Məhkəmə qərarları › İş №e-2(011)-1280/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1280/2025

09.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1280/2025 09.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, işə bərpa olunan günədək məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi, mənəvi zərərin” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı - “əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, işə bərpa olunan günədək məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi, mənəvi zərərin” tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında barışıq əldə olunaraq, saziş tərtib edilərək hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandığlndan, barışıq sazişi təsdiq edilərək, iddiadan imtina edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında razılıq əldə olunduğundan, xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iş üzrə barışıq sazişi təsdiq edilərək icrata xitam verilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən iddia tələbi ilə bağlı mübahisəni tərəflər qarşılıqlı razılaşma yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında mübahisə mövcud deyildir. Bu səbəbdən iddiaya məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barış sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və X3 tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: 3.1. İddiaçı X2 təsdiqlənməsinə görə məhkəməyə verdiyi iddia tələblərindən imtina edir, cavabdeh isə iddiaçının iddiasından imtina etməsi qarşılığında X3ndə göstərilən öhdəlikləri yerinə yetirir. 3.2. Cavabdeh iddiaçı ilə bağlanmış xx.xx.2007-ci il (sonrakı əlavə və dəyişikliklərlə) tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 106/K №-li əmrin ləğv edilməsi və həmin əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə xitam verilməsi barədə əmr verir və əmri İddiaçıya təqdim edir. 3.3. Cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 106/K №-li əmrin ləğv edilməsi barədə, habelə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə xitam verilməsi barədə qeydləri İddiaçının əmək kitabçasına daxil edir. Cavabdeh iddiaçının barəsində yazılı qaydada müsbət xasiyyətnamə (reference) təqdim edir. 3.4. Cavabdeh, iddiaçının aylıq əmək haqqına uyğun olaraq, 3 (üç) aylıq (10 oktyabr- 09 noyabr 2024-cü il, 10 noyabr-09 dekabr 2024-cü il, 10 dekabr 2024-xx.xx.2025-ci il üzrə) əmək haqqı məbləğində pul vəsaitini (sosial sığorta haqqı və digər məcburi dövlət ödəmələri çıxıldıqdan sonra cəmi - 13500 manat) və əmək haqqına əlavə şəklində sosial sığorta haqqı və digər məcburi dövlət ödəmələri çıxıldıqdan sonra cəmi - 2000 (iki min) manat pulu İddiaçının əmək haqqı üzrə bank hesabına nağdsız qaydada ödəyir. 3.5. Cavabdeh mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrin nömrəsi və tarixinin və əmək müqaviləsinə xitam verilməsinin əsasının dəyişdirilməsi barədə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna müraciət edir. 3.6. X2 3.2-3.5-ci bəndlərində nəzərdə tutulan öhdəliklərin icrasını Cavabdeh bu X1 rayon məhkəməsi tərəfindən təsdiq olunmasından (qərardadın çıxarılmasından) 7 (yeddi) iş günü ərzində tamamilə icra edir. 3.7. X3 Tərəflər arasında imzalandıqdan dərhal sonra “İddiaçının iddiadan imtina etməsi və barışıq sazişinin təsdiqlənməsi barədə” Ərizə, cavabdehin isə “Barışıq Sazişinin təsdiqlənməsi barədə” Ərizəsi Xətai rayon məhkəməsinə təqdim olunur. İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, işə bərpa olunan günədək məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi, mənəvi zərərin” tələbi barədə iddia icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar