü olmadığı qeyd edilmişdir. Yeni Azərbaycan Partiyasnın Şirvan Şəhər Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişi Əmək və Məşğulluq altsisteminə daxil etmişdir. Bildirişdə əmək müqaviləsinə xitam verilməsi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi göstərilmişdir. Yeni Azərbaycan Partiyasnın Şirvan Şəhər Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmri həmin gün iddiaçıya təhvil verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə mediasiya təklifi ilə Yeni Azərbaycan Partiyasnın Şirvan Şəhər Təşkilatına müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)-1463/2022 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddiaçının cаvabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatına qarşı оnunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 04 iyul 2022-ci il tarixli 10 saylı əmrin və “əmək müqaviləsinə xitam verilməsi barədə” (Əmək və Məşğulluq” altsistemində qeyd edilmiş 04 iyul 2022-ci il tarixli 10 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxılmasına görə işə bərpa günə qədər əmək haqqının ödənilməsi, 2022-ci ilin ştat cədvəlinə uyğun olaraq əmək haqqının ödənilməmiş hissəsini və 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2023-cü il tarixli 2(106)- 481/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)-1463/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 23 noyabr 2023-cü il tarixli, 2(102)- 3211/2023 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2023-cü il tarixli 2(106)-481/2023 saylı qətnaməsi ləğv edilərək yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən T.Heydərov) xx.xx.2024-cü il tarixli 2(106)-281/2024 saylı qətnaməsi ilə iddiaçının verdiyi apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(032)-1463/2022 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-281/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 18 sentyabr 2024-cü il tarixli, 2(102)- 3220/2024 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 281/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə mediasiya təklifi ilə Yeni Azərbaycan Partiyasına müraciət etmiş, xx.xx.2024-cü il tarixdə Bakı 20 saylı Mediasiya təşkliatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Mediasiya arayışı aldıqdan sonra hazırki iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının xx.xx.2021-ci il tarixli ştat cədvəlindən görünür ki, Yeni Azərbaycan Partiyasnın Şirvan Şəhər Təşkilatında 7 ştat olmaqla aparat rəhbəri, məsləhətçi, mühasib-məsləhətçi, kompyuter mütəxəssisi, mühafizəçi və xadimə vəzifələri olmuşdur. Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının xx.xx.2022-ci il tarixli ştat cədvəlindən görünür ki, Yeni Azərbaycan Partiyasnın Şirvan Şəhər Təşkilatında 9 ştat olmaqla sədr, sədr müavini, məsləhətçi, mühasib, komendant, sürücü və xadimə vəzifələri olmuşdur. Yeni Azərbaycan Partiyasının “Yerli təşkilatları haqqında” əsasnaməsinin 5.9.7-ci maddəsinə əsasən Yeni Azərbaycan Partiyası yerli təşkilatların sədrinə aparatın işçilərinin Mərkəzi Aparatla razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi ilə bağlı səlahiyyət verilmişdir. İddia tələbinin hüquqi əsası Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.
Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsi əsası; həmin əsasla əmək müqaviləsinin ləvğ edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv ediləm gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 48. Hüquqi şəxslərin dövlət qeydiyyatı 48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.
Maddə 49. Hüquqi şəxsin orqanları 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Maddə 53. Nümayəndəliklər və filiallar 53.1. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. 53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır.
Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
Maddə 380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasinin Qanunu Maddə 18. Siyasi partiyanın struktur qurumları 18.1. Siyasi partiyada müvafiq istiqamətlər üzrə məşvərətçi qurumlar, siyasi partiyanın qərargahında cari işlərlə məşğul olmaq məqsədilə ayrıca bölmə (katiblik, aparat və s.), həmçinin yerli təşkilatlar yaradıla bilər. 18.2. Struktur qurumların təşkili qaydası və səlahiyyətləri, onların səlahiyyət müddətləri siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilir. 18.3. Yerli təşkilatın statusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur. 18.4. Yerli təşkilat siyasi partiya tərəfindən Azərbaycan Respublikasının müvafiq inzibati ərazi vahidi üzrə yaradılır. 18.5. Yerli təşkilatın adında onu yaratmış partiyanın adına və yaradıldığı müvafiq inzibati ərazi vahidinin adına istinad olunmalıdır. 18.6. Yerli təşkilatın yuxarı orqanı ümumi yığıncaqdır (konfrans və s.). Ümumi yığıncaqda siyasi partiyanın yerli təşkilatında qeydiyyatda olan üzvlər iştirak edir. Ümumi yığıncaqda yerli təşkilatın fəaliyyətinə dair hesabat dinlənilir, siyasi partiyada müəyyən olunmuş nümayəndəlik normasına uyğun olaraq siyasi partiyanın qurultayına nümayəndələr seçilir və siyasi partiyanın nizamnaməsinə uyğun olaraq digər məsələlər həll edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ya ştat ixtisar əsası ilə xitam verilsə də, iş materiallarında «Yeni Azərbaycan Partiyası» nda və ya partiyanın Şirvan şəhər təşkilatında işçilərin sayının azaldılması və ştat ixtisarı ilə bağlı qərarın və sərəncamın mövcudluğu müəyyən olunmur. Cavabdeh tərəfin mövqeyindən aydın olur ki, ixtisarın əsası kimi “Yeni Azərbaycan Partiyası” sədrinin 05 mart 2021-ci il tarixli sərəncamına istinad edilir. Məhz həmin sərəncam əsasında YAP Şirvan şəhər təşkilatının aparatının yenidən formalaşdırılması ilə əlaqədar işçilərin əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsi göstərilir. Həmkarlar ittifaqı təşkilatına göndərilən təqdimatda da, ixtisarın məhz həmin sərəncam əsasında aparılması ilə bağlı olduğuna istinad edilmişdir. Lakin iş materiallarına əlavə olunmuş sərəncamın surətinə diqqət yetirilərkən aydın olur ki, 05 mart 2021-ci il tarixli, 05 nömrəli sərəncam partiyanın yerli təşkilatlarında işçilərin vəzifə maaşlarının təsdiqi ilə bağlı olmuşdur. Sərəncamda işçilərin sayının və yaxud ştatların ixtisar edilməsi nəzərdə tutulmamışdır. Belə olan halda işəgötürənin həmin sərəncama istinad edərək, ixtisarla bağlı prosedur başlaması və bununla bağlı əmrlər tərtib etməsi, müvafiq olaraq həmkarlar ittifaqı təşkilatına təqdimat göndərməsi, işçi(lər)yə xəbərlarlıq edilməsi maddi hüquq normasının pozulması kimi qiymətləndirilməlidir. Belə ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görməlidir. Lakin cavabdeh özlüyündə ixtisarın aparılması səlahiyyətinə malik olmamışdır. Bu səlahiyyət yalnız partiyanın mərkəzi aparatına məxsusdur. Qeyd edildiyi kimi mərkəzi aparatın partiyanın rayon- şəhər təşkilatlarında işçilərin sayının azaldılması və ya ştat ixtisarının həyata keçirilməsi ilə bağlı hər hansı sərəncamı mövcud deyildir. İşçilərin sayının və ya ştatların ixtisarının aparılması müəsissədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədi ilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir necə ştat vahidinin ləğvi başa düşülməlidir. Bir qayda olaraq, bu işlər işəgötürənin əsaslandırlmış əmri ilə həyata keçirilir. Məhkəmə onu da qeyd edir ki, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının xx.xx.2021-ci il tarixli ştat cədvəlindən görünür ki, Yeni Azərbaycan Partiyasnın Şirvan Şəhər Təşkilatında 7 ştat olmaqla aparat rəhbəri, məsləhətçi, mühasib-məsləhətçi, kompyuter mütəxəssisi, mühafizəçi və xadimə vəzifələri olmuşdur. Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının xx.xx.2022-ci il tarixli ştat cədvəlindən görünür ki, Yeni Azərbaycan Partiyasnın Şirvan Şəhər Təşkilatında 9 ştat olmaqla sədr, sədr müavini, məsləhətçi, mühasib, komendant, sürücü və xadimə vəzifələri olmuşdur. İstinad olunan hallar aşkar olaraq onu təsdiq edir ki, cavabdeh təşkilatda işçilərin sayının azaldılması və ştatların ixtisarı olmamışdır. Məhkəmə cavabdeh Yeni Azərbaycan Partiyası yerli təşkilat olan Şirvan Şəhər Təşkilatının iddiaçı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinin olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Yeni Azərbaycan Partiyasının “Yerli təşkilatları haqqında” əsasnaməsinin 5.9.7-ci maddəsinə əsasən Yeni Azərbaycan Partiyası yerli təşkilatların sədrinə aparatın işçilərinin Mərkəzi Aparatla razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi ilə bağlı səlahiyyət verilmişdir. Digər tərəfdən İddiaçı xx.xx.2021-ci il tarixli 08 nömrəli əmrlə mühasib vəzifəsinə işə qəbul edilmiş və 1 ildən çox müddətdə həmin vəzifədə çalışmışdır. Bu onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası yerli təşkilat olan Şirvan Şəhər Təşkilatı İddiaçı Mərkəzi Aparatla razılaşdırmaqla vəzifəyə təyin etmişdir. Bunun əksi olsa belə, cavabdehin hazırki iddia tələbinə etirazını özünün qanunazidd hərəti ilə əsaslandıraraq, iddianın rədd edilməsini tələb etməsi ağlabatan deyil. Odur ki, məhkəmə cavabdehin qeyd edilən dəlilini əsassız hesab edir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı işdən azad edilməsi ilə bağlı təşkilatın xx.xx.2022-ci il tarixli 26 nömrəli əmri qanunsuz olmuşdur. Lakin məhkəmə hesab edir ki, iddiaçı pozulmuş hüquqlarının bərpası ilə məhkəməyə qanunvericliklə müəyyən edilmiş iddia müddətini ötürməklə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli 10 nömrəli əmri iddiaçıya elə həmin gün təqdim edilmişdir. Bu hal iddiaçının özünün məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq edilir. İddiaçı əvvəlcə xx.xx.2022-ci il tarixli mediasiya təklifi ilə Yeni Azərbaycan Partiyası yerli təşkilat olan Şirvan Şəhər Təşkilatına, daha sonra mediasiya təşkilatına, sonra isə məhkəməyə müraciət edildiyindən iddia müddətinin axımı kəsilmişdir. İddia müddətinin axımının kəsilməsinə səbəb olan hal Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən T.Heydərov) xx.xx.2024-cü il tarixli 2(106)-281/2024 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi vaxt aradan qalxmışdır. Belə ki, İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan Şəhər Təşkilatına qarşı müvafiq iddiası Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərkən prosessual müddəti ötürdüyündən Şirvan Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadla şikayəti geri qaytarmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı və onun vəkili tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-3220/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. X4 Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən T.Heydərov) xx.xx.2024-cü il tarixli 2(106)-281/2024 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən iddia müddətinin axımı ümumi qaydada davam etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə mediasiya təklifi ilə Yeni Azərbaycan Partiyasına müraciət etmiş, xx.xx.2024-cü il tarixdə Bakı 20 saylı Mediasiya təşkliatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hazirki iddia məhkəməyə qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülməklə verilmiş, iddiaçı tərəfindən isə iddia müddətinin ötürülməsi səbəbinin üzrlü hesab edilməsi barədə ərizə təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı mübahisəyə 1 aylıq iddia müddəti tətbiq edilməklə, İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyasına qarşı cavabdehin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 04 iyul 2022ci il tarixli 10 saylı əmri və “ Əmək müqaviləsinə xitam verilməsi barədə “(“Əmək və Məşğulluq” altsistemində qeyd edilmiş) 04 iyul 2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsiylə bağlı qərarın qəbul edilməsi, iddiaçının qanunsuz işdən çıxarılması müddətindən başlayaraq işə bərpa olunduğu günə qədər olan dövr üçün ona orta aylıq əmək haqqının ödənilməsi, 2021-ci ilin ştat cədvəlinə uyğun olaraq iddiaçıya ödənilməli olan əmək haqqının ödənilməmiş hissəsinin ona ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyasına qarşı cavabdehin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 04 iyul 2022-ci il tarixli 10 saylı əmri və “ Əmək müqaviləsinə xitam verilməsi barədə “(“Əmək və Məşğulluq” altsistemində qeyd edilmiş) 04 iyul 2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsiylə bağlı qərarın qəbul edilməsi, iddiaçının qanunsuz işdən çıxarılması müddətindən başlayaraq işə bərpa olunduğu günə qədər olan dövr üçün ona orta aylıq əmək haqqının ödənilməsi, 2021-ci ilin ştat cədvəlinə uyğun olaraq iddiaçıya ödənilməli olan əmək haqqının ödənilməmiş hissəsinin ona ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova