Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1491/2022 11.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “işə bərpa” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı – onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi xitam verilməsi barədə Cavabdeh MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli, 2510K nömrəli əmrin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Cavabdeh MMC-nə cəmiyyətin pərakəndə satış departamentinə kassir vəzifəsinə işinə bərpa olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Qüsursuz olaraq bir çox yerlərdə işləmiş və işlədiyi müddətdə hər hansı bir pozuntuya yol verməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də cəmiyyətin pərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmişdir. İş yeri də həmin vaxtadək uzun müddət başqa işdə çalışdığı Cavabdeh MMC-nin Şəki şəhərində yerləşən ticarət mərkəzi olmuşdur. Lakin, əsaslı bir səbəb olmadan və hər hansı bir xəta törətmədən aralarında bağlanmış əmək müqaviləsinə Cavabdeh MMC-nin rəhbərliyinin xx.xx.2021-ci il tarixli, 2510K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “F” bəndinə müvafiq olaraq xitam verilmişdir. İddiaçı hər hansı bir pozuntu etməmiş və xəbərdarlıq olunmadan, barəsində daha yüngül tənbeh tədbiri tətbiq edilmədən qəflətən işdən azad olunmuwdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasında iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələr4ini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsinin surətindən görünür ki, işçi həmin şirkətə kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Burhan Sevahil tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2510K nömrəli əmrinin surətindən görünür ki, pərakəndə satış departamentində kassir vəzifəsində işləyən İddiaçı xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının xx.xx.2021-ci il tarixli 21 saylı protokolunun surərindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndini rəhbər tutaraq xx.xx.2021-ci il tarixindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin qanunauyğun hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin X2, X7, X4, X10 və X16 tərəfindən imzalanaraq təsdiq edilən xx.xx.2021-ci il tarixli aktından görünür ki, Cavabdeh MMC-nin pərakəndə satış departamentində kassir vəzifəsində işləyən İddiaçı xx.xx.2021-ci il tarixində baş tutan Həmkarlar İttifaqı Komitəsinin yığıncağına qatılmamışdır. İş materiallarında olan Cavabdeh MMC-nin mağaza müdiri X5 Cavabdeh MMC-nin Baş direktoru X19 ünvanladığı xx.xx.2021-ci il tarixli xidməti məlumat məktubunun surətindən görünür ki, pərakəndə satış departamentində kassir vəzifəsində işləyən İddiaçı **********908839 nömrəli müştəri bonus kartını müxtəlif tarixlərdə digər müştərilərin alışverişlərində istifadə edərək karta bonus məbləğlər toplanması halının qanunvericiliyə zidd olmasını nəzərə alaraq bu haqda müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin X11, X15, X12 və X8 tərəfindən imzalanaraq təsdiq edilən xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh MMC-nin pərakəndə satış departamentində kassir vəzifəsində işləyən İddiaçı **********908839 nömrəli müştəri bonus kartını müxtəlif tarixlərdə digər müştərilərin alışverişlərində istifadə edərək karta bonus məbləğlər toplanmasına səbəb olmuşdur. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, İddiaçı iş yoldaşı olmuşdur və hazırda Cavabdeh MMC-də mağaza müdir müavini vəzifəsində çalışır. İddiaçı 6 il Cavabdeh MMC-nin Şəki filialında çalışmışdır. X3 da orada 8 il işləmiş, sonra bir müddətlik təyinat ilə başqa yerə göndərilib yenidən ora qayıtmışdır. İddiaçı kassir vəzifəsində işləyirdi. Kassir işlədiyi vaxt kassadan istifadə qaydaları ilə bağlı iddiaçıya şifahi təlimat verilmişdir. Şifahi təlimatda kassirlərin bonus kartından müştəri məmnuniyyətinə görə istifadə qaydaları izah olunmuşdur. Kassirlərə həmin kartın yalnız öz qohumaları üçün istifadə etməsi qadağan edilmişdir. İddiaçı öz qohumu kassadan keçməmiş, o, müştəri məmnuniyyətinə görə işdən çıxarılmışdır. İddiaçı kartdakı bonuslardan özü istifadə etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2021-ci il tarixdə pərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə isə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “f” bəndinə müvafiq olaraq xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “f” bəndinə əsasən, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi, qanunvericinin tələbinə əsasən, işçi iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verdikdə işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. Hazırkı mübahisədən isə müəyyən olunur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səbəb işçi tərəfindən müştərilərin bonus kartının yerinə eyni bonus kartının vurulması göstərilmişdir. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verilməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verilməsi müəyyən edilmədiyindən, onunla bağlanmş əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə müvafiq olaraq həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əsassız olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 2510K nömrəli əmri ləğv edilməli, iddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsi olan pərakəndə satış departamentinə kassir vəzifəsinə işə bərpa edilməli və iddiaçıya məcburi iş buraxma dövrü üçün xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə müvafiq olaraq xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli 2510K nömrəli əmr ləğv edilsin. İddiaçı Cavabdeh MMC-nin pərakəndə satış departamentinə kassir vəzifəsinə işə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla İddiaçı Cavabdeh MMC tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №e-2(011)-1491/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1491/2022
11.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver