Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1482/2024 05.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh MMC-nin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-ə qarşı işə bərpa edilmə, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması və mənəvi zərər tələbi barəsində iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə 13 iyul 2023-cü il tarixli əmrinin 01/23 saylı əmrinin ləğv edilməsi, İddiaçı işlədiyi “"xxxx" MMC-də ofis meneceri vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən 13 iyul 2023-cü il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqısının hesablanaraq İddiaçı ödənilməsi, Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdeh müəssisədə ofis meneceri kimi 600 manat əmək haqqı ilə işə düzəlmişdir, həmin zaman onunla 3 aylıq əmək müqaviləsi imzalandı, hansı ki, xx.xx.2023-cü ildə bitdi. Bu müddət sınaq müddəti kimi imzalanmamışdır. 13 iyulda əmr verildi ki, o, işdən çıxsın. Həmin əmr hələ də ona təqdim edilməmişdir. Ona sadəcə əmək kitabçasını göndəriblər. Belə ki, əvvəlcə orda onun ixtisara düşəcəyi, ona görə də özünün ərizə yazıb işdən çıxması deyilmişdir. O, isə həmin əsasla işdən azad etmələrini, öz ərizəsi ilə işdən çıxmayacağını bildirmişdir. Sonra isə ona işdən azad edildiyi bildirməklə işindən kənar edilmiş, işə qəsdən gəlməmək görüntüsü yaratmaqla əmək müqaviləsinə əsassız və qanunsuz olaraq xitam verilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə ona həmin gün üçün 7 saatlıq icazə vərəqəsi verilib. Rəsmi qaydada rəhbər tərəfindən də imzalanıb. 13 iyulda isə ona bildirmişlər ki, guya o, 23 iyundan işə gəlmir, halbuki həmin gün o icazəli olmuşdur və işə gəlməli deyildi. Sonra ona müəssisə rəhbəri Lətif bəyin imzası ilə xəbərdarlıq göndərilmişdir. Sonradan Lətif bəy ona demişdir ki, o imza da onun deyil. Münasibətlər həmin yerdə işləyən Günay adlı xanımla pozuldu. Ona ərizə yazdırmaq istəmişlər, digər işçilər özləri ərizə yazaraq çıxmış, o isə buna razı olmamışdır. Asan imzadan o heç zaman istifadə etməmişdir, heç onun asan imzada istifadə etməyə, sistemə daxil olmağa icazəsi də olmayıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı Azər qızı, xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-ə işə qəbul olmuş, həmin şirkətdə 8 ay işlədikdən sonra şirkətin təsisiçisi ilə aralarında anlaşılmazlıqlar yarandığı üçün onu işdən çıxmağa məcbur etmişdir. xx.xx.2022-ci il tarixdə ona qarşı saxta akt tərtib edilmiş, işdən çıxarıldığı bildirilmiş, xx.xx.2023-cü il tarixdən şirkətə girməyinə icazə verilməmişdir. xx.xx.2023-cü il tarixdə X10 Agentliyinə şikayətlə müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixində Dost Agentliyi xidmətinə çağırılaraq bir daha işə buraxılmamağı ilə bağlı izahat vermişdir. İddiaçı xx.xx.2023-cü il tarixində Azərpoçt MMC vasitəsi ilə rəsmi teleqram yazaraq müəssisənin faktiki ünvanına göndərmişdir. xx.xx.2023-cü il tarixdə “Mediasiya prosesinin tətbiqi barədə təkliflə” cavabdehə müraciət etmiş, sonradan “İlkin Mediasiya prosesi barədə ərizə” 13 saylı Mediasiya Təşkilatına göndərilmiş, Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli arayışı xx.xx.2023-cü il tarixdə qəbzə imza etdirilməklə iddiaçıya təqdim edilmişdir İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh MMC-də ofis meneceri vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin icraçı direktoru Lətif Abdullayevin 13 iyul 2023-cü il tarixli əmri ilə həmin müəssisədə ofis meneceri vəzifəsində çalışan İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində əsasən işdən azad edilmişdir. Əmək kitabçası poçt vasitəsilə iddiaçıya təqdim edilsə də, əmrin surəti hazırkı vaxta qədər iddiaçıya təqdim edilməmişdir. İddiaçı əmək hüquqları pozulmuşdur. Cavabdeh tərəfindən iddiaçının əmək funksiyalarına daxil olmayan işlərə cəlb edilmiş, iş vaxtından artıq işləməyə məcbur edilmiş, əmək funksiyalarının həyata keçirilməsinə maneələr yaradılmış, işdən azad edildiyi bildirməklə işindən kənar edilmiş, sonradan işə qəsdən gəlməmək görüntüsü yaratmaqla əmək müqaviləsinə əsassız və qanunsuz olaraq xitam verilmişdir. 1) Hazırkı mübahisəyə qədər cavabdeh tərəfindən iddiaçı hər hansı intizam məsuliyyətinə cəlb edilməmişdir. Hər zaman işində nizam intizamlı olmuş, nəinki əmək müqaviləsi ilə müəyyən edilən işlərini, həmçinin iddiaçıya aidiyyəti olmayan işləri də işəgötürənin göstərişi ilə icra etmişdir. 2) Əmək müqaviləsinin xitamı iddiaçının Əmək Müfəttişliyinə müraciətindən sonra olmuşdur. Ona qədər şirkətin təsisçisi tərəfindən iddiaçıya müxtəlif təzyiqlər edilmiş, öz xoşu ilə əmək müqaviləsinə xitam verilməsi istənilmiş, razılaşmayacağı təqdirdə iddiaçı üçün pis olacağı bildirilmişdir. İşdən kənarlaşdırılarkən bunun əsaslarını soruşduqda bunun Əmək müfəttişliyi tərəfindən ediləcəyi bildirilmişdir. Yəni işə buraxılmamağı cavabdehin hərəkətləri nəticəsində olmuşdur. 3) Cavabdeh tərəfindən bu məsələlərlə bağlı hər hansı izahat alınmamış, saxta aktlar və xəbərdarlıq məktubları ilə öz əməllərinə qanuni don geyindirilməyinə çalışılmışdır. İşəgötürənlərin işçidən rahatlıqla qurtulmaları üçün əl atdıqları yollardan biri də işçilərlə müddətli əmək müqaviləsi bağlamaqdır. Hərçənd ki, Əmək Məcəlləsinin 45.4-cü maddəsinə görə, işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda müəyyən istisnalarla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmçinin cavadbeh Cavabdeh MMC-nin vəkili tərəfindən verilmiş etirazı aşağıdakılara görə əsassız hesab edir: 1. Cavabdeh tərəf əmək məcəlləsinin 45 və 73-cü maddəsinə istinad edərək vurğulayır ki, müddətlə əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir və müddətli əmək müqaviləsinin bitməsinə bir həftə qalmış tərəflər müqavilənin uzadılmasına razılıq verilmədiyi halda müqavilə bitmiş hesab edilir. Bununla bağlı direktor işçini çağıraraq müqaviləni uzatmayacağı təqdirdə şifahi bildiriş verir. İlk olaraq bildirir ki, Əmək Məcəlləsində göstərilən tələb müddətli və ya müddətsiz bağlanan müqavilələrdə işçini ən azı bir ay qabaq yazılı məlumat və ya sərəncam, xəbərdarlıq etməklə və bu barədə akt tərtib edilərək həyata keçirilməlidir ki, işçi əvvəlcədən ona iş vaxtlarında hər iş həftəsində ən azı bir iş günü əmək haqqı saxlanılmaqla iş axtarmaq imkanı təmin edilsin. Digər bir hal ondan ibarətdir ki, işəgötürən iqtisadi cəhətdən zəif olan bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyinin əldə edilən iş yerindən xaric edilərkən üstünlük hüquqi olan şəxslərə münasibətdə öz mövqeyindən çəkinməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi buna hüquqi qiymət vermişdir. İddiaçı Türkiyə Respublikasında təhsil alır, ikinci kurs tələbəsidir, orada təhsilini davam etdirmək üçün müəyyən vaxtlarda təhsil haqqının ödənişi üçün kreditlər götürmüşdür. Əlavə olaraq, iddiaçının atası 3-cü qrup əlil, qardaşı isə X5 iştirakçısı, müharibə veteranı, qazidir. 2. İddiaçı işəgötürənin ASAN imzasından istifadə edərək vəzifə səlahiyyətlərinə aid olmadığı halda ƏMAS ALT sisteminə daxil olaraq müddətli bağlanmış əmək müqaviləsinin müddətini xx.xx.2023-cü il tarixədək uzatmasıdır. İlk növbədə bağlanmış əmək müqaviləsindən də göründüyü kimi İddiaçı “ofis meneceri” vəzifəsinə təyin edilmişdir. Həmin vəzifənin təlimatından və orada 2-ci bənddə-vəzifə borclarında qeyd edilmişdir ki, ofis meneceri otaqların və binanın ətraf təmizliyi işləri üzrə rəhbərdir. O, işıqlandırma, istilik sistemləri və s. qüsurlu olubolmamasına nəzarət edir. Gündəlik olaraq təsərrüfat xidmətini təşkil edir və s. 3. Ofis meneceri vəzifəsi vəzifə təlimatından göründüyü kimi, texniki işçidir və onun hər hansısa bir səlahiyyət əldə edərək ƏMAS ALT sistemində dəyişiklik edilməsi əsassızdır. Cavabdehin ƏMAS Alt sistemində işıqlandırmanın, istilik sistemlərinin, təmizliyin və sair bu kimi işlərin həyata keçirilməsinə ASAN imzadan istifadəyə ehtiyac yoxdur. Bu günlünc və absurd olan bir məsələdir. Təkcə bu hal ona əsas verir ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Əgər bu hal mövcud idisə, demək şirkət İddiaçı həmin sistemdə işlərin həyata keçirilməsi üçün etibarnamə təqdim etməli və onu səlahiyyətli şəxs elan etməlidir ki, bu da Əmək Məcəlləsində işçinin əmək şəraitinin dəyişdirilməsinə və əmək funksiyasının xidmət dairəsinin genişləndirilməsidir. Bu da İddiaçı yüksək vəzifəyə təyinatı ilə həyata keçə bilərdi. Tərəf bununla bağlı Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 saylı qərarına istinad edərək göstərir ki, həqiqətən də ona ofis meneceri vəzifəsi verilməklə İddiaçı qanunsuz olaraq əlavə işlərə cəlb etmiş və ona bununla bağlı nə vəzifəsində nə də ki, əmək haqqında dəyişiklik etməmişdir. Göründüyü kimi bu hal Cavabdeh MMC tərəfindən öz qanunsuz əməllərinə don geyindirməkdir. Qeyd edilən hal iddia ərizəsində qeyd edilmişdir. Tərəf bununla bağlı hər hansısa bir sübut təqdim etməmişdir. İşçinin işə buraxılmaması və heç bir üzürlü səbəb göstərmədən işə gəlməsi ilə bağlı etirazda qeyd edilən hal ilə bağlı bildirir ki, MMC-nin təsisçisi X4 və direktor Lətif Abdullayevin işçiyə olan qeyri-münasibətindən, işçi hüququnu kölgədə qoyan hərəkətlərə yol verməsindən əmələ gəlmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı işə buraxılmaması ilə bağlı icazə alması və həmin məsələlərin üzərində sükutla keçərək rəhbər şəxslərin qanunsuz hərəkətlərinə son veməsi üçün şirkətin direktoru Lətif Abdullayevdən 7 saatlığına icazə almışdır. Həmin icazə sənədi tərəflər arasında imzalanmışdır. MMC-nin X12 və direktor Lətif Abdullayevin qanunsuz hərəkətlərə yol verməsi, bu günə kimi işçiyə əmrin surətinin verilməməsi, işçinin izahatının alınması, əmək məcəlləsinin tələblərindən irəli gələn halların pozulması işçinin bununla bağlı əmək müfəttişliyinə şikayəti təsisçinin və direktorun digər qanunsuz hərəkətlərə yol açmağına gətirib çıxarmışdır. Həmçinin verilən etirazda həm işçinin səlahiyyət aşması ilə bağlı müqavilə müddətinin uzatması, həm də heç bir üzürlü səbəb olmadan işə gəlməməsi ilə bağlı məlumat verməməsi və bunların əsasında tərtib edilmiş aktlar onu göstərir ki, şirkət rəhbərliyi qanunsuzluqlara yol vermişlər. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz təqdim edərək və ona uyğun izahat verərək bildirmişdir ki, iddiaçı (işçi) İddiaçı ilə cavabdeh (işəgötürən) Ofis Plus MMC-nin qanuni təmsilçisi-direktor Lətif Abdullayev arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi 3 aylıq müddətli Əmək Müqaviləsi bağlanmışdır. Əmək Müqaviləsinin 1.2-ci maddəsinə əsasən işçi İddiaçı əsas iş yeri olmaqla Ofis meneceri vəzifəsinə işə qəbul edilmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. xx.xx.2022-ci il tarixində 3 ay müddətinə bağlanılmış əmək müqaviləsi avtomatik olaraq xx.xx.2023-cü il tarixinə kimi uzadılmış hesab olunmuşdur. Cavabdeh (işəgötürən) və iddiaçı (işçi) arasında xx.xx.2023-cü il tarixində Əmək Müqaviləsinə dəyişiklik edilərək xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olan Əmək Müqaviləsi bağlanılmışdır. Cavabdeh Əmək Müqaviləsinin vaxtını xx.xx.2023-cü ildə razılaşdırılmış qaydada uzadarkən öz maliyyə imkanlarını və işçiyə olan ehtiyacını nəzərə aldığı üçün 2 ay müddətinə uzatmışdır. Müəssisənin direktoru işçini çağıraraq xx.xx.2023cü ildə Əmək Müqaviləsinin müddəti bitəndə uzatmayacağı barədə şifahi bildiriş verir. Bunu bilən İddiaçı xx.xx.2023-cü il tarixində İşəgötürənin ASAN imzasından istifadə etməklə vəzifə səlahiyyətlərinə aid olmadığı halda ƏMAS ALT sistemində özünün Əmək Müqaviləsinin müddətini xx.xx.2023-cü il tarixinə kimi, yəni 3 ay müddətinə uzatmışdır. Əmək Müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixində bitdiyini bilən cavabdeh xx.xx.2023-cü il tarixində İddiaçı ilə aralarında bağlanmış X15 Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun şəkildə xitam vermək üçün ƏMAS ALT sisteminə daxil olarkən İddiaçı Əmək Müqaviləsinin xx.xx.2023-cü il tarixinə kimi uzadılmasını aşkar edir. Cavabdeh tərəfindən araşdırma aparılır və İddiaçı Əmək Müqaviləsinin müddətinin onun özü tərəfindən cavabdehin iradəsi ziddinə uzadılması aşkar edilərək bu barədə 001-23 saylı, xx.xx.2023-cü il tarixli AKT tərtib edilir. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 saylı qərarının 3.4-cü və 3.5-ci bəndinə əsasən, Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. İşəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. AR Nazirlər Kabinetinin müvafiq qərarından da görünür ki, Əmək Müqaviləsi bağalamaq və ya ona dəyişiklik etmək hüququ yalnız işəgötürənə və ya onun buna etibarnamə üzrə səlahiyyət verdiyi şəxsə məxsusdur. İddiaçı ciddi qanun pozuntusu etməsinə baxmayaraq cavabdeh işçinin gənc olmasını nəzərə alaraq bu barədə X8 məlumat verməmişdir. Lakin, iddiaçı tərəfindən qanunsuz olaraq uzadılmış Əmək Müqaviləsinin ləğv edilməsi üçün X6 01 iyul 2023-cü il tarixində həm e-mail vasitəsilə, həmdə kağız daşıyıcıda müraciət edərək uzadılmış Əmək Müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Lakin, Əmək Müffətişliyi tərəfindən cavabdehə rəsmi cavab verilməmişdir. Qanunsuz olaraq Əmək Müqaviləsini uzatmış İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cu il tarixinə kimi işə gəlməmişdir. İşə gəlməməsinin səbəbləri barədə işəgötürənə heç bir məlumat verməmişdir. İşçinin üzrsüz səbəbdən işə gəlmədiyini görən cavabdeh işçiyə Xəbərdarlıq göndərmiş, xx.xx.2023-cü il və xx.xx.2023- cü il tarixlərində bu barədə AKT tərtib etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə həmin Məcəllənin 70 ç maddəsinə əsasən işçinin qanunsuz uzatdığı Əmək Müqaviləsinə xitam vermişdir. Cavabdeh Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işçinində imzası ilə təsdiq edilmiş şəkildə onun Əmək kitabçasını işçiyə təqdim etmişdir. Odur ki, iddiaçının ərizəsində göstərdiyi bütün dəlillər əsassızdır və heç biri reallığı əks etdirmir. Sonda Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında xx.xx.1995-ci il təvəllüdlü X3 şahid qismində ifadə verərək bildirdi ki, işçiləri müxtəlif saytlarda elan verməklə tapırlar, İddiaçı də CV göndərmiş, daha sonra ofisə gəlmişdir, ilkin olaraq təsisçi Günay xanım onu qəbul edib və onu işə götürməyə razılaşıb, sonradan isə icraçı direktor o olduğuna görə onunla da razılaşıb, 3 aylıq müddətli əmək müqaviləsi bağlanıb, İddiaçı ilə hər hansı bir düşmənçilik yoxdur, həmin müəssisədə 10 nəfər işçi var, hamısı müddətli əmək müqaviləsi əsasında işləyir, ona görə ki, bəzən həmin sahə üzrə işçiyə ehtiyac olmur, Səmayədən başqa ştatda baş mühasib, mühasib, 1C mütəxəssisi, satış müdiri, 3 nəfər satış meneceri, 2 sürücü və direktor olub. Səmayənin müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitirdi, ilk dəfə işə qəbul ediləndən sonra iki dəfə əmək müqaviləsinin müddəti uzadılmışdır, lakin sonradan ofis menecerinə ehtiyac olmadığına görə təsisçinin sözünə görə martda Səmayəyə deyildi ki, apreldə müqavilə bitir, sonra iş tapmağına kömək etmək məqsədilə müqavilə daha iki ay müddətinə uzadıldı, ilk müqavilə xx.xx.2022-ci il tarixdə bağlanıb, 2023-cü ilin yanvar və aprel ayında müəssisə tərəfindən uzadılıb, Səmayəyə may ayında xəbərdarlıq edildi ki, iyun ayında müqavilənin müddəti yenidən uzadılmayacaq, may ayında Səmayəyə xəbərdarlıq edildiyinə görə iyun ayında yenidən xəbərdarlıq edilməyib, həmin dövrdə başqa iş tapması üçün üçün şərait də yaradılıb. Sonradan aşkarlandı ki, Səmayə özü iyun ayında icazəsiz olaraq ƏMAS-dən müqaviləni növbəti dəfə uzadıb, Səmayəyə deyib ki, etdiyi bu iş düzgün deyil, o da uzatdığını qəbul etdi, indi isə bunu inkar edir. Bundan sonra 23-24 iyun tarixində Səmayənin işdən çıxması barədə əmr verib, Səmayəni müqaviləni özü artırdığına görə Əmək Məcəlləsinin 70(ç)-ci maddəsi ilə işdən çıxarıb, insandır, səhv edə bilər, buna görə də, onu prokurorluğa verməyiblər, Səmayəni öz ərizəsi əsasında – Əmək Məcəlləsinin 68.2-ci maddəsi ilə işdən çıxarmaq istəmişdir ki, Səmayə üçün gələcəkdə iş tapmaqda hər hansı problem olmasın. Lakin ərizə yazmasa, 70(ç)-ci maddəsi ilə çıxaracağını deməyib, işdən çıxarma məsələsini təsisçi və o birlikdə məsləhətləşib, başqa cür işdən çıxartmaq mümkün olmadı, ona görə də bildirildi ki, ərizə yazıb çıxsın, çünki başqa cür olsaydı, kompensasiya ödəməli idi. İş materiallarında olan Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı xx.xx.2022-ci il tarixdə ofis meneceri vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, Əmək Müqaviləsi xx.xx.2023-cü il tarixədək 3 aylıq müddətə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 663,15 manat məbləğdə əmək haqqı ödənilir. İş materiallarında olan Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı xx.xx.2022-ci il tarixdə ofis meneceri vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, Əmək Müqaviləsi xx.xx.2023-cü il tarixədək 8 aylıq müddətə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 669,71 manat məbləğdə əmək haqqı ödənilir. Müqavilənin 8.2ci maddəsinə əsasən, bu Əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli dəyişikliklər, əlavələr edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il çap tarixli Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı Bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə dəyişikliklər olmuş, müddətli əmək müqaviləsi bağlanmaqla müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı xx.xx.2022-ci il tarixdə ofis meneceri vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, Əmək Müqaviləsi xx.xx.2023-cü il tarixədək 11 aylıq müddətə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 669,71 manat məbləğdə əmək haqqı ödənilir. Müqavilənin 8.2ci maddəsinə əsasən, bu Əmək müqaviləsinə 4 (dörd) dəyişikliklər, əlavələr edilmişdir. Dəyişikliyin qüvvəyə minmə tarixi: xx.xx.2023. İş materiallarında olan xx.xx.2023-cü il çap tarixli Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı Bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə dəyişikliklər olmuş, müddətli əmək müqaviləsi bağlanmaqla müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 001-23 nömrəli Aktdan görünür ki, icraçı direktor-Abdullayev Lətif, baş mühasib-Jalə Abbasova, marketinq üzrə menecer-Aytən Kərimli, 1C operator-Şükranə Axundova, satış meneceri-Xanım Kərimova imza etməklə, Ofis menecer vəzifəsində çalışan İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, vəzifəsindən sui-istifadə edərək Rəhbərliyin xəbəri olmadan Əmək Münasibətləri və Məşğulluq alt sistemində dəyişikliklər etdiyi, dəyişikliyin etibarsızlaşdırılması ilə əlaqədar Əmək Müfəttişliyinə müraciət ünvanlandığı qeyd edilmişdir. İş materiallarından görünür ki, işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixində Əmək Müfəttişliyinə müraciət ünvanlayaraq, işçi İddiaçı vəzifəsindən sui-istifadə edərək, rəhbərliyin xəbəri olmadan Əmək Münasibətləri və Məşğulluq alt sistemində dəyişikliklər etdiyi qeyd edilmiş, həmin dəyişikliyin etibarsız hesab edilməsinə imkan yaradılması xahiş edilmişdir. İş materiallarında olan İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli Xəbərdarlıqdan görünür ki, onun işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən 24 iyun 2023-cü il tarixində iş yerinə gəlməməsinin aktlaşdırıldığı və işə qarşı laqeyd yanaşması və əmək vəzifələrinin kobud şəkildə pozmasını əsas tutaraq, əmək müqaviləsinə xitam veriləcəyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, icraçı direktor- Abdullayev Lətif, baş mühasib-Jalə Abbasova, mühasib köməkisi-Şükranə Axundova imza etməklə, xx.xx.2023-cü il tarixindən bugünədək cəmiyyətin Ofis meneceri vəzifəsində çalışan əməkdaşı İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzürlü səbəb göstərmədən tam iş günü ərzində işə gəlmədiyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, İddiaçı Cavabdeh MMC-nin təsisçisi X7 müraciət ünvanlayaraq xx.xx.2023-cü il tarixində ona vəzifə öhdəliklərini əks etdirilməyən əssasız akt təqdim olunduğu, onun işçi hüquqlarını kölgədə qoyan akta qeyri-leqal əsaslanaraq müəssisəyə gəlməyi və işinə davam etməyinin əsassız şəkildə qadağan olunduğu, xx.xx.2023-cü il tarixində yaşadığ ünvana şirkət rəhbərliyi tərəfindən müəssisəyə buraxılmamağına baxmayaraq dələduzluq ifadə edilə bilən xəbərdarlıq kağızı göndərildiyi qeyd edilmişdir. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 01/23 №-li Əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç) bəndinə (işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozduqda) əsasən, xx.xx.2023-cü il tarixdə xitam verilmiş, işçinin xx.xx.2022-xx.xx.2023-cü il tarixi dövrünü əhatə edən iş ili üçün istifadə etmədiyi 23 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmişdir. İş materiallarında olan ******* nömrəli Əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-də ofis meneceri vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə ƏM-nin 70-ci maddəsinin ç) bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 001 nömrəli aktdan görünür ki, ******* nömrəli Əmək kitabçası xx.xx.2023-cü il tarixdə İddiaçı (təhvil alan) və X3 (təhvil verən) tərəfindən imzalanmaqla təhvil verilmişdir. İş materiallarında olan Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak edərək, 50 manat xərci ödəmişdir. İş materiallarında olan icazə formasından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 7 saat müddətinə icazə almış, icazə forması “icazə alan əməkdaş” və “birbaşa rəhbər” qrafasında imza edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı X10 Xidmətinə aşağıdakı məzmunda müraciət ünvanlamışdır, işə başladığı müddət ərzində ofis meneceri vəzifə öhdəlikləri ilə birgə öz razılığı və razılıq ərizə olmadan Mühasib köməkçisi, HR vəzifəsi də icra etmişdir. Bunları məcbur etməyinin səbəbi gənc bir kadr olaraq ailəsinə baxmaq və şəxsi ehtiyaclarını ödəmək məcburiyyətində olduğu üçün idi. Bir neçə vaxt işsiz qaldığı üçün işə qəbul olduqdan və rəsmiləşdikdən sonra qarşısına qoyulan qanunsuz şərtlər və tələblərə əməl etmək məcburiyyətində olmuşdur. Bu vəzifələri icra etdiyi müddətdə ona heç bir əlavə əmək haqqı və mükafat verilməmişdir. Bununla birgə qeyri iş günləri işlədiyi vaxtlar və Overtime işlədiyi saatlar əmək haqqı Azərbaycan Respublikasının Əmək Məcəlləsində göstərildiyi qanuna uyğun olaraq ödənilməmişdir. Aprel 2023-cü il tarixindən etibarən şirkətin X12 tərəfindən ona və digər işçilərə dayanmadan işdən çıxmağı üçün təzyiq olunmağa başladı. Müqavilənin bitməyinə az qaldığı üçün artıq çıxmağı lazım olduğu bildirildi, o isə işini tələb olunan şəkildə, hətta artıqlaması ilə yerinə yetirdiyini bildirmişdir. Əsas səbəbini soruşduqda isə ona “İşçi ixtisarı” deyilərək əsassız səbəb göstərilmişdir. İşçi ixtisarı varsa qanunvericilikdə ki maddə ilə xitam verilməli olduğunu bildirmişdir. Bu səbəbi əsaslandırmaqlarına baxmayaraq yenə də yeni işçilər çağırılır və qəbul olunurdu. Bunuda qeyd etmək istəyir ki hal hazırda rəssmiləşdirmədən işlədilən işçilər də mövcuddur. Əvvəllər ondan məcburən tələb edilən işçilərin şəxsi məlumatları olan qovluqlar və sənədlər götürülmüşdür və təsisçi otağına qoyulmuşdur ki əl çatmaz olsun. Daha sonra müqaviləsi 1 ay müddətinə uzadıldı. Uzadılan müqavilə bitməzdən 1 gün öncə isə ƏMAS - də müqaviləsi 3 ay müddətinə uzadılmışdı və o də artıq çıxartmaq istəmədiklərini düşünərək müdiriyyət ilə danışmağa ehtiyyac qalmadığını düşünüb işinə davam etmişdir. Sonra təsisçi Günay Abbasova ofisə gələrək “Bu niyə burdadı?” kimi ifadələr işlədərək otağına getmişdir. Qeyd etmək istəyir ki, E-gov hökümət portalına, ƏMAS və digər dövlət saytları sisteminə onun girməyinə icazə verilmirdi və ASAN İMZA ilə işləməyi qadağan olunmuşdu. 2 ay müddət ərzində ona X12 və şirkətin maliyyəçisi adlandırılan (rəsmi olaraq Cavabdeh MMC-də qeydiyyata alınmamışdır lakin işçilər barəsində haqsız, əsassız qərarları birgə qəbul edirdilər) onun həyat yoldaşı Elvin Abbasov tərəfindən “artıq bizə lazım deyilsən” kimi ifadələr və təhqirlər işlədilərək məcburən işdən çıxma ərizəsini öz xoşluğu ilə yazmağına yoxsa ona və gələcəkdəki karyerasına necə bir təsir göstərəcəyinə dair tədbir görəcəklərini bildirirdilər. Müqaviləsinin müddəti uzadılqığı təqdirdə işə ehtiyycı olduğu üçün müqavilə müddəti bitənədək və yeni iş tapanadək yenədə məcburən tələb etdikləri, öz öhdəliyində olmayan işləri də görməyə məcbur qalmışdır. Ona icazə verilmədiyi üçün bu vaxt ərzində məcburən icra etdiyi mühasibatlığa aid məxfi sənədlərin nümunələri təəssüf ki hal hazırda onda yoxdur, Lakin digər işlərlə bağlı onun üstünə atılan və məsulliyyət daşığımağına məcbur situasiya yaradacaq sənədləri ərizəsinə əlavə olaraq tikiləcəkdir. Ona qarşı qərəzli münasibətlərinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab olunan sənəd hazırlayaraq, bir növ təhdid olaraq qəbul edilə bilən, şərəf və ləyaqətinin alçaldılmasına səbəb olan şəxlərin qanuna uyğun olaraq cəzalandırılmaqları ilə bağlı X10 əməkdaşlarına müraciyyətidir. Bu işlə bağlı işəgötürənin bir qadın işçiyə qarşı olunan haqsızlıqlar, şantaj və alçaldıcı ifadələr və təhqirləri qarşısında artıq tab gətirə bilmədiyini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təyin etdiyi qanunlara əsasən vicdanlı bir şəkildə tədbir görməklərini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müraciət vərəqəsi və izahatdan görünür ki, İddiaçı X13 Xidmətinə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixindən müəssisəyə girişinin qadağan olunmuşdur, səbəb olaraq ərizəsini yazmadığı üçün təsisçi tərəfindən Dövlət X1raq göndərilən sənəd olduğu bildirildi, işinə X9 tərəfindən xitam veriləcəyi deyilərək “artıq işə gəlmə” kimi ifadə bildirilərək işdən göndərilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixində müddətli əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Cavabdeh MMC-yə ofis meneceri vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində müqavilənin müddəti uzadılaraq xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir, əmək müqaviləsi sonuncu dəfə uzadıldıqdan sonra işəgötürən, müqavilənin işçi İddiaçı tərəfindən özbaşına uzadıldığını iddia etməklə onun öz ərizəsi ilə işdən çıxmasını tələb etmiş, işçi bu tələbi yerinə yetirməkdən imtina etmişdir, işəgötürən xx.xx.2023-cü il tarixdə İddiaçı məktub göndərilməklə “onun işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən 24 iyun 2023-cü il tarixində iş yerinə gəlməməsinin aktlaşdırıldığı və işə qarşı laqeyid yanaşması və əmək vəzifələrinin kobud şəkildə pozmasını əsas tutaraq, əmək müqaviləsinə xitam veriləcəyi” barədə xəbərdarlıq etmiş, xx.xx.2023-cü il tarixdə isə “İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixə qədər heç bir məlumat vermədən və üzürlü səbəb göstərmədən tam iş günü ərzində işə gəlməməsi” barədə akt tərtib edilmişdir, xx.xx.2023-cü il tarixli 01/23 №-li Əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, işçinin xx.xx.2022-xx.xx.2023-cü il tarixi dövrünü əhatə edən iş ili üçün istifadə etmədiyi 23 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmiş, əmək müqaviləsinə xitam verilməsi əsası kimi işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozması göstərilmişdir, əmək kitabçası xx.xx.2023-cü il tarixdə İddiaçı təhvil verilmişdir, işçi üzrlü səbəbdən (işəgötürənin icəzəsi ilə) xx.xx.2023-cü il tarixdə işə gəlməmişdir, işəgötürən xx.xx.2023-cü il tarixində “işçi İddiaçı vəzifəsindən sui-istifadə edərək, rəhbərliyin xəbəri olmadan Əmək Münasibətləri və Məşğulluq alt sistemində dəyişiklik etdiyi, həmin dəyişikliyin etibarsız hesab edilməsi” ilə bağlı Əmək Müfəttişliyinə müraciət ünvanlamış, işçi İddiaçı də “X13 Xidmətinə xx.xx.2023-cü il tarixində onun əmək hüquqlarının pozulması və işdən çıxmağı ilə bağlı təzyiqlər göstərilməsi, xx.xx.2023-cü il tarixində “xx.xx.2023-cü il tarixindən müəssisəyə girişinin qadağan olunması, işinə X9 tərəfindən xitam veriləcəyinin bildirilməsi, “artıq işə gəlmə” kimi ifadələr işlədilərək işdən göndərilməsi barədə” müraciət ünvanlamışdır. Həmçinin İddiaçı Cavabdeh MMC-nin təsisçisi G.Abbasovaya xx.xx.2023-cü il tarixində teleqram göndərərək, “xx.xx.2023-cü il tarixində ona vəzifə öhdəliklərini əks etdirilməyən əssasız akt təqdim olunması, onun işə getməyinə mane törədilməsi barədə teleqram ünvanlanmış, işçi hüquqlarının qorunması nəzərə çatdırılmışdır. Bununla belə, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, o cümlədən əmək vəzifələrinin kobud şəkildə pozulmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları ilə bağlı qeyd edir ki, əvvəla, işəgötürən tərəfindən işdən çıxarma barədə əmr qanuni deyil. Belə ki, iş materiallarından görünür ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin məzmununa dair tələblər qanunvericiliklə müəyyən olunmasına baxmayaraq, müvafiq əmr işəgötürən tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş məzmuna uyğun tərtib edilməmiş, o cümlədən əmrdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır. Bu onunla izah olunur ki, əmrin məzmununda işəgötürən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetiməməsini, həmçinin əmək vəzifələrini kobud şəkildə pozulmasını qeyd etsə də, bunların ifadə olunduğu halları göstərməməklə və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamaqla əmək qanunvericiliyinin (Əmək Məcəlləsi, maddə 71, 3-cü hissə) tələblərinə riayət etməmişdir. Başqa sözlə desək, işçiyə irad kimi xəbərdarlıq edilmiş “xx.xx.2023-cü il tarixində işə gəlməməsi”, “xx.xx.2023-cü il tarixi və ondan sonrakı günlərdə işə gəlməməsi” və ya “əmək müqaviləsinin işçinin özü tərəfindən uzadılması ilə səlahiyyətin aşması” səbəblərindən hansının işdən çıxarılma zəruriliyi ilə bağlı olduğunu əsaslandırmamışdır. İkincisi, işəgötürən tərəfindən işçiyə qərəzli münasibət göstərilmişdir. Belə ki, iş materiallarından və işin müəyyən olunmuş hallarından görünür ki, işəgötürən işdən çıxma barədə işçiyə tələb irəli sürmüş (yəni işdən öz xahişi ilə çıxma barədə ərizə istəmiş), işçi bu tələbi qəbul etməmiş, bundan sonra onun “vəzifəsindən sui-istifadə edərək, rəhbərliyin xəbəri olmadan Əmək Münasibətləri və Məşğulluq alt sistemində dəyişiklik etdiyi, həmin dəyişikliyin etibarsız hesab edilməsi” ilə bağlı Əmək Müfəttişliyinə müraciət ünvanlamış, daha sonra isə, xəbərdarlıq məktubları göndərməklə, əvvəlcə “onun xx.xx.2023-cü il tarixdə işə gəlməməsinə görə”, daha sonra isə xx.xx.2023-cü il və ondan sonrakı dövrlərdə işə gəlməməsinə görə” əmək müqaviləsinə xitam veriləcəyi bildirilmiş, eyni zamanda işçi də xx.xx.2023-cü il tarixində işəgötürən tərəfindən əmək hüquqlarının pozulması və işdən çıxmağı ilə bağlı təzyiqlər göstərilməsi, xx.xx.2023-cü il tarixində “xx.xx.2023-cü il tarixindən müəssisəyə girişinin qadağan olunması və s. “artıq işə gəlmə” kimi məzmunda” X13 Xidmətinə müraciət ünvanlamış, işəgötürən də məhkəmədə izahat verərək işçinin işdən çıxarılması barədə əvvəllər də xəbərdarlıq edilməsini təsdiq etmişdir ki, bu hallar da işçiyə qarşı qərəzli münasibət olmaqla, onun öz vəzifə funksiyalarının normal yerinə yetirilməsi imkanını məhdudlaşdırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, işçinin qeyd edilən tarixlərdə işə gəlməməsi üzrsüz səbəb kimi nəzərə alına bilməz. Məhkəmə, cavabdehin “iddiaçının 2023-cü ilin iyun ayında əmək müqaviləsinin rəhbərliyin icazəsi olmadan, özbaşına dəyişdirməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, bu, sübutetmə yükü ilə bağlıdır, cavabdeh buna dair sübutetmə vəzifəsi daşıyır. Lakin iş materriallarından da göründüyü kimi, cavabdeh buna dair sübutları məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, əmr əsassız və qanunsuzdur və ona görə ləğv edilməlidir. Məhkəmə, iddia tələbinin “mənəvi zərər məbləği” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqa zidd əməli nəticəsində İddiaçı vurulmuş ziyanın aradan qaldırılması və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və həmin məbləğ İddiaçı dəymiş mənəvi zərərin əvəzi 300 manat həddində qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə gorə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ. İV. Vİ hissələri). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcələnin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericiliklə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcələnin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcələnin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcələnin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcələnin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 196-cı maddəsinin 5-ci hissəsinə əsasən, işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən, bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi və s. məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 290-cı maddəsinin qeyd hissəsinə əsasən, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa Məhkəməsi “Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 01/23 №-li Əmr ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də tutduğu ofis meneceri vəzifəsinə bərpa olunmalı və ona xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı ödənilməli, vurulmuş mənəvi zərərə görə 300 manat alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, hazırki tələb üzrə iddiaçı dövlət rüsumu ödənilməsindən azad olduğundan və cavabdeh tərəfindən dövlət rüsumunun ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddianın məbləği nəzərə alınmaqla, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 13 iyul 2023-cü il tarixli 01/23 saylı əmri ləğv edilsin. İddiaçı “OFİS PLUS" MMC-də ofis meneceri vəzifəsinə bərpa edilsin. Cavabdeh MMC tərəfindən 13 iyul 2023-cü il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh MMC-dən 100 (yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1482/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1482/2024
05.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver