Məhkəmə qərarları › İş №e-2(011)-1303/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1303/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1303/2025 14.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı sədrliyi Məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi Cavabdeh Cavabdeh1 Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Səfərov Balakı̇ şi Məmmədağa oğlunun cavabdeh İsgəndərlı̇ İbrahı̇ m Oktay oğlu və digərinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Səfərov Balakı̇ şi Məmmədağa oğlu cavabdeh İsgəndərlı̇ İbrahı̇ m Oktay oğlu və Cavabdeh2 notiriusuna qarşı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 131 saylı evin 18 sayl mənzili barəsində Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixində bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı Səfərov Balakı̇ şi Məmmədağa oğlu məhkəməyə vəsatət təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh İsgəndərlı̇ İbrahı̇ m Oktay oğlu iddianın geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Səfərov Balakı̇ şi Məmmədağa oğlu cavabdeh İsgəndərlı̇ İbrahı̇ m Oktay oğlu və Cavabdeh2 notiriusuna qarşı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 131 saylı evin 18 sayl mənzili barəsində Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixində bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar