Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1351/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 MTK-nin nümayəndəsi Yiğitgöl Hikmət, Cavabdeh1 MTK-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-ə qarşı qarşı “müqavilədən irəli gələn mübahisələr, mənzilin təhvil verilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə aralarında xx.xx.2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan A1 blokunda 19-cu mərtəbəsində 550 kv.m, təşkil edən sahəsinin Cavabdeh1 MTK tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh2 MMC-nin cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə aralarında xx.xx.2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli C2 (yeni layihə ilə A5) blokunun 19-cu mərtəbəsində 550 kv.m, təşkil edən sahəsinin Cavabdeh1 MTK və İnter” MMC tərəfindən tikilərək iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İnter” MMC xx.xx.2024-cü il tarixdə iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbinin Cavabdeh1 MTK-nə qarşı yönəldiyi görülmüşdür, belə ki, qeyd olunan iş üzrə iddia tələbi, iddiaçı ilə Cavabdeh1 MTK arasında olan müqavilə üzrə olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 MTK tərəfindən təhvil verilməsi tələbidir. İddiaçını onlar tanımırlar, əgər həqiqətəndə iddiaçı ilə "xxxx" MTK arasında müqavilə mövcud olmuşsa onda nəyə görə, bu 12 il müddətində iddiaçı gəlib həmin qeyri-yaşayış sahəsini tələb etmirdi. Həmçinin onlarda olan məlumata əsasən iddiaçı ilə Cavabdeh1 MTK-nin sədri Hikmət Yigildöl arasında qohumluq münasibəti var. Həmçinin təxminən 2014-cü ilə qədər iddiaçı özü də, “Hom-Paş Prestij" MTK-də kassir vəzifəsində işləmiş və işlərin gedişatına nəzarət etmişdir. Həmin dövrlərdə də, Cavabdeh1 MTK-nin sədri Hikmət Yigitdöl, müqavilədə qeyd olunun ünvanda yerləşən binalarda olan yaşayış və qeyriyaşayış sahələrini təkrar-təkrar başqa-başqa adamlara sataraq dələduzluq əməli törətmiş və buna görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalandırılmışdır. Bu iş üzrə araşdırma təxminən 2017-2019-cu illərdə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparıİmışıdr. Maraqlıdır nə üçün bu müddətdə, iddiaçı bir dəfə də olsun sonuncu quruma müraciət etməmişdir. Həmçinin həmin araşdırma zamanı aparılmış araşdırma zamanı da məlum olur ki, "Hom-Paş Prestij” MTK tərəfindən Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən 19 mərtəbəli A1 adlanan blokunun 19-cu mərtəbəsində yerləşən 270 kv.m təşkil edən sahə X11 xx.xx.2016-cı il tarixdə, həmin ünvanda yerləşən binanın 19-cu mərtəbəsində yerləşən 130 kv.m sahə X12 xx.xx.2016-cı il tarixdə və həmin binanın 19-cu mərtəbəsində yerləşən 165 kv.m sahə xx.xx.2016-cı il tarixdə X1. Həmin sahənin yerləşdiyi bina artıq 6-7 ildir ki, sakinlərin istifadəsindədir. Həmin müqavilə təqdim edilir. Eyni zamanda digər cavabdehdən Cavabdeh1 MTK-nin sədri Hikmət Yigitdöl barəsində olan məlum hökmü tələb edilərək, qeyd olunan şəxsin həmin vaxtı istintaqa cəlb olunduğunu görmək mümkündür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, AR ƏMDK DƏDRX-dən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xətai rayonu, Xocalı prospekti ev 36-da yerləşən 13 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən “X22” MTK ilə aşağıdakı məzmunda müqavilə bağlamışdır: “Bakı şəhər icra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçılarının) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan A1 blokunda 19-cu mərtəbəsində 550 kv.m, təşkil edən sahəni “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməsini öz öhdəsinə götürürlər. Yaşayış sahəsini “Kooperativ” “Payçı”ya aşağıdakı texniki vəziyyətdə təhvil verməlidir: - binanın ümumi tikinti-quraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq tam başa çatdırılır, bina ətrafında abadlıq işləri tam başa çatdırılır, yaşayış sahəsinin giriş qapısı, alüminium profilli doğrama pəncərələr quraşdırılır, binanın tikintisində 10070 Ukrayna armaturundan istifadə edilir, binanın mənzillərinin tavanının hündürlüyü 3.15 m-dir, binada xaricdə istehsal edilmiş 2 lift (sərnişin və yük) quraşdırılır, binaya su çəni, elektrik generatoru quraşdırılır, bina isti, soyuq su ilə təmin olunur, bina mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunur, binada şəhər telefon və internet xətti, peyk anten xətti quraşdırılır, daxili elektrik xətləri və xarici işıqlanma sistemi quraşdırılır (elektrik sayğacları, rozetka və açarlar istisna olmaqla), yaşayış sahəsinin daxilində yalnız mala işləri görülür, ümumi kommunikasiya xətləri çəkilir, kooperativ yeraltı qarajları satmağı planlaşdırır. Həmin müqavilənin 2.1. bəndinə əsasən kooperativ obyektin tikintisinin layihə sənədlərinə və tikinti norma qaydalarının tələblərinə uyğun surətdə müəyyən edilmiş müddətdə başa çatdırılmasını, tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın 19-cu mərtəbəsində 550 m2 sahəni “Payçı”ya təhvil verməyi, tikinti başa çatdıqdan sonra sahəni dəqiqləşdirməyi qarşılıqlı hesablaşmalarda nəzərə almağı öhdəsinə götürmüşdür. Payçı müqavilənin 3-cü bəndində göstərilən sahə haqqı ödəmələrini gecikdirərsə, onu müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Cavabdeh1 MTK üzvlüyündən azad etməsini və bu müqavilənin 1.1-ci bəndində göstərilmiş sahənin tam dəyərinin Payçı tərəfindən Kooperativə ödənilmiş hissəsinin ona qaytarılması yalnız həmin sahəni başqa bir şəxsə verildikdən sonra mümkündür. 2.2. Payçı öhdəsinə götürür: müqavilənin 3-cü bəndində müəyyən edilmiş qrafikə əsasən vaxtı-vaxtında Kooperativə maliyyə vəsaitinin ödənilməsini, müqavilənin 3cü bəndində müəyyən edilmiş qrafikə əsasən sahə haqlarının ödənilməsini gecikdirdiyi təqdirdə Kooperativ tərəfindən bu müqavilənin bir tərəfli qaydada ləğv edilməsinə və ödədiyi maliyyə vəsaitlərinin müqavilənin 2.1-ci bəndinin c bəndində göstərilən şərtlər ilə ona qaytarılmasına etiraz etməməyi, təhvil veriləcək ümumi sahənin ölçüsü 19-cu mərtəbəsində 550 kv.m, cəmi ümumi sahəsi 550 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 550000 AZN (beş yüz əlli min) məbləğində müəyyən edilir və hər 1 kv.m-nə 1000 (min) AZN. xx.xx.2012-ci il tarixli maliyyə arayışından da göründüyü kimi, iddiaçı tərəfindən 300000 manat nəğd ödənilməklə, 250000 manata mülkiyyətində olan mənzilini verməklə müqavilə öhdəliyi tam yerinə yetirilmişdir. Lakin Cavabdeh1 MTK tərəfindən öz öhdəlikləri yerinə yetirilməmiş, ona təhvil verilməli olan yaşayış sahəsi bu günə qədər təhvil verilməmişdir. Cavabdeh1 MTK-nın təsisçisi və sədri Hikmət Yigitdöl eyni mənzilləri müxtəlif şəxslərə satmış, dələduzluq və saxtakarlıq əməllərinə görə məhkəmə hökmü ilə də təqsirli bilinmişdir. Məhkəmə proseslərində onlara məlum olmuşdur ki, Cavabdeh1 MTK qeyd edilən ünvanlardakı mənzillərin tikilməsi və təhvil verilməsinə dair öhdəliklərini MTKnın səlahiyyətli şəxslərindən olmuş Qabil Əliyev adlı şəxsin rəhbərlik etdiyi Cavabdeh2 MMC-yə ötürmüşdür ki, həmin MMC də zərərçəkmiş şəxsləri həmin ərazidəki digər bloklarda yaşayış və qeyri-yaşayış sahələri ilə təmin etmişdir. Lakin daha sonra MTK və MMC arasında mübahisə olmuş, onlar şəraitin dəyişməsini əsas gətirərək həmin müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər və nəticədə Cavabdeh1 MTK-nın öhdəlikləri özünə qaytarılmışdır, lakin bununla bağlı məhkəmə mübahisəsi hələ ki, yekunlaşmayıb. Bu isə onu deməyə əsas verir ki, Cavabdeh1 MTK və Cavabdeh2 MMC öz aralarında olan hər hansı maraqlara görə bu kimi oyunlara yol verməklə, öhdəliyin icrasından yayına bilərlər. İddia tələbi hər ikisinə qarşı qaldırılmışdır ki, gələcəkdə cavabdehlərdən hansısa birinin öz üzərinə qoyulmuş öhdəlikdən yayınması halı olmasın. Buna görə də, hesab edir ki, onların tələbi qanuni və əsaslı olmaqla cavabdehlərin hər ikisi bu tələbin yerinə yetirilməsi, yəni mənzilin tikilərək İddiaçına təhvil verilməsinə görə öhdəlik daşıyır. Sonda Nümayəndə qeyd etdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MTK-nin nümayəndəsi Yiğitdöl Hikmət izahatında bildirdi ki, o, İddiaçı ilə müqavilə bağlayaraq ona məxsus əmlakı və əlavə olaraq da pul almaqla tikdiyi A1 bokunun 19-cu mərtəbəsində 550 kv.m yaşayış sahəsini İddiaçına təhvil verməyi öhdəsinə götürmüşdür. 2014-cü il tarixində Cavabdeh2 MMC-nin direktoru Qabil Əliyev Cavabdeh1 MTK-ya 20% ilə şərik olmuş, təxminən dörd il ərzində birlikdə işləmişlər, lakin həmin şərikliyə dair müqaviləni vergi orqanında qeydiyyatdan keçirməmişdir, bundan sonra birlikdə fəaliyyət göstərmişlər, İddiaçı ilə müqavilə bağlayanda artıq A1 blokunun 19-cu mərtəbəsinə qədər beton hissə tikilmişdi, bundan sonra o, öz şəxsi işləri ilə əlaqədar Türkiyəyə getmiş, o, getdikdən sonra X18 Aşkaroğlunun mənzilini ona verməmiş, üstəlik həmin sahəni də başqa şəxslərə satmışdır. Qabil Əliyev eyni zamanda onun adından Bakı şəhər İcra Hakimiyyətinə saxta ərizə yazaraq, onun möhrünü vuraraq Cavabdeh1 MTK-nın adına olan sərəncamı Cavabdeh2 MMC-nin adına keçirilməsinə nail olmuşdur. Bundan sonra isə öz qanunsuz hərəkətlərinə davam etmişdir. İddiaçı evini Qabil Əliyev sökmüş, lakin onu A1 blokunda evlə təmin etməmişdir. O, bu hadisələrdən xəbər tutduqdan sonra məhkəməyə, həmçinin Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmiş, həmin məsələ orada araşdırılmışdır. Bundan sonra Cavabdeh1 MTK və Cavabdeh2 MMC müqavilə bağlayaraq Cavabdeh1 MTK-nın öhdəliklərinin İnter” MMC-ə ötürülməsi barədə razılaşmışdır, lakin X18 Aşkaroğlunun mənzilini təhvil verməmiş, həmin sahəni satmışdır. Bundan sonra o, İddiaçına aid maliyyə arayışının sonuna A1 blokundakı mənzilin əvəzinə C1 blokundan 880 kv.m sahənin verilməsinə razı olduğunu bildirən qeyd aparmış, lakin İddiaçı buna razı olmamışdır. O, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciətində İddiaçı adını qeyd edib, həmçinin İddiaçı özü də bu idarəyə müraciət ünvanlayıb, lakin nəyə görə onun zərərçəkmiş kimi nəzərə alınmadığını bilmir. Müqavilədə və məhkəmə hökmündə İddiaçı adı qeyd edilməsə də, onunla müqavilələri olduğuna görə hesab edir ki, İddiaçına zərər vurulmuşdur və bu ödənilməlidir. Zərərin ödənilməsi ilə bağlı Cavabdeh1 MTK da, Cavabdeh2 MMC də öhdəliyi var, hazırda Cavabdeh2 MMC-nin direktoru Qabil Əliyev ya A1 blokundan 19-cu mərtəbədəki sahəni verməli, ya da C2 blokundan mənzil verməlidir, ona görə ki İddiaçına verilməli olan mənzili təhvil verə bilməyiblər. Lakin hazırda A1 blokunda yaşayanlar da var, onlar da nəzərə alınaraq, C2 blokundan mənzil Cavabdeh2 MMC tərəfindən İddiaçına təhvil verilməlidir. X19 özü bunu etməsə, o, şəxsən özü iddia qaldırıb A1 bloku 19-cu mərtəbədə olan 71-73 saylı mənzillərin ona verilməsi barədə tələb irəli sürəcək və həmin sahənin İddiaçına verilməsini təmin edəcək. X14 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MTK-nin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış müqaviləyə uyğun olaraq Cavabdeh1 MTK-nın öhdəliyi A1 və A2 bloklarını tikib təhvil vermək idi, həmin binalar da tikilib, bu iki blok tikiləndə İddiaçı evi sökülməmişdi. Həmin ərazilər və Cavabdeh1 MTK-nın öhdəlikləri sonradan İnter” MMC-ə keçib, İddiaçı evini də onlar söküb. Bloklar tikilib vətəndaşlara təhvil veriləndə Cavabdeh1 MTK-nın nümayəndəsi xaricə gedib. İddia tələbində qeyd olunan iddiaçıya məxsus (Cavabdeh1 MTK tərəfindən iddiaçıya iddiaçının mülkiyyətində olan ev əvəzində iddiaçıya verilmiş) 550 kv.m ölçüsündə mənzillər digər Cavabdeh2 MMCnin təsisçisi və direktoru X13 tərəfindən aşağıda adları qeyd olunan şəxslərə satılmışdır: 1. Ümumi sahəsi 130 kv.m olan 71 nömrəli mənzil ümumi dəyəri 80000 (səksən min) manat olmaqla xx.xx.2016-cı il tarixli müqavilə əsasında vətəndaş X12, 2. Ümumi sahəsi 165 kv.m olan 72 nömrəli mənzil ümumi dəyəri 115000 (yüz on beş min) manat olmaqla xx.xx.2016-cı il tarixli müqavilə əsasında vətəndaş X2, 3. Ümumi sahəsi 270 kv.m olan 73 nömrəli mənzil ümumi dəyəri 90000 (doxsan min) manat olmaqla xx.xx.2016-cı il tarixli müqavilə əsasında vətəndaş X11. Cavabdeh1 MTK İnter” MMC arasında bağlanmış müqavilə ilə Cavabdeh1 MTK-nın öhdəlikləri İnter” MMC-ə ötürüldüyünə görə həmin mənzillərin təhvil verilməsi ilə bağlı cavabehliyi də İnter” MMC və onun təsisçisi X13 daşımalıdır. Sonda Vəkil qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) və İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilənin 1.3ci bəndinə görə “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan A1 blokun 19-cu mərtəbəsində 550 kv.m, “Kooperativ” “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. İş materiallarında olan xx.xx.2012-ci il tarixli Maliyyə arayışdan görünür ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən qeyri-yaşayış binasındakı A1 blokun 19-cu mərtəbəsində yerləşən 550 kv.m sahəsi olan mansart İddiaçı məxsusdur. 300 000 nağd + 250 000 kupça əvəzində verilmişdir, pay dəyəri tam ödənilmişdir. Borcu yoxdur. Həmin maliyyə arayışının arxasına “iki tarafın razılıqla A1 blokunda 19-cu 880 kv.m olan menzili kupcam olan C2 blokun 19-cu mərtəbəsinə göcürtülmesine itiraz yoktur. 550 kv.m evezinde C2 blokdan 19 mertebe 880 kv.m verilmiştir. H.Yigitdöl xx.xx.2014” qeyd edilməklə Cavabdeh1 MTK-nın möhrü vürulmuşdur. İş materiallarında olan ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri Xətai rayonu, ünvan 2 ünvanındakı mənzil tam pay əsasında xüsusi mülkiyyət kimi xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Müqavilədən görünür ki, tərəflər Bakı Şəhər İcra “Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli, Sərancamına əsasən Cavabdeh1 MTK-nın qanuni təmsilçisi Türkiyə vətəndaşı X3 Bakı şəhəri, Xocali prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyriyaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı Şəhər İcra Hakimiyyətinin 443 sayli xx.xx.2015-ci il tarixil Sərəncamına əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri Xatai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X13 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X3 şəriki - Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi X7 qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd edifəcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunması barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Auditor rəyindən görünür ki, ... Cavabdeh1 MTK və İnter"MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda yüksəkmərtəbəli yaşayış kompleksinin tikintisi ilə bağlı olaraq aparılmış torpaq, mal, pul, əmlak, yaşayış, qeyri-yaşayış sahələrinin alqı-satqısı və bununla bağlı olan digər müvafiq əməliyyatların yoxlanılması, o cümlədən, müvafiq şəxslərə vurulmuş ziyan məbləğinin, bir mənzilin neçə şəxsə satılmasının və kim tərəfindən satılmasının, satılan sahələrin dəyərinin və ölçüsünün, satışdan daxil olan vəsaitlərin MTK-ya və ya MMC-yǝ mədaxil edilib edilməməsinin, satış pullarının hara və necə xərclənilməsinin, inşa edilmiş hündürmərtəbəli yaşayış binalarında yerinə yetirilmiş tikinti işlərinin həcminin, işlərin və xidmətlərin faktiki icra vəziyyətinin, sərf olunmuş mal materialların miqdarının(ölçüsünün və ya çəkisinin), qiymətinin, məbləğinin, binaların inşaası zamanı tikinti norma və qaydalarına əməl edilib - edilməməsinin, tikintisi başa çatdırılmamış blokların layihə üzrə maya dəyərinin, hər iki Müəssisə üzrə olan bloklardan boş qalmış yaşayış və qeyri yaşayış sahələrinin və istintaq üçün xüsusi əhəmiyyət kəsb edən digər müvafiq faktların, məsələlərin, öhdəliklərin müəyyən edilməsi məqsədi ilə keçirilmiş Auditor yoxlamasının nəticəsində pozuntular müəyyən edilmiş, Cavabdeh1 MTK ilə müqavilə bağlamış şəxslər müəyyən edilmişdir. Həmin rəydə İddiaçı ilə müqavilə bağlanmasına dair hər hansı bir qeyd yoxdur. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(101)-78/2020 saylı Hökmündən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətinə sınaq müddəti ilə şərti hesab edilmişdir. Hökmdə, həmçinin mənzillərin tikilib zərərçəkmiş şəxslərin istifadəsinə verilməsi də müəyyən edilmişdir. Zərərçəkmiş şəxs kimi tanınanların şəxslərin arasında İddiaçı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən binanın 19-cu mərtəbəsində 550 kv.m təşkil edən sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi Yiğitdöl Hikmət oğlunun iştirakları ilə keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan A1 blokunun 1-ci mərtəbəsində tikinti işləri gedir. Baxışda iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi Hikmət Yiğitdöl bildirdi ki, onun mənzili başqa adamlara da satılıb, hündür mərtəbəli binanın son mərtəbəsində həmin şəxslər yaşayır. İddiaçıya mülkiyyət hüququ əsasında hər hansı mənzil yoxdur, iddiaçıdan alınmış mənzil sökülmüşdür və həmin yer tikinti sahəsidir. İş materiallarında olan Cavabdeh1 MTK (X13 şəxsində) və X15 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə görə “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən 19 mərtəbəli binanın A blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 270 m2 təşkil edən sahəni “Kooperativ” “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. İş materiallarında olan Cavabdeh1 MTK (X13 şəxsində) və X16 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə görə “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən 19 mərtəbəli binanın A blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130 m2 təşkil edən sahəni “Kooperativ” “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. İş materiallarında olan Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) və X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə görə “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A blokunun 19-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 165.0 m2 təşkil edən mansart sahəsini “Kooperativ” “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) və İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan A1 blokun 19-cu mərtəbəsində 550 kv.m, “Kooperativ” (Cavabdeh1 MTK) “Payçı”ya (İddiaçı) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər, İddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri tam ödənilmişdir, Cavabdeh1 MTK-nın qanuni təmsilçisi X3 Bakı şəhəri, Xocali prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X13 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsi, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsi, MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X3 şəriki - Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi X7 qəbul etməsi və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin X13 tərəfindən həll olunması barədə xx.xx.2018-ci il tarixində müqavilə bağlanılmışdır, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(101)-78/2020 saylı hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Bundan başqa, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən 19 mərtəbəli binanın A blokunun 19-cu mərtəbəsində yerləşən və ümumilikdə sahəsi 565 (130+165+270) m2 təşkil edən sahələr müqavilələr bağlanmaqla müxtəlif şəxslərə satılmışdır, hazırda müqavilədə nəzərdə tutulan sahələr digər şəxslərin istifadəsində və sahibliyindədir, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən binanın 19-cu mərtəbəsində 550 kv.m təşkil edən sahə dövlət reyestrində qeydiyyata alınmamışdır, keçirilmiş Auditor yoxlamasının nəticəsində Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda yüksəkmərtəbəli yaşayış kompleksinin tikintisi ilə bağlı yol verilmiş pozuntulara dair tətbiq edilmiş Aktda müəyyən edilmiş siyahıda İddiaçı adı yoxdur və o, xx.xx.2020-ci il tarixli 1(101)-78/2020 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmamışdır, hazırda iddiaçı Cavabdeh1 MTK ilə aralarında xx.xx.2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli C2 (yeni layihə ilə A5) blokunun 19-cu mərtəbəsində 550 kv.m. təşkil edən sahəsinin Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən tikilərək iddiaçıya təhvil verilməsini tələb edir. Bununla belə, mübahisəli Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli C2 (yeni layihə ilə A5) blokunun 19-cu mərtəbəsində 550 kv.m. təşkil edən mənzilə dair İddiaçı əmlak hüququnu təsdiq edən, həmçinin xx.xx.2012-ci il tarixli müqavilə və digər əsaslar üzrə Cavabdeh2 MMC-nin öhdəliyinin olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmur. Məhkəmə, mübahisəli Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli C2 (yeni layihə ilə A5) blokunun 19-cu mərtəbəsində 550 kv.m. təşkil edən yaşayış sahəsinə münasibətdə qeyd edir ki, həmin əmlaka dair nə iddiaçının, nə də Cavabdeh1 MTK-nın hər hansı bir mülkiyyət hüququ müəyyən deyil. Məhkəmə, İddiaçına məxsus maliyyə arayışının arxa hissəsində “A1 blokundakı mənzil əvəzinə C2 blokundan mənzilin verilməsinə razılıq qeydi”nə münasibətdə isə qeyd edir ki, əvvəla, bu qeyd tərəflərin qarşılıqlı razılığını ifadə etmədiyindən müqavilə şərti kimi nəzərə alına bilməz, ikincisi, Cavabdeh1 MTK-nın həmin mənzillərə əmlak hüququ olmadığından ona münasibətdə öhdəlik yaranmır, digər tərəfdən isə, belə qeyd, müqavilə tərəfi olmayan şəxsə, yəni Cavabdeh2 MMC-yə münasibətdə etibarlı hesab oluna bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının həmin mənzillərə dair subyektiv hüququ yoxdur və buna görə də iddia əsaslı deyil. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh2 MMC-yə qarşı subyektiv hüququ həmçinin ona görə də yoxdur ki, Cavabdeh2 MMC və Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə, eyni zamanda həmin müqavilənin icrası məqsədilə aparılmış müvafiq Auditor yoxlaması nəticəsinə dair Rəydə iddiaçının mənzillə təmin edilməsi barədə Cavabdeh2 MMC-nin konkret öhdliyi nəzərdə tutulmamışdır. Məhkəmə, Cavabdeh1 MTK-nın “İddiaçı evinin digər Cavabdeh2 MMC-nin rəhbəri Qədir Əliyev tərəfindən sökülməsi, buna görə də iddiaçıya mənzilin Cavabdeh2 MMC tərəfindən təhvil verilməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 saylı mənzilə iddiaçının mülkiyyət hüququ, onunla Hom-Paş Prestij” MTK arasında həmin mənzilə dair bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə əsasında, mənzilin əvəzi kimi ödənilmiş 300 min manat nağd, 250 min manat isə müqavilə tərəfi olan Hom-Paş Prestij” MTK-ya məxsus Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan A1 blokunda 19-cu mərtəbəsində 550 kv.m, təşkil edən sahəsi müqabilində itirilmişdir ki, bu hal həmin mənzilə dair mülkiyyət hüququnu istisna edir, ələlxüsus da həmin əmlakla bağlı heç bir öhdəlik daşımayan Cavabdeh2 MMC-yə qarşı, ikincisi, həmin mənzilin Cavabdeh2 MMC tərəfindən sökülməsinə dair hər hansı bir sübutlar məhkəməyə təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Hom-Paş Prestij” MTK-nın bu dəlilləri də əsassızdır və məhkəmə tərəfindən nəzərə alına bilməz. Bununla belə məhkəmə qeyd edir ki, hazırki halda iddiaçının Cavabdeh1 MTK-nın müqavilənin predmeti olan yaşayış sahəsinə deyil, həmin sahəyə görə ödədiyi pulun və ona dəymiş zərərin tələb edilməsi hüququ yaranmış olur və iddiaçı bu barədə Cavabdeh1 MTK-ya qarşı ümumi qaydada tələb irəli sürmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəlləsinin 560.3.1-ci maddəsinə əsasən, qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadədir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-ə qarşı “Cavabdeh1 MTK ilə aralarında xx.xx.2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli C2 (yeni layihə ilə A5) blokunun 19-cu mərtəbəsində 550 kv.m, təşkil edən sahəsinin Cavabdeh1 MTK və İnter” MMC tərəfindən tikilərək iddiaçıya təhvil verilməsi” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Cavabdeh1 MTK ilə aralarında xx.xx.2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli C2 (yeni layihə ilə A5) blokunun 19-cu mərtəbəsində 550 kv.m, təşkil edən sahəsinin Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən tikilərək iddiaçıya təhvil verilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1351/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1351/2024
05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver