Məhkəmə qərarları › İş №e-2(011)-118/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-118/2024

16.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-118/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızının, onun nümayəndəsi və vəkili Vəkil3 Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Məmmədova (Yaqubova) Emma Yaqub qızının iştirakı ilə, İddiaçı cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubova) Emma Yaqub qızına qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubova) Emma Yaqub qızına qarşı – cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubova) Emma Yaqub qızından maddi ziyan hesabına 24.011 manat, iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) hesabına, yəni 30 il ərzində iddiaçının bağın becərilməsinə çəkdiyi xərclərdən əlavə hər il 5000 manata gəlir götürəcəyi nəzərə alınmaqla 150.000 manat, ödənilmiş dövlət rüsumu hesabına 464 manat, cəmi 174.464 manat pulun alınaraq İddiaçı verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yaşadığı Quba rayonunun Aşağı-Xuc kəndində eyni kənd sakini X15 və onun ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 3,34 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi bağ və əkin hissəsindən ibarət olmaqla iki ayrı yerdə yerləşir. Təxminən 1998-ci il tarixdə torpaq islahatından öncə ümumi sahəsi 3.34 ha olan torpaq sahəsinin 1,2680.54 ha bağ sahəsi hissəsi yanğın nəticəsində alma ağacları ilə birgə tamamilə yararsız vəziyyətə düşmüşdür. Həmin sözügedən torpaq sahəsi X22 və onun ailə üzvlərinin adına təhkim edilməsindən öncə artıq torpaq sahəsi yararsız vəziyyətdə olmuş, 2000-ci il tarixdə iddiaçının əvvəldən tanıdığı X22 ilə söhbət zamanı 3.34 ha torpaq sahəsini və əlavə olaraq yaşadığı mənzillə birgə sataraq Bakı şəhərində ev alaraq orada yaşayacağını bildirmişdir. Bir neçə gün keçdikdən sonra İddiaçı həmin torpaq sahələrini və yaşayış evini almaq qərarına gəlmiş, ilkin olaraq X22 ilə aralarında alqı-satqı razılaşması olan vaxt ödəniləcək məbləğin çox hissəsini ona verməklə aralarında qalan qalıq 3450 dollar borcu 2000-ci ilin sonuna qədər ödəniş edəcəyi barədə razılığa gəlmişlər. Bundan sonra ilkin olaraq X22 və onun ailə üzvlərinin iştirakı ilə xx.xx.2000-ci il tarixdə Quba rayon X23 inzibati binasında pulun bir qisminin ödəniş etməklə 3.34 ha bağ və əkin sahəsini ona satmaları barədə akt tərtib olunmuşdur. Bununla yanaşı pulun bir hissəsini də xx.xx.2000-ci il tarixdə qarşı tərəfə ödəniş etməklə qarşılığında ona məxsus həyətyanı torpaq sahəsini və üzərində olan köhnə tikili evi ona satmaları barədə Bələdiyyənin inzibati binasında X22 və onun ailə üzvlərinin iştirakı ilə akt tərtib olunmuşdur. İddiaçı cavabdehlərə olan 3450 dollar borcu 2000-ci il tarixdə tam şəkildə ödənişin etməklə qarşı tərəfə heç bir borcu qalmamışdır. Bununla yanaşı 3.34 ha torpaq sahəsinə aid olan JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X30 əsli iddiaçıya təqdim olunmuşdur. 1998-ci il tarixdə torpaq islahatından öncə ümumi sahəsi 3.34 ha olan torpaq sahəsinin 1,2680.54 ha hissəsi yanğın nəticəsində alma ağacları ilə birgə torpaq sahəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən birneçə dəfə bağ salmaq məqsədi ilə İddiaçı tərəfindən meyvə ağacları əkilməsinə baxmayaraq ağaclar qurumuşdur. Bu səbəbdən İddiaçı bir neçə il fasilə verdikdən sonra yenidən 2014-cü tarixdə təxminən 300 ədəd gilas ağacı əkmişdir. Həmin tarixdən bu vaxta kimi maddi xərc çəkərək əsil bağ sahəsi yaratmışdır. Artıq həmin torpaq sahələri iyirmi bir ildir ki, iddiaçının istifadəsindədir və bu illər ərzində həmin ağacların meyvə gətirəcəyini güman etmişdir. Cavabdehlərin ötən 23 il ərzində həmin torpaq sahələri ilə əlaqədar heç bir pretenziyaları olmamış, ümumiyyətlə onlarla heç rastlaşmamışdır. X31 Elm və İnnovasiya Mərkəzi tərəfindən vətəndaş İddiaçı 13 dekabr 2021-ci il tarixli rəsmi müraciəti əsasında Quba rayonunun Aşağı Xuc kəndi ərazisində yerləşən 1,25 ha gilas bağına baxış keçirilmişdir. Mərkəzin verdiyi 14 dekabr 2021-ci il tarixli rəyə əsasən gilas bağı 2014-ci ilin yaz aylarında (mart) 7x7 m sxemi ilə salınmış və hal-hazırda səkkiz yaşlı bağ sayılır. Bağda əkilmiş ağacların calaqaltı hissəsi cır gilas toxmacarı olduğuna görə belə bağların bara düşməsi 7-8-ci illərdən başlayır. Bağda, 8 cərgə və hər cərgədə 35 ədəd ağac olmaqla, cəmi 280 ədəd ağac vardır. Cari ildə bağda qurumuş ağacların əvəzinə 17 ədəd gilas tingi təmir məqsədi ilə əkilmişdir. 1 ha gilas bağının salınması üçün texnoloji xəritəyə (rəyə əlavə olunur) uyğun olaraq 3962,91 manat xərc tələb olunursa, 1,25 ha x 3962,91 = 4953,6 man vəsait xərclənmişdir. Bağın ikinci ilindən, yəni 2015-ci ildən başlayaraq aqrotexniki becərmə tədbirlərinə aid olan diskiləmə, frezləmə, ağac diblərinin yumşaldılması, budama, suvarma, zərərverici və xəstəliklərə qarşı pestisidlərin istifadəsi, gübrələmə, bağda 2 dəfə bitkiarası otun biçilməsinə ümumilikdə 7 il ərzində 15246 man, 1,25 ha gilas bağına isə 19057,5 man vəsait xərclənmişdir. Beləliklə 2014-2021-ci illər üzrə 1,25 ha gilas bağının salınması və becərilməsinə 24011,1 man vəsait xərclənmişdir. X32, Napoleon, Çəhrayı Napoleon və Moldaviya qarası gilas sortlarından ibarətdir. Gilas ağaclarının 10-cu yaş dövründən başlayaraq 35-40 kq/ağac məhsul verəcəyini, orta satış qiymətinin isə 1 man/kq olacağını nəzərə alsaq, vətəndaş bundan sonrakı 10 il müddətinə cari ilə kimi bağa qoyduğu xərcləri, həmçinin bağda lazımi aqrotexniki becərmə işlərini yerinə yetirməklə, növbəti illərdə yetişdirəcəyi məhsulu satmaqla çəkdiyi xərcləri çıxara bilər. Bağda əkilmiş ağaclar bara düşdükdən sonra 25-30 il məhsul verə bilər və vətəndaş bağın becərilməsinə çəkilən xərclərdən əlavə hər il 5000 manata qədər gəlir götürə bilər. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Quba X28 Mərkəzinin 19 avqust 2022-ci il tarixli arayışına əsasən İddiaçı fermer kimi fəaliyyət göstərdiyi Quba rayonu Aşağı Xuc kənd ərazisində dövlət aktına (JN221) əsasən 3.34 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi X13 İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmışdır. EKTlSdə qeydiyyata alınmış torpaq sahəsinin 1.26 hektarı gilas bağı, 2.07 hektarı isə buğda sahəsi olmaqla 2021-2022-ci təsərrüfat ili üçün nəzərdə tutulmuş əkin subsidiyası fermerin bank hesabına köçürülmüşdür. Quba rayonu Digah-Xucbala bələdiyyəsinin 22 avqust 2022-ci il tarixli 57 nömrəli arayışına əsasən Quba rayonu Aşağı-Xuc kəndində yerləşən JN-221 nömrəli Dövlət Aktına uyğun gələn və X1 Sistemi- BAMS proqramında da İddiaçı adına qeydə alınmış 3.34 ha torpaq sahəsi (1.26 ha bağ və 2.07 ha əkin sahəsi olmaqla) 2000-ci ildən bugünədək aramsız olaraq İddiaçı tərəfindən becərilmiş və sözü gedən sahəyə görə müəyyən olunmuş torpaq vergisi də İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Quba rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(027)-1474/2021 saylı qətnaməsinə əsasən iddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı, Məmmədova (Yaqubova) Emma Yaqub qızının cavabdehlər X25, X29, İddiaçı Əlipənah oğlu və üçüncü şəxs AR ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı onlara məxsus olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və çıxarış verilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər X25, X29, İddiaçı Əlipənah oğlundan JN:221 KOD 30327058 saylı Torpağa Mülkiyyət hüququna X40 əsasında iddiaçılara Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 3,34 ha əkin və bağ sahəsinindən ibarət torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(105)-3431/2021 saylı qərardadına əsasən iddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı, Məmmədova (Yaqubova) Emma Yaqub qızının cavabdehlər X25, X29, İddiaçı Əlipənah oğlu və üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı onlara məxsus olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və çıxarış verilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraatın Quba rayon Məhkəməsində olan 2(027)-2033/2021 saylı mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilib, qanuni qüvvəyə minənə kimi dayandırılması qərara alınmışdır. Quba rayon məhkəməsinin 05 avqust 2022-ci il tarixli 2(027)-123/2022 saylı qətnaməsi ilə (hakim İlqar Məmmədov)İddiaçı Əlipənah oğlunun cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, X7, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı, Məmmədova (Yaqubova) Emma Yaqub qızı və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin, Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlaka dair çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi ərazi idarəsinə həvalə edilməsi hissəsinə, mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilməsi və İddiaçı Əlipənah oğlunun cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, X7, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı, Məmmədova (Yaqubova) Emma Yaqub qızı və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin, cavabdeh X15 və onun ailə üzvlərinə verilmiş JN-22T KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X37 əsasən Cavabdeh3, X9, X16 və X8 mülkiyyətinə Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq sahəsinin və üzərində köhnə tikili olan mənzilin cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-2155/2022 saylı qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(027)-123/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, onun nümayəndəsi və vəkili Vəkil3, Məmmədova (Yaqubova) Emma Yaqub qızı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 isə məhkəmə iclasında iddiaya etiraz edərək, izahatlarında bildirmişlər ki, iddiaçı qeyd edilən torpaq sahəsinin qanunsuz olaraq istifadə etdiyindən, onun belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etdilər. İş materiallarına əlavə edilmiş: İş materiallarından görünür ki, Quba rayonun Aşağı-Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədli 3,34 hektar torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə həmin kəndin sakinləri X15 və onun ailə üzvləri olan Cavabdeh3, X3, X4 və X8 mülkiyyətinə verilmişdir. İş materiallarından görünür ki, 04 aprel 2000-ci il tarixdə Quba rayon X17 nümayəndələrinin iştirakı ilə tərtib olunmuş akta əsasən, X22 JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X37 əsasən 20715,36 kv.m əkin, 12680,54 kv.m bağ sahəsini ailə üzvlərinin razılığı ilə istifadə etməyə imkanı olmadığı üçün Aşağı Xuc kənd sakini İddiaçı daimi istifadə etmək üçün həvalə etmişdir. İş materiallarından görünür ki, 22 aprel 2000-ci il tarixli akta əsasən, X22 özünə məxsus mərtəbəli şəxsi evini İddiaçı satarkən qarşılıqlı ödəniş zamanı sonuncunun satıcıya 3450 ABŞ dolları borcu qalmışdır. Qalan pulun qalan hissəsinin 2000-ci ilin sonuna qədər ödənilməsi razılaşdırılmışdır. İş materiallarından görünür ki, 24 aprel 2000-ci il tarixli əlyazma ərizəyə əsasən, Quba rayonu Aşağı-Xuc kənd sakini X22 özünə və ailə üzvlərinə məxsus JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X37 əsasən 20715,36 kv.m əkin, 12680,54 kv.m bağ sahəsini uzun müddət istifadə etmək imkanı olmadığından, dövlət rüsumlarının vaxtında ödəmək şərti ilə İddiaçı təmənnasız, həmişəlik istifadə etmək üçün həvalə etmişdir. X6 ilə yanaşı arvadı Cavabdeh3, qızları X9, X10 və X19 tərəfindən imzalanmışdır. İş materiallarında olan, Quba Rayon Məhkəməsinin 2(027)-1474/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızının və Məmmədova (Yaqubova) Emma Yaqub qızının cavabdehlər X25, X29, X5 və üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin 5 saylı 'Xaçmaz Ərazi İdarəsinə qarşı onlara məxsus torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və DƏDRX-dan çıxarış alınmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdehlər X11, X20 və İddiaçı Əlipənah oğlundan JN:221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X40 əsasında iddiaçılar Cavabdeh3, X9, X10, X12 və digər ailə üzvləri X15 Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 3,34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahəsi qanunsuz sahibliyindən geri alınması, həmin torpaq sahəsinə dair iddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqujo qızının və Məmmədova (Yaqubova) Emma Yaqub qızının adlarına Çıxarışın verilməsi ilə əlaqədar AR ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına cavabdehlər X25, X29, İddiaçı Əlipənah oğlu tərəfindən yaradılan maneələr aradan qaldırılması qət edilmişdir. İş materiallarında olan, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3431/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızının, Cavabdeh3, Ulubəyova (Yaqubo) Xalidə Yaqub qızının Məmmədova (Yaqubova) Emma Yaqub qızının cavabdehlər X21, X35, İddiaçı Əlipənah oğluna və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı onlara qarşı torpaq sahəsinin ösgəsinin qanunsuz sahibliyindən geri alınması və DƏDRX-dən çıxarışın alınmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə çıxarılmış Quba Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(027)-1474/2021-008 nömrəli qətnaməsindən cavabdeh İddiaçı Əlipənah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iddiaçilar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızının, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızının Məmmədova (Yaqubova) Emma Yaqub qızının cavabdehlər X21, X35, İddiaçı Əlipənah oğluna və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı onlara qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və DƏDRX-dən çıxarışın alınmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraat Quba Rayon Məhkəməsində olan 2(027)-2033/2021 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib, qanuni qüvvəyə minənə kimi dayandırılması qərara alınmışdır. İş materiallarında olan, Quba Rayon Məhkəməsinin 2(027)-123/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Əlipənah oğlunun cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, X7, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı, Məmmədova (Yaqubova) Emma Yaqub qızı və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin, Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlaka dair çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi ərazi idarəsinə həvalə edilməsi hissəsinə, mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, xitam verilməsi və İddiaçı Əlipənah oğlunun cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, X7, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı, Məmmədova (Yaqubova) Emma Yaqub qızı və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı "alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin, cavabdeh X15 və onun ailə üzvlərinə verilmiş JN-22T KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X37,əsasən Cavabdeh3, X9, X16 və X8 mülkiyyətinə Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq sahəsinin və üzərində köhnə tikili olan mənzilin cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsi təmin edilməməsi qət olunmuşdur. İş materiallarında olan, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2155/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızına, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızına, Məmmədova (Yaqubova) Emma Yaqub qızına qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(027)-123/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(027)-123/2022 nömrəli qətnaməsinin ləğv olunması,yeni qətnamə qəbul edilməsi və iddianın təmin olunmaması qət edilmişdir. İş materiallarında olan, Ali Məhkəmənin 2(102)-1598/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2155/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ali Məhkəmənin 2(102)-1598/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının işin halları hissəsindən görünür ki, 26 aprel 2000-ci il tarixdə notarial qaydada təsdiq edilmiş müqavilə ilə X22 ona məxsus olan Quba rayon Aşağı Xuc kəndində yerləşən 2200 kv.m. torpaq sahəsini, iki mərtəbəli ümumi sahəsi 123,3 kv.metr ümumi sahəsi olan yaşayış evini İddiaçı 13000000 köhnə Azərbaycan manatına satmışdır. X22 08 yanvar 2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan, Quba rayon X14 tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Quba rayonu Aşağı-Xuc kəndində yerləşən JN-221 nömrəli Dövlət Aktına uyğun gələn və X2 Sistemi- BAMS proqramında da İddiaçı Əlipənah oğlunun adına qeydə alinmiş 3.34 ha torpaq sahəsi (1.26 ha bağ və 2.07 ha əkin sahəsi olmaqla) 2000-ci ildən bugünədək aramsiz olaraq İddiaçı Əlipənah oğlu tərəfindən becərilmiş və sözü gedən sahəyə görə müəyyən olunmuş torpaq vergisi də İddiaçı Əlipənah oğlu tərəfındən tam şəkildə ödənilmişdir. İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3285/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1020-9/5345 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Quba X28 Mərkəzinin xx.xx.2023-cü il tarixli Quba X28 Mərkəzinin mütəxəssisləri tərəfindən verilən rəyinə əsasən Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,268 ha (JN-281 Kod ********) gilas bağında Gilas Bağı 8 cərgədən ibarət olduğu və 8 x 6,7 metr sxemində olmaqla 2013-2014-cü təsərrüfat ilində əkildiyi, lakin sonrakı təsərrüfat illərində müxtəlif səbəblərdən əkilmiş tinglərin bir neçəsinin quruması nəticəsində yeni tinglər əkilmişdir. Bu səbəbdən də gilas bağında mövcud ağacların müxtəlif yaş dövrlərində olduğu üçün 3 yaş qrupunu ayırmaqla 1-2 yaş qrupunda 58 ədəd, 3-5 yaş qrupunda 75 ədəd və 6-9 yaş qrupunda isə 90 ədəd ümumi 223 ədəd gilas ağacı müəyyən olundu. Gilas bağında olan 8 cərgənin müxtəlif yerlərində 55 ədəd əkilmiş gilas tingləri və ya ağacları müxtəlif səbəblərdən quruduğu üçün yeniləri ilə əvəz olunmasına ehtiyac vardır. Bağda mövcud 223 ədəd gilas ağacın calaqaltı hissəsi cır gilas toxmacarı olduğuna görə belə bağların bara düşməsi 6-7-ci illərdən başlayır. Bağda mövcud gilas ağacları əsasən Çəhrayı Napoleon, Ramon Oliva, Moldaviya qarası sortlarından ibarətdir. Adətən calaqaltısı cır gilas toxmacarı olan gilas ağaclarına aqrotexniki xidmət işləri normal qaydada həyata keçirilərsə, ağaclar bara düşdükdən sonra bu tip gilas ağacları ortalama 7-11 yaş dövründə 22 kq, 12-16 yaş dövründə 60 kq, 17-26 yaş dövründə 100 kq, 27-30 yaş dövründə isə 60 kq civarında gilas məhsulu vermə qabiliyyətinə malik olur. 1,268 ha gilas bağında aqrotexniki xidmət işləri normal qaydada həyata keçirilmişdir. Rəyin bioloji tədqiqat hissəsində göstərilənlərdən və iş materialında olan mütəxəssis rəyindən istifadə edilməklə, “Çəhrayı Napoleon”, “Roman Oliva” və “Moldaviya” qarası sortu gilas məhsulunun 1 kiloqramının 2014-2023-cü illərdə (mövsümdə) orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir:2014-cü ilə - 2,20 manat, 2015-ci ilə - 2,20 manat, 2016-cı ilə - 2,50 manat, 2017-ci ilə - 2,50 manat, 2018-ci ilə - 3,00 manat, 2019-cu ilə - 3,00 manat, 2020-ci ilə - 4,00 manat, 2021-ci ilə - 4,00 manat, 2022-ci ilə - 4,00 manat, 2023-cü ilə - 4,00 manat. Quba rayonu, Aşağı Xuc kəndi ərazisində yerləşən 1.2680.54 ha torpaq sahəsində olan gilas bağının salınmasına və aqro-texniki tədbirlərin görülməsinə 2014-2023-cü illər ərzində (hər il üçün ayrı-ayrı göstərilməklə) çəkilmiş xərcin müəyyən edilməsi, həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən müəyyən edilə bilər. İş materiallarında olan, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Quba X28 Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli mütəxəssislərin rəyindən görünür ki, baxış keçirilən gilas bağı 8 cərgədən ibarət olduğu və 8x6 7 metr sxemində olmaqla 2013- 2014 cü təsərrüfat ilində əkdiyi müəyyən olundu Lakin sonrakı təsərrüfat illərində müxtəlif səbəblərdən əkilmiş tinglərin bir neçəsinin quruması nəticəsində yeni tinglər əkilmişdir Bu səbəbdən də gilas bağında mövcud ağacların müxtəlif yaş dövrlərində olduğu uçun 3 yaş qrupunu ayırmaqla saymış və aşağıdakı kimi olduğu müəyyən olunmuşdur: 1-2 yaş qrupunda 58 ədəd. 3-5 yaş qrupunda 75 ədəd və 6-9 yaş qrupunda isə 90 ədəd ümum 223 ədəd gilas ağacı mövcud idi. Gilas bağında olan 8 cərgənin müxtəlif yerlərində 55 ədəd əkilmiş gilas tinglərı və ya ağacları müxtəlif səbəblərdən quruduğu üçün yemləri ilə əlavə olunmasına ehtiyac vardır Bağda mövcud 223 ədəd gilas ağacın calaqaltı hissəsi cır gilas toxmacarı olduğuna görə belə bağların bara düşməsi 6-7-cı illərdən başlayır Bağda mövcud gilas ağacları əsasən Çəhrayı Napoleon. Ramon Oliva, Moldaviya qarası sortlarından ibarətdir , adətən calaqaltısı cır gılas toxmacarı olan gilas ağaclarına aqrotexniki xidmət işləri normal qaydada həyata keçirilərsə, ağaclar bara düşdükdən sonra bu tip gilas ağacdan ortalama 7-11 yaş dövründə 22 kq. 12-16 yaş dövründə 60kq, 17-26 yaş dövründə 100 kq. 27-30 yaş dövründə isə 50 kq civarında gilas məhsulu vermə qabiliyyətinə malik olur, baxış keçirilən 1 268 ha gilas bağında aqrotexniki xidmət ışləri normal qaydada həyata keçirilmədir 1 268 ha gilas bağının əkilmə ve aqrotexniki xidmət xərclərini kənd təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitundan (Quba rayonu Zərdabi qəsəbəsi gilas məhsulunun sonlar və illər üzrə qiymətini isə Quba rayon Statistika İdarəsindən əldə olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitu tərəfindən verilən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçının nümayəndəsi Abdul Qonaqovun dediyinə görə 1,268 ha gilas bağı 2013-cü ilin payızı və 2014-cü ilin yazında 8x7 m əkin sxemi ilə əkilmişdir. Növbəti təsərrüfat illərində həmin bağda qurumuş ağacların yerinə tinglər əkilməklə təmir-bərpa işləri yerinə yetirilmişdir. Baxış zamanı bağ sahəsində müxtəlif yaş qrupunda olan 219 ədəd sağlam gilas ağacı olduğu müəyyən edildi. 1,268 ha sahədə yeni gilas bağının əkilməsi xərcləri təxmini olaraq aşağıdakı kimi müəyyən edildi: - Sahədə olan bioloji yaş dövrünü və istisimar müddətini başa vurmuş ağacların kökləndirilməsi, sahənin şumlanması, diskilənməsi, malalanması, cərgə və ağac yerlərinin nişanİanması- 670,0 manat; -Çalaların qazılması (227 ədəd), tinglərin əkilməsi (227 ədəd), mıxçaların vurulması və tinglərin bağlanması-2497 manat; -Əkilmiş bağın suvarılması və tinglərin düzəİdilməsi-75,0 manat; -Meyvə tinglərinin qiyməti (227 x 5 manat)-1135,0 manat: Cəmi xərclər-2129,4 manat məhsula düşənə qədər cavan 1,268 ha gilas bağında aqrotexniki becərmə tədbirlərinə təxmini olaraq əkindən sonrakı birinci ilində-1130 manat, ikinci ilində- 1189 manat, üçüncü ilində-1351,0 manat; dördüncü ilində-1663,0 manat və beşinci ilində isə-1663,0 manat, 5 ildə cəmi-6996.0 manat maliyyə vəsaiti xərclənə bilər. Beş yaşdan yuxarı, ilkin məhsul vermə dövrünə başlamış, məhsuldar, 1,268 ha gilas bağı sahəsində aqrotexniki becərmə tədbirlərinə təxmini olaraq bir ildə orta hesabla 1947,4 manat olmaqla, 4 ildə cəmi 7789.6 manat maliyyə vəsaiti xərclənə bilər. 2023-cü ildə 1,268 ha gilas bağında bir dəfə disklənmə, üç dəfə suvarma, dörd dəfə xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilmiş və bu tədbirlərin yerinə yetirilməsinə isə təxmini olaraq 510,0 manat maliyyə vəsaiti xərclənə bilər, beləliklə, keçirilmiş baxış və aparılmış hesablamaların nəticələrinə əsasən 1,268 ha sahədə yeni gilas bağının salınmasına- 2129,4 manat və həmin bağ sahəsində olan 219 ədəd müxtəlif yaş qruplarında olan gilas ağaclarına 10 il ərzində (2014-2023-cü illər) aqrotexniki qulluq işlərinə 15295,6 manat, cəmi 17425,0 manat maliyyə vəsaiti xərclənə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 464 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Prosessual Məcəllə: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2003-cü il tarixli qərarında qeyd etmişdir ki, hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Quba rayonun Aşağı-Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədli 3,34 hektar torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə həmin kəndin sakinləri X15 və onun ailə üzvləri olan Cavabdeh3, X3, X4 və X8 mülkiyyətinə verilmişdir. 04 aprel 2000-ci il tarixli bələdiyyə üzvlərinin iştirakı ilə tərtib edilmiş akta 24 aprel 2000-ci il tarixli əlyazmaya əsasən, Quba rayonu Aşağı-Xuc kənd sakini X22 özünə və ailə üzvlərinə məxsus JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X37 əsasən 20715,36 kv.m əkin, 12680,54 kv.m bağ sahəsini uzun müddət istifadə etmək imkanı olmadığından, dövlət rüsumlarının vaxtında ödəmək şərti ilə İddiaçı təmənnasız, həmişəlik istifadə etmək üçün həvalə etmişdir. X6 ilə yanaşı arvadı Cavabdeh3, qızları X9, X10 və X19 tərəfindən imzalanmışdır. X22 08 yanvar 2012ci il tarixdə ölmüşdür. İddiaçı 2014-2023-cü illər ərzində həmin sahədə gilas bağı salmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-123/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Əlipənah oğlunun cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, X7, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı, Məmmədova (Yaqubova) Emma Yaqub qızı və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin, Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlaka dair çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi ərazi idarəsinə həvalə edilməsi hissəsinə xitam verilmiş, iddianı qalan hissəsi isə cavabdeh X15 və onun ailə üzvlərinə verilmiş JN-22T KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X37,əsasən Cavabdeh3, X9, X16 və X8 mülkiyyətinə Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq sahəsinin və üzərində köhnə tikili olan mənzilin cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsi təmin edilməməsi qət olunmuşdur. Qeyd edilən qətnamədən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2155/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(027)-123/2022 nömrəli qətnaməsinin ləğv olunması,yeni qətnamə qəbul edilməsi və iddia təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1598/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2155/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə xüsusilə vurğulayır ki, Ali Məhkəmənin 2(102)-1598/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının 19-cu abzasından da qeyd edilmişdir ki, həmin torpaq sahəsinin mülkiyyətçiləri cavabdehlərdir, cavabdehlərin özlərinin razılığı ilə mülkiyyətlərində olan torpaq sahəsində iddiaçı tərəfindən xeyli vəsait və əmək sərf edilərək çoxillik əkmələr əkilməsinə şərait yaradılmışdır. Tərəflərin arasında tərtib edilmiş aktdanda müəyyən olunur ki, cavabdehlər həmin torpaq sahəsini özlərinin becərmək imkanları olmadığından iddiaçıya daimi istifadəyə vermişlər, həmin aktda istifadə hüququ hər hansı müddətlə məhdudlaşdırılmamışdır.Belə olan halda iddiaçı tərfindən həmin sahədə bağ salınması təbiidir, mübahisəli torpaq sahəsinə dair tərəflər arasında bağlanmış əqd qanunvericiliyin tələblərinə cavab verməsə də, hər bir halda bu razılaşma baş tutmuş və cavabdehlərin özləri də bu faktı inkar etməmişlər, buna görə də iddiaçının cavabdehlərə qarşı mübahisəli torpaq sahəsinin yararlı hala gətirilməsi, orada artıq məhsul vermək üzrə olan bağ sahəsi salması ilə bağlı çəkdiyi xərcin qaytarılması və zərərin ödənilməsini tələb etmək hüququ vardır. Hazırkı iddianın əsası da məhz Ali Məhkəmənin sözügedən qərarıdır və qərarda araşdırılan hallar hazırkı mülki iş üzrə preyudisiyal xarakterə malikdir. Belə ki, mübahisəli bağ sahəsi cavabdehlər tərəfindən onun daimi istifadəsinə verildiyi üçün iddiaçı tərəfindən həmin torpaq sahəsinə çəkilmiş xərclər cavabdehlərin öhdəliyi kimi qəbul edilərək, həmin torpaq sahəsində xeyli vəsait və əmək sərf edildilməklə əkilmiş çoxillik ağaclardan gözlənilən gəlirdən məhrum olması, habelə cavabdehlərin qeyd olunan səbəblərdən əsassız varlanmaları iddiaçıya onlara qarşı tələb irəli sürmək hüququ verir. Həmçinin torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, torpaq sahəsində xeyli vəsait və əmək sərf edilməklə əkilmiş çoxillik əkmələr etmiş şəxsin torpaq sahəsindən istifadəsinin məhrum edilməsini tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla torpaq sahəsinin yararlı hala gətirilməsi, orada artıq məhsul vermək üzrə olan bağ sahəsi salmış şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Çünki, mülkiyyətçinin icazəsi ilə bağ salmış şəxsin oradan çıxarılacağı halda qarşı tərəfin maddi zərərə düşəcəyi, torpaq mülkiyyətçilərin iddiaçının hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır Məhkəmə mübahisənin qanuni həlli baxımından qeyd edir ki, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında ədalətli balansın təmin olunması vacib əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehlərinin mərhum atasının iddiaçıya torpaqdan istifadə ilə bağlı verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız cavabdehlərin mülkiyyət hüququna istinadən iddianın tamamilə rədd edilməsi dürüstlük qaydasına da uyğun gəlmir. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olsa da iddia tələbi dəymiş zərərin 174 000 manat olması hissəsində qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitu tərəfindən verilən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, baxış zamanı bağ sahəsində müxtəlif yaş qrupunda olan 219 ədəd sağlam gilas ağacı olduğu müəyyən edilmiş, 1,268 ha sahədə yeni gilas bağının əkilməsi xərcləri təxmini olaraq aşağıdakı kimi müəyyən edilmişdir: - sahədə olan bioloji yaş dövrünü və istisimar müddətini başa vurmuş ağacların kökləndirilməsi, sahənin şumlanması, diskilənməsi, malalanması, cərgə və ağac yerlərinin nişanlanması-670,0 manat; -çalaların qazılması (227 ədəd), tinglərin əkilməsi (227 ədəd), mıxçaların vurulması və tinglərin bağlanması-2497 manat; -əkilmiş bağın suvarılması və tinglərin düzəıdilməsi-75,0 manat; -meyvə tinglərinin qiyməti (227 x 5 manat)-1135,0 manat: cəmi xərclər-2129,4 manat məhsula düşənə qədər cavan 1,268 ha gilas bağında aqrotexniki becərmə tədbirlərinə təxmini olaraq əkindən sonrakı birinci ilində-1130 manat, ikinci ilində- 1189 manat, üçüncü ilində-1351,0 manat; dördüncü ilində-1663,0 manat və beşinci ilində isə-1663,0 manat, 5 ildə cəmi-6996.0 manat maliyyə vəsaiti xərclənə bilər. Beş yaşdan yuxarı, ilkin məhsul vermə dövrünə başlamış, məhsuldar, 1,268 ha gilas bağı sahəsində aqrotexniki becərmə tədbirlərinə təxmini olaraq bir ildə orta hesabla 1947,4 manat olmaqla, 4 ildə cəmi 7789.6 manat maliyyə vəsaiti xərclənə bilər. 2023-cü ildə 1,268 ha gilas bağında bir dəfə disklənmə, üç dəfə suvarma, dörd dəfə xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilmiş və bu tədbirlərin yerinə yetirilməsinə isə təxmini olaraq 510 manat maliyyə vəsaiti xərclənə bilər, beləliklə, keçirilmiş baxış və aparılmış hesablamaların nəticələrinə əsasən 1,268 ha sahədə yeni gilas bağının salınmasına-2129,4 manat və həmin bağ sahəsində olan 219 ədəd müxtəlif yaş qruplarında olan gilas ağaclarına 10 il ərzində (2014-2023-cü illər) aqrotexniki qulluq işlərinə 15295,6 manat, cəmi 17425 manat maliyyə vəsaiti xərclənə bilməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, iddiaçıya tərəfindən həmin torpaq sahəsinə çəkilmiş xərclər nəticəsində dəymiş ziyanın ümumilikdə 17425 manat məbləğində olması iş üzrə təyin edilmiş mütəxəssis rəyi ilə müəyyən edildiyindən, dəymiş ziyanın real həcmi 17425 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) hesabına, yəni 30 il ərzində iddiaçının bağın becərilməsinə çəkdiyi xərclərdən əlavə hər il 5000 manata gəlir götürəcəyi nəzərə alınmaqla 150.000 manat məbləğində pulun tutulması” hissəsində hesab edir ki, əsassızdır. Belə ki, iddiaçı əşyaya vicdanlı sahiblik edən olduğundan onun qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə məhz çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı tərəfindən çəkilən xərclər də həmin sahə üzrə ixtisaslaşdırılmış qurum tərəfindən verilmiş rəy ilə müəyyən edilmişdir. Buna görə iddia digər hissədə təmin edilə bilməz. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumuna dair hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddianın qiyməti 17 425 manat olduğundan, 142,28 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə bioloji və əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat məbləğində pul vəsaiti də cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 17 425 (on yeddi min dörd yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 142,28 (yüz qırx iki manat, iyirmi səkkiz qəpik) dövlət rüsumu cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubova) Emma Yaqub qızından müştərək qaydada alınaraq İddiaçı ödənilsin. 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubova) Emma Yaqub qızından müştərək qaydada alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar