Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1488/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil 08 may 2021-ci il tarixdə onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınaraq Çıxarış verilmişdir. Mənzilin keçmiş mülkiyyətçiləri X4 və X6 olmuşdur (İddiaçı atası və anası). Cavabdeh X8 (iddiaçının qardaşı) ilə 11 iyun 2010-cu il tarixdə Xətai rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onlar ailə qurduqdan sonra bir müddət mənzildə yaşamışlar, sonradan tez-tez ailədə söz-söhbət saldıqları üçün Sara İsayeva tərəfindən evdən çıxarılmışlar. Onlar bir müddət müxtəlif ünvanlarda kirayədə yaşadıqdan sonra yenidən mənzilə köçmüşlər. Cavabdeh iddia tələbi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1259/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X8 arasında 11 iyun 2010-cu il tarixdə qeydə alınmış nikah pozulmuş, 01 sentyabr 2010-cu il təvəllüdlü X9 və 18 yanvar 2013-cü il təvəllüdlü X10 nikah pozulduqdan sonra anaları Cavabdeh yanında saxlanılaraq onun himayəsinə verilməsi qət edilmişdir. Cavabdeh bir neçə ildir ki, onunla münaqişəli şəraitdə yaşayır. Heç bir əsaslı səbəblər olmadan Cavabdeh ona qarşı xoşagəlməz hərəkətlər edərək onu söyüb təhqir edir və döyür. Onun Cavabdeh tərəfindən döyülməsi faktı ilə bağlı şikayəti Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı tərəfindən araşdırma zamanı müəyyən edilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh, 01 sentyabr 2010-cu il təvəllüdlü X3 və 18 yanvar 2013-cü il təvəllüdlü X7 ona məxsus ünvan 1 ünvanına istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılmaları барядя гятнамя qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə izahatında əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzilin mülkiyyətçisi əvvəl iddiaçının atası X4 olmuş, 03 mart 2011-ci il tarixdə iddiaçının anası X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonuncu vəfat etdikdən sonra vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdehin keçmiş əri iddiaçının qardaşı X8 bacısının xeyrinə öz payından imtina etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, etiraz ərizəsi təqdim edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh izahatına bildirmişdir ki, İddiaçı onun baldızı, azyaşlı uşaqlarımın bibisidir. Həmin mənzil üzərində mülkiyyət hüququnu 1 il əvvəl vərəsəlik qaydasında əldə etmişdir. İddiaçı əvvəl mənzilin mülkiyyətçisi onun qaynanası, İddiaçı anası olmuşdur. O, həmin mənzilə 2009-cu ilin aprel ayında el adəti ilə toy etməklə, cehiz əşyalarını yerləşdirməklə köçmüşdür və mənzilin əvvəlki mülkiyyətçisi tərəfindən yerləşdirilmişdir, nikahları bir az sonra 11 iyun 2010-cu il tarixdə rəsmi qeydiyyata alınmışdır. Faktiki 2009-cu ilin aprel ayından bu günədək həmin mənzildə davamlı olaraq azyaşlı uşaqları ilə birlikdə yaşayır və qeydiyyatdadır ki, bunu da etiraza əlavə etdiyi arayış təsdiq edir. Onların həmin mənzildən başqa yaşayış yerləri yoxdur. Keçmiş əri ona hədə-qorxu gələrək qeydiyyatdan çıxmaq üçün 10 000 manat pul təklif edir, lakin o, bu məbləğin az olduğunu hesab edir. Cavabdeh müvafiq kompensasiya müqabilində evdən çıxacağını bildirmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin çıxışlarını dinləyərək və iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 22, 2 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X1 adına 14 iyul 1994-cü il tarixdə qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22, 2 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 03 mart 2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22, 2 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 08 may 2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 386593 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında 4752847№-li arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22, 2 saylı mənzildə Cavabdeh, 01 sentyabr 2010-cu il təvəllüdlü X9 və 18 yanvar 2013-cü il təvəllüdlü X10 qeydiyyatdadır. İş materiallarında olan 133 saylı MKİS-si tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22, 2 saylı mənzildə qeydiyyatdadır. Qonşuların aktına əsasən 2009-cu ildən bu mənzilə gəlin gəlib 2(iki) uşağı ilə birgə bu mənzildə hal-hazıra kimi yaşayırlar. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, İddiaçı onun baldızı, azyaşlı uşaqlarımın bibisidir. Həmin mənzil üzərində mülkiyyət hüququnu 1 il əvvəl vərəsəlik qaydasında əldə etmişdir. İddiaçı əvvəl mənzilin mülkiyyətçisi onun qaynanası, İddiaçı anası olmuşdur. O, həmin mənzilə 2009-cu ildə el adəti ilə toy etməklə, cehiz əşyalarını yerləşdirməklə, rəsmi nikaha daxil olaraq ailə qurmaqla (mənzilin əvvəlki mülkiyyətçisinin oğlu ilə ailə qurmaqla) mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvü kimi gəlin köçmüş və mənzilin əvvəlki mülkiyyətçisi tərəfindən yerləşdirilmişdir. 2009-cu ildən bu günədək həmin mənzildə davamlı olaraq azyaşlı uşaqları ilə birlikdə yaşayır və qeydiyyatdadır ki, bunu da etiraza əlavə etdiyi arayış təsdiq edir. Onların həmin mənzildən başqa yaşayış yerləri yoxdur. Mənzilin mülkiyyətçisinin qardaşı X8 ilə nikahın pozulması barədə iddianı məhkəmədə o, qaldırmış, amma məqsədi ondan ibarət olmuşdur ki, X8 törətdiyi əməlləri gözü qarşısına alıb onların nəticəsində ailəsinin dağıla biləcəyindən xəbərdar olsun. Belə ki, X8 ondan 18 yaş böyük olmasına baxmayaraq uzun illər ona xəyanət etmiş, bir qadın kimi onun ləyaqətini alçaltmış, lakin azyaşlı uşaqlarının xətrinə və onun daha əvvəl-axır bir gün bu əməllərindən əl çəkəcəyinə ümidi ilə onun xəyanətlərinə dözmüş, lakin o, bir gün qəfildən azyaşlı uşaqları ilə birlikdə getdiyi yerdən mənzilə qayıtdıqda X5 onların yatağında başqa bir qadınla görmüş və onunla olan azyaşlı uşaqları da bu biabirçı hadisənin şahidi olmuşlar. Bundan sonra o, nikahın pozulması haqqında məhkəmədə iddia qaldırmışdır ki, X8 başa düşsün ki, bu hərəkətləri ilə ailəsini dağıda bilər, sonda bir qadın kimi yenə də ona şans vermişdir ki, ailəsinin yanına qayıtsın, uşaqlar yarımçıq ailədə böyüməsinlər, lakin o, əməllərindən nəticə çıxarmadığı üçün nikahları pozulmuşdur. Hazırda mübahisəli mənzildə X8 həmin qadınla və o, da uşaqları ilə birlikdə yaşayırlar. O, həmin mənzildə yaşayan zaman onların ailə büdcələri hesabına həmin mənzil təmir edilmiş, yaşayış üçün yaxşı vəziyyətə gətirilmiş, onun həmin mənzildə əziyyəti çox olmuşdur. Hazırda isə onun azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılmaları tələb olunur. Halbuki, onların yaşamaq üçün başqa yaşayış yerləri yoxdur. Həmin mənzil uşaqların nənələrinin mülkiyyətində olan məzil olmuşdur, uşaqlarının ən azı mənəvi haqları vardır ki, qeyd edilən mənzildə yaşasınlar. Göstərilənləri və onun 2009-cu ildən mübahisəli mənzilə mənzilin mülkiyyətçisinin gəlini kimi köçərək daimi əsaslarla yaşamasını, həmin mənzildə onun uşaqlarının doğulmasını və bu günə qədər yaşamalarını, başqa yaşayış yerinin olmamasını, atasının vəfat etməsini, anasının da yaşayış evi olmadığını, yəni onun azyaşlı uşaqlarla birlikdə qayıtmağa yerləri olmadığını, qeyd edilən mənzildən mənzil mülkiyyətçisinin ailə üzvü kimi istifadə hüququnun olmasını, uşaqlarının həmin mənzilin həm keçmiş, həm də indiki mülkiyyətçisindən aliment almaq hüquqlarının olması kimi halları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Qeyd olunmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə Cavabdeh 01 oktyabr 2009-cu il tarixdən əvvəl mübahisəli mənzilə köçdüyünə görə mübahisənin həlli 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları, cavabdehin övladlarına münasibətdə isə mübahisənin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin normaları ilə tənzimlənməlidir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Eyni zamanda 123-cü maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Əksinə həmin məcəllənin 60-cı maddəsi müəyyən edir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanmasının şərtlərini müəyyən edən 60-cı maddəsi isə müəyyən edir ki, İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddət saxlanıldığı hallar da müəyyən edilmişdir. Belə ki, İcarədar və ya onun ailə üzvləri 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələri, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i.a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə; 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə; 7) həbs olunduqda; habelə 10) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə onların yaşayış sahəsi daha uzun müddət saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarında analoji mübahisəyə münasibət bildirən Plenum qeyd etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Yuxarıdakıları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, R.Ağalarovun E.Ağalarovaya (Zeynalovaya) qarşı kompensasiya ödənilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə iddiasına dair mülki iş üzrə Binəqədi rayon məhkəməsinin Mənzil Məcəlləsinin 123-cü maddəsində kompensasiya institutu nəzərdə tutulmadığından iddianın rədd edilməsini nəzərdə tutan xx.xx.2005-ci il tarixli qətnaməsi Konstitusiyanın 13, 29, 71,147 və 149-cu maddələrinin, Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin, habelə Mülki Məcəllənin 1.2, 11.1, 11.5 və 228.2-ci maddələrinin tələblərinə uyğun deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Beləliklə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarından və mülki işdə olan sübutlardan müəyyən edilir ki, Cavabdeh X8 (iddiaçının qardaşı) ilə 11 iyun 2010-cu il tarixdə Xətai rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olsalar da, faktiki 2009-cu ilin aprel ayında toy etməklə mübahisəli mənzildə birgə yaşmağa başlamışlar. Həmin vaxt evin mülkiyyətçisi iddiaçının atası X4 olmuş, 03 mart 2011-ci il tarixdə həmin mənzil iddiaçının anası X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonuncu vəfat etdikdən sonra vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdehin keçmiş əri iddiaçının qardaşı X8 bacısının xeyrinə öz payından imtina etmişdir. Cavabdeh mübahisəli mənzildə iki azyaşlı övladı ilə qeydiyyatda olmaqla övladları ilə birlikdə yaşayır və başqa yaşayış yeri yoxdur. Hal-hazırda İddiaçı Cavabdeh və övladlarının mübahisəli mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsini tələb etsə də, məhkəmə hesab edir ki, cavabdeh və övladları mübahisəli mənzildən istifadə hüququna malik olduqlarına görə iddia əsassız olduğunu üçün təmin edilməməlidir. Həmçinin məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq qeyd edir ki, cavabdeh və övladları mübahisəli mənzildə istifadə hüququna malik olan şəxs olduğu, cavabdehin başqa yaşayış yeri olmadığı üçün cavabdehin istifadə hüququna yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. İddiaçı tərəf isə cavabdehin başqa yaşayış yerinin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda kompensasiya təklif etməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd olunduğu üçün məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1488/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1488/2022
12.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver