Məhkəmə qərarları › İş №e-2(011)-1359/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1359/2023

28.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1359/2023 28.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçılar İddiaçı4, İddiaçı2 və X1, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar İddiaçı5 qzının, İddiaçı3, X5, İddiaçı4, İddiaçı2 qzının və İddiaçı6 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki falları:

1. İddiaçılar əvvəllər "xxxx" QSC-nin tabeliyində olan X2 Uşaq Poliklinikasında müxtəlif sahələr üzrə həkim və tibb bacıları vəzifələrində işləmişlər.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli 12 nömrəli sərəncamı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan ünvan 1 ünvanında yerləşən “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti “X13” Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və həmin Sərəncamın davamı olaraq “X13” ASC-nin xx.xx.2019-cu il tarixli, 02 №li əmri ilə “X13” ASC-nin tərkibində olan X14 Hissə və Uşaq Poliklinikasının ayrılıqda özəlləşdirilməsi məqsədilə onun balansından çıxarılmış, habelə, cavabdehin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 12 dekabr 2018-ci il tarixli 272 №li əmri ilə Əhmədli Tibbi-sanitar hissənin əmlakının bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və Nizamnaməsi təsdiq edilmişdir.

3. “X13” ASC ilə - İddiaçı2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsi ilə sahə tibb bacısı, İddiaçı6 ilə xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsi ilə həkim oftalmoloq, İddiaçı4 ilə xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsi ilə sahə tibb bacısı, İddiaçı3 ilə xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsi ilə sahə həkimi-pediatr, İddiaçı5 ilə xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsi ilə tibb bacısı və İddiaçı1 ilə xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsi ilə sahə həkimi-pediatr vəzifələrinə işə qəbul edilmişlər. Əmək müqaviləsi müddətli olaraq, İddiaçı5 ilə xx.xx.2020-ci il, digər iddiaçılarla isə xx.xx.2020-ci il tarixdək müəyyən edilmişdir.

4. Daha sonra, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli 161s saylı sərəncamı ilə “X13” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli 24 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan qurumların fəaliyyətinin optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə təqdim edilmiş müraciət və sənədlərə əsasən Komitənin tabeliyində olan “X13” ASC ləğv edilmiş və “X13” ASC-nin ləğv edilmə prosesinin həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə olunmuş, sonuncunun 24 iyul 2020-ci tarixli 1000/151 nömrəli sərəncamı ilə ləğvetmə Komissiyası yaradılmış və “X13” ASC ləğv edildikdən sonra onun mövcud ştat vahidlərinin Mərkəzi Hospitalın ştat vahidlərinə əlavə edilərək, ştat vahidləri üzrə vəzifələrə əmək müqaviləsi əsasında işçilərin qəbul edilməsi tapşırılmışdır.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən sərəncamının icrasının davamı olaraq AR Dövlət Gömrük Komitəsi “X13” ASC-nin ümumi balans dəyəri 3.406.605,97 manat olan 5-mərtəbəli hospital binası, yardımçı binalar (1 mərtəbəli bitişik tikili, nasosxana, qazanxana binası) və həmin ərazidə mövcud olan əsas vəsaitlərin Komitənin Tibbi Xidmət İdarəsinin balansına götürülməsi, bununla əlaqədar müvafiq işlərin yerinə yetirilməsi və sənədləşmə işlərinin aparılmasının Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinə və Tibbi Xidmət İdarəsinə tapşırılması barədə xx.xx.2020-ci il tarixdə 174 saylı Sərəncam vermişdir.

6. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət qeydiyyat İdarsənini xx.xx.2021-ci il tarixli məlatına əsasən “X13” ASC xx.xx.2021-ci il tarixdə ləğv edilərək kommersiya şəxslərin dövlət reyestindən çıxarılmışdır.

7. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

8. İddiaçılar onların əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın təmin edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

9. İddiaçılar son olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı4 ilə “X13” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı2 Şaməddiz qızı ilə “X13” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı1 ilə “X13” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı5 ilə “X13” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, X3 ilə “X13” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı3 ilə ilə “X13” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqavilələrinə cavabdeh tərəfindən xitam verilməsi və son haqq-hesablarının aparılmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. İddiaçılar iddia ərizəsində göstərmişlər ki, onlar "xxxx" QSC-nin X2 Uşaq Poliklinikasında müxtəlif vəzifələr tutmaqla tibbi xidmət göstərmişlər. Qeyd olunan xəstəxananın qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi ilə əlaqədar aidiyyəti dövlət qurumunun idarəetməsinə verilməsi məqsədilə, onun bazasında (tabeliyində olan poliklinika va tibbi - sanitar hissə daxil olmaqla) Cəmiyyətin tesisçiliyi ilə '‘X4" MMC yaradılmışdır. Uşaq Poliklinikası və Əhmədli tibbi - sanitar hissə də eyni adla yeni yaradılan MMC - nin tərkibində fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikasının 1996 - ci il 29 noyabr tarixli 208 - İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət müəsissəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında əsasnaməyə" uyğun olaraq, müvafiq юга hakimiyyoti orqanı olan Əmlak Məsələləri Dövlət Komitəsinin 2010-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X4” MMC yenidən təşkil edilmiş və təsisçi Azərbaycan Respublikası adından həmin komitə olmaqla "xxxx" ASC 2018-ci ilin 22 may tarixində dövlət qeydiyyatından keçmişdir. Belə ki, dövlətə aid olan müvafiq müəssisə üzrə tabeçilik dəyişilmiş və qüvvədə olan qanunvericiliyə əsasən bu proses dövlətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilmişdir. Bununla da yeni təsis olunan ASC-nin Camiyyətə heç bir hüquqi münasibəti qalmamışdır. Göslərilənlərlə bağlı Cəmiyyət tərəfindən 2018 - ci it 12 iyun tarixli 139 nömrəli əmr verilmiş və aidiyyəti strukturlara "X4” MMC-nin Cəmiyyətin strukturundan çıxdığının nəzərə alınması tapşırılmış, həmçinin əmək müqaviləsini Cəmiyyətlə bağlayan müvafiq rəhbər şəxslərin əmək müqaviləsinə xitam verilmişdir. Nəzərə çatdırılmışdır ki, Cəmiyyət slrukturuna daxil olan qurumlar üzrə əmək haqqının verilməsi ilə bağlı müvafiq tədbirlər görə və zəruri köməklik göstərə bilər. Hazırda Cəmiyyətin işçilərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar olaraq "X13' ASC ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC arasında müqavilə bağlanmışdır. “X4" MMC yaradıldıqdan sonra (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə daxil olmaqla) X11 Komitəsinin idarəetməsinə verilmiş və Komitənin müvafiq sərəncamına əsasən "X4"xxxx"X13' ASC-yə çevrilməmişdən əvvəl X4 (uşaq poliklinikası da olmaqla) "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olmuş, poliklinikanin işçiləri "xxxx" QSC-nin işçilərinin uşaqlarına tibbi xidmət göstərmişdir. "X4" MMC-nin "X13” ASC-yə çevrilməsindən sonra da işçilərin maaşların müəyyən bir dövr ərzində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliy" QSC tərəfindən ödənilmişdir. Hazırda da məhz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi' QSC-nin uşaqlarına tibbi xidmət göstərmələrinə baxmayaraq 2019-cu ilin yanvar ayının 1-dən etibarən əmək haqqı məvacibləri ödənilməmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

11. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə iclasında verilən izahatlar:

13. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər.

14. Digər iddiaçılar məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

15. Cavabdein nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

17. Maddə 2. Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq- ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

18. Maddə 3.5 Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçiarasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquqvə vəzifələrini əks etdirən yazılı müqavilədir.

19. Maddə 12 Əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına aid edilmişdir.

20. Maddə 43.3 Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.

21. Maddə 68.1 Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

22. Maddə 83.1 Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

23. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır.

25. Maddə 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.

26. Maddə 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir.

27. Maddə 61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

33. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

34. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar "xxxx" QSC-nin “X4" MMC ilə əmək müqaviləsi bağlayaraq həmin Cəmiyyətin balansında olan Uşaq Poliklinikasında işə qəbul edilmişlər, sonradan “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 iyul tarixli 1003 saylı fərmanının 1.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2016-cı il tarixli, 550S saylı sərəncamına əsasən “orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin Siyahısı” təsdiq edilmiş, Nazirlər Kabinetinin sözügedən sərəncamına əsasən Cəmiyyətin Sosial İnkişaf İdarəsinin tabeliyində fəaliyyət göstərən “X4" da özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısına daxil edilmiş və qeyd olunan xəstəxananın qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi ilə ələqədar aidiyyəti dövlət qurumunun idarəetməsinə verilməsi məqsədilə, onun bazasında Cəmiyyətin təsisçiliyi ilə “X4" MMC yaradılmışdır. Qeyd edilən MMC (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə daxil olmaqla) Əmlak Məsələləri Dövlət Komitəsinin idarəetməsinə verilmiş və Komitənin 2018-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X4" MMC yenidən təşkil edilmiş, təsisçi Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X13” ASCyə çevrilmiş və 22 may 2018-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Müvafiq sərəncama əsasən yeni yaradılmış “X13” ASC-nin "xxxx" QSC ilə heç bir hüquqi münasibəti qalmamış, “X4" MMC-nin “X13” ASC-yə çevrilməsi və dövlət qeydiyyatından keçərək fəaliyyətə başlaması ilə əlaqədar olaraq “X4" MMC-nin Cəmiyyətin strukturundan çıxması ilə bağlı əmr verilmişdir. "xxxx" QSC tərəfindən 12 iyun 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamı ilə yenidən təşkil olunan “X4" MMC-nin Cəmiyyətin strukturundan çıxarılması haqqında 139 saylı əmr verilmiş və qeyd olunan əmrə əsasən, “X4" MMC-nin “X13” ASC-yə çevrilməsi və Cəmiyyətin strukturundan çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini Cəmiyyətin sədri ilə bağlayan həmin MMC-nin aidiyyəti işçiləri barəsində qanunvericiliyə, Cəmiyyətin daxili sənədlərinə müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi tapşırılmış və 12 iyun 2018ci il tarixli 139 saylı əmrə müvafiq olaraq, “X4" MMC-nin Uşaq Poliklinikasının Baş həkimi X9 ilə əmək müqaviləsinə xitam verilməsi barədə 13 iyun 2018-ci il tarixli 63-k saylı əmr verilmiş və xx.xx.2018-ci il tarixdə Ş.Nəzərov “X13” ASC-nin baş həkimi vəzifəsinə qəbul edilmişdir.

36. Həmçinin “Elektron Məhkəmə” İnformasiya sistemindən görünür ki, hazırda iddiaçılarla “X13” ASC arasında mövcud əmək müqavilələri qüvvədədir.

37. “X13“ ASC-nin ləğv edilməsi və s. məsələlər ilə bağlı Dövlət Gömrük Komitəsinin 24 iyul 2020-ci il tarixli 1000/151 №-li Sərəncamına əsasən “Bakı Kaspian Hospital“ ASC-nin ləğv edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində ləğvetmə komissiyası yaradılmışdır, həmin Sərəncamın 2.4-cü bəndində cəmiyyətin işçilərinin hüquq və mənafelərinin qorunması üçün onların əmək haqqı üzrə yaranmış borcların qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsinin təşkil edilməsi, 3-cü bəndində cəmiyyət ləğv edildikdən sonra onun mövcud ştat vahidləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospital ştat vahidlərinə əlavə edilməsi, 4-cü bəndində isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalın ştat cədvəlinə daxil edilmiş ştat vahidləri üzrə vəzifələrə əmək müqaviləsi əsasında işçilərin qəbul edilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Bununla belə, iddiaçıların əmək müqavilələrinə xitam verilməsini, onların son haqq-hesabının aparılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı.

38. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, “X13“ ASC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli 24 №-li Sərəncamı əsasında ləğv edildiyindən “X13“ ASC-nin işçilərinin də əmək müqavilələrinə, Sərəncam verildiyi xx.xx.2020-ci il tarixdən xitam verilməlidir.

39. Məhkəmə hesab edir ki, “X13“ ASC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli 24 №-li Sərəncamı əsasında ləğv edildiyindən, bundan irəli gələn, o cümlədən əmək münasibətləri üzrə məsələlərə də (əmək müqaviləsinə xitam verilməsi, son-haqq hesab və digər ödənişlərin yerinə yetrilməsi və s.) onun tərəfindən həll edilməlidir.

40. Bundan başqa, “X13“ ASC-nin 02 saylı “Əmri”in 1 və 2-ci bəndlərinə əsasən də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamını nəzərə alaraq “X13“ ASC-nin tərkibində fəaliyyət göstərən Əhmədli Sanitar hissə və Uşaq Poliklinikasının ayrılıqda özəlləşdirilməsi məqsədi ilə balansdan çıxarılması, inzibati təsərrüfat şöbəsinin Personal və əmək haqqı üzrə mütəxəssisinə (Z.Budaqova) X13” Açıq Səhmdar Cəmiyyətinin tərkibindən çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini sədr ilə bağlayan həmin tibbi müəssisələrinin işçiləri barəsində qüvvədə olan qanunvericiliyə daxili sənədlər və müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi tapşırılması nəzərdə tutulmuşdur ki, bu da əmrdən irəli məsələlər üzrə ASC-nin idarəetməsində olduğu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehliyini bilavasitə şərtləndirir.

41. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıların əmək müqavilələrinə xx.xx.2020-ci il tarixdən xitam verilməli, cavabdeh tərəfindən iddiaçıların xx.xx.2020-ci il tarixədək son haqq-hesabları aparılmalıdır.

42. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq

QƏTETDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 əmək müqavilələrinə xx.xx.2020-ci il tarixdən xitam verilsin. Azərbaycan Respubblikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 xx.xx.2020-ci il tarixədək son haqq-hesabları aparılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar