Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1558/2020 24.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, İddiaçı2 və İddiaçı1, İddiaçı1 nümayəndəsi X5, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərin ödənilməsi üçün 12.000 (on iki min) manat, mənəvi zərərin ödənilməsi üçün 10.000 (on min) manat, dövlət rüsumu üçün 15 manat, cəmi 22 015 (iyirmi iki min on beş) manat pulun Cavabdeh tutularaq İddiaçı1 ödənilməsini, maddi zərərin ödənilməsi üçün 6.000 (altı min) manat, mənəvi zərərin ödənilməsi üçün 5.000 (beş min) manat, dövlət rüsumu üçün 15 manat, cəmi 11 015 (on bir min on beş) manat pulun Cavabdeh tutularaq İddiaçı2 Məzəffər qızına ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İH-nin xx xxxx 1994-cü il tarixli 862 nömrəli qərarı ilə Əhaliyə Xidmət, Fərdi və X7 Üzrə Baş İstehsalat X3 İdarəsi tərəfindən İddiaçı1 32 və 35 saylı orderlərlə Bakı şəhəri, Türkan bağlar sahəsindəki hər birinin sahəsi 0,12 ha olan müvafiq surətdə 1087, 1087A saylı bağ sahələri verilmişdir. Yenə Bakı şəhəri İH-nin xx xxxx 1994-cü il tarixli 862 nömrəli qərarı ilə Əhaliyə Xidmət, Fərdi və X7 Üzrə Baş İstehsalat X3 İdarəsi tərəfindən İddiaçı2 Məzəffər qızına 36 saylı orderlərlə Bakı şəhəri, Türkan bağlar sahəsindəki hər birinin sahəsi 0,12 ha olan müvafiq surətdə 1088 saylı bağ sahəsi verilmişdir. Lakin həmin bağ sahələri Cavabdeh tərəfindən 2014-cü ildə qanunsuz olaraq özbaşına zəbt edildiyini təsbit etmişlər. Dəfələrlə tələb etsələr də, o həmin torpaq sahələrimizi boşaltmamışdır. Bu səbəblə iddiaçılar əvvəlcə həmin bağ sahələrinin dövlət qeydiyyatın alınması üçün AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri ərazi idarəsinə ərizə ilə müraciət etmiş, lakin həmin ərazi idarəsi bundan imtina etmişdir. Bu səbəblə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri ərazi idarəsinə imtina qərarının ləğv edilməsi və bağ sahələrinin dövlət qeydiyyatına alınması öhdəliyinin AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri ərazi idarəsinin üzərinə qoyulması tələbli iddia ərizəsi ilə 2 Saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2016-cı ilə tarixli qərarı (iş No: 2-1(82)-416/2016) ilə iddia ərizəsi tam təmin edilmişdir. Həmin qərar Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı (iş No: 2-1(103)-1909/2016) ilə qüvvədə saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı (iş No: 2-1(102)-548/2017) ilə qüvvədə saxlanılmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında bağ sahələri qeydiyyata alınmışdır (İddiaçı1 adına müvafiq olaraq Seriya RX No: 1049168, Seriya RX No: ******* çıxarışlar və İddiaçı2 adına Seriya RX No: ******* çıxarış verilmişdir). Bundan sonra həmin torpaq sahələrini qanunsuz olaraq zəbt etmiş Cavabdeh Xəzər rayon məhkəməsində onlara qarşı iddia ərizəsi ilə müraciət edərək qeyd edilən çıxarışların etibarsız hesab edilməsini tələb etmişdir. Lakin Məhkəmə xx.xx.2017-ci il tarixində qanuni və əsaslı qətnamə (iş No: 2(003)-3033/2017) qəbul edərək onun iddia ərizəsini rədd etmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra onlar, Cavabdeh qarşı Xəzər Rayon Məhkəməsində iddia qaldıraraq tələb etmişlər ki, o qanunsuz olaraq zəbt etdiyi həmin bağ sahələrindən çıxarılsın. Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli (iş No: 2(003)-242/2018) qətnaməsi ilə iddia ərizəsi tam təmin edilmişdir və həmin qətnamə qanuni qüvvəyə minmişdir və 2019-cu ildə həmin qətnamə icra edilərək Cavabdeh qanunsuz olaraq zəbt etdiyi iddiaçıların torpaq (bağ) sahələrindən çıxarılmışdır. Məlum olduğu kimi, Cavabdeh 5 (beş) il qanunsuz olaraq iddiaçıların torpaq sahələrini zəbt edərək, orada haqsız olaraq faydalanmış və qazanc əldə etmişdir. İddiaçıların həmin torpaq sahələrindən istifadə etmək hüququnu, mülkiyyət hüququnu pozmuş iddiaçılara maddi zərər vurmuşdur. O həmin bağ sahələrini haqsız olaraq əkib becərmiş, müxtəlif məhsullar yetişdirib satmış, istifadə etmişdir. Bundan başqa cavabdeh əsassız iddialar ilə məhkəmələrin, digər dövlət qurumlarının və iddiaçıların vaxtını almışdır. Bu səbəblə maddi vəsait sərf etməyə məcbur qalmışlar. Bundan başqa cavabdeh yalan ifadələri, qeyri-etik hərəkətləri (söyüş, təhqir, hədələr və s.) ilə iddiaçılara məxsus olan şəxsi və toxunulmaz mülkiyyətindən istifadə etməyə imkan verməmişdir. Yəni onları əldə edə biləcəyi bütün faydalardan məhrum edərək, haqsız olaraq öz xeyrinə faydalandığı kimi, onlara həm də mənəvi zərər də vurmuşdur. İddia ərizəsi cavabdehin iddiaçılara vurduğu maddi və mənəvi zərərin ondan tutularaq İddiaçı1 Cavabdeh qanuna zidd hərəkətlər ilə vurduğu maddi zərərə görə 12.000 (on iki min) manat, mənəvi zərər isə 10.000 (on min) manatdır. İddiaçı2 Məzəffər qızına Cavabdeh qanuna zidd hərəkətlərlə vurduğu maddi zərər 6.000 (altı min) manat, mənəvi zərər isə 5.000 (beş min) manatdır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi zərərin ödənilməsi üçün 6000 (altı min) manat, mənəvi zərərin ödənilməsi üçün 5.000 (beş min) manat, dövlət rüsumu üçün 15 manat, cəmi 11015 (on bir min on beş) manat pul tutularaq İddiaçı2 ödənilməsi, Cavabdeh vurduğu maddi zərərin ödənilməsi üçün 12.000 (on iki min) manat, mənəvi zərərin ödənilməsi üçün 10.000 (on min) manat, dövlət rüsumu üçün 15 manat, cəmi 22.015 (iyirmi iki min on beş) manat pulun tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh tərəfindən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində qanunsuz (icazəsiz) tikdirdiyi və həmin torpaq sahəsinin yarı bölünməsinə və istifadəyə yararsız hala düşməsinə səbəb olan divarın Cavabdeh hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı1 nümayəndəsi X9 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o iddiaçılara heç bir maddi və mənəvi zərər vurmamışdır, əksinə iddiaçılar ona maddi və mənəvi zərər vurmuşdur. O, həmin ərazinin zəbt etməmişdir, ərazini Türkan Bələdiyyəsindən 25 illik icarəyə götürmüşdür, torpaq rüsumunu 2006-cı ildən hər il bugünə qədər ödəmişdir, yararsız sahəni abadlaşdırmışdır. O, iddiaçıları heç vaxt söyməmiş, təhqir etməmişdir. O, həmin ərazini 2014-cü ildə deyil, 2006-cı ildə Türkan Bələdiyyəsinin razılığı ilə çəpərə almışdır. İddiaçıların sənədlərinin saxta olduğu halda dəfələrlə şikayət etmişdir. O, həmin ərazidə heçnə əkməmiş, xeyir götürməmişdir. Çünki, həmin sahə əkinə yararsızdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlər nəzərə alınmaqla qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2-1(103)-1909/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-416/2016 nömrəli iş üzrə xx xxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanması qərara alınmışdır. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-416/2016 nömrəli iş üzrə xx xxx 2016-cı il tarixli qərarı ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı Türkan bağlar sahəsində yerləşən 242 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1088 nömrəli bağ sahəsinə dair adına plan-ölçünün tərtib edilərək verilməsi və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-548/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarına əsasən üçüncü şəxs Ləkbərov İkrəm İsmayıl oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2-1(103)-1909/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 1088 saylı bağ sahəsi İddiaçı2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 1087 saylı bağ sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3033/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi, İddiaçı1 və İddiaçı2 qarşı “çıxarışın etibarsız hesab edilməsi”-nə dair iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-242/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı1 məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 1087 saylı və 1087A saylı bağ sahələrindən çıxarılması və həmin bağ sahələrinin İddiaçı1 təhvil verilməsi, Cavabdeh İddiaçı2 məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 1088 saylı bağ sahəsindən çıxarılması və həmin bağ sahəsinin İddiaçı2 təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-149/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, 9722 (doqquz min yeddi yüz iyirmi iki) manat məbləğində pul vəsaitinin İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınaraq X1 ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnaməyə əsasən X4 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsi üzrə vicdanlı sahib hesab olunmuş, iddiaçı İkram Ələkbərov torpaq sahəs(lər)i onun istifadəsində və sahibliyində olduğu müddətdə həmin torpaq sahəs(lər)ində aparılmış işlərə çəkilmiş xərcin əvəzini cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. Qətnamədə qeyd edilmişdir ki, məhkəmə mühəndis texniki ekspertizasının 23232 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən mübahisəli torpaq sahəsində aparılmış işlərin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 9722 manat məbləğində olduğu müəyyən olunur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 04/11-08-889 saylı məktubuna əlavə edilən mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsi Bakı Şəhər Bağlar Təsərrüfatı tərəfindən ayrı-ayrı vətəndaşlara bağ sahəsi kimi verilmiş və həmin vətəndaşların adlarına mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Ərazidə əkilmiş dekorativ və meyvə ağaclarına rast gəlinməmişdir. Bağ sahəsi kimi verilmiş torpaq sahəsi qanunsuz olaraq X4 tərəfindən zəbt edilərək ətrafı hasarlanmışdır. Məhkəmə mühəndistexniki ekspertizasının 13858/13992 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mütəxəssis rəyinə əsasən ərazidə əkilmiş dekorativ və meyvə ağaclarına rast gəlinməmişdir. Tədqiqata təqdim edilmiş mütəxəssis rəyinə əsasən ərazidə əkilmiş dekorativ və meyvə ağacları olmadığından qiymətləndirilmə aparılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13946/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2632/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasənBakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Mülki mübahisəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (Maddə 21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Maddə 21.2.). Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında İddiaçı1 məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 1087 saylı və 1087A saylı bağ sahələrinə və İddiaçı2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 1088 saylı bağ sahəsinə dair 2016-cı ildən mülki mübahisələr mövcud olmuş və müvafiq məhkəmə qətnamələri qəbul edilmişdir. Hazırda iddiaçılar mübahisəli torpaq sahələrinin 5 (beş) il ərzində Cavabdeh qanunsuz sahibliyində olduğuna istinad edərək ondan İddiaçı1 xeyrinə 12000 manat məbləğində, İddiaçı2 xeyrinə isə 6000 manat məbləğində maddi ziyanın tutulması tələb etmişdirlər. Lakin, iddiaçılar tərəfindən istinad edilən bu hal məhkəmə araşdırması zamanı həmin hallar kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-149/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X4 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsi üzrə vicdanlı sahib hesab olunmuş, və iddiaçı İkram Ələkbərov torpaq sahəs(lər)i onun istifadəsində və sahibliyində olduğu müddətdə həmin torpaq sahəs(lər)ində aparılmış işlərə çəkilmiş xərcin əvəzi cavabdehlərdən tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisiyal əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun). Digər tərəfdən, iddiaçılar Cavabdeh iddiaçılara məxsus torpaq sahələrini qanunsuz zəbt etməsi nəticəsində əldən çıxmış faydanın olması, məhkəmə mübahisələrinin getdiyi dövrdə vəsait sərf olunması hallarına istinad etsələr də, bu halları təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim etməmişdirlər. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh vurduğu maddi zərərin ödənilməsi üçün 6000 (altı min) manat pul tutularaq İddiaçı2 ödənilməsi, Cavabdeh vurduğu maddi zərərin ödənilməsi üçün 12.000 (on iki min) manat pulun tutularaq İddiaçı1 ödənilməsi barədə formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir Məhkəmə iddianın cavabdehdən mənəvi zərərin ödənilməsi üçün 5.000 (beş min) manat İddiaçı2 xeyrinə, 10.000 (on min) manat İddiaçı1 xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X10 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X10 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar cavabdehdən onun mənəvi zərərin tutulmasını tələb etsə də, cavabdeh tərəfindən iddiaçılara məxsus olan qeyri-maddi nemətərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq onlara mənəvi sarsınıtı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbini, Cavabdeh tərəfindən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində qanunsuz (icazəsiz) tikdirdiyi və həmin torpaq sahəsinin yarı bölünməsinə və istifadəyə yararsız hala düşməsinə səbəb olan hasarın Cavabdeh hesabına sökülməsi hissəsində araşdıraraq belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Cavabdeh iddiaçı İkram Ələkbərov mübahisəli torpaq sahəs(lər)i onun istifadəsində və sahibliyində olduğu müddətdə həmin torpaq sahəs(lər)ində mişar daşı ilə hasara almaqla 3 ədəd darvaza quraşdırmışdır. Odur ki, cavabdeh tərəfindən çəkilən həmin hasar iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından iddia həmin hissədə təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində qanunsuz (icazəsiz) tikdirdiyi və həmin torpaq sahəsinin yarı bölünməsinə və istifadəyə yararsız hala düşməsinə səbəb olan hasar Cavabdeh hesabına sökülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə həmçinin, iddianın 15 manat məbləğində dövlət rüsumunun cavabdehdən İddiaçı2, 15 manat məbləğində dövlət rüsumunun isə İddiaçı1 xeyrinə cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 15 manatı iddiaçıların özünə aid edilməli, 15 manat məbləğində ödənilmiş dövlət rüsumu isə cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa etdiyi və torpaq sahəsinin yarı bölünməsinə səbəb olan divar Cavabdeh vəsaiti hesabına sökülsün. Dövlət rüsumuna görə ödənilmiş 15 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. Dövlət rüsumuna görə ödənilmiş 15 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1558/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1558/2020
24.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver