Məhkəmə qərarları › İş №e-2(011)-1221/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1221/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1221/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı müqavilə öhdəliyinin vaxtında icra edilməməsi ilə əlaqədar əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün əldən çıxmış fayda kimi iddiaçıya dəyən zərərə görə 64493 manat məbləğində pulun və 257 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilən sənədləri geri götürdüyünü bildirmiş və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin, ona əlavə edilən sənədlərin geri qaytarılmasına və iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddia tələbini, iş materiallarını və iddia ərizəsinin geri qaytarılması barədə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə qəbul edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa;. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən və iddiaçının nümayəndəsinin izahatından görünür ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmiş, məhkəməyə ərizə ünvanlayaraq iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə ərizə qəbul edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən MilliÖn (terminal No 53612) elektron ödəmə sistemi vasitəsi ilə dövlət rüsumu kimi ödənilmiş 247 manat pul və xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən MilliÖn (terminal No 51531) elektron ödəmə sistemi vasitəsi ilə dövlət rüsumu kimi ödənilmiş 38 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar