Məhkəmə qərarları › İş №e-2(011)-1288/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1288/2025

31.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1288/2025 31.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölgüsü tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı ünvan 1 mənzil 128 evin paylar mütənasib yəni Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2-860 saylı, 196-cı il tarixli qətnaməsi müəyyən edilmiş sahəsi 17,86 kv.m olan bir otağın, X4 verilməsi 18,64 kv.m olan digər bir otağın Cavabdeh paylarına müvafiq naturada bölünməsi, payın ayrılması mümkün olmadıqda, pay əvəzi olan 60.000 min manat pulun cavabdeh tərəfindən ona kompensasiya kimi ödənilməsi, cavabdeh bundan imtina etdikdə isə qeyd edilən mənzilin hərracdan satılması, əldə olunan pulun paylara uyğun ikisi arasında bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının dəlilləri: Bakı şəhəri, Xətai rayonu, General Şıxslınski küçəsi, ev 1A mənzil 128 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2-860 saylı xx.xx.1996-cı il tarixli qətnaməsi ilə mənzil bölünərək, sahəsi 17,86 kv.m olan bir otaq, X1, 12,64 kv.m olan dig bir otaq, Cavabdeh verilməsi, mənzilin pay haqqı bölünərək, İddiaçı 754 rubl 86 qəpik alınıb Cavabdeh verilməsi qət edilmişdir. Lakin sözügedən tarixdən hazırki vaxta kimi mənzil cavabdehin sahibliyində və istifadəsində olmuş, həmin mənzil haxırkı tarixə kimi cavabdeh tərəfindən müxtəlif şəxslərə verilmiş, iddiaçının payı tanınmış əmlak üzərində hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Tərəflər əvvələr ailə münasibərində olsa da uzun müddətdir həmin münasibətləri pozulmuş və qeyd edilən mənzildə hazırda kirayəçilərə verilmişdir. Hazırda cavabdehlə bir yerdə yaşamaq imkanları yoxdur və cavabdeh qeyd edilən ev üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə şərait yaratmır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır ki, həmin mənzilin ya naturada bölgüsü aparılsın, ya da həmin evdə cavabdeh tərəfindən ona düşən kompensasiya verilsin, yaxud da həmin mənzil açıq həracda satılmaqla paylara müvafiq pul bölünsün. Cavabdehin etirazı: Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, tərəflərin nikahı 1989-ci il tarixində rəsmiləşdirilmişdir. Tərəflər qısa müddət ərzində, təxminən heç bir olmamış ayrılmışdırlar. Rəsmiyyətdə isə tərəflərin nikahı 1994-cü ildə pozulmuşdur. İddiaçı 1990-cı ildən bu günə kimi sözü gedən evdə yaşamamışdır. İddiaçının nikah pozulduqdan sonra 30 ildən çox vaxt sonra onun belə bir iddia ilə müraciət etməsi heç bir məntiqə və qanuna sığmır. İddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadn ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq edilir. Cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları xx.xx.1996-cı il tarixində 28 aprel 1990-cı il tarixli 032717 nömrəli orderə əsasən ünvan 1 ünvanında yerləşən 128 saylı mənzilin üzərində X3 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-860-1996 saylı, xx.xx.1996-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək ünvan 1 ünvanında yerləşən 128 saylı mənzili bölünərək sahəsi 17,86 kv.m. olan bir otaq İddiaçıa, sahəsi 18,64 kv.m. olan gigər otaq Cavabdeh verilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli, 10/1802 saylı ekspert rəyinə əsasən, rəyin tətqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 128 saylı mənzilin tərəflərin paylarına (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-860 saylı, 1996-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş qaydada sahəsi 17,86 kv.m. olan bir otağın İddiaçı verilməsi, 18,64 kv.m. olan digər bir otağın Cavabdeh verilməsi) uyğun naturada bölünməsinin AzDTN 2.7-2 “Yaşyış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. "xxxx" MMC tərəfindən aparılmış mənzilin qiymətləndirilməsi barədə hesabata əsasən, ünvan 1 ünvanında yerləşən 128 saylı mənzilin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 120.000 (yüz iyirmi min) manat təşkil edir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə 384. İddia müddətinin şamil edilmədiyi tələblər 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024-cü il tarixli qərardadına əsasən, Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər. Qərardadda, həmçinin qeyd edilmişdir ki, Mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2-860-1996 saylı, xx.xx.1996-cı il tarixli qətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən 128 saylı mənzilin üzərində tərəflərin payları müəyyən edilməklə, 17,86 kv.m. olan bir otağın İddiaçı verilməsi, 18,64 kv.m. olan digər bir otağın Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, müvafiq olaraq ünvan 1 ünvanında yerləşən 128 saylı mənzil tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Cavabdeh iddiaçının əmlak üzərində olan mülkiyyət hüququnu inkar edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya məxsus payın satın alınması ilə əlaqədar təklifinə də etiraz etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ümumi mülkiyyətdə olan mənzil açıq hərracdan satılmalı və əldə edilən pul vəsaiti mülkiyyətçilərin paylarına mütənasib olaraq onlara ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara, o cümlədən proses iştirakçıların izahatlarına və iş materiallarında olan digər sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ünvan 1 ünvanında yerləşən 128 saylı mənzil açıq hərracda satılmalı və müvafiq olaraq həmin mənzilin və avtomobilin açıq hərracda satılması nəticəsində əldə olunacaq pul vəsaiti paylarına mütənasib olaraq tərəflərə ödənilməlidir. ünvan 1 ünvanında yerləşən 128 saylı mənzilin ilkin satış qiyməti 120.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəsinə qiymət verərək qeyd edir ki, ərizə əsassız olduğundan məhkəmə tərəfindən nəzərə alınmamalıdır. Belə ki, cavabdeh tərəflər arasında olan nikahın 1994-cü il tarixində pozulduğuna istinad edərək Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini tələb etsə də, mübahisəli əmlak üzərində tərəflərin paylarının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-860-1996 saylı, xx.xx.1996-cı il tarixli qətnaməsinə əsasən artıq müəyyən edilmişdir. Digər tərəfdən hazırkı iddia tələbinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində nəzərdə tutulmuş 10 illik iddia müddəti də tətbiq edilə bilməz. Belə ki, iddia tələbi paylı mülkiyyətdə olan əmlakla bağlı mülkiyyətçinin hüququnun pozuntusunun aradan qaldırıması ilə bağlı olduğundan, hazırkı iddia tələbinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən iddia müddətinə tətbiq edilə bilməz. Yuxarıda qeyd edilənləri və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və iddia qismən təmin edilməlidir. Məhkəmə xərcləri: İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, məhkəmə xərclərinə daxil olan aparılmış ekspertiza tədqiqatına görə haqq cavabdehə aid edilməlidir. Belə olan halda, ekspertiza tədqiqatına görə 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən 128 saylı mənzil açıq hərracda satılsın və həmin mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq pul vəsaiti tərəflərin Bakı şəhəri Xətai rayon məhkəməsinin 2-860-1996 saylı, xx.xx.1996-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş paylarına mütənasib olaraq ödənilsin. ünvan 3 ünvanında yerləşən 128 saylı mənzilin ilkin satış qiyməti 120.000 (yüz iyirmi min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tətqiqatının əvəzi olaraq 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar