Məhkəmə qərarları › İş №e-2(011)-1494/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1494/2025

12.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1494/2025 12.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 49.700 manat əsas borcun, 7.455 manat 3 illik bank faizinin, 520 manat hüquqi yardım üçün ödənilmiş pulun, cəmi 57.625 (əlli yeddi min altı yüz iyirmi beş) manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıya yalan vədlər verərək ondan cəmi 49.700 manat vəsait alaraq onu cinayət məsuliyyətindən azad olmağa kömək edəcəyini bildirmişdir. Bu fakt Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-1355/2021 saylı hökmü ilə təsdiq edilmişdir. Hazırda cavabdeh iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Borcun ödəmədiyi son 3 il üçün cavabdeh əlavə olaraq iilik 5% hesabı ilə 15% də geçikdirilmiş vaxt üçün faizlər ödəməlidir. Belə olan halda 3 il gecikdirilmə üçün faizlərin miqdarı 49.700 x 15% = 7455 man təşkil edir. Beləlilklə iddiaçının cavabdehdən cəmi tələbi 49.700 + 7.455 = 57.155 manat təşkil edir. Məhkəmə xərci kimi hüquqi yardıma görə vəkilə ödənilən 520 manat vəsaiti də nəzərə alanda İddiaçının cavabdehdən yekun tələbi 57.155 + 520 = 57.625 manat təşkil edir. 57.625 manat iddia tələbinə görə 264 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Sual-cavab zamanı o bildirmişdir ki, Cavabdeh aldığı puldan hər hansı məbləğ geri ödəməmişdir. Cavabdeh 9 saylı cəzaçəkmə müəssisəsindən məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1355/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CMnin 32,4, 312.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən Cavabdeh təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cavabdeh təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 01 aprel 2021-ci il tarixdən hesab olunmuşdur. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə 15 avqust 2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində İddiaçı, X2 və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-ci maddələri ilə başlanmış ********* nömrəli cinayət işi üzrə İddiaçı və Emil Əsədovun cinayət məsuliyyətindən azad edilmələrinə köməklik göstərilməsi üçün cinayətdən xəbərsiz olan X1 vasitəsilə özünə edilmiş müraciətləri ilə əlaqədar 23 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində İddiaçı və Emil Əsədovla görüşmüş, sonunculara Dövlət Təhlükəsizliyi Xidmətində işləyən yüksək səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə barələrində olan cinayət işi ilə bağlı onlara real köməklik edə biləcək imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar İddiaçı və Emil Əsədovun xeyrinə ediləcək bilə-bilə qanunsuz hərəkətə görə, yəni sonuncuların Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə barələrində cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilmələri üçün birbaşa yolla maddi nemət olan ilkin 15.000 manat, daha sonra 20.000 manat olmaqla ümumilikdə 35000 (otuz beş min) manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyinə dair yalandan vəd verib, İddiaçı və Emil Əsədovu aldadaraq, sonuncuların əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək İddiaçı və Emil Əsədovla sövdələşmiş, razılaşmaya əsasən 2020-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Azadlıq Meydanı 674 ünvanında yerləşən “JW X3” otelinin qarşısında İddiaçı və Emil Əsədovla görüşüb sonunculardan ilkin olaraq 15000 (on beş min) manat, daha sonra vahid qəsdlə cinayət əməlini davam etdirərək eyni məqsədlə müxtəlif dövlət orqanlarının vəzifəli şəxslərinə vermək adı ilə 2020-ci ilin sentyabr ayından 2021-ci il mart ayının sonlarınadək olan dövr ərzində bir neçə dəfəyə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsində, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində və Bakı şəhərində müxtəlif ünvanlarda istintaqla müəyyən edilməyən günlərdə hissə-hissə, yəni 3000, 5000, 7000, 10000 və digər məbləğlərdə olmaqla İddiaçı 49.700 (qırx doqquz min yeddi yüz), Emil Əsədovdan 10.000 (on min) manat məbləğində, cəmi 59.700 (əlli doqquz min yeddi yüz) manat pul vəsaitini nağd qaydada həmin şəxslərdən almaqla şəxsi ehtiyaclarına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı və Emil Əsədovun vahid niyyətlə ümumilikdə külli miqdar hesab edilən 59.700 (əlli doqquz min yeddi yüz) manat məbləğində əmlaklarını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar İddiaçı və Emil Əsədovun xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə İddiaçı və Emil Əsədovu təhrik etmişdir. İş materiallarında olan 1(102)-632/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1355/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1355/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünü xx.xx.2021-ci il tarixdə almışdır. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, “Pulpal” ödəniş sistemi vasitəsilə 520 manat ödəniş 523915*7107 saylı kart hesabından icra edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “hüquqi yardımın göstərilməsi haqqında müqavilədən” görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi üçün İsmayıl Hüseynov ilə vəkil Nümayəndə arasında müqavilə bağlanılmışdır. İş materiallarında olan cəzaçəkmə barədə arayışın surətindən görünür ki, Cavabdeh 9 saylı cəzaçəkmə müəssisəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2028-ci il tarixədək cəza çəkir. İddiaçıya dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin: 14.2.-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə ki, işdən göründüyü kimi, qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1355/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh 15 avqust 2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində İddiaçı, X2 və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-ci maddələri ilə başlanmış ********* nömrəli cinayət işi üzrə İddiaçı və Emil Əsədovun cinayət məsuliyyətindən azad edilmələrinə köməklik göstərilməsi üçün cinayətdən xəbərsiz olan X1 vasitəsilə özünə edilmiş müraciətləri ilə əlaqədar 23 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində İddiaçı və Emil Əsədovla görüşmüş, sonunculara Dövlət Təhlükəsizliyi Xidmətində işləyən yüksək səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə barələrində olan cinayət işi ilə bağlı onlara real köməklik edə biləcək imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar İddiaçı və Emil Əsədovun xeyrinə ediləcək bilə-bilə qanunsuz hərəkətə görə, yəni sonuncuların Azərbaycan Respublikası CMnin 206.3.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə barələrində cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilmələri üçün birbaşa yolla maddi nemət olan ilkin 15.000 manat, daha sonra 20.000 manat olmaqla ümumilikdə 35000 (otuz beş min) manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyinə dair yalandan vəd verib, İddiaçı və Emil Əsədovu aldadaraq, sonuncuların əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək İddiaçı və Emil Əsədovla sövdələşmiş, razılaşmaya əsasən 2020-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Azadlıq Meydanı 674 ünvanında yerləşən “JW X3” otelinin qarşısında İddiaçı və Emil Əsədovla görüşüb sonunculardan ilkin olaraq 15000 (on beş min) manat, daha sonra vahid qəsdlə cinayət əməlini davam etdirərək eyni məqsədlə müxtəlif dövlət orqanlarının vəzifəli şəxslərinə vermək adı ilə 2020-ci ilin sentyabr ayından 2021-ci il mart ayının sonlarınadək olan dövr ərzində bir neçə dəfəyə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsində, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində və Bakı şəhərində müxtəlif ünvanlarda istintaqla müəyyən edilməyən günlərdə hissə-hissə, yəni 3000, 5000, 7000, 10000 və digər məbləğlərdə olmaqla İddiaçı 49.700 (qırx doqquz min yeddi yüz), Emil Əsədovdan 10.000 (on min) manat məbləğində, cəmi 59.700 (əlli doqquz min yeddi yüz) manat pul vəsaitini nağd qaydada həmin şəxslərdən almaqla şəxsi ehtiyaclarına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı və Emil Əsədovun vahid niyyətlə ümumilikdə külli miqdar hesab edilən 59.700 (əlli doqquz min yeddi yüz) manat məbləğində əmlaklarını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar İddiaçı və Emil Əsədovun xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə İddiaçı və Emil Əsədovu təhrik etmişdir. Beləliklə, Cavabdeh İddiaçı qanunsuz yolla 49.700 pul vəsaitinin ələ keçirməsi işin mübahisəsiz halıdır. Cavabdeh bu əməlləri ilə iddiaçıya maddi zərər vurduğundan, iddia tələbi təmin edilərək, 49.700 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, həmin məbləğin dəymiş zərər olaraq qiymətləndirilməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1355/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündə öz əksini tapmışdır. Cavabdeh həmin hökmü xx.xx.2021-ci il tarixdən alaraq, 20 gün müddətində apellasiya şikayəti verməmişdir, daha sonra isə müddətin bərpası barədə vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən, qeyd olunan hökm isə qanuni qüvvəsini aldığından, xx.xx.2021ci il tarixdən sonrakı müddət ərzində dəymiş zərərin qaytarılmamasına görə iddiaçının xeyrinə illik 5% pul məbləği hesablanmalıdır. Bununla da, xx.xx.2021-xx.xx.2024-cü il müddətinə 3 illik 5% hesablanmaqla, 7.455 manat faiz məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hüquqi yardımla bağlı çəkilmiş xərclərə dair məhkəmə qeyd edir ki, həmin xərclərin 300 manat hissəsi ağlabatan məbləğ kimi qiymətləndirilərək, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbləri qismən təmin edildiyindən, 263,60 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı vurulmuş maddi zərərə ziyana görə 49.700 (qırx doqquz min yeddi yüz) manat pul məbləği, həmin məbləğin gecikdirilməsinə görə xx.xx.2021-xx.xx.2024-cü il tarixləri üzrə illik 5% hesablanmaqla, 7.455 manat pul məbləği, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat xərclər və 263,60 (iki yüz altmış üç min manat altmış qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 57.718,60 manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş maddi zərərə ziyana görə 49.700 (qırx doqquz min yeddi yüz) manat pul məbləği, həmin məbləğin gecikdirilməsinə görə xx.xx.2021-xx.xx.2024-cü il tarixləri üzrə illik 5% hesablanmaqla, 7.455 (yeddi min dörd yüz əlli beş) manat pul məbləği, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat xərclər və 263,60 (iki yüz altmış üç min manat altmış qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 57.718,60 (əlli yeddi min yeddi yüz on səkkiz manat altmış qəpik) manat pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar