Məhkəmə qərarları › İş №e-2(011)-1155/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1155/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1155/2025 14.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “sənədlərin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İlkin adı Cavabdeh Kiçik Müəssisəsi, sonradan isə onun hüquqi varisi olan Cavabdeh Mənzil Tikinti Kooperativin sədri olmuş X32 ilə mənim aralarında mənzil pay hüququnun əldə edilməsi barədə 09 fevral 2007-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Xətai rayonu, S.Ə.Şirvani küçəsi 2319-cu məhəllədə yerləşən yüksək mərtəbəli yaşayış evinin 2-ci giriş (blok), XV mərtəbədə yerləşən ümumi sahəsi 91 kv.metr olan 152 nömrəli mənzilin (izola olunmuş 2 otaqdan ibarət) bir kv.metr sahəsi 430 manat olmaqla, cəmi 39130 manat pay haqqının ödənilməsi müəyyən olunmuşdur. Tərəflər arasında rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli müqavilədə 39130 manat pulun tam olaraq ödənildiyini Rövşən Rüstəmov öz imzası və özünə məxsus olan “möhür” ilə təsdiq etmişdir. Müqavilə əsasında mənzilin pay haqqı tam ödənilməklə, mən həmin vaxt həyat yoldaşı olmuş X24 ilə birlikdə 152 saylı mənzilin təmir işləri başa çatdıqdan sonra, bir müddət mənzildə birgə yaşamışlar. Sonrakı dövrdən hazırkı vaxta qədər mənzildə keçmiş həyat yoldaşı İ.Mirzəyeva yaşayır. 2022-ci il tarixdə onun ilə Xətai-17 Mənzil Müıkiyyətçilərin Müştərək Cəmiyyəti arasında xidmət müqaviləsi bağlanmışdır. Payçı olaraq pay haqqını tam ödəmiş olduğu 152 saylı mənzil ilə digər şəxslər arasında heç bir mübahisə mövcud deyildir. Mənzildə faktiki olaraq yaşayan keçmiş həyat yoldaşı iş üzrə 2-ci cavabdeh ilə onun arasında xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsində 2(012)-3113/2024 saylı qətnamə əsasında nikahı pozulmuşdur. Nikahın pozulmasına dair şəhadətnamə mənə 29 avqust 2024-cü ildə təqdim olunmuşdur. Cavabdeh keçmiş həyat yoldaşı İ.Mirzəyeva mənzildə faktiki olaraq yaşayır. Lakin kommunal xidmətləri ödəməmişdir. Bununla əlaqədar ona xx.xx.2024-cü il tarixdə arayış təqdim olunmuşdur.

2. Eyni yaşayış binasında oxşar mübahisəli məsələ ilə əlaqədar Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-289/2024 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının pay hüququnun əldə edilməsinə dair Cavabdeh Kiçik Müəssisəsinin sonradan isə onun hüquqi varisi olan Cavabdeh MTK-nin sədri X32 hər bir payçı ilə fərdi VÖEN və özünə məxsus olan möhür ilə bütün mənzil alan payçılarla müqavilə bağlamışdır. Xətai Rayon Məhkəməsinin oxşar mübahisəli məsələni tənzimləyən e-2(011)- 289/2024 saylı qətnaməsində qeyd olunduğu qaydada Rövşən Rüstəmov 2007-ci il tarixdə eyni məzmunda və eyni qaydada onun ilə müqavilə bağlamaqla, mənzilə görə tərəfimdən pay haqqı tam ödənilmişdir. Hazırda mənzilləri alan payçılar tərəfindən pay haqlarının ödənilməsinə dair “Arayış”, VÖEN ********** olan Cavabdeh MTK tərəfindən verilməli olmasın Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-289/2024 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Əslində Cavabdeh KM-nin və onun hüquqi varisi Cavabdeh MTK-nin həmin vaxt sədri olmuş X32 rəhmətə getdiyi üçün, yaşayış binasından mənzillərin müvafiq qaydada sənədləşməsi işləri icrasız qalmışdır. Pay haqqının tam ödənilməsi və digər məsələlərin həlli istiqamətində işlər icrasız qaldığından, pay haqqını ödədiyimiz halda, hüquqlarımızın icrası təmin edilməmişdir. Xətai Rayon Məhkəməsinin 289 nömrəli qətnaməsi əsasında oxşar və eyni mübahisəli məsələyə dair qanuni və əsaslı formada faktlara uyğun qərar qəbul edilib. İddiaçının tələbi:

3. Xətai rayonu, S.Ə.Şirvani küçəsi 2319-cu məhəllədə yerləşən yüksək mərtəbəli yaşayış evinin 2-ci girişi (blik), 15-ci mərtəbədə, ümumi sahəsi 91 kv.metr olan 152 saylı mənzilə dair İddiaçı mənzil-tikinti kooperativinin binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nin üzvlərinin ümumi yığıncağının qərarın və pay haqqının ödənilməsinə dair “maliyyə arayışının” təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nin üzərinə qoyulsun. Pay haqqı ödənilmiş 152 saylı mənzildə, İddiaçı və cavabdeh X5 bərabər həcmdə ½ hissədə payları müəyyən edilsin.

4. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Xətai rayonu, S.Ə.Şirvani küçəsi 2319-cu məhəllədə yerləşən yüksək mərtəbəli yaşayış evinin 2-ci girişi (blik), 15-ci mərtəbədə, ümumi sahəsi 91 kv.metr olan 152 saylı mənzilə dair İddiaçı mənzil-tikinti kooperativinin binasında yaşayış sahəsinin verilməsi barədə "xxxx" MTK-nin üzvlərinin ümumi yığıncağının qərarın və pay haqqının ödənilməsinə dair "maliyyə arayışının" təqdim edilməsi öhdəliyi "xxxx" MTK-nin üzərinə qoyulmasını, cavabdeh X24 cavabdeh siyahısından xaric edilməsini, maraqlı şəxs "XƏTAİ-17" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti üçüncü şəxs siyahısından xaric edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

5. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı heç bir yazılı etiraz təqdim edilməmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

6. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə öz izahatında bildirmişdir ki, anoloji iş üzrə Xətai Rayon Məhkəməsinin qərarı mövcuddur. Həmin qətnamədən tərəflər apellyasiya şikayəti verilmiş və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi mövcuddur. Həmin qətnamədə maliyyə arayışının da verilməsi öhdəliyi "xxxx" MTK-ya həvalə edilmişdir. Digər cavabdeh o səbəbdən qoyulmuşdur ki, iddiaçı ilə 2-ci cavabdeh arasında konflikt mövcuddur, 2-ci cavabdeh elə zənn etməməlidir ki, çıxarış onun adına rəsmiləşdirilməlidir. Belə ki, birgə nikah dövründə əldə edilmiş əmlak tərəflərin birgə mülkiyyətidir. O onların tələbinin Cavabdeh MTK-ya qarşı olduğunu qeyd etmişdir.

7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. xx.xx.2024-cü il tarixdə İddiaçı verilmiş arayışa əsasən həqiqətən də S.Ə.Şirvani 23/19 ünvanında onun adına olan mənzildə keçmiş həyat yoldaşı yaşayır. Amma 2022-ci ilin oktyabr ayından 2024-cü ilin sentyabr ayına qədər cəmi 3 ay ödəniş edib. Qalmış borcun məbləği 21x25=525 AZN təşkil edir.

9. AZ-İ № 501704 saylı “Nikahın pozulması haqqında” Şəhadətnaməyə əsasən İddiaçı ilə X24 arasında bağlanmış nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur.

10. Bakı Şəhəri 2 X37 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MSB/2-1148/2024 saylı “İlkin mediasiya sessiayasında iştirak edilməməsi barədə arayışa əsasən İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiya xərci ödəmişdir.

11. xx.xx.2022-ci il tarixli, № X-17 saylı “Kommunal xidmətlərin göstərilməsinə” dair müqavilə.

12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3113/2024 saylı qətnaməyə əsasən İddiaçı (X39) ilə Mirzayeva lihama Homid qızı arasında xx.xx.1995-ci il tarixdə İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən qeyda alınmış 78 saylı nikahın pozulması qət edilmişdir.

13. xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən İddiaçı ilə X30 arasında Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllədə inşa olunan çoxmərtəbəli yaşayış binasından mənzilə pay hüququ əldə etmişdir.

14. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməyə əsasən iddia qismən təmin edilsin, Cavabdeh MTK tərəfindən X40, X33 (3-cü blok 14-cü mərtəbə, ümumi sahəsi 135 kv.metr olan 230 saylı mənzilə münasibətdə) və X12 mənzil-tikinti kooperativinin binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Cavabdeh MTK tərəfindən X18, X6, X3, X13, X14, X33 (2-ci blok 12- ci mərtəbə, ümumi sahəsi 96 kv.metr olan 138 saylı mənzilə münasibətdə), X19, X7, X34 mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında tələb olunan sənədlər müraciətə əlavə edilməklə Bakı şəhəri Xətai rayonu X67 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qət edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-408/2025 saylı qətnaməsinə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili X41 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, iddiaçıların nümayəndəsi və vəkili X25 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Birləşdirilmiş əsas iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 may 2024- cü il tarixli e-2(011)-289/2024 nömrəli qətnaməsi iddiaçılar X26, X44, X35, X27, X20, X15, X21 və X18 münasibətdə iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissələrdə iddia tələbi təmin edilməsi, Cavabdeh MTK tərəfindən X14, X34, X19, X13, X6, X3, X7, X18 mənzil-tikinti kooperativinin binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Birləşdirilmiş əlaqəli iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 2(011)-5307/2024 nömrəli qətnaməsi iddia tələbinin iddiaçılar X8, X22, X23, X28, X4, X29, X45 və X9 münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissələrdə iddia tələbi təmin edilməsi, Cavabdeh MTK tərəfindən X2, X10, X11, X16, X1, X17, X36 və X9 mənzil-tikinti kooperativinin binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının təqdim edilməsi öhdəliyi Cavabdeh MTKnın üzərinə qoyulması qət edilmişdir.

16. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq: 17.Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

34. İV. Ər ilə arvadın hüquqları bərabərdir.

18. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM): 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

20. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı.

23. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.

Məhkəmənin mövqeyi:

24. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

25. İşin qeyd edilən faktiki hallarından da göründüyü kimi, İddiaçı ilə X30 arasında Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllədə inşa olunan çoxmərtəbəli yaşayış binasından mənzillə bağlı podrat müqaviləsi bağlanmışdır və iddiaçı həmin binada pay hüququ əldə etmişdir. (MM 752.2)

26. Tərəflər arasındakı mübahisə isə Mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün lazım olan sənədlərin (Cavabdeh üzvlərinin ümumi yığıncağının qərarının surətinin, pay haqqının ödənilməsinə dair maliyyə arayışının) verilməsi ilə bağlıdır.

27. Cavabdeh həmin sənədlərin iddiaçıya verilməsi üçün hər hansı bir hərəkət göstərmir.

28. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən Cavabdehndən üzvlərinin ümumi yığıncağının qərarının surətinin, pay haqqının ödənilməsinə dair maliyyə arayışının iddiaçıya verilməsini tələb etməkdə haqlıdır.

29. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış müqavilənin tələbinə əsasən müvafiq mənzil tikildikdən sonra iddiaçıya təhvil verilməli və iddiaçının isə mənzillərin dəyərini ödəmək öhdəliyi daşıdığından, mənzil tikintisi ilə bağlı iddiaçının bağladığı müqavilə podrat müqaviləsidir. Belə ki, Mülki Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Nəzərə alınmalıdır ki, "hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə vermək podratçının müqavilə üzrə vəzifəsi kimi müəyyən edilib. Mənzil podratın maddiləşmiş nəticəsidir, iddiaçının sifarişi və maliyyəsi hesabına əmələ gəlib, ona görə də podratçının vəzifəsidir ki, mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlər də iddiaçıya verilməlidir. Cavabdehin müvafiq sənədləri təqdim etməməsi nəticəsində iddiaçının əmlak hüquqları pozulur və o mənzilini öz adına dövlət qeydiyyatına ala bilmir. Bundan başqa podrat münasibətlərində podratçının "hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə vermək öhdəliyi mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan ağlabatan bütün hərəkətlərin də icrasını, misal üçün binanın istismara qəbul aktının alınması üçün müvafiq dövlət orqanına podratçının müraciətini də nəzərdə tutur.

30. Belə ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

31. Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

32. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsində qanuniverici tərəfindən ifadə olunmuş mövqe ondan ibarətdir ki, tikintisi başa çatmayan binanın tərkib hissəsinin əldə olunması ilə bağlı yaranmış podrat münasibətlərində podratçının dəyişməsi tərəflərin arasında yaranmış münasibətlərə podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Bundan başqa, həmin maddədə qanunverici tərəfindən müəyyən edilmişdir ki, binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq podratçının öhdəsinə düşən vəzifələrdir.

33. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən normaların məzmunundan göründüyü kimi, yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri- yaşayış) sahəsi əldə etmiş və mənzilin dəyərini ödəyən istənilən şəxs avtomatik olaraq kooperativin üzvü hesab olunur. Yəni, mənzil tikinti koopartivinə üzv olmayan şəxsin ilkin olaraq mütləq qaydada "xxxx" MTK-nın üzvü olduqdan sonra yaşayış sahəsinin verilməsi barədə ümümi yığıncağın qərarının verilməsi barədə imperativ qayda qanunvericilikdə nəzərdə tutulmamışdır. Hətta qeyd edilən iddiaçı mənzilə pay haqqının əldə edilməsinə dair müqaviləni "xxxx" MTK ilə yox MTK-nın ilkin sədri fiziki şəxs X42 ilə bağlamış olsa belə, işin mübahisəsiz halıdır ki, müvafiq mənzilə dair müqavilə bağlandığı tarixdən həmin mənzil iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Başqa sözlə desək əgər mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək üçün, yaşayış sahəsinin ayrılması barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı isə mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün əsasdırsa onda zatən müqavilələr bağlanılan müddətdən etibarən müvafiq mənzil iddiaçının sahibliyində və istifadəsindədir və mənzilin dəyəri, yəni pay haqqı onun tərəfindən tam ödənilmişdir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. (§32)

35. Qeyd edilən müddəadan və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən də aydın görünür ki, Mənzil Tikinti Kooperativlərinin payçılarının mənzilə dair sahiblik və istifadə hüquqlarının yaranması Kooperativ üzvünün pay haqqının tam ödənilməsi, sərəncam hüququnu yaranması üçün isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından asılıdır. Göründüyü kimi mənzildən istifadəyə görə ödənilməmiş kommunal borcun olması kooperativ üzvünün mənzillə bağlı hər hansı hüququnun məhdudlaşdırılmasına, yaxud hüququnun hayata keçirilməsinə hər hansı formada maneələr yaranması ilə nəticələnə bilməz.

36. Məhkəmə hesab edir ki, iddiaçı pay haqqını tam ödəməklə bilavasitə MTK-nın üzvləri hesab olunur. Ona görə də iddiaçının iddia ərizəsi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməli və ona münasibətdə ümumi yığıncağın qərarının verilməsi öhdəliyi də cavabdehin üzərinə qoyulamalıdır

37. İddiaçının isə mənzildən istifadə və sahiblik hüququnun yaranması işin mübahisəsiz halıdır.

38. Belə ki, AR MM-in 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Habelə, həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları hesab edilir.

39. Bundan başqa, Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.

40. Şərh edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən sənədləri cavabdeh iddiaçıya verməməklə iddiaçının Mənzilə dair mülkiyyət hüququnu əldə etmək üçün müəyyən hərəkətləri etmək (müvafiq sənədlərin dövlət orqanlarına təqdim etmək və s.) imkanını məhdudlaşdırmış olur ki, bu da nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur.

41. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 2319-cu məhəllədə yerləşən yüksək mərtəbəli yaşayış evinin 2-ci girişi (blok), 15-ci mərtəbədə, ümumi sahəsi 91 kv.metr olan 152 saylı mənzilin Cavabdeh üzvlərinin ümumi yığıncağının qərarının surəti, pay haqqının ödənilməsinə dair maliyyə arayışını təqdim etmək öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

Məhkəmə xərcləri:

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi tələbi olmadığından ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 2319-cu məhəllədə yerləşən yüksək mərtəbəli yaşayış evinin 2-ci girişi (blok), 15-ci mərtəbədə, ümumi sahəsi 91 kv.metr olan 152 saylı mənzilin Cavabdeh üzvlərinin ümumi yığıncağının qərarının surəti, pay haqqının ödənilməsinə dair maliyyə arayışını təqdim etmək öhdəliyi Cavabdeh üzərinə qoyulsun.

3. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar