Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-134/2025 24.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi F.Əkbərov ilə 26 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, "Villa Badam" şəhərciyi, B37 tipli 128 №li villanın satılması ilə bağlı cavabdeh tərəfindən aralarında 006 № li satış müqaviləsi bağlanılmışdır. İddiaçıya satılan həmin villa Abşeron rayonu, Saray qəsəbəsi, "Villa Badam" şəhərciyində yerləşir. Satıcı ümumi layihəyə uyğun olaraq "Villa Badam" şəhərciyinin salınması, onun müasir standartlara və bu müqavilədə göstərilən şərtlərə uyğun tikilməsini təşkil edir və alıcı ilə əvvəlcədən razılaşdırılmış villanı bu müqavilə ilə müəyyən edilmiş müddətdə təhvil verir. "xxxx" MMC-nin təsisçisi F.Əkbərov aralarında bağlanan 26 aprel 2007-ci il tarixli 006 №li Satış müqaviləsinin 2.3-cü bəndinə əsasən, Abşeron rayonu, Saray qəsəbəsi, "Villa Badam" şəhərciyi, B37 tipli 128 № li villanın ümumi qiyməti 445500 ABŞ dollarıdır. Müqavilənin 1-ci bəndinə əsasən, alıcı bu müqavilədə göstərilmiş torpaq sahəsinin ölçüsü 1392 m² olan ərazidə 297 m² ümumi sahəsi olan evialır və onun dəyərini ödəməyi öhdəsinə götürür (villanın çöl divarlarının sahəsi istisna olmaqla qalan bütün divar, kolonlar və açıq sahələrin altındakı sahələr villanın ümumi sahəsinə daxildir). Əmlakın təhvil verilmə tarixini nəzərdə tutan müqavilənin 2.1-ci bəndində əmlakın İ və İİ əlavədə göstərilən planlara və spesifikasiyalara uyğun "xxxx" şirkətinin standart, təmirsiz halda layihənin təsdiq olunduğu tarixdən 18 ay müddətində təhvil verilməsi göstərilir. Bu müqavilənin 6-cı bəndində qeyd edilir ki, alıcı bu müqaviləni birtərəfli qaydada ləğv etmək istədikdə və satıcını bu haqda rəsmi xəbərdar etdikdə onun tərəfindən satıcıya ödənilmiş məbləğ alıcıya qaytarılmalıdır. Müqavilənin 11-ci bəndinə görə, müqavilə üzrə tərəflər arasında yaranan mübahisələrin danışıqlar yolu ilə həlledilməsi mümkün olmadıqda, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq tənzimlənir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 26 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, "Villa Badam" şəhərciyi, B37 tipli 128 №li villanın satıcı tərəfindən iddiaçıya satılması ilə bağlı 006 №li Satış müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi bugünə qədər yerinə yetirməmiş, B37 tipli 128 №li villanı tikib mənə təhvil verməmişdir. Buna baxmayaraq iddiaçı həmin villanın tikilib ona təhvil verilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 289.993 ABŞ dolları ödəmişdir. Bunu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənişlərinin qeyd edildiyi kassa mǝdaxil orderinin qəbzləri də təsdiq edir. Həmin puldan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçıya 2021-ci il tarixdə 149000 manat pul geri qaytarmışdır. Hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçıya 202345 ABŞ dolları pul borcludur. 2022-ci ildə "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesinin gedişatı dövründə "xxxx" MMC-nin təsisçisi F.Əkbərov iddiaçıya vədlər verərək bildirmişdir ki, həyat yoldaşı X3 ilə birlikdə əmlakdan (villadan) imtina ərizəsi versin, cavabdeh də iddiaçının pullarını geri qaytarsın. İddiaçı iddia ərizəsini geri götürdükdən sonra, məhkəmə ərizəni baxılmamış saxlamışdır. Daha sonra cavabdeh tərəf verdiyi vədlərə əməl etməyərək və üzərinə düşən öhdəliyi yerinə yetirməyərək hal-hazıradək sözügedən heç bir pul vəsaitini geri qaytarmamışdır. Beləliklə, o, iddiaçını aldadaraq əmlakdan imtina ərizəsini almağa nail olmuş, lakin üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda da telefon zənglərinə cavab vermir. Daha sonra "xxxx" MMC ilə aralarında da məhkəmə mübahisəsi olan vaxt bundan istifadə edən Cavabdeh1 uzun illərdir tanıdığına görə ona dərin etibarı var idi. Lakin cavabdeh ona olan etibarından və çətin vəziyyətindən sui-istifadə edərək iddiaçının 40000 manat məbləğdə pulunu mənimsəmişdir. Cavabdeh1 iddiaçının məhkəmə mübahisəsinin olduğunu bildiyindən iddiaçını məhkəmədə təmsil etməsi üçün özü tanıdığı bir vəkil tapmışdır. Lakin, məhkəmə gedişində MMC ilə aralarında müəyyən razılığa gəldikləri üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri götürmək barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Aralarında olan razılığa əsasən, "xxxx" MMC iddiaçıya ödəniləcək pulu hissə-hissə ödəməyi öz öhdəliyinə götürmüşdür. "xxxx" MMC-nin ödəməli olduğu 40000 manat məbləğdə pulu Cavabdeh1 alaraq mənimsəmiş və bugünə qədər də həmin pulu geri qaytarmamışdır. Cavabdeh1 Şəhniyar oğlu iddiaçıdan dələduzluq yolu ilə aldığı 40000 manat miqdarda pulu könüllü surətdə qaytarmaq istəmədiyindən, onun barəsində “pul tələbinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ödənişlər olunduqca qəbzlərə imza atılıb ödənişlər alınmışdır. Sözügedən 40000 manat pulu da Ayaz Əliyev götürərkən qəbzə imza çəkmişdir. Bundan əlavə Cavabdeh1 bu əməlləri ilə bağlı iddiaçı tərəfindən Baş Prokurorluğa, eləcə də Xətai Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edilmişdir. Xətai Rayon Prokuroru Sərdar İmanov ilə olan görüşdə Cavabdeh1 iddiaçıya məxsus 40000 manat məbləğində pulu mənimsədiyini və hələ də qaytarmadığını etiraf etmişdir. X8 Cavabdeh1 iddiaçıdan aldığı 40000 manat məbləğində pulu iddiaçıya qaytarması üçün 2 gün vaxt vermişdir və bu müddət ərzində pulu qaytarmadığı təqdirdə Cavabdeh1 barəsində cinayət işi açılacağını ona bildirmişdir. Lakin edilən bütün xəbərdarlıqlara əhəmiyyət verməyərək pulu hələ də geri qaytarmamışdır. Göründüyü kimi Cavabdeh1 iddiaçının etibarından, qohumluq münasibətlərindən sui-istifadə edərək iddiaçıya məxsus 40000 manat məbləğində pulu mənimsəmiş və qaytarmamışdır. Nəticədə iddiaçının hüquqlarını pozan və mənafelərinə zidd olan qanunsuz hərəkətlər həyata keçirmişdir. Beləliklə, konstitusion hüquqlarını eyni zamanda qanunvericiliklə verilmiş hüquqlarını kobud surətdə pozmuşdur. Bu səbəbdən də cavabdehlərə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdehlər "xxxx" MMC və Cavabdeh1 Şəhniyar oğlundan 40000 manat məbləğində pulun, vəkil xidməti üçün ödənilmiş 300 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 212 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı 200000 manat pulu almış və evdən imtina etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 26 aprel 2007-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilməsi barədə 23 sentyabr 2021-ci il tarixli razılaşmanın surətindən görünür ki, tərəflər 26 aprel 2007-ci il tarixli alqı-satqı müqaviləsinə hazırkı razılaşmanın qüvvəyə minməsi ilə xitam verilməsi, alqı-satqı müqaviləsinin predmeti Abşeron rayonu, Saray qəsəbəsi, Cavabdeh2 MMC-yə məxsus “Villa Badam” şəhərciyi ünvanında yerləşən 297 kv.m olan B tipli, 37 nömrəli fərdi yaşayış evini alıcının şirkətə qaytarmağı barədə razılığa gəlirlər. Ödənilən məbləğ 200000 manatdır. Bu razılaşmaya əsasən alıcının şirkətə ödədiyi məbləğdən 23 sentyabr 2021-ci il tarixdə 70000 manat, qalan 130000 manat 07 oktyabr 2021-ci il tarixinə geri qaytarılacaqdır. Bütöv məbləğ qaytarıldıqdan sonra alıcı yuxarıda qeyd olunan ünvanda yerləşən B tipli 37 nömrəli evi haqqında notarius tərəfindən təsdiq olunmuş evindən imtina ərizəsini “şirkətə” təqdim etməlidir. İş materiallarında olan Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş İddiaçı **********304 nömrəli, 13 dekabr 2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı 26 aprel 2007-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B37 tipli, 128 nömrəli, 297 kv.m sahəsi olan Villaya görə ona 200000 manat ödənilmiş, İddiaçı həmin villadan və pay haqqından imtina etmişdir. İş materiallarında olan Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş X1 **********005 nömrəli, 13 dekabr 2021-ci il tarixli ərizənin surətindən görünür ki, X3 26 aprel 2007-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B37 tipli, 128 nömrəli, 297 kv.m sahəsi olan Villaya görə ona 200000 manat ödənilmiş, Nərgiz Qocayeva həmin villadan və pay haqqından imtina etmişdir. İş materiallarında olan 23 sentyabr 2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı 23 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilməsi barədə razılaşmaya əsasən 70000 manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan 10 noyabr 2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı (əvəzinə Cavabdeh1 – Bakı şəhəri 12 saylı notariat ofisində 10 noyabr 2021-ci il tarixdə verilmiş etibarnamə əsasında nümayəndəsinə) 23 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilməsi barədə razılaşmaya əsasən 30000 manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan 02 dekabr 2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı (əvəzinə Cavabdeh1 – Bakı şəhəri 12 saylı notariat ofisində 10 noyabr 2021-ci il tarixdə verilmiş etibarnamə əsasında nümayəndəsinə) 23 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilməsi barədə razılaşmaya əsasən 51000 manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan 13 dekabr 2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı (əvəzinə Cavabdeh1 – Bakı şəhəri 12 saylı notariat ofisində 10 noyabr 2021-ci il tarixdə verilmiş etibarnamə əsasında nümayəndəsinə) 23 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilməsi barədə razılaşmaya əsasən 9000 manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan 13 dekabr 2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı (əvəzinə Cavabdeh1 – Bakı şəhəri 12 saylı notariat ofisində 10 noyabr 2021-ci il tarixdə verilmiş etibarnamə əsasında nümayəndəsinə) 23 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilməsi barədə razılaşmaya əsasən 10000 manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3145/2022 saylı, 30 avqust 2022-ci il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı və X2 Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin mülki iş üzrə (2(011)-3145/2022 saylı) Cavabdeh2 MMC-nin etiraz ərizəsindən görünür ki, İddiaçılə bağlanılmış xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsi üzrə öhdəliklər onun özü tərəfindən pozulmuşdur. İddiaçı ilkin olaraq üzərinə düşən öhdəlikləri, yəni ödəməli olduğu pulun az hissəsini ödəsə də, sonradan öhdəliklərini yerinə yetrməkdən imtina etmişdir. Buna baxmayaraq “F.İ.P" MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirmiş, müqavilədə nəzərdə tutulan villa tikilmiş və hazırda da həimn villa tam hazır vəziyyətdədir. Lakin İddiaçı villanın pulunu ödəmək iqtidarında olmadığı üçün onunla belə razılıq əldə olunmuşdur ki, “F.İ.P" MMC İddiaçı 200.000 manat pul ödəyir, İddiaçı isə villadan imtina edir. Bu səbəbdən "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilməsi barədə Razılaşma bağlanılmışdır. Həmin razılaşmaya əsasən tərəflər arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqaviləyə xitam verilir, Cavabdeh2 MMC tərəfindən isə xx.xx.2021-ci il tarixdə 70.000 manatı, yerdə qalan 130.000 manatı isə xx.xx.2021-ci il tarixədək ödənilməsi həyata keçirilir. “F.İ.P" MMC tərəfindən öhdəliklər bu Razılaşma üzrə də tam yerinə yetirilmiş, 200.000 manat pul İddiaçı ödənilmişdir. Eyni zamanda İddiaçı və onun həyat yoldaşı Nərgiz Qocayeva notariat qaydada ərizə yazaraq mübahisəli villadan imtina etmələrini təsdiq etmişlər. Bütün bu hallar onu göstərir ki, İddiaçı könüllü qaydada onunla bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilməsi barədə Razılaşmanı imzalayaraq pulunu geri götürmüş və bununla da villaya olan bütün hüquqlarını itirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3800/2024 saylı, 20 dekabr 2024-cü il tarixli qərarın surətindən görünür ki, iddiaçı X2 Cavabdeh2 MMC-yə qarşı “pul, mənzilin tikinti şirkətinə qaytarılması, ödənilmiş vəsaitin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2(103)-1635/2024 nömrəli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2024-cü il tarixli 2(103)-1635/2024 nömrəli qətnaməsi iddianın təmin edilməmiş hissəsinə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardan müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Abdullayeva Aynur) 2(011)- 3424/2023 nömrəli, 6 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, 200.000 manat pul məbləğinin və 250,50 dövlət rüsumunun Cavabdeh2ndən alınaraq iddiaçı X4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Bəhrəmzadə Sabit - sədrlik edən və məruzəçi, Mərdanova Xumar və Həsənov Elnur) 30 aprel 2024-cü il tarixli 2(103)-1635/2024 nömrəli qətnaməsi ilə iddiaçı X5 və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sübutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında 26 aprel 2007-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin predmeti Abşeron rayonu, Saray qəsəbəsi, Cavabdeh2 MMC-yə məxsus “Villa Badam” şəhərciyi ünvanında yerləşən 297 kv.m olan B tipli, 37 nömrəli fərdi yaşayış evi olmuşdur. Daha sonra tərəflər arasında 26 aprel 2007-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilməsi barədə 23 sentyabr 2021-ci il tarixli razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən tərəflər 26 aprel 2007-ci il tarixli alqı-satqı müqaviləsinə hazırkı razılaşmanın qüvvəyə minməsi ilə xitam verilməsi, alqı-satqı müqaviləsinin predmeti Abşeron rayonu, Saray qəsəbəsi, Cavabdeh2 MMC-yə məxsus “Villa Badam” şəhərciyi ünvanında yerləşən 297 kv.m olan B tipli, 37 nömrəli fərdi yaşayış evini alıcının şirkətə qaytarmağı, alıcının şirkətə ödədiyi məbləğdən 23 sentyabr 2021-ci il tarixdə 70000 manat, qalan 130000 manat 07 oktyabr 2021-ci il tarixinə geri qaytarılmağı barədə razılığa gəlmişlər. İddiaçı və onun arvadı X3 13 dekabr 2021-ci il tarixdə notarial ərizə verərək 26 aprel 2007-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B37 tipli, 128 nömrəli, 297 kv.m sahəsi olan Villaya görə ona 200000 manat ödənildiyini təsdiq etmiş və həmin villadan və pay haqqından imtina etmişdirlər. İddiaçı hazırda cavabdehlərdən 40000 manat pul vəsaitinin tutulması barədə məhkəmədə iddia qaldırsa da, cavabdehlərin iddiaçıya 40000 manat borcunun olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-134/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-134/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver