Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1355/2024 31.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı X1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh2 oğuna və Cavabdeh1 qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 4 a saylı evin 7 saylı mənzili (bundan sonra – Mənzil) iddiaçının mülkiyyətində olmuş və onun Mənzilə dair mülkiyyət hüququ xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatıa alınmaqla, bu barədə 040159 nömrəli Çıxarış verilmişdir.
2. İddiaçı ilə Ramiz Abbasov arasında xx.xx.2016-cı il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Mənzil Ramiz Abbasova 38600 manata satılmışdır. Mənzilə dair alqı-satqı müqaviləsini iddiaçının nümayəndəsi olaraq Cavabdeh2, Bakı şəhəri 44 saylı notariat kontorunda xx.xx.2015-ci il tarixdə verilmiş 11129 reyestr nömrəli etibarnamə əsasında imzalamışdır (Həmin etibarnamə iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdə ləğv edilmişdr).
3. İş materillarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli xəzinə mədaxil orderinə əsasən 38600 manat pul Ramiz Abbasov tərəfindən "xxxx" ASC-də olan hesaba köçürülmüş, "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortası Fondunun xx.xx.2023-cü il tarixli yazılı məlumatında isə Mənzilin alınmasına görə ödənilmiş həmin pul vəsaitinin xx.xx.2016-cı il tarixli etibarnamə əsasında Mehdinin qəbul edildiyi qeyd edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı Mənzilin satışından ona çatası olan 38600 manat pulun, həmin pula görə illik 5%-lə, 7 il üçün (mart 2016 - mart 2022), hər il üzrə 1930 manat olmaqla, cəmi 13510 manat əldən çıxmış faydanın, 250 manat dövlət rüsumunun, hüquqi xidmətə görə ödədiyi 150 manat, ümumilikdə 52510 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh2la uzun illər dostluq münasibətlərində olmuşlar və onun vasitəsilə ixtisasca hüquqşünas olan və məhkəmələrdə mülki işlər aparan Cavabdeh1lə tanış olmuşdur. 2015-ci ildə mülkiyyətində olan Mənzili satmaq istəmiş, lakin qohumlarının qeydiyyatda olması səbəbindən satmaq mümkün olmamışdır. Bu zaman Anar ona həmin şəxslərin qeydiyyatdan çıxarılmasının problem olmadığını, hüquq mühafizə orqanlarında tanışlarının və əlaqələrinin olduğunu, qısa müddət ərzində məhkəmə vasitəsilə onların qeydiyyatdan çıxmağının mümkün olduğunu bildirmişdir. Mehdi Anarın etibarlı və tanınmış şəxs olduğunu dedikdə, onlara inanmış, Mənzildə olan şəxslərin qeydiyyatdan çıxarılması və satılmasını onlara həvalə etmiş, onlar notarial qaydada təsdiqlənmiş etibarnamələr (xx.xx.2015-ci il tarixdə 5 saylı notariat ofisində Anara, xx.xx.2015-ci il tarixdə isə 44 saylı notariusda isə Mehdiyə etibarnamə vermişdir) alaraq lazımi instansiyalarda onu təmsil etməyə başlamışlar. Prosesin gedişatında müxtəlif məsələlər çıxsa da, 2016-cı ildə Mənzilin satılması baş tutmuşdur. Daha sonra, ona yeni mənzilin alınması və əşyalarının yerləşdirilməsi sualı yarandı. Bu vaxt Mehdi bildirdi ki, satılan mənzilin pulu onda qalsın, alver edərək onun da pulunun artıraraq daha yaxşı ev alacaqdır. O, bununla razılaşmış, çünki aralarında yaxın dostluq münasibətləri olmuş və etibar etmişdir. Həmçinin, Anar da ona narahat olamamasını, köhnə mənzilin satılmasında və yenisinin aınmasında heç bir narahatçılıq və problemin olmayacağını, gördüyü işdə prblemin yaranmasına razı olmamamasını, onun iştirak etdiyi işdə hər hansı narazılıq yaranarsa və çətiniyi olarsa, yanında olacağını, haqqının bərpası üçün çalışacağını bildirmişdir. Mənzil satıldıqdan sonra Mehdi avtomobil və onun ehtiyat hissələrinin alış-verişini aparmağa başlamış, onun iş qurmasını görmüş və hesab etmişdir ki, onun da pulunu artırır. Mənzilin satılmasından zaman keçdi, Mehdi ilə dostluqları davam edirdi və o, heç vaxt ona yeni evin alınmasından və pulunun artıqlamasından imtina etmirdi, əksinə hər zaman bildirirdi ki, pulu ondadır və artırır. xx.xx.2019-cu il tarixdə oğlu rəhmətə getdi, oğlunun cənazəsini Mehdi ilə birlikdə X2 şəhərindən (xx.xx.2019-cu ildə gedib xx.xx.2019-cu ildə qayıtmışlar) birlikdə gətirmişdir. Bundan sonra ağır psixo-nevroloji xəstəliyə tutularaq ciddi müalicələr almışdır. Səhhətinin ağır vaxtında Mehdi və digər dostları Gürcüstan Respublikasına həm işgüzar, həm də qonaq gedəndə onu da özləri ilə aparmışlar. Yenə də xx.xx.2019-cu il tarixdə Mehdi ilə bərabər Gürcüstan Respublikasına getmiş, xx.xx.2019-cu il tarixdə qayıtmışlar. 2019-cu ildən başlayaraq bütün 2020-ci il ərzində həkim tərəfindən çox ağır dərmanlar təyin edilərək psixo-nevroloji müalicələr almışdı. 2020-ci ildə pandemiya başlayanda Mehdi işlərinin zəif olduğuna dair eyhamlar vurur, əlaqələri və dost münasibətlərini kəsirdi. 2021ci ilin axırı 2022-ci ilin əvvəlləri ona bildirdi ki, Mənzilin pulu onda deyil, onu başqalarından tələb etsin. Buna etiraz etsə də, xeyri olmadı. 2022-ci ildən başlayaraq Anara üz tutmuş, Mənzilin satılmasını, amma pulunu almamasını bildirmiş, problem yarancağı halda həll edəcəyini ona xatırlatmışdır. 2022-2023-cü illərdə Anarla danışmağa cəhd etsə də, gah Bakı şəhərində olmamağını, gah məzuniyyətdə olduğunu, gah da işdə olmadığını bildirməklə ondan qaçmış, xx.xx.2023-cü il tarixdə işlədiyi Konstitusiya Məhkəməsinə getsə də, onu qəbul etməyərək, bu işə aidiyyətinin olmadığını bildirmişdir. Ondan şikayət edəcəyini dedikdə isə, demişdir ki, hara istəsə şikayət etsin, onsuz da bütün müddətlər keçmişdir.
b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmiş, lakin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizəsində qeyd etmişdir ki, İddiaçı Şahid Mehdi Əkbərovun vasitəsi ilə tanımışdır. X3 Novruzov barəsində Suraxanı rayon prokurorluğuna şikayət etdikdən sonra bu əsassız iddia 2023-cü il tarixdə meydana çıxmışdır. Mehdi Əkbərov savadsızdır, yazmağı, oxumağı bilmir. Mənzilin alıcısını belə iddiaçı özü tapmış, qiymətini özü danışmışdır. Əgər alqı-satqıdan və pulun məbləğindən xəbəri olmuşdursa, demək onu iddiaçı götürmüşdür. İddiaçı keçən 7 il ərzində bir dəfə də olsun bunu mübahisələndirməyib, ən azından bu barədə hüquq mühafizə orqanlarına müraciət etməyib. İddiaçının qeydiyyat illərinin müddətinə baxdıqda xx.xx.2016-cı ildən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri, Xətai rayonu, G.Memnadarov küçəsi, ev 8, mənzil 22-də qeydiyyatda olmuş, xx.xx.2020-ci ildən hal-hazıradək ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2səli mənzil satıldıqdan sonra alınmış və Şahid adına olmuşdur.
7. Digər Cavabdeh1 məhkəməyə göndərdiyi yazılı ərizəsində iddianı qəbul etməyərək qeyd etmişdir ki, iddianın heç bir hüquqi əsası yoxdur. İddiaçını mənzilinin hansı qaydada və kim tərəfindən satılmasından, pulun kimə verilməsindən və Cavabdeh2 verilmiş etibarnamədən xəbəri olmamışdır. Özü də etiraf etdiyi kimi, iddiaçı öz iradəsi ilə Cavabdeh2 etibarnamə vermiş və Mənzilə dair sərəncam hüququnu ona həvalə etmişdir. İdiaçıya yalnız ərinin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması məsələsinə hüquqi məsləhətlər vermişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə iclasında Şahid Tofiq oğlu izahat verərək bildirdi ki, Cavabdeh2la 2009-cu ildə tanış olmuşlar, əvvəllər dostluq münasibətləri olsa da, sonralar aralarında şəxsi ədavət olduğuna görə hal-hazırda münasibətləri yoxdur. Cavabdeh2 onu 2013-cü ildə İddiaçı ilə tanış etmişdir. İddiaçı ilə hazırda dostluq münasibətləri var, İddiaçı ərinin razılığı olmadığına və gəlini mənzildə qeydiyyatda olduğuna görə öz evini sata bilmirdi. Cavabdeh2 Sevili Konstitusiya Məhkəməsində işləyən Anar adlı bir şəxslə tanış etmişdi. Anar bildirdi ki, müəyyən məbləğ qarşılığında bu məsələni o, həll edəcək. Daha sonra Sevil Ələkbərovanın gəlini həmin mənzildən qeydiyyatdan çıxarıldı. Sonradan, mənzilin alqı-satqısını həyata keçirmək üçün Mehdi ilə birlikdə notariusa getdikdə, İddiaçı əri orda olmadığına görə alqı-satqı etmək mümkün olmadı. Həmin vaxt Mehdi telefon vasitəsilə Anarla əlaqə saxlayaraq məsələni ona izah edəndə Anar onları başqa bir notariusa yönləndirdi. Həmin notariusda alqı-satqı baş tutdu. Bu hadisədən təxminən 2 il sonra Anar ona zəng edərək bildirdi ki, artıq uzun müddət keçdiyinə görə Mehdinin mənzilin alqısatqısı ilə bağlı şikayətinə baxılmayacaqdır. Mənzilin alqı-satqısı zamanı o, notariusa daxil olmayıb, çöldə Mehdini gözləyib. Mənzilə görə ödənilən puldan xəbəri yoxdur, o, heç bir pul görməyib. Mənzilin alqı-satqısını Anar təşkil edib. Mənzilin alqı-satqısı zamanı Mehdi notariusda idi, Mənzilə görə ödənilən pulu Mehdi götürdü. Sonradan bütün məclislərdə Mehdi Sevilə bildirirdi ki, narahat olmasın, onun pulunu artırıb ona ev alacaq. Anar həmişə Mehdiyə deyirdi ki, Sevili aldatmasın. Dəfələrlə onun yanında İddiaçı Cavabdeh2 öz pulunu istəyib.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
11. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
12. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
13. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
14. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
15. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
16. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
17. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
20. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
21. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
22. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
27. Məhkəmə iddiaçının izahatını, iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
28. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
29. Məhkəmə iddiaçı ilə Cavabdeh2 arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, onlar arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, buna görə də iddia tələbinin qanuni əsasını tapşırıq müqaviləsi ilə bağlı münasibətlər təşkil edir. Tapşırıq müqaviləsinin anlayışı əks olunmuş Mülki Məcəllənin 777.1-ci madəsində deyilir ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
30. Qeyd olunan maddənin dispozisiya şərtlərindən də görünür ki, tərəflər arasında tapşırıq müqaviləsinin bağlanması üçün 3 şərt tələb olunur: 1) vəkalət verənin verdiyi tapşırığın vəkalət alanın qəbul etməsi – bu şərt həm də müqavilənin qüvvəyə minməsini təsdiq edir; 2) əqdlərin, işlərin və digər xidmətlərin vəkalət verənin tapşırığı əsasında icra edilməsi və 3) əqdlərin, işlərin və digər xidmətlərin icra edilməsi zamanı konkret nəticənin əldə edilməsinə təminat verilməməsi.
31. Tapşırıq müqaviləsinin formasına gəldikdə isə bu müqavilə həm şifahi, həm də yazılı formada bağlanması qanunla müəyyən edilmişdir (MM-nin 777.2-ci maddəsi).
32. İşin mübahisəsiz halıdır ki, iddiaçı mülkiyyətində olan Mənzilə dair notarial alqısatqı müqaviləsinin bağlanması üçün cavabdehə şifahi formada tapşırıq, həmçinin bu tapşırığın icrası məqsədilə xx.xx.2015-ci il tarixdə notarial qaydada təsdiq edilməklə etibarnamə vermişdir. Həmin etibarnamə ilə iddiaçı tərəfindən verilən səlahiyyətlər harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq.....digər əqdləri bağlamaq, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən....ona çatası əmlakı, pulu.....almaq və s. hüquqların həyata keçirilməsi barədə olmuşdur.
33. İşin mübahisəsiz halıdır ki, cavabdeh iddiaçının tapşırığı və bu tapşırığın icrası məqəsidilə onun verdiyi etibarnamə əsasında Mənzilə dair alqı-satqı müqaviləsi bağlamış, bununla bağlı digər hərəkətləri yerinə yetirmiş və Mənzilin satışına görə ödənilmiş pulu (38600 manat) onun adına açılmış bank hesabından götürmüşdür ("xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortası Fondunun xx.xx.2023-cü il tarixli yazılı məlumatında).
34. Beləliklə, şərh edilənlərdən də görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. İddiaçı ilə Cavabdeh2 arasında yaranmış mübahisə isə tapşırığın nəticəsinin, yəni Mənzilin xx.xx.2016-cı il tarixdə satışından əldə edilmiş 38600 manat pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması ilə bağlıdır. İddiaçı həmin pulun Mənzil satılandan sonra, yəni xx.xx.2016-cı il tarixdən iddia ərizəsi ilə məhkməyə müraciət edənədək tələb etməməsini, onunla izah edir ki, Cavabdeh2la yaxın dost münasibətlərində olmuş, buna görə də o, təklif etmişdir ki, həmin pulla ticarətlə məğul olsun və iddiaçıya da əlavə pul versin ki, özünə daha yaxşı mənzil ala bilsin. Həm bu səbəbdən, həm də səhhəti ilə bağlı problemlər yaşadığı üçün pulu əvvəllər tələb etməmişdir.
35. Məhkəmə iddiaçının bildirdiyi həmin dəlili əsaslı və ağlabatan hesab etmir. Belə ki, iddiaçı məhkəmə iclasında dəfələrlə bildirmişdir ki, xx.xx.2016-cı il tarixdə Mənzili satıldıqdan sonra özünə yeni mənzil almamışdır. Belə olan halda, iddiaçının Mənzilin satışından əldə olunmuş pulu Cavabdeh2 7 il 9 aydan artıq müddət keçməsinə baxmayaraq tələb etməməsi, onun mənzil şəraiti nəzərə alındıqda inandırıcı görünmür. Həmçinin, bu müddət ərzində iddiaçı Mənzilin satışından ədə olunmuş pulun Cavabdeh2 tələb etməsini təsdiq edə biləcək heç bir yazılı sübutu (ən azından bu barədə onlar arasında WhatsApp yazışmasını) məhkəməyə təqdim edə bilməmişdir. Hətta, iddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh2 barəsində Binqədi RPİ-nin 5-ci PB-nə müraciət edərkən belə, hazırkı mübahisə ilə bağlı, yəni satılan Mənzilin pulunun Cavabdeh2 tərəfindən ona verilməməsi barədə heç nə göstərməmişdir.
36. İddiaçı iddiasının dəlilini təsdiq edə biləcək sübutlardan biri Şahid Tofiq oğludur. Şahid məhkəmə baxışında Mənzilin alqı-satqısı üçün Mehdi ilə birlikdə getdiyini, alqı-satqı zamanı notariusda iştirak etmədiyini, pulun kim tərəfindən alınmasını bilmədiyini, lakin Mənzilin satışından əldə olunmuş pulun Mehdinin aldığını və iddiaçıya vermədiyini, bu halın onların bir çox dostlarının, hətta Cavabdeh1 də bildiyini qeyd etsə də, məhkəmə hesab edir ki, Şahid izahatı mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Şahid Cavabdeh2 qarşı qərəzli olması məhkəmə iclasında açıq-aydın görünürdü. Onun izahatı zamanı bəlli oldu ki, bu hal həm onlar arasında əvvəl yaranmış ailə-məişət mübahisəsi (izahatına başlayan kimi Şahid bunu özü bildirdi), həm də Cavabdeh2 Şahid barəsində prokurorluq orqanlarına şikayət etməsi ilə bağlı yaranmışdır.
37. Mənzilin satışından əldə olunmuş vəsaitin iddiaçıya qaytarılmamasından Cavabdeh1 də məlumatlı olmasına dair həm iddiaçının, həm də Şahid dediklərinə gəldikdə isə, Cavabdeh1 məhkəməyə göndərdiyi ərizələrində qeyd etmişdir ki, nə iddiaçının Cavabdeh2 verdiyi etibarnamədən, nə də Mənzilin hansı qaydada satılmasından, nə də pulun kimə verilməsindən onun xəbəri olmamışdır.
38. Məhkəmə qeyd edir ki, mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayət (MPM-nin 5.1-ci maddəsi) etdiyi halda, mülki işin məhkəmədə hərtəfli araşdırılması və uğurlu nəticə əldə olunması yalnız iddianın, yaxud ona etirazın əsaslarını təsdiq edə biləcək mötəbər sübutlardan asılıdır. Lakin iddiaçı iddiasının əsasını təşkil edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
39. Bundan başqa, məhkəmə hesab edir ki, mübahisəyə iddia müddəti tətbiq edilməklə də təmin edilməməlidir. Belə ki, yuxarıda iddiaçı ilə Cavabdeh2 arasında şifahi formada tapşırıq müqaviləsinin bağlanması, mübahisənin isə tapşırığın nəticəsi (Mənzilin satışından əldə olunmuş pulun iddiaçıya verilməməsi) ilə bağlı yarandığı ətraflı şərh edilmişdir. Bu halda, mübahisəyə müqavilə münasibətlərindən irəli gələn iddia müddəti tətbiq edilməlidir.
40. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə yekunlaşır.
41. İddiaçı ilə Cavabdeh2 arasında şifahi formada tapşırıq müqaviləsinin xx.xx.2015-ci il tarixdə, yəni iddiaçının Cavabdeh2 etibarnamə verməsindən (xx.xx.2015ci il) sonra bağlanması ehtimal edilə bilər, çünki məhkəmə baxışında da müəyyən edildi ki, həmin etibarnamıə məhz, Mənzilin satılması ilə bağlı hüquqi hərəkətlərin yerinə yetirilməsi məqsədilə ilə verilmişdir. Lakin həmin tapşırıq müqaviləsi üzrə konret tapşırığın icra olunması, yəni Mənzilin satılması isə xx.xx.2016-cı il tarixdə baş tutmuşdur. İşin məhkəmədə araşdırması zamanı tərəflərin izahatları ilə də müəyyən edilmişdir ki, qeydiyyatda olan şəxslərin çıxarılması ilə bağlı Mənzilin satışı gecikmişdir. Göründüyü kimi, iddiaçı tapşırığın nəticəsini (38600 manat pulu) Mənzil satıldıqdan sonra üç il müddət başa çatanadək iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda, bu iddianı yalnız 2023-cü ilin sonunda məhkəməyə təqdim etmişdir. İddiaçı Mənzilin satışından əldə edilmiş pulu gec tələb etməsini 2019-cu il tarixdən sonra ağır psixonevroloji xəstəliyə tutulması, habelə Mehdinin pulu ona vermək istəməməsini 2022-ci ilin əvvəllərində (iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh2 2022-ci ilin əvvəlində ona bildirdi ki, Mənzilin pulu onda deyil, onu başqalarından tələb etsin) ona məlum olması ilə əsaslandırsa da, bu dəlillərini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir.
42. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə də əsassızdır.
43. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında Mənzilin satılması ilə bağlı hər hansı hüquq münasibəti yaranmamış, Mənzilin satılması Cavabdeh1 tərəfindən həyata keçirilməmiş, Mənzilin satışından əldə edilmiş pul vəsaitini almamışdır. Cavabdeh1 yalnız Mənzildə olan şəxslərin qeydiyyatdan çıxarılması üçün iddiaçıya köməklik göstərmişdir.
44. Mülki Məcəllənin 385-ci maddəsində öhdəliyin yaranması əsasları və dairəsi müəyyən edilmişdir. Həmin müddəadan irəli gələn mənaya görə öhdəliyin yaranması üçün onun iştirakçıları (tərəfləri) arasında ilk növbədə müəyyən hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür.
45. Şərh edilənlərə əsasən məhkəmə bir daha qeyd edir ki, Mənzilin satılması ilə bağlı iddiaçı ilə Cavabdeh1 arasında hər hansı öhdəlik münasibəti yaranmadığından iddia ona aid hissədə də təmin edilməməlidir.
46. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və hüquqi xidmət xərci iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Pərviz Zamanlı