Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1310/2024 18.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı əmlakın naturada bölgüsü tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-100/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və iddiaçının paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 9, mənzil 1/9; ünvan 1, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binada 30.6 kv.m ümumi 28 kv.m əsas, 2.6 kv.m-i köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın İ mərtəbəsində 50.1 kv.m ümumi 50.1 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin naturada bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianın həcminin azaldılması ilə bağlı ərizə ilə müraciət edərək iddia tələbini ünvan 1 ünvanında yerləşən mənzillə bağlı hissədə azaldılaraq, məhkəmədən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 9, mənzil 1/9, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binada 30.6 kv.m ümumi 28 kv.m əsas, 2.6 kv.m-i köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın İ mərtəbəsində 50.1 kv.m ümumi 50.1 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin naturada bölünməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-100/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mərhum X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi,ev 9, mənzil 1/9; ünvan 1; Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binada 30.6 kv.m ümumi 28 kv.m əsas, 2.6 kv.m-i köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın İ mərtəbəsində 50.1 kv.m ümumi 50.1 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə 1/5 hissədə payım müəyyən edilmişdir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hal-hazırda digər mülkiyyətçilər tərəfindən iddiaçının həmin əmlaklardan istifadə etməyinə maneçilik törədilir. Belə ki, yuxarıda qeyd etdiyim qeyri-yaşayış sahələri digər mülkiyyətçilər tərəfindən iddiaçının icazəsi olmadan icarəyə verilmişdir. İddiaçı 16 noyabr 2023-ci il tarixdə cavabdehlərə yazılı müraciət edərək paylı mülkiyyətimizdə olan mənzillər və qeyri-yaşayış sahələrinin naturada bölünməsinə razılıq vermələrini təklif etmişdir. Lakin buna baxmayaraq cavabdehlər iddiaçının yazılı təklifinə heç bir münasibət bildirməmişdirlər. AR Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylımülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasınıməhkəmə qaydasında tələb edə bilər. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşin faktiki halları: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-100/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il tarixində vəfat etmiş miras qoyan X2 miras qalmış əmlaklara dair Bakı şəhəri 6 saylı Notariat Ofisində xx.xx.2008-ci ildə açılmış vərəsəlik işi üzrə xx.xx.2008-ci il tarixdə 2V- 9, 2V-10, 2V-11 və 2V-İ2 reyestrlə təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh3 mərhum X1 qalmış Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 9, mənzil 1/9, ünvan 1, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binada 30.6 kv.m ümumi 28 kv.m əsas, 2,6 kv.nı. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın İ-ci mərtəbəsində 50.1 kv.m ümumi 50.1 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsindən ibarət mirası qəbul etməsi faktının müəyyən edilməsi, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 9, mənzil 1/9, ünvan 1, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binada 30.6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın 1-ci mərtəbəsində 50.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsindən ibarət miras əmlaklar üzrə Cavabdeh1 1/5 hissədə, Cavabdeh3 1/5 hissədə, Cavabdeh2 1/5 hissədə, X3 1/5 hissədə, İddiaçı 1/5 hissədə payların müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2431 nömrəli 19 iyul 2024-cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 9 saylı binanın 1/9 saylı mənzilin tikililərinin planlı yerləşməsini, yaşayış və yardımçı otaqlarının sayını, yəni mənzil üzrə bir sanitariya qovşağının, bir dəhlizin və bir yaşayış otağının olmasını, eləcə də, tərəflərin payına düşən yaşayış sahəsinin 2.4 bəndində göstərilən 8.0 kv. metr sahədən az təşkil etdiyini nəzərə alaraq, tədqiq olunan mənzilin tikililərinin tərəflərin 1/5 paylarına uyğun ayrı-ayrı təcrid mənzil şəklində naturada bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7-ci bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 9 saylı binada yerləşən 30.6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin bir tikilidən ibarət olmasını və bir giriş-çıxış qapısının olmasını nəzərə alaraq, 30.6 kv. metr sahədən ibarət qeyri-yaşayış sahəsinin tərəflərin 1/5 paylarına uyğun 5 ayrı-ayrı təcrid formada naturada bölünməsi İnşaat Norma və Qaydaları, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 9 saylı binada yerləşən 50.1 kv. metr sahədən ibarət qeyri-yaşayış sahəsi üzrə tərəflərin 1/5 paylarına uyğun sayda və sahədə tikililərin olmadığını, eləcə də iki giriş-çıxış qapısının olduğunu nəzərə alaraq, 50.1 kv. metr sahədən ibarət qeyri-yaşayış sahəsinin tərəflərin 1/5 paylarına uyğun 5 ayrı-ayrı təcrid formada naturada bölünməsi İnşaat Norma və Qaydaları, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 213-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. - 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). - 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6. və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib sürətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsasız olduğundan rədd edilməlidir. Belə ki, mübahisəli danışmaz əmlakların mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, mövcud iddia tələbi təmin edilə bilməz. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti də iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4 qarşı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-100/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və iddiaçının paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 9, mənzil 1/9; Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binada 30.6 kv.m ümumi 28 kv.m əsas, 2.6 kv.m-i köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,0851 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın İ mərtəbəsində 50.1 kv.m ümumi 50.1 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin naturada bölünməsi tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yuz) manat məbləğində pul vəsaiti X4 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1310/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1310/2024
18.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver