Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-139/2025 04.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdeh MTK-nin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh MTK-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. 2021-ci il tarixində alqı-satqı müqaviləsinə əsasən iş üzrə Cavabdeh MTK-dan ünvan 1 ünvanında yerləşən AVİQ yaşayış kompleksində olan inşa edilən dörd bloklu binanın 3-cü blokun 12-ci mərtəbəsində olan 74 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 132 kv.m olan mənzili hər bir kv.m-si 1000 (bir min) manat olmaqla ümumi dəyəri 132000 (bir yüz otuz iki min) manata almışdır. 132 kv.m olan mənzili hər bir kv.m-si 1000 ( bir min) manat olmaqla ümumi dəyəri 132000 (bir yüz otuz iki min) manat ödənilmişdir. Lakin yaşayış evinə dair çıxarış əldə edilərkən alqı-satqı müqaviləsində göstərilmiş öhdəliyin iş üzrə Cavabdeh MTK-a tərəfindən tam ödənilməməsi aşkar edilmişdir. Belə ki, tərəfindən 132 kv.m olan mənzili hər bir kv.m-si 1000 manat olmaqla ümumi dəyəri 132000 (bir yüz otuz iki min) manat ödənilsə də faktiki olaraq yaşayış evi 124 kv.m təqdim edilmişdir. Tərəfindən hər kvdrat üçün 1000 manat ödənilmişdir. Müqavilədə göstərilən 132 kv.m-dən kəsir olaraq 8 kv.m təqdim edilməmişdir. Bu isə kvadrat hesabı ilə hər bir kv.m üçün 1000 (bir min) manat olmaqla 8000 (səkkiz min) manat təşkil edir. Halbuki müqavilə üzrə tərəfindən üzərinə düşən öhdəlik icra edilməsi tam yerinə yetirilmişdir. Bu barədə cavabdehə müraciət etsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. Artıq məhkəmə qaydasında olmadan aralarında olan mübahisənin həll edilməsi mümkün deyildir.
İddiaçının tələbi:
2. 2021-ci il tarixində alqı-satqı müqaviləsinə əsasən iş üzrə Cavabdeh MTK-dan alqı-satqı yolu ilə aldığı ünvan 2 ünvanında yerləşən AVİQ yaşayış kompleksində olan inşa edilən üç bloklu binanın 1-ci blokun 12-ci mərtəbəsində olan 74 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 132 kv.m nəzərdə tutulan mənzilin alınması üçün (faktiki olaraq 124 kv.m olan) hər bir kv.m-si 1000 min manat) manat olmaqla 8 kv.m ödənilmiş 8000 (səkkiz min) manat pulun, 100 (bir yüz) manat məhkəmə üçün ödənilmiş dövlət rüsümunun, cəmi 8100 (səkkiz min yüz) manatın birdəfəlik olaraq iş üzrə Cavabdeh MTKdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddia tələbinə münasibəti:
3. Cavabdeh tərəfindən heç bir yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Tərəflərin izahatı:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında iddia tələbini müdafiə etdiyini, ekspertiza rəyi ilə tanış olduğunu ekspert rəyinə əsasən təqdim edilən mənzilin kvadratı ilə mövcud olan kvadrat arasında fərqin olduğunun təsdiq edildiyini, bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş etdiyini bildirmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nin nümayəndəsi (vəkili) Nümayəndə öz izahatında qeyd edilən mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə qəbul etdiyi qərarları məhkəməyə təqdim etdiyini, iddia tələbi ilə razılaşmadıqlarını, iddiaçıya müqaviləyə uyğun qaydada mənzil təhvil verildiyini və iddia tələbinin rədd edilməsini xahiş etdiyini bildirmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
6. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində tikilən kooperativ yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli, № 74 saylı müqaviləyə əsasən “Kooperativ” “Payçı”-ya Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 12 mərtəbəli yaşayış binasında 1-ci blok, 12-ci mərtəbə 74 saylı mənzilin verilməsini öz öhdəsinə götürür, “Payçı” isə həmin mənzilin pay haqqını (mənzilin təyin edilmiş dəyərini) birdəfəlik (100% qabaqcadan ödəmə şəklində) ödəməyi və yaxud müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticə mənzili qəbul etməyi öz öhdəsinə götürür, göstərilən mənzil 3 (üç) otaqdan ibarətdir və mənzilin ümumi sahəsi 132.4 kv.m təşkil edir. Həmçinin qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən mənzilin qiyməti (pay haqqı) hər bir kvadrat metr üçün 950 azn (doqquz yüz əlli) manat təşkil edir, cəmi 125780 azn (yüz iyirmi beş min yeddi yüz səksən manat) təşkil edir.
7. xx.xx.2021-ci il tarixli İddiaçı verilmiş maliyyə arayışına əsasən Cavabdeh ünvan 3 ünvanındakı yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 74 saylı mənzil həqiqətən 3 (üç) otaqdan ibarətdir və mənzilin ümumi sahəsi 132.4 kv.m təşkil edir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 124.3 kv.m olan mənzil xx.xx.2021-ci il tarixdə, ********** saylı qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmişdir.
9. xx.xx.2024-cü il tarixli pretenziya məktubu.
10. xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzə əsasən İddiaçı “Məhkəmələr” koteqoriyası üzrə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli məktubu.
12. Cavabdeh MTK üzvlərinin ümumi iclasının 74 №-li protokolundan çıxarışa əsasən X2 MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın ünvan 5 ünvanında kooperativ yaşayış binasında 1-ci giriş, ümumi 132.4 kv.m olan 3 otaqlı 74 saylı mənzil tam mülkiyyətinə verilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli 10/8383 №-li ekspert rəyinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən, ünvan 5 ünvanında inşa edilmiş 3 bloklu yaşayış kompleksinin, 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən, 74 saylı mənzilin ümumi sahəsinin 124.3 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.
14. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
16. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
17. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydaları: 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
19. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
20. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali MəhkəməsininPlenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı:
1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
22. Məhkəmə iddia tələbinin 2021-ci il tarixində alqı-satqı müqaviləsinə əsasən iş üzrə Cavabdeh MTK-dan alqı-satqı yolu ilə aldığı ünvan 2 ünvanında yerləşən Cavabdeh yaşayış kompleksində olan inşa edilən üç bloklu binanın 1-ci blokun 12-ci mərtəbəsində olan 74 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 132 kv.m nəzərdə tutulan mənzilin alınması üçün (faktiki olaraq 124 kv.m olan) hər bir kv.m-si 1000 (min) manat olmaqla 8 kv.m üçün ödənilmiş 8000 (səkkiz min) manat pulun birdəfəlik olaraq iş üzrə Cavabdeh MTKdan alınaraq ona verilməsi hissəsini qismən əsaslı hesab edir.
23. İddiaçı tərəf tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığını qeyd etsə də, məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüquqi əsasını podrat müqaviləsi təşkil edir.
24. İşin mübahiəsiz hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində tikilən kooperativ yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli, № 74 saylı müqaviləyə əsasən “Kooperativ” “Payçı”-ya Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 12 mərtəbəli yaşayış binasında 1-ci blok, 12-ci mərtəbə 74 saylı mənzilin verilməsini öz öhdəsinə götürür, “Payçı” isə həmin mənzilin pay haqqının (mənzilin təyin edilmiş dəyərini) birdəfəlik (100% qabaqcadan ödəmə şəklində) ödəməyi və yaxud müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticə mənzili qəbul etməyi öz öhdəsinı götürür, göstərilən mənzil 3 (üç) otaqdan ibarətdir və mənzilin ümumi sahəsi 132.4 kv.m təşkil edir. Həmçinin qeyd edilən mənzilin ümumi sahəsinin 132.4 kv.m təşkil etməsi Cavabdeh MTK tərəfindən verilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Cavabdeh MTK üzvlərinin ümumi iclasının 74 №-li protokolundan çıxarışdan və xx.xx.2021-ci il tarixli maliyyə arayışından da aydın olur.
25. Məhkəmə araşdırması zamanı ekspert rəyi əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən, ünvan 5 ünvanında inşa edilmiş 3 bloklu yaşayış kompleksinin, 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən, 74 saylı mənzilin ümumi sahəsi 124.3 kv.metr təşkil edir.
26. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə (§6), təqdim edilmiş maliyyə arayışından (§7) mübahisəli mənzilin faktiki deyil, ümumi sahəsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 59-cu maaddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır və yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Göründüyü kimi cavabdeh tərəf təhvil veriləcək mənzilin ümumi sahəsinin 132.4 kv.m olması ilə bağlı öhdəlik götürmüş olsa da Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa (§8) və ekspert rəyinə (§13) əsasən iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsi 124.3 kv.m təşkil edir. Göründüyü kimi, mənzilin müqavilədə qeyd edilən ümumi sahəsi ilə çıxarış və ekspert rəyində qeyd edilən ümumi sahəsi arasında 8,1 kv.m fərq mövcuddur.
27. Məhkəmə iddia tələbindən kənara çıxmağa səlahiyyətli olmadığından iddia tələbini iddia tələbi həcmində yəni, 8 kv.m həcmində əsaslı hesab edir.
28. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı mənzilin hər kv.m sahəsi üçün 1000 manat məbləğin pul vəsaiti ödədiyini qeyd etməsinə baxmayarq mülki iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində tikilən kooperativ yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli, № 74 saylı müqaviləsinin 3.1-ci maddəsinə əsasən mənzilin qiyməti (pay haqqı) hər bir kvadrat metrinin qiyməti 950 azn (doqquz yüz əlli) manat təşkil edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, mənzilin qiyməti (pay haqqı) hər bir kv.m sahəsi üçün 1000 (min) manat deyil, 950 manat ödənilməlidir.
29. İddiaçı iddia tələbində tələb edilən məbləğin birdəfəlik ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etmir. Belə ki, məhkəmə qətnaməsinin icrası icra mərhələsində həll edilir və məhkəmə hazırki iş üzrə cavabdehin ödənişin edilməsi metodunu müəyyən etməklə qətnamənin icrası ilə bağlı müəyyən anlaşılmaz, qeyri-dəqiq ifadələrdən çəkinməli olduğu qənaətindədir.
30. Beləliklə, məhkəmə qeyd edilən qanunvericilik normalarına və işin hallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən AVİQ yaşayış kompleksində olan inşa edilən üç bloklu binanın 1-ci blokun 12-ci mərtəbəsində olan 74 saylı 3 otaqdan ibarət mənzilin ümumi sahəsinin azalması nəticəsində 7600 (yeddi min altı yüz) (8 kv m.*950=7600) manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dən tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu olan 96 (doxsan altı) manat Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir.
32. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh MTKdan tutularaq dövlət nəfinə ödənilməlidir.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
1. İddia tələbi qismən təmin edilsin.
2. ünvan 6 ünvanında yerləş mənzilin ümumi sahəsinin azalması nəticəsində 7600 (yeddi min altı yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dən tutularaq İddiaçı verilsin.
3. Ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsumu Cavabdeh MTK-dən tutularaq İddiaçı verilsin.
4. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 manat Cavabdeh MTK-dən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
5. İddia tələbi qalan hissədə təmin edilməsin.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova